Fuad İskəndərov



Yüklə 2,84 Mb.
Pdf görüntüsü
səhifə6/90
tarix31.10.2018
ölçüsü2,84 Mb.
#76941
1   2   3   4   5   6   7   8   9   ...   90

ciddi surətdə pozulması səbəbindən bu vəzifəni öz üzərimə götürə 
bilmərəm,  bununla  yanaşı  lazım  gəldikdə  bütün  qüvvəmi  xalqa 
xidmət  işinə  sərf  etməyi  özümə  daim  mənəvi  borc  sayacağam. 
İmkandan  istifadə  edərək  mənim  dərin  minnətdarlığımı  və 
sədaqətimi  qəbul  etməyinizi  xahiş  edirəm.  F.X.Xoyski”. 
(“Azərbaycan” qəzeti 1918, 15 dekabr). 
Buna  baxmayaraq  18  dekabrda  Həsən  bəy  Fətəli  Xan 
Xoyskiyə  Nazirlər  Şurasının  sədri  olmaq,  koalisiyalı  kabinet 
yaratmaq xahişi ilə yenidən müraciət edir; “... mən ikinei dəfə xalq 
adından Sizə müraciət edirəm. Vətən üçün belə ağır bir vəziyyətdə 
hökumət qurmaq kimi məsuliyyətli işdən imtina etməyəsiniz və öz 
üzərinizə  koalisiyalı  kabinet  təşkil  etmək  vəzifəsini  götürəsiniz. 
Ümid  edirəm  ki,  mənim  xahişimi  yerinə  yetirəeəksiniz,  belə  ki. 
Parlament farksiyaları  yekdil olaraq Sizin namizədliyiniz üzərində 
dayandılar və Sizi bu postda göraıəyi israrlı arzu edirlər.” 
Bu  məktubu  öz  səhifələrinə  çıxaran  “Azərbayean”  qəzeti 
1918-ci il 21 dekabr sayında oxucularına belə bir məlumat verir ki. 
Fətəli  Xan  bu  israrlı  dəvətlərdən  sonra  hökumət  təşkil  etməyi  öz 
üzərinə götürdü. Bütün  bunlar Fətəli Xanın hökumət başçısı kimi, 
doğrudan da, əvəzedilməz şəxs olduğunu göstərirdi və zəmanəsinin 
görkəmli dövlət xadimləri onu məhz bu  eür şəxsiyyət saydıqlarını 
qətiyyən  gizlətmir,  belə  bir  insanla  çiyindaşlıq  etməkdən  qürur 
duyurdular.  Hökumətin  başında  durduğu  zaman  etibarı  ilə  əslində 
çox  qısa,  görülən  işlərin  həeminə  görəsə  həsəd  və  heyrət  doğuran 
müddətdə Azərbaycanın daxili və xarici siyasət məsələləri ilə bağlı 
problemləri necə həll olunmuşdu? 
F.X.Xoyski  1918-ci  il  dekabr  ayının  7-də  Azərbaycan 
parlametinin  açılışında  söylədiyi  nitqində  sanki  bu  suala  cavab 
verib: “Bu günkü müqəddəs gündə ölkəmizin taleyinin öz əlimizdə 
olduğu  bir  vaxtda  hökumət  adından  hörmətli  parlament  üzvlərini 
salamlayıram.”  O,  hökumətin  6  ay  ərzində  Azərbayeanda 
dövlətçiliyin  möhkəmləndirilməsi  sahəsində  görülmüş  çox  böyük 
işlərdən danışır və xüsusilə ölkədə anarxiyanın aradan qaldırılmasını 
qeyd  edir.  Özü  də  bütün  bunlar  “hökumətin  heç  bir  qoşuna  və 
vasitəyə malik olmadığı şəraitdə həyata keçirilmişdir”. 
18 


-  deyir.  “Altı  ay  ərzində  biz  ölkəni  anarxiya  və  xaosdan  çıxamıaq 
üçün fəaliyyət göstərmişik: qayda-qanun yaratmış, polis təsis etmiş, 
məhkəmə  qunnuş,  dəmiıyolunda  hərəkəti  bərpa  etmiş,  az-  çox 
dərəcədə  poçt-teleqraf  və  digər  müəssisələrin  işlərini  qaydaya 
salmış,  ölkəni  maliyyə  çətinliyindən  çıxarmışıq...  Doğrudur, 
işimizdə çatışmazlıqlar və nöqsanlar çoxdur. Ancaq nəzərə alın ki, 
bu  işlər  son  dərəcə  gənc,  çoxillik  dövlətçilik  təcrübəsinə,  bundan 
əlavə  heç  bir  vasitəyə  və  real  gücə  malik  olmyan  bir  hökumət 
tərəfindən  görülmüşdür.  Yuxarıda  qeyd  olunanları  yerinə 
yetirdikdən sonra hökumətin qarşısında başqa, daha mühüm və daha 
çətin  vəzifə  Azərbaycanın  paytaxtı  Bakı  şəhərinin  onu 
xəyanətkarcasma işğal etmiş, xalqların azadlığı və qardaşlığı və s. 
barədəki  hay-küyləri  Bakılı  müsəlman  kişiləri  və  qadınları  məhv 
etmək  hərəkətləri  ilə  uyğun  gəlməyən  partiyadan  (müdafiəsiz 
Bakılılar soyqınmından canlannı qurtanb İrana, Dağıstan dağlarına 
qaçmış,  müxtəlif  ölkələrə  dağılıb  alçaldıcı  qaçqın  həyatı 
yaşamışdılar)  geri  alınması  dumrdu.  Bu  mühüm  və  çətin  vəzifə 
hökumətin  müraciət  etmək  məcburiyyətində  qaldığı  Türk 
qüvvələrinin köməyi ilə hökumət tərəfindən yerinə yetiri İdi... Biz 
bacardığımız  qədər  hər  şeyi  etdik,  ola  bilər  ki,  səhvlərə  də  yol 
verdik, ancaq işlədik,  yalnız bir məqsədlə  - Vətənin rifahı  naminə 
çalışdıq.” (“Azərbaycan” qəzeti 1918-ci il, 10 dekabr). 
Həmin nitqində Fətəli Xan mövcud çətinliklərlə üzləşən gənc 
dövləti dalğalar qoynunda yırğalanan qayıqla müqayisə edərək deyir 
ki, bu qayığı qayalar arasından elə keçirmək lazımdır, o, büdrəməsin 
və daşlara toxunub parçalanmasın. 
Fətəli  Xan  və  Cümhuriyyətin  digər  rəhbərləri  Bakınm 
alınmasını müstəqilliyə bərabər bir addım kimi qiymətləndirir və bu 
qənaətlərində qətiyyən mübaliğəyə yol vermirdilər. Çünki o dövrdə 
dünyanın neft sənayesi üzrə ən mühüm mərkəzlərindən biri olan bu 
şəhərin  müstəqil  dövlətin  paytaxtına  çevrilməsinin  gənc 
respublikanın  mövcudluğu  üçün  həm  çox  böyük  siyasi,  həm  də 
iqtisadi  əhəmiyyəti  vardı.  Bütün  Zaqafqaziyada  az  qala  diqqətini 
tamamilə  Bakıya  yönəltmiş  Qərbin  dəstəyinə  nail  olunması  bu 
şəhərin onu işğal etmiş düşmən qüvvələrin əlindən 
19 


təcili  surətdə  geri  alınmasını  tələb  edirdi  və  Azərbaycanın  gənc 
dövləti bu mühüm missiyanı şərəflə yerinə yetirməyi bacardı. 
1918-ci  ilin  15  sentyabnnda  Bakının  oyuncaq  Sentrokaspi 
qüvvələrindən  təmizlənməsi  münasibətilə  F.Xoyski  “Azərbaycan” 
qəzetinin  19  sentyabr  sayında  (№2)  yazırdı:  “Bizim  də  həyatda 
yaşamağa,  bizim  də  azad  yaşamağa  hüququmuz  vardır.  Heç  bir 
zirehli maşın, hidroplan, aeoroplan, kanonerka, məftilli çəpər, mina 
və  sairə  texniki  qurğu,  heç  bir  ingilis,  heç  bir  qüvvə  və  onların 
havadarları  tarixin  təbii  axarına  mane  ola  bilmədilər.  Bakının  50 
minlik  qoşun  və  texnika  ilə  birlikdə  kiçik  bir  qüvvənin  həmləsi 
qarşısında  süqutu  başqasının  fəlakəti  üzərində  öz  xoşbəxtliyini 
qurmaq istəyənlərə ibrət dərsi olmalıdır.” 
Əlbəttə,  yeni  dövlət  quruculuğu  yolunda  Azərbaycanın 
üzləşdiyi bitib-tükənməz çətinliklərin yalnız bunlardan və ölkəni hər 
an  təhdid  edən  xarici  müdaxilə  təhlükəsindən  ibarət  olduğunu 
düşünmək azı sadəlöhvlük sayılardı. Çünki nəinki ən yaxın xaricdə 
və  ölkə  daxilində,  hətta  yüksək  dövlət  postu  tutan,  parlamentdə 
təmsil olunan siyasətçilər arasında da müstəqil Azərbaycanın açıq və 
gizli  düşmənləri  az  deyildi.  Elə  ən  çətini  də  bu  qüvvələrin 
neytrallaşdırılması,  lazım  gəldiyi  vaxt  onların  dağıdıcı 
fəaliyyətlərinin  qarşısına  sədd  çəkilməsi  idi.  Çoxpartiyalılıq 
əsasında  formalaşdırılmış  Azərbaycan  Parlamentində  ennəni 
fraksiyası,  “Daşnakstuyun”  fraksiyası,  “Hümmət”  fırqəsi  kimi 
məqam  düşdükdə  açıq-açığına  düşmən  siyasəti  yeritməkdən 
çəkinməyən,  “Sosialist”  fırqəsi  kimi  bolşeviklərə  meylli  olan, 
“Slavyan-rus cəmiyyəti” fırqəsi kimi əslində keçmiş Rusiyanı bəıpa 
etmək mövqeyinidə dayanan fırqələr fəaliyyət göstərirdi. Məhz belə 
vəziyyətlə  bağlı  idi  ki.  Fətəli  Xan  Parlamentin  israrlı  xahişlərini 
nəzərə alıb hökumət qurmaq mandatını götürməyə razılıq verdikdən 
sonra bir neçə gün fasiləsiz danışıqlar aparsa da, fırqə rəhbərləri ilə 
ümumi razılığa gələ bilməmişdi. 
“Azərbaycan” qəzeti müxbirinin F.X.Xoyski ilə yeni kabinet 
quruculuğu barədə 1918-ci il dekabr ayının 21 -də keçirdiyi söhbət 
tarixi həqiqətlərin üzə çıxıralması baxımdan xüsusi maraq gəsb edir. 
Bunu  nəzərə  alaraq,  həmin  müsahibəni  cüzi  ixtisarla  oxuculara 
çatdırırıq. 
20 


Yüklə 2,84 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə