Fuad İskəndərov



Yüklə 2,84 Mb.
Pdf görüntüsü
səhifə10/90
tarix31.10.2018
ölçüsü2,84 Mb.
#76941
1   ...   6   7   8   9   10   11   12   13   ...   90

hansı  formada,  kimlərin  vasitəsilə  öldürülməsi  xəyanət  sayıla 
bilməz. Müstəqil dövləti zorla devirmiş bir hakimiyyət üçün Fətəli 
Xan  da,  onun  çiyin  yoldaşları  da  düşmən  idilər  və  onlara  qarşı 
bolşeviklərin  tətbiq  etdiyi  bütün  aksiyaların  əsl  həqiqətdə  bir  adı 
vardı - repressiya. Bu amansız vasitə ilə həmin insanları həbsxana 
güncündə  divara  dayayıb  güllələyə  də,  F.Xoyski  kimi  bir  emıəni 
qatili  tərəfindən  arxadan  vuraraq  öldürə  də  bilərdilər.  Ancaq 
mahiyyət dəyişmirdi və sovet rejiminin mövcud olduğu bütün illər 
ərzində də bu mahiyyət dəyişməz olaraq qaldı. Azərbaycanın dövlət 
və ictimai xadimlərinin həyatı bahasına başa gəlmiş terror və kütləvi 
repressiyalar  dalğası  30-cu  illərdə  daha  da  yüksəldi  və  yeni-yeni 
çalarlar  qazandı.  40-50-ci  illərdə  və  sonrakı  dövrlərdə  isə  əslində 
mahiyyəti  dəyişilməz  qalan  bu  siyasətin  üsul  və  vasitələrində 
dekorativ  fərqlər  meydana  çıxdı.  Sovet  cəza  orqanlan  mənəvi 
terromn  ən  geniş  miqyaslarda  tətbiqinə  nail  olmaqla,  bütün 
cəmiyyəti  ümumi  nəzarət  altında  saxlamağa,  azad  düşüncəni, 
sağlam  fikri  buxovlamağa  çalışdılar.  Milli  təfəkkürdən  məhrum 
manqurtlar nəsli Fətəli Xan kimi millət fədailərini xalqa birdəfəlik 
unutdurmaq,  onun  müstəqil  yaşamaq  qüdrətinə  malik  olmadığını 
təlqin  etmək  istəyirdilər  və  elə  bu  məqsədlə  də  ilk  repressiya 
tədbirləri F.Xoyskinin, N. Yusifbəylinin başçılıq etdikləri hökumət 
kabinetlərinin,  Azərbaycan  Parlamentinin  üzvlərinə  qarşı  tətbiq 
olunmuşdu. 
Bolşevik  təcavüzü  27  aprel  1920-ci  ildə  Azərbaycanın  5-ci 
hökumətini devirdi və bununla da qədim bir diyarda kütləvi qanlar 
axıdılmasma,  insanlar  qarışıq  milli  sayılan  hər  şeyin  məhv 
edilməsinə  başlandı.  Azərbaycanın  6-cı  milli  hökumətinin 
qurulmasının  qarşısı  həmin  təcavüzlə  alındı.  Bu  hökumətin  təşkili 
həvalə edilmiş M.Hacınski bolşeviklərin onda təmsil olunmasından 
imtina etmələri səbəbindən tapşınlan işin öhdəsindən gələ bilmədi. 
6-cı milli hökumətin əvəzinə Azərbaycanda bolşeviklər hakimiyyətə 
gəldilər.  Xislətlərində  həqiqətən  də  şeytana  xas  xüsusiyyətlər 
gəzdirən  bolşeviklərin  6-cı  hökuməti  şərti  mənada  əvəz  etmələri 
bəlkə  də  qanunauyğunluq  idi.  Onlar  sonrakı  bütün  fəaliyyətləri 
ərzində  mifik  şeytanın  yer  üzərində  ardıcılları  olduqlanm  sübuta 
yetirdilər. Şeytan, Cavidin təbirincə desək İblis 
30 


bolşevik  qiyafəsində  Azərbaycanda  27  aprel  çevrilişini  həyata 
keçirdi  və  zorakılıq,  şantaj,  xəyanətlə  ələ  aldığı  hakimiyyətdən 
istifadə  edərək  Azərbaycanda  bütün  zamanların  ən  qanlı 
cinayətlərini törətdi. Şeytan hakimiyyətinin davam etdiyi illər xalqın 
məhşər günü oldu. 
31 


Azərbaycanın ilk ordu generalı 
Tann qisməti, alm yazısı. Tanndan qeyri kimsə bu qismətdən 
kimin payına nə düşdüyünü müəyyənləşdirə bilərmi. Bəlkə də insanı 
min  illərlə  qədərin  hökmünə  boyun  əyməyə  vadar  edən  ən  böyük 
hikmətlərdən  biri  elə  budur:  insan  heç  vaxt  öz  taleyinin  nə  ilə 
bitəcəyindən  xəbərdar  olmayıb.  Bir  günün  içində  möhtəşəm 
saraylar,  nəhəng  abidələr  yerlə  yeksan  olub,  abad  şəhərlər  viran 
qalıb.  Dünyanı  qarşısında  diz  çökdürən  cahangirlər  bir  qəfil 
zərbədən  elə  büdrəyiblər,  bir  daha  qədləri  düzəlməyib.  Yaxud 
əksinə,  hamının  vecsiz  saydığı  birisi  fələyin  gərdişi  ilə  kimsənin 
ağlına gəlməyən, yatsa yuxusuna da girməyən mərtəbəyə yüksəlib. 
Bəlkə  buna  görə  nağıllarda  dünyadan  sonsuz  köçmüş  hökmdann 
yerinə  yeni  taxt-tac  sahibini  seçmək  istəyən  xalq  şahlıq  quşu 
uçurdur. Bu quş da qədərin yazısıyla kimin qismətində varsa onun 
başına qonur. 
Bir  də  xalqın,  millətin  qismətinə  düşən,  yeri  kimsəylə 
əvəzedilməyəGək,  alnına  bir  parçası  olduğu  Vətənin  taleyində 
müstəsna rol oynamaq qisməti yazılmış nadir insanlar var. Nə yaxşı 
ki, Azərbaycanın taleyində belə insanlar az olmayıb. Türk yurdunun 
bir parçası olan Oğuz elinin bəxti bu sarıdan tann sevgisinə daha çox 
tuş gəlib. Ulu Dədəmiz Oğuz Xaqandan, Alp Ər Tunqadan üzü bu 
yana hərəsi bir elə arxa, dayaq olan, qayalar yaran gücü ilə ağlı tən 
gələn onlarla başbuğlarımız, öndərlərimiz. 
32 


C-lmiiS- 6yj (MeltMiiıiAiıpıjü, 
tfSliS-^iiı iı 
SÖZÜ dağdan ağır, çiçəkdən zərif ozanlarımız gəlib gediblər. Özü də 
təkcə oğuzların deyil, dövrü qədimdən bütün türkün ellərinin 
33 
 


bəxti iki şeydə xüsusilə gətirib. Türk ellərində həmişə qüdrətli söz, 
sənət adamları, bir də ən böyük orduları çəkib ardınca aparmağa, ən 
qəvi  düşmənə  qalib  gəlməyə  qabil  sərkərdələr  olub.  Birinci 
zümrənin  varlığı  daha  çox  millətin  tanrı  sevgisindən,  tanrı 
seçimindən  qaynaqlanan  saflığının,  təfəkkür  və  təxəyyül 
zənginliyinin  nəticəsidirsə,  ikincilərin  bu  millətin  payına  ərmağan 
edilməsi bütün özəl xüsusiyyətlərlə yanaşı, həm də türkün “Tanrı” 
deyə  sidqi  ürəkdən  əl  açdığı  ulu  göylərin  onu  hifz  etmək  üçün 
göndərdiyi töhfəsidir. 
Səməd bəy Mehmandarov bu milləti hifz etməyə göylərdən 
göndərilmiş  qüdrətli  sərkərdələrdən  biridir.  Tanrı  ondan  qabaq  və 
sonra da türklərə neçə qüdrətli sərkərdə bəxş edib. Ancaq Səməd bəy 
bu neçələrin arasında adi sıra nəfəri deyil, onların ən uca mərtəbədə 
dayananlanndan,  adı  ən  ehtiramla  çəkilməyə  layiq  olanlanndan 
biridir. Səməd bəy Azərbaycanın taleyində çox böyük rol oynamış, 
ilk  müstəqil  respublikanın  40  min  nəfərlik  ordusunu  yaratmış  və 
bununla da yüz illərdən sonra xalqın əzəli haqlanndan biri sayılan 
özünümüdafiə  imkanlarını  yenidən  özünə  qaytarmış  bir 
şəxsiyyətdir.  Səməd  bəy  bənzərsiz,  iftixar  olunmağa  layiq,  ancaq 
eyni  zamanda  son  dərəcə  mürəkkəb  və  zəngin  bir  ömür  yaşamış 
insandır.  Əsla  təsadüfi  deyil  ki,  onun  haqqında  yazan  bütün 
müəlliflər  bu  fikirdə  olublar  və  onların  hamısının  eyni  fikrə 
gəlməsində qəribə heç nə yoxdur. Çünki Səməd bəy sadəcə olaraq 
on minlərlə, yüz minlərlə adi yaradılmışlardan biri deyildi, o, tanrı 
tərəfindən bu Vətənin taleyində mühüm rol oynamaq üçün seçilmiş 
bir şəxs idi və özünün istəyi ilə onun adi bir insan ömrü yaşaması 
əslində mümkünsüzdü. 
Səməd  bəy  Mehmandarov  1855-ci  il  oktyabr  ayının  16-da 
Lənkəran  quberniyasın  Lənkəran  şəhərində  anadan  olmuşdur. 
Quberniya katibi işləyən atası Sadıqbəy Qarabağdan köçüb gəlmiş 
zədagan idi və onun öz oğluna istənilən səviyyədə təhsil verməyə 
imkanı  çatırdı.  Buna  görə  də  ilk  təhsilini  Bakı  relanı  məktəbində 
alan  Səməd  bəyin  biliklərə  kifayət  qədər  yiyələndiyi  təqdirdə. 
Qərbin  istənilən  ali  məktəbində  oxuması  mümkün  idi.  O  isə 
doğrudan  da,  hərtərəfli  bilik  qazanmaq  üçün  ciddi  səy  göstərmiş, 
realnı məktəbin proqramı çərçivəsində öyrədilənləri tam 
34 


Yüklə 2,84 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə