Əziz oxucular! Bu mənim ilk kitabımdır. Yazmağa 2007-ci ildən başlamışam


partlaya. Boynumdakı qanı Sahibə görmədi. Çünki, içəri keçən kimi



Yüklə 1,33 Mb.
Pdf görüntüsü
səhifə9/39
tarix26.05.2023
ölçüsü1,33 Mb.
#113143
1   ...   5   6   7   8   9   10   11   12   ...   39
Xəyalə Murad - Görünməyən həqiqət


partlaya. Boynumdakı qanı Sahibə görmədi. Çünki, içəri keçən kimi 
otağa girib, arxadan bağladım. 
-
Qatil Sahibdir?- Muradlı qəfildən sual verdi. 
-
Mən qorxuram. Desəm anamı da öldürər, yaralı atamı da, məni də. 
Məmmədzadə: 
-
Siz qatili nə vaxta kimi gizlətmək fikrindəsiniz? Narahat olmayın, biz 
sizi qoruyarıq. Amma gizlətməyə təkid etsəniz sizi cinayətkara yardım 
etdiyiniz üçün həbs edəcəyik.
Polkovnik Muradlı: 
-
Qızım insafa gəl, de görüm, qatil Sahibdir? Dünən sizin evə sənə 
növbəti dəfə xəbərdarlıq etmək üçün gəlmişdi? Danış, qorxma! 
Unutma ki, heç bir qatil şahidi sağ buraxmaz.
Mən:
-
Səni də bir zaman öldürəcək. Axı atan hələ sağdır. Ona yazığın gəlsin. 
Mayor Səfərli: 
-
Bəs Cavad?! Onun qanını yerdə qoyacaqsan?
Səbinə qətiyyətlə cavab verdi: 
-
Bəli atamı da Cavadı da bıçaqlayan qonşumuz Sahib idi!!! 
Bu vaxt qapı açıldı. Sahib qapıdan boylanıb: 
-
Rəis, bəlkə sabah gələrəm? Hə? İşim gücüm var axı! 
Polovnik-leytenant Məmmədzadə bizə əmr etdi: 
-
Tutun onu! Ciblərini yoxlayın.
Səfərli və mən Sahibi cəld tutduq. Qollarına qandal vurub, ciblərini 
gəzdik. Oradan cib dəsmalı, kağız parçası, və cib bıçağı tapdıq. 
Dəhlizə çıxıb bıçağı polis zabitinə uzatdım. Təcili ekspertizaya aparıb qısa 
zamanda cavab göndərmələrin istədik.
Sahib: 
-
Mənim günahım yoxdur. O çörək bıçağımdır. Mağazada para çörək 
satanda onunla kəsirəm. Hara aparırsız? Nə ekspertiza, siz nə 
danışırsız? Mən qatil deyiləm!!! 
Polkovnik Muradlı: 


-
Demək günahın yoxdur? 
-
Hə. Günahsızam. 
-
Yaxşı nə deyirəm. Bəs hadisə baş verdiyi zaman nə edirdin? 
-
Demişdim axı. İfadəmdə var. Çörək almağa düşmüşdüm. Qızımın ad 
günü idi. Onda Cavadgillə rastlaşdım.
-
Aha... demək çörək alırdın? 
-
Hə qəpiklərim də yerə tökülmüşdü. Onda görmüşdüm ki, yerə 
sərildilər. Qatil isə əllərini sallaya-sallaya gedir.
-
Qəpiklərin? 
-
Hə, qəpiklərim. 7 çörəklik qəpiyim vardı, əlimdən yerə dağılmışdı.
-
Nəyə görə siz çörək satdığınız halda evinizə çörəyi məhz pulla alırsız?- 
Muradlı davam etdi- Bizi axmaq yerinə qoymayın Sahib bəy. Əlimizdə 
Səbinənin etirafı var. Günahınızı boynunuza xoşluqla alın. İş ondadır ki, 
polkovnik-leytenant Məmmədzadə, bu şəxs qara plaşlı alnı çapıqlı 
qatili uydurub ki, sizi səhv yola salsın. Məhz onun verdiyi yanlış ifadə 
sizin cinayəti açmanıza mane olub. Düyünün harada olduğunu 
soruşurdunuz. Baxın düyünün özü elə qarşınızda əyləşib. Əks halda siz 
bu cinayəti çoxdan açmışdız. Sahibin qatil olduğunu göstərmək üçün 
Səbinənin ifadəsi bəs edərdi. –üzünü yenidən Sahibə tutub - Yaxında 
Fərhad bəy də ifadə verə bilər. Onda çıxış yolunuz olmayacaq.
Sahib bir qədər başı aşağı oturdu. Nə isə qərarlaşdırdığını hiss etmişdim 
ki, sözə başladı: 
-
Bəli yoldaş müstəntiq daha gizlətməyin yeri yoxdur. Qatil mənəm! İş 
ondadır ki, axmaq nəfsimin qurbanı olmuşam. Hər həftə ailəmdən 
xəbərsiz qumar oynayardım. Düşünürdüm ki, bir zaman külli miqdarda 
pul udaram və ailəmi kasıblıqdan xilas edərəm. Lakin alınmadı. Bir gün 
oyunun ən qızğın yerində pulum bitdi. Tərslikdən dükanımın sənədləri 
cibimdə idi. Əlimə keçər keçməz düşünmədən oyuna qoydum. 
İnanırdım ki, udaram. Amma şansım yox imiş. Uduzdum. Beləliklə, 
ailəmi necə deyərlər “çörək ağacından” məhrum etdim. Başqa iş də 
əlimdən gəlmirdi. Bacardığım tək şey ticarət idi. O andan özümə bir 
daha qumar oynamayacağıma söz verdim. Tövbə etdim. Dükanımı 
uduzduğum şəxs insaflı oldu. Dedi sənədi 5 min manatın müqabilində 
qaytaracaq. Amma cəmi 3 gün vaxt verdi. Üç günə 5 min manatı necə 
tapardım. Elə bir tanışım, dostum da yox idi. Dükan da atamdan mənə 
qalma idi. İşlədikcə ərazisini genişləndirmişdim. 100-200 manat deyil 
ki, tanışlarımdan tapam. Mənim üçün 5 min manatı tapmaq özü də 3 
günə qeyri-mümkün idi. Həmin gecəni yata bilmədim. Götür qoy edib 
borc ala biləcəyim insan axtarırdım. Nəhayət Fərhad bəy və onun ilk 
yoldaşı Zərifə xanımı xatırladım. Səhər açılan kimi blokun ağzında 


Fərhad bəyi gözlədim. Bilirdim ki, işə gedəcək. Axı hər səhər 
rastlaşırdıq. Ondan xahiş etdim ki, mənə bu məbləği borca versin. 
Lakin Fərhad bəy pulu mənə yalnız 4 gün sonra verə biləcəyini dedi. 
Hal-hazırda isə o qədər milli pulu yoxmuş. Buna çox məyus oldum. 
Yenə də düşündüm ki, bəlkə qumarda uduzduğum şəxslə danışıb, pulu 
4 gün sonra verəcəyimə razı salım. Ancaq o qəti dedi ki, “Pul iki gün 
sonra onda olmalıdır. Əks halda dükanını əbədi unut! ” Məcbur qalıb 
getdim Zərifə xanımın sahib olduğu zavoda. Bir neçə dəqiqə sonra 
katibəsi Zərifə xanımın məni bu gün qəbul etməyəcəyini dedi. Yalvar-
yaxar etdim ki, desin çox vacibdir. Görüşməliyəm. Nəhayət razı oldu. 
Cəmi iyirmi beş dəqiqə dəhlizdə ayaq üstə gözlədikdən sonra məni 
qəbul etdi. Etməz olaydı.
-
Niyə? - mən soruşdum. 
-
Çünki, o əfi ilandır. Yox...yox.... Daha betər. Gürzədir, İblisdir! İnanın 
ki, başqa yolum yox idi. 
-
Sözünün qısası....- Məmmədzadə əsəbiləşdi.
-
Düşündüm ki, Zərifə xanımla pulu ay-ay vermək şərti ilə danışsam, 
bəlkə mənə lazım olan məbləği verər. Bilirdim ki, onun hər zaman pulu 
var. Özüm də bir neçə dəfə dükanım üçün onun zavodunun ixrac 
etdiyi mallar almışam. Ona görə Zərifə xanımla tanış idik.
-
Dayan! - deyə Muradlı səsləndi :- Dəhlizdən Zərifə xanımı da çağırın. 
İki dəqiqə sonra Zərifə xanım içəri daxil oldu. O Sahibi əlində qandal, polis 
zabitinin nəzarəti altında başı aşağı oturduğunu görəndə rəngi dəyişdi. Zərifə 
xanım şabalıdı saçlı, üzərində iki qalın xətt ağ saçları, şabalıdı gözlü, yumru sifət 
olsa da bədən quruluşuna görə qızı Səbinədən heç də geri qalmayan, orta 
boylu, adı kimi zərif, geyimindən də imkanlı olduğu nəzərə çarpan qadın idi. 
Səbinənin doğma anasına sevgisi və hörməti elə burada da görünürdü. Zərifə 
xanım içəri keçər-keçməz Səbinə oturduğu yerdən qalxıb, yerini anasına 
göstərdi. O da qızının üzünə sevgi ilə sığal çəkib əyləşdi. Bu zaman polkovnik 
Məmmədzadə: 
-
Zərifə xanım, sizi görməyimizə şadıq. Polkovnik- leytenant 
Məmmədzadə! – özünü təqdim etdikdən sonra - ayaq üstə duran şəxs 
mayor Səfərli və mayor Eyvazov, pəncərə önündəki şəxs isə Murad 
Muradlı. 
-
Tanışlığımıza şadam. 
Zərifə xanım bu ərəfədə başı ilə astaca salam verirdi. Arada isə çönüb 
Sahibə baxırdı. Bu zaman polkovnik Muradlı: 
-
Hə, Sahib! Gəldin Zərifə xanımdan borc almağa. Davam et!.... 


-
Bəli cənab! Zərifə xanımdan pul istəməyə gəlmişdim. Dedim 5 min 
manat pul lazımdır. Neçə aya istəsə dükandakı gəlirimlə ödəyərəm. O 
isə.. 
-
O, nə? 
-
Elə təhqirlər, elə alçaldıcı sözlər eşitdim ki, dəymişim dura-dura kalım 
töküldü.
Zərifə xanım yerindən heç tərpənmədən, bir baş Sahibə baxıb: 
-
Necə lazım idi elə də elədim. Sən özünə hörmət etməyəndən sonra, 
başqasından nə hörmət gözləyirsən? 
-
Davam edin. O pulu verdi ya yox? 
-
Çox and-aman etdim. Əgər bilsəydim ki, pulu yoxudur, istəməzdim! 
-
Beş min manat onun üçün heç nə idi. Amma o pul əvəzində şərt 
kəsmək istədi.
-
Şərt? Nə şərti? 
-
Dedi pulu yalnız bir şərtlə verərəm, heç geri də istəmərəm. Əvəzində 
mən də şərtinin nə olduğundan asılı olmayaraq razı oldum. Kaş ki, 
olmasaydım. Biləndə ki, beş min manat müqabilində Fərhad bəyi 
öldürməyimi istəyir.. 
Bu zaman Səbinə yerindən sıçrayıb: 
-
Nə? Nə istəyir? 
-
Mən beş min manatın müqabilində Fərhad öldürməli idim. Əvvəlcə 
qorxuya düşdüm. Axı indiyə kimi kimsəni öldürməmişdim. Əvvəlcə 
düşünərəm deyib evə qayıtdım.
Səbinə Sahibin etiraflarını eşidib dəhşətə gəlirdi. Anasına gözü yaşla dolu 
baxıb: 
-
Ana, sən bunu necə edə bildin axı? Bəs Cavadın günahı nə idi? 
Zərifə xanım isə: 
-
Səbinə sus! Sonra danışarıq. Cavadın yerinə kaş mən ölərdim. –sonra 
Sahibə baxıb :- Axmaqsan! Gül kimi balama qıydın. 
Məmmədzadə qəzəblənib: 
-
Dayanın, görək Sahib nə danışır! 
-
Gecəni səhərə kimi yata bilmədim. Ailəmi düşündüm. Övladlarımı 
düşündüm. Çox pis vəziyyətə düşdüm. Axırda getdim düz Zərifə 
xanımın işinə. Razıyam deyib pulumu istədim. O da dedi ki, get öldür. 
Sonra pul sənindi. Mən isə ticarətçi olduğumdan pulumu əvvəldən 
aldım. Gedib pulu qumarda uduzduğum şəxsə verib dükanımın 


sənədlərini geri aldım. Əslinə qalsa nə Fərhad , nə də Cavadın mənə 
pisliyi dəyməmişdi. Həm də ilk dəfə insan öldürəcəkdim.
Səbinə qışqıra-qışqıra: 
-
Allah cəzanızı versin! Qatillər!
-
Sakit olun. Mane olursuz! Davam edin! - dedim.
-
Gözlədim ki, səhər Fərhad bəy blokdan çıxsın. Gördüm Cavad da gəlir. 
İnanın ki, məcbur idim. Nəyisə dəyişmək əlimdə deyildi. Ardını da 
özünüz bilirsiniz. Onsuz da o andan yerin dibinə batmışam. Cəzam 
nədirsə onu da çəkməyə hazıram.
-
Sizin sözünüz yoxdur Zərifə xanım? Özünüzü bir övlad qatili kimi necə 
hiss edirsiz? - deyən polkovnik Muradlı ciddi nəzərlərlə Zərifə xanıma 
baxdı.
-
Bütün bunları inkar etməyəcəyəm! Düzdür Fərhada ayrıldığımız andan 
nifrət edirdim. Bundan əlavə iyirmi il onun növbəti evliliyinə görə 
oğlum Cavaddan da olmuşdum. Oğlum doğma anası dura-dura yad 
birinə “Ana” deyirdi. Mən Sahibə Fərhadı öldürməyi tapşırmışdım. 
Amma bu alçaq Fərhadı yaralı qoyub gül kimi balama qıydı. Allah sənin 
cəzanı versin! 
Həyəcan dolu səsi ilə sözlərini bitirən Zərifə xanım ayağa qalxıb Sahibə əl-
qol uzatdı. Bu zaman Məmmədzadə: 
-
Allahı deyə bilmərəm. Amma cəzanızı qanun mütləq layiqincə 
verəcək! Bəs Fərhadı necə oldu ki yaralı qoydunuz? Buna açıqlama 
verin ki, ifadənizdə hər şey ətraflı olsun! 
-
Mənim də məqsədim Fərhadı öldürmək idi. Lakin onlara yaxınlaşıb 
bıçağımı qaldıranda Cavad mənə atasını qorumaq üçün güc gəldi. 
Odur ki, Cavada qarın hissəsindən heç xatırlamıram da iki ya da üç heç 
də dərinə getmədən bıçaq sancım. Məqsədim şahid buraxmamaq olsa 
da Cavadın aldığı yaradan sağ qalacağına inanırdım. Bu ərəfədə 
Fərhad məni itələdi. Cavadı qolları arasına qaldırıb qışqırıb köməyə 
çağırmaq istəyirdi ki, cəld tərpənib həmin bıçaqla düz onun ürəyinə 
axıra kimi basdım. Mənə qaranlıq qalan onun hələ də sağ olmağıdır. 
Bu necə ola bilər, axı mən onun ürəyinə bıçağımı tam sonunadək 
basmışdım.
Mayor Səfərli Sahib bəyin sualına açıqlama verdi: 
-
İş ondadır ki, Sahib bəy siz bıçağı 2 sm yuxarı basmışdız.. Cavad isə 
daxili qanaxmadan ölmüşdü.
Bu vaxt ekspertizadan cavab da gəldi. Sahibin bıçağının həqiqətən cinayət 
törədilən bıçağın eynisi olmaqla yanaşı, hətta üzərində Fərhad kişinin qurumuş 


qanı aşkar edilmişdi. polkovnik Məmmədzadənin göstərişi ilə Sahib və Zərifə 
xanım həbs edildi. Otaqdan çıxmazdan əvvəl Muradlı Zərifə xanıma: 
-
Sizə lap yazığım gəlir. Həyat yoldaşınızın öldürülmə cəhdi sizə heç nəyi 
vermədi. Əvvəlcə yoldaşınızdan, sonra oğlunuzdan, indi isə sizə bu 
qədər sevgi və hörmət bəsləyən qızınızdan məhrum oldunuz. 
Bu sözlərdən sonra Zərifə xanımın gözlərindən iki damla yaş axdı. Başını 
aşağıya salıb qolları qandallı otağı tərk etdi.

Yüklə 1,33 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə