Fuad İskəndərov



Yüklə 2,84 Mb.
Pdf görüntüsü
səhifə11/90
tarix31.10.2018
ölçüsü2,84 Mb.
#76941
1   ...   7   8   9   10   11   12   13   14   ...   90

mənimsəmiş,  gələcəkdə  əldə  edəcəyi  mükəmməl  elmi  biliklərin 
ilkin təməlini yaratmışdı. Ancaq atasının və atasının əmisi oğlu Xanı 
bəy  kimi  yaxın  qohumlarının  tövsiyyələrinə  baxmayaraq,  16  yaşlı 
Səməd mülki təhsil ardınca getmək, sonra quberniya idarələrindən 
birində  hansısa  vəzifə  tutmaq  fikrində  deyildi.  Bəlkə  də  məhz  bu 
yolu  seçmiş  atasının  yolunu  davam  etdirməsi  ona  daha  sakit  və 
uzaqmənzilli  bir həyat  bəxş edə bilərdi. O isə bunu istəmirdi, ona 
görə  də  bu  sayaq  təkliflərə  eyni  konkret  cavabı  verirdi,  yox. 
Damarlarında  qanı  qaynayan  bu  coşğun  gəncin  məqsədi  tamam 
başqa  idi.  O,  hərbçi  olmaq,  millətini  əsgəri  xidmətə  belə  layiq 
görməyən  bir  dövlətdə  rütbələr  almaq,  çiyinlərində  fərqləndirici 
zabit  ulduzu  gəzdinnək  istəyirdi.  Yalnız  şöhrət  xatirinəmi,  yaxud 
hərbçi geyiminin Qafqazın bir parçası olan Azərbayean kimi “milli 
ucqar”  sayılan  bir  məmləkətdə  xarici  görünüşcə  cəlbedici  olmaq 
üçünmü? Bəlkə bu sənətin ai'xasınca düşməsində yaşma uyğun bir 
macəraçıhq  həvəsi  vardı,  yoxsa,  gənclik  romantikası  idimi  onu 
çəkən?  Bütün  bu  sualların  da  bir  cavabı  vardı:  xeyr.  Tək  özünə 
məlum idi ki, bu yolu təsadüfi seçməyib, hələlik axıradək izah edə 
bilməyəcəyi hisslər, onu istiqamətləndirən güclü daxili istək məhz 
bu addımı atacağma qəti inam yaratmışdı. Özü də bu qəti fikrindən 
onu  kimsə  döndərə  bilməzdi,  çünki  bu  yol  tanrı  qisməti  ilə 
cızılmışdı, hərbçi ömrü yaşamaq onun alın yazısı idi. 
Seçimində qəti israr edən Səməd 16 yaşında ikən Peterburqda 
yerləşən  ikinci  Konstantinovka  artilleriya  məktəbinə  daxil  olur  və 
1875-ci ildə təhslini uğurla başa vurur. Qarşıda isə onu uzun və ağır 
hərbi xidmət  illəri gözləyirdi. Bu illərin  çox böyük bir hissəsini o 
qanlı müharibələrdə, ölüm-dirim savaşlarında keçirəcək, Vətəndən 
xeyli  uzaqlarda  olacaq  və  ən  başlıcası  təmsil  etdiyi  millətin  adını 
həmişə  ucaldacaqdı.  Hələlik  isə  1875-ci  il  idi  və  Peterburqda 
yunkerlər  məktəbini  yenicə  bitirmiş  Səməd  bəy  ilk  təyinat  yerinə 
göndərilirdi.  Aneaq  ilk  addımdan  özünü  nizam-intizamlı  və 
bacarıqlı kadr kimi göstərən Səməd bəyin podporuçik mtbəsi alması 
üçün o qədər də müddət lazım gəlmir. Elə həmin ilin dekahr ayında 
ona bu rütbəni verirlər. Bir neçə 
35 


müddətdən sonra isə xidmətdə xüsusi fərqləndiyinə görə, o, üçüncü 
dərəcəli “Müqəddəs Stanislav” ordeni ilə təltif edilir. 
“Odlar  yurdu”  qəzetinin  13  iyul  1989-cu  il  tarixli  13-cü 
sayında  böyük  sərkərdənin  həyatının  bundan  bir  qədər  sonrakı 
dövrü,  daha  kokret  desək  15  il  keçəndən  sonrakı  xidmət  illəri 
haqqında yazan M.Əliyev aşağıdakı məlumatları çatdırırdı: “Səməd 
bəy  1890-cı  ildə  kapitan  rütbəsi  almış,  1891-ci  ildə  isə  ikinci 
dərəcəli  “Müqəddəs  Stanislav”  ordeninə  layiq  görülmüşdür. 
1894-cü ildə Səməd bəy hərbi komandanlığın əmri ilə Varşava hərbi 
dairəsinin sərancamma göndərilmşdir. 1896-cı ildə o, ikinci dərəcəli 
“Müqədds  Anna”  ordeni  ilə  təltif  edilmişdir.  1898-ci  ildə 
podpolkovnik  rütbəsi  alan  Səməd  bəy  Mehmandarov  Zabaykalye 
artilleriya  diviziyasının  komandiri  təyin  edilmişdir.  O  illərdə 
diviziya  Mancuriyada  yerləşirdi.  1900-1901-ci  illərdə  Çində 
antiimperialist  hərəkatının  yatırılmasında  Səməd  bəy  Mehmanda- 
rovun  komandir  olduğu  diviziya  da  iştirak  etmişdir.  Lakin  Səməd 
bəy  Mehmandarov  silahsız  Çin  əsgərlərinə  atəş  açmağa  razı 
olmamışdır.  1901-ci  ildə  S.Mehmandarov  polkovnik  rütbəsi  və 
üçüncü  dərəcəli  “Müqəddəs  Vladimir”  ordeni,  habelə  üstündə 
“Qəhrəmancasına  dərqlənməyə  görə”  sözləri  yazılmış  qızıl  qılınc 
almışdır.  Rus-yapon  müharibəsi  zamanı  Port-Artur  şəhərini 
qəhrəmancasına müdafiə edən Səməd bəy Mehmandarov 1904- cü il 
oktyabr ayının 22-də general-mayor rütbəsinə və dördüncü dərəcəli 
“Müqəddəs  Georgi”  ordeninə  layiq  görülmüşdür.  1907-  1910-cu 
illərdə  Səməd  bəy  Mehmandarov  3-cü  Sibir  ordusunda  artilleriya 
rəisi işləmişdir. 1908-ci il iyulun 13-də hərbi xidmətlərinə görə ona 
general-leytenant rütbəsi verilmişdir. 
Birinci  dünya  müharibəsində  Səməd  bəy  Mehmandarov 
Varşava  əməliyyatı  istiqamətində  olmuş  və  payızda  burada  rus 
qoşunları  almanlar  üzərində  tam  qələbə  çalmışdılar.  Bu  və  başqa 
cəbhələrdə  göstərdiyi  sərkərdəlik  məharətinə  görə  Səməd  bəy 
Mehmandarova 1915-ci il martın 22-də artilleriya üzrə tam general 
rütbəsi  verilmişdir,  (bu  müasir  Silahlı  Qüvvələrdə  orduda  ordu 
generalı  rütbəsinə  bərabərdir  -  L.Ş).  1917-ci  ilin  aprel  ayında  o, 
istehfaya  çıxmışdır.  Bu  zaman  o,  Rusiyanın  “Stanislav”,  “Anna”, 
“Vladimir”  və  “Georgi”  ordenlərinin  bütün  dərəcələrinə  layiq 
görülmüş, İngiltərə, Fransa, Rumıniya və İranın ordenlərini 
36 


almışdı. İstefaya çıxdıqdan sonra Vladiqafqaz şəhərindəki öz sakit 
mənzilində  yaşayan  Səməd  bəy  Mehmandarov  1918-ci  ilin 
sentyabrında  Bakıya  gəlmiş,  1918-ci  ilin  oktyabrından  hərbi 
nazirlikdə işləməyə başlamış və həmin il noyabrın 7-də hərbi nazirin 
müavini, dekabrın 15-də isə hərbi nazir təyin edilmişdir. 
Birinci  dünya  müharibəsindən  qayıdan  15  minə  yaxın 
azərbaycanlı  Səməd  bəy  Mehmandarovun  ətrafına  toplaşmış, 
döyüşkən Azərbaycan generaliteti yaranmışdır. Ordu üçün 1918- ci 
ilin  iyul  ayında  Gəncədə  açılmış  praporşik  məktəbi  1919-cu  ilin 
əvvəllərində  Bakıya  köçürülmüş,  onun  əsasında  Azərbaycan  hərbi 
məktəbi  təşkil  edilmişdir.  Bakıda  istehkamçı  və  hərbi  feldşer 
məktəbləri  də  təşkil  edilmişdir.  Gəncədə  isə  hərbiləşdirilmiş 
dəmiryolu  məktəbi  fəaliyyətə  başlamışdır.  1920-ci  ilin  yanvannda 
bu  məktəblərə  müdavim  hazırlayan  xüsusi  hərbi  təmayüllü  kadet 
korpusu təşkil olunmuşdur”. 
Əlbəttə,  Səməd  bəyin  Azərbaycanın  sovetləşməsinə  qədərki 
həyatının çox böyük və hərbi xidməti ilə bağlı ən başlıca dövrünü 
əhatə bu tarixlərin arasında onun 1903-cü ilin əvvəllərində Jitomirli 
Yelizaveta  Nikolayevna  Teslavla  ailə  qurması,  elə  həmin  il  yeddi 
aylıq topçu zabitləri məktəbində təhsil alması, Fort-Arturda qalanın 
xəyanətkarcasına 
təslim 
edilməsindən 
sonra 
rus-yapon 
müharibəsində  əsir  düşərək  1904-1906-cı  illərdə  Yaponiyaya 
aparılıb  və  buradan  Portsmut  müqaviləsi  bağlandıqdan  sonra 
qayıtması və bir sıra digər mühüm faktlar öz əksinf tapmayıb. Ancaq 
bu da həqiqətdir ki, mərhum tədqiqatçı Mövsüm Əliyev bu barədə 
düz  11  il  qabaq  yazmışdı  və  onda  da  bir  çox  dövlət  və  ictimai 
xadimlərimiz  kimi  Səməd  bəy  haqqında  da  hərtərfli  tədqiqatlar 
apaniması, həqiqətlərin sonadək açıqlanması mümkün deyildi. Milli 
hökumətin süqutuna bais olmuş bolşeviklərin qurduğu şər və yalan 
imperiyasının  hələ  sonu  çatmamışdı,  hələ  qarşıda  20-ci  illərdə 
kütləvi repressiyaların başlanğıcında daha çox istifadə olunmuş və 
70  il  keçdikdən  sonra  yeni  fonnada  davam  etdirilən  -  90-cı  il  20 
yanvar  faciəsi  gəlirdi.  Təkcə  elə  buna  görə  neçə  illər  keçdikdən 
sonra Azərbaycanın tarixi taleyində əbədi izlər qoymuş bu fədailəri 
ilk  yada  salan,  onlar  barəsində  öz  doğma  xalqına  ilk  məlumatlar 
çatdıran  həmin  insanları  biz  daim  minnətdarlıq  hissi  ilə 
xatırlamalıyıq. 
37 


Yüklə 2,84 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə