Fuad İskəndərov



Yüklə 2,84 Mb.
Pdf görüntüsü
səhifə7/90
tarix31.10.2018
ölçüsü2,84 Mb.
#76941
1   2   3   4   5   6   7   8   9   10   ...   90

Biz  ağır  dövr  yaşayırıq.  Qarşıda  yeni  həyat  formaları 
yaratmaq  kimi  nəhəng  işlər  durur  və  bunun  üçün  bəzən  partiya 
mənsubiyyətindən, bu və ya digər millətin nümaynədəsi olmasından 
asılı  olmayaraq  respublikanın  bütün  qüvvələrini  səfərbər  etmək 
lazımdır.  Mən  bu  niyyətlərlə  mümkün  namizədlərlə  danışıqlara 
başlamışam.  Danışıqlar  iki  gündür  davam  edir  və  mən  belə  bir 
kədərli  faktı  deməyə  məcburam  ki,  parlamentin  mənim  üzərimə 
qoyduğu vəzifəni yerinə yetirəcəyimə ümid çox azdır. Mən kabinet 
yaratmaqdan imtina edəcəyəm. 
-
 
İcazə verin öyrənək, hansı səbəblərə görə? 
-
 
Səbəblər  çoxdur,  ən  başlıcası,  maraqların  və  tələblərin  son 
dərəcədə  ziddiyyətli  olmasıdır  ki,  mən  bunları  razılaşdırmağın 
mümkün olacağını gönuürəm. 
-
 
Milli, yaxud partiya xarakterli tələblər və maraqlar? 
-
 
Daha çox şəxsi. 
-
 
Danışıqların nəticələri nə vaxt aydınlaşa bilər? 
-
 
Bu gün, yaxud sabah. Ancaq təkrar edirəm, mən danışıqlann 
nəticələrinə hədsiz pessimistcəsinə yanaşıram. 
-
 
Onda  çıxılmaz  vəziyyət  yaranır.  Əgər  Siz,  parlament 
fraksiyalarının  e’timadını  qazanmış  şəxs  bu  vəzifənin  öhdəsindən 
gələ bilmirsinizsə, bunu başqası heç bacarmaz. 
-
 
Nəyə  görə,  bəlkə  başqası  bacaracaqdır.  Hər  bir  siyasi 
xadimin  öz  prinsipləri  və  öz  dünyagörüşü  var.  Mənim 
dünyagörüşüm  kabinet  yaratmaqda  qarşılaşdığım  ziddiyətləri 
razılaşdırmağa imkan vennir, ancaq ola bilər ki, başqası kəskin ucları 
yumşaldar  və  barışıq  xəttini  tapar.  Mən  bütün  son  gücümü 
toplamağa  və  vətənin  rifahı  naminə  verməyə  hazır  olduğumu 
demişəm,  ancaq  elə  hədlər  var  ki,  mən  heç  vaxt  adlayıb  keçə 
bilmərəm.” (“Azərbaycan” qəzeti 1918, 22 dekabr). 
Yeni  kabinetin  formalaşdırılması  ilə  bağlı  belə  çıxılmaz 
vəziyyətin  yarandığını  görən bir sıra fırqə sədrlərinin hansı  qərara 
gəldikləri  barədə  “Azərbaycan”  qəzetinin  1918-ci  il,  24  dekabr 
sayında aşağıdakı məlumat dərc olunub: “Dünən parlament fırqələri 
sədrlərinin kabinet yaradılması ilə əlaqədar məsələnin müzakirəsinə 
həsr  edilmiş  yığıncağı  keçirilmişdir.  Konvent  senyorları  ölkənin 
indiki məsuliyətli və böhranlı vəziyyətində 
21 


kabinetin  təşkilində  sonrakı  ləngimələri  qəti  arzuedilməz  hesab 
edərək,  F.X.Xoyskidən  onun  qarşısında  kimin  tərəfindən 
qaldırılmasından  asılı  olmayaraq,  heç  bir  maneə  və  şərtlə 
hesablaşmadan  özünün  lazım  bildiyi  kimi  təcili  surətdə  Nazirlər 
Şurasının təşkilinə başlamağı israrla xahiş etməyi qərara aldı.” 
İki  gün  sonra  Parlamentin  növbəti  iclasında  çıxış  edən 
F.X.Xoyski  yeni  kabinetin  təşkili  və  hökumətin  proqramı  barədə 
hesabat verir. Hökumətin təqdim olunan bəyannaməsində “Başlıca 
vəzifə”  bölməsində  deyilirdi:  “Bizim  birinci  və  əsas  vəzifəmiz  ... 
Azərbaycanın  müstəqilliyidir”.  (“Azərbaycan”  qəzeti  1918,  29 
dekabr). 
Təsadüfi  deyildi  ki,  Azərbaycanda  koalisiyalı  hökumətin 
təşkili respublikadakı xarici missiyalar, xüsusilə müttəfiq dövlətlərin 
nümayəndəsi 
General 
Tomson 
tərəfindən 
də 
yüksək 
qiymətləndirilmişdi.  Tomson  28  dekabr  bəyannaməsində  deyirdi: 
“F.X.Xoyskinin 
sədrliyi 
altında 
Koalisiyalı 
Azərbaycan 
hökumətinin  təşkil  edilməsi  ilə  əlaqədar  müttəfiq  komandanlıq  bu 
hökumətə Azərbaycan hüdudlarında yeganə yerli qanuni hakimiyyət 
kimi  hərtərəfli  köməklik  göstərəcəkdir.”  (MİA  AN  Azerbaydjana, 
Nauçnıy arxiv, invent № 2143). 
Bu  bəyannamə  müstəqil  Azərbaycanın  yaşaması  üçün  ən 
zəruri beynəlxalq təminatlardan biri kimi xüsusi əhəmiyyət daşıyırdı 
və ona elə həmin gün dərhal reaksiya verilməsi dövlət adamlarımızın 
işə münasibətini əyani surətdə göstərir. 
Bəyannamənin  hökumət  və  siyasi  dairələrdə  belə  ruh 
yüksəkliyi  doğurması,  böyük  ümidlər  yaratmasının  səbəbləri 
sırasında sözsüz ki, təqribən 40 gün əvvəl eyni şəxsin verdiyi başqa 
bir qərarın da az rolu olmamışdı. Belə ki, İ918-Cİ il noyabr ayının 
17-də Bakıda hərbi vəziyyət  tətbiq  olunması  barədə məcburi qərar 
verən general-mayor Tomson özünü hərbi vəziyyətin davam edəcəyi 
vaxta qədər Bakının hərbi qubernatoru, polkovnik F.Kokkoreli isə 
müttəfiq  dövlətlərin  Bakı  şəhərində  polis  komissarı  təyin  etmişdi. 
Əslində  Azərbaycan  hökumətinin  bir  sıra  səlahiyyətlərini 
məhdudlaşdıran bu qərarın verilməsinin səhəri günü Bakı şəhərinə 
dünya  müharibəsindən  qalib  kimi  dönən  ingilis-fransız-amerikan 
qoşunları daxil olmuş. 
22 


əhali  arasında  müəyyən  narahatlıq  yaranmışdı.  Bunu  nəzərə  alan 
Fətəli  Xan  Xoyski  və  daxili  işlər  naziri  Behbud  Ağa  Cavanşir 
Azərbaycan  hökuməti  adından  şəhər  əhalisinə  müraciət  edərək, 
onları  sakitliyə,  qayda-qanunu  gözləməyə  çağırmışdılar.  Həmin 
hadisələrlə  bağlı  “Azərbaycan”  qəzetinin  18  noyabr  1918-ci  il 
sayında belə bir məlumat dərc olunmuşdur: “Bazar günü, noyabrın 
17-də  gündüz  saat  1-də  Bakıya  general  Tomsonun  başçılığı  ilə 
müttəfiq  qoşunları  daxil  olmuşdur.”  Generalı  təmsil  etdiyi 
dövlətlərin  qoşunlannın  Bakıya,  Azərbaycanın  paytaxtına  daxil 
olması münasibətilə Azərbaycan hökuməti adından xarici işlər naziri 
səlahİ3^ətlərini  müvəqqəti  icra  edən  Adil  Xan  Ziyadxanov 
salamlayaraq  demişdir:  “Qanla  biq-birindən  aralınmış,  əldən 
düşmüş  və  tükənmiş  insanlıq  üçün  dinc  əməkdaşlıq  zəminində 
danışıqlar üçün yeni və işıqlı era başlanır”. 
Əslində  isə  türklərin  Azərbaycandan  getməsindən,  general 
Tomsonun  başçılığı  ilə  müttəfiq  qoşunları  qüvvələrinin  Ənzəlidən 
Bakıya gəlməsindən, eyni zamanda rus generalı Biçeraxovun ruslar 
və ermənilərdən ibarət qüvvəsinin də Bakı limanına çıxarılmasından 
Azərbaycan  hökuməti  ciddi  narahıtlıq  keçirirdi.  Ayrı-ayrı 
qüvvələrin  yaydıqları  müxtəlif  məzmunlu  bəyannamələrin  xalqı 
çaşdırdığı  bir  vəziyyətdə  hamı  hökumətin  nə  qərar  verəcəyini 
gözləyirdi.  “Belə  bir  vəziyyətdə  Azərbaycan  dövlət  rəisi  mərhum 
Fətəli  Xan  general  Tomson  ilə  görüşür.  Onların  söhbətləri  çox 
mübahisəli  və  sərt  olur  General  Tomson  Azərbaycan 
Cümhuriyyətini  tanımadığını,  müttəfiq  olan  rusların  torpağına 
gəldiyini  söyləyir.  Fətəli  Xan  isə  Azərbaycan  xalqının  qəran  və 
istəyi ilə Azərbaycan Cümhuriyyətinin və istiqlalının elan edildiyini 
və  büunun  bütün  dünya  dövlətlərinə  bildirildiyini  söyləyir.  Fətəli 
Xan  sözlərinə  davamla:  “Siz  böyük  bir  millət  və  böyük  bir 
imperiyasınız.  Eyni  zamanda  mədəni  bir  millətsiniz.  Bizim 
istiqlaliyyətimizi  tanımalısınız”  deyir.  General  Tomson  da:  “Bu 
söylədikləriniz siyasi şeylərdir və iki dövlət arasmda cərəyan edər. 
Halbuki mən bir əsgərəm” cavabını verir. Fətəli Xan da: “Madam ki, 
siz  əsgərsiniz,  mən  də  istiqlaliyyətini  elan  etmiş  Azərbaycan 
Cümhuriyyətinin  Baş  Naziriyəm.  Biz  sizi  buraya  dəvət  etmədik. 
Sizdən ölkəmizi tərk etməyi tələb edirəm” deyir. Bu cavab 
23 


Yüklə 2,84 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə