Filip Kotler a-dan z-dək marketinq ön söz



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə5/10
tarix27.12.2023
ölçüsü4,8 Kb.
#163267
1   2   3   4   5   6   7   8   9   10
filip-kotler-a-dan-z-yc999-marketinq-pdf

icra və nəzarət 
Mütəxəssislər daima strategiya, ya onun reallaşdırılmasının daha 
əhəmiyyətli olması üzərində mübahisə edirlər. "Plan, - Piter Druker qeyd 
edirdi, - əgər işə çevrilmirsə, heç nədir". Lakin bərbad planın yaxşı icrası 
əla planın bərbad icrasından heç də yaxşı deyil. Əslində uğur üçün hər 
ikisi eyni qədər vacibdir. 
Planın necə həyata keçirilməməsinə dair misallar çoxdur. Kodak reklamı 
alıcıları yeni fotoaparat almaq üçün mağazalara dəvət edirdi, təklif olunan 
malları isə söylənilən ünvanda tapınaq olmurdu. İri bir bank əmanət 
downloaded from KitabYurdu.org


45 
qoyuluşunun yeni növü barədə qəzetlərdə elan vermişdi, əvəzində filial 
rəhbərləri bununla bağlı heç bir təlimat almamışdı. Layihə firması Yaxın 
Şərq ölkələrində öz xidmətlərini təklif eləmişdi, əvəzində öz şirkətində
ərəb dilini bilən və adı çəkilən regiona getməyə hazır olan işçi 
tapmamışdı. Mehmanxana müştəriləri yüksək xidmət səviyyəsiylə cəlb 
etməyi qərara almışdı, əvəzində xidmət rəhbərliyini zəif bir menecerə
tapşırmışdı ki, həmin işçi də nə büdcəni, nə də xidmət heyətinin ştatını 
artırmışdı. 
Planın uğurlu şəkildə reallaşdırılması üçün onunla məşğul olanların planı 
həyata keçirməkdə maraqlı olması zərurətdir. Beləcə, ticarət agentləri 
işlənib-hazırlanmasında satış şöbəsinin nümayəndəsi iştirak etıııiş 
marketinq planını qəbul etməyə dalıa meyillidirlər, belə ki, bu zaman 
planlı satışın həcmi və qiymətlər münasib alınır. Buna görə də plan 
müəllifi ilk növbədə onu təşkilatın xaricində deyil, daxilində “satmalıdır”. 
Nəzarət - strategiyanın reallaşdınlmasında, ya da strategiyanın özündə
səhvlərin aşkar edilməsi üsuludur. Şirkət hansısa tədbiri pis keçirə, 
marketinq instrumentarisini uğursuz seçə, məqsədli bazarı səhv 
müəyyənləşdirə, tədqiqatçı mərhələni korlaya bilərdi. Nəzarət - yeganə
fəaliyyət növü deyil, şirkətin düzgün yolda olduğuna inamı təmin edən 
mexanizm dəstidir. 
Marketinq üçün cədvəldə sadalanan dörd nəzarət forması ayrılıb. (Kotler, 
Philip. Marketiııg. Management. ııtlı editioıı. Upper Saddle River (N.C.): 
Prentice Hall, 2003. Pp. öSsff.) 
Marketinq nəzarətinin formaları 
Nəzarət forması 
1. 
İllik planın yerinə yetirilməsinə nəzarət 
2. 
Gəlirliliyin nəzarəti 
downloaded from KitabYurdu.org


46 
3. 
Effektivliliyin nəzarəti 
4. 
Strateji nəzarət Məsuliyyət daşıyanlar 
Ali rəhbərlik, orta inzibati həlqə 
Marketinq üzrə inspektor Nizamlı və funksional rəhbərlik; marketinq üzrə
iııspektor- 
Ali rəhbərlik, marketinq auditoru Nəzarətin məqsədi 
Planlı göstəricilərin reallaşdırılmasmın təmin olunması- 
Vəsaitlərin alınması və zərər kanallarının müəyyənləşdirilməsi 
Şirkətin işinin mövcud effektliliyinin qiymətləndirilməsi və
yüksəldilməsi 
Bazar, mal və paylaşdırılma kanallarıyla iş zamanı şirkətlərin əiı əlverişli 
imkanlarından istifadəsi məsələsinin nəzərdən keçirilməsi 
Vəzifələr 
• Satışın analizi 

Bazar payının analizi 

Məsarif dərəcəsinə münasibətdə satışın dərəcəsi 

Nəticələrin bazar analizi 

Aşağıdakılarla təmin olunmuş gəliıiilik: 

malla 

əraziylə 

istehlakçılarla 

seqmentlə 

kanalla 
downloaded from KitabYurdu.org


47 

sifarişin həcmiylə 

Effektlilik: 

ticarət ageııtləriniıı işlərinin 

reklam şöbəsinin fəaliyyətinin 

satışın stimullaşdırılmasının 

paylaşdırılma sisteminin 

Effektliliyinə görə marketinq alətlərinin ranqlaşdırılıııası 

Marketinq aııditi 

Marketinq üstünlüklərinin xülasəsi 

Şirkətin işinin etik və sosial aspektlərinin xülasəsi 
Planlaşdırma, icra və nəzarət prosesləri birbaşa və əks əlaqəli effektli 
sistem yaradır. Əgər şirkət qarşısına qoyduğu məqsədə çatmırsa, bu, ya 
planın bərbad şəkildə həyata keçirilməsindən, ya da ümumilikdə planın 
özünün səliqəsiz olduğundan və yenidən baxılmasına ehtiyac 
duyulduğundan xəbər verir.

Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə