Əziz oxucular! Bu mənim ilk kitabımdır. Yazmağa 2007-ci ildən başlamışam



Yüklə 1,33 Mb.
Pdf görüntüsü
səhifə11/39
tarix26.05.2023
ölçüsü1,33 Mb.
#113143
1   ...   7   8   9   10   11   12   13   14   ...   39
Xəyalə Murad - Görünməyən həqiqət

 
“Xoşbəxtlik həsrəti” (Roman) 
Birinci fəsil. 
--Musa, qardaş! Təbrik edirəm. Gözəl-göyçək bir qızın doğuldu... 
Bu xəbəri artıq beş il idi ki gözləyirdi. Xanımı Dilarə ilə hər gün Allaha dua 
edərdilər. Ondan təkcə övlad arzulayardılar. Budur artıq ata olmuşdu. İnana 
bilmirdi qulaqlarına. Diz üstə oturub əllərini göyə qaldırdı : 
-- Sənə min şükür Ya Rəbbim! Arzularımızı dualarımızı eşitdin... Sənə şükürlər 
olsun... 
Allaha şükr edən bir insana tamaşa etmək hər insana nəsib olmasa da, Cəmilə 
həkimə bu gün qismət olmuşdu. Musanın qızının doğulduğunu eşidib göz yaşları 
içində Allaha şükrlər etməsinə özü də qəlbən sevindi.
--Cəmilə xanım, bəs Dilarə necədir? Yaxşıdırmı? 
--Əlbəttə, o da qızınız da lap yaxşıdır. Hər ikisi sağlamdırlar. Heç narahat 
olmayın. Yaxşısı budur deyin görüm qızınızın adını nə qoyacaqsız? 
--Sevinc!
-- Cox gözəl addır. Adıyla böyüsün İnşallah... 
Cəmilə həkimin razılığı ilə hər ikisi Dilarəni və yeni doğulmuş uşağı görmək 
üçün evə girdilər... 


Bütün bu illər Mahmudovlar ailəsinin xatirəsində çox xoş keçdi. Musa 
işləyir, Dilarə evdar qadın kimi evi dolandırır Sevinci tərbiyə edirdi. Kəndin ən 
hörmətli sakinlərindən biri idi Musa. Yaşından aslı olmayaraq hər kəsi 
mehribanlıqla qarşılayar, mehribanlıqla yola salardı. Dilarə də səmimi, gülərüz 
xanım-xatın bir qadın idi. Musa ilə uzaqdan uzağa sevmişlər bir-birlərini. Amma 
Musa əsgər gedib gəldikdən sonra daha sevgisini gizlətməmiş elçisini 
göndərmişdi qapılarına. Bəxtindən atası da Musanı bəyəndiyi üçün vermişdi 
yeganə qızını ona. Çox xoşbəxt idilər. Çatışmayan isə tək övladları idi. O da 
Allahın qisməti ilə beş il sonra doğuldu. Musa qızının adını Sevinc qoydu. 
Çünki, ailəsinə sevinc bəxş etmişdi gəlişi ilə.
On dörd il sonra... 
Musa artıq həyatda yox idi. Uzun və mubarizəli xəstəlikdən sonra dünyasını 
dəyişdi. Dilarə onun yoxluğuna alışa bilmirdi. Hələ Sevinc yazıq qız atasından 
bir an belə ayrı qalmağa dözə bilmirdi, o ki qala ölümünə dözmək. Amma 
zamanla hər kəs alışdı. Bütün qonşular, qohumlar, alışmayan tək Dilarə və 
Sevinc oldu. Dilarənin qardaşı hər həftə onlara bazarlıq edib gələrdi. Əlavə də 
pul verərdi ki, birdən nəsə lazım olsa alsın. Üstəlik də bir sözü sanki əzbər 
etmiş kimi hər gəlişində Dilarəyə təkrar-təkrar deyirdi- "Dilarə, mənim evdə bir 
sürü külfətim var 4 cü uşaq da yoldadı. Üstəlik də sən və qızın. Ona görə çalış 
bir az qənaət et ki, mənə də yük çox düşməsin" Bəli bu sözlərə Dilarə həmişə 
eyni cavab verərdi-"Əlbəttə qardaş, səni gözəl başa düşürəm".
Buna baxmayaraq Dilarə boş oturmurdu. Əlindən çox gözəl hörgü və tikiş işi 
gəlirdi. Səliqəsinə söz ola bilməzdi. Ona görə dərziliyə başladı. Gecə-gündüz 
bilmədən işləyirdi evində. Qonşuların çoxuna tanışlıq üçün nisyə etsə də yenə də 
əli dara düşəndə o pul əlinə gələrdi. Hər gününə şükr edərdi. Sevinc də anasına 
hər zaman kömək edərdi. Bağdakı bütün kişi işini Sevinc asanlıqla görürdü. Elə 
kişi kimi böyümüşdü. Dərsini də yaxşı oxuyardı. Elə imkansızlığa görə ali təhsil 
almaq barədə düşünmədi.
Sevincin sevgisindən dəli divanə olan Tərlan həmişə kənardan ona tamaşa 
edərdi. Artıq 17 yaşları vardı. Və bir gün ona qəlbini açacağı günü gözləyirdi. 
Amma heç cürə onu tək tuta bilmirdi. Həmişə harasa gedəndə ya yanında anası 
vardı, ya da qonşu qızı "rəfiqəsi" Arifə. Baxmayaraq ki, Sevinc ona sevgisi 
üçün bir səbəb verməmişdi, amma yenə də əlində deyildi. Uşaqlıqdan Sevinclə 
oynadığı gizlən-qaçdan bəri sevirdi onu.


Arifə isə Tərlanın Sevincə olan gizli sevgisini hiss etmişdi. Lakin bu sevginin 
baş tutmamağı üçün nə lazım olsa etməyə də hazır idi. Sevinci həmişə 
qısqanırdı. Onun paxıllığını elə lap uşaqlıqdan çəkirdi. Hər zaman atasının, 
anasının sevimlisi olmuş, oyunlarda daim qalib olmağı bacarmış, məktəbdə əlaçı 
olmuş, hər kəsin mehriban və şirin qız kimi sevgisini qazanmış Sevincin 
paxıllığını edirdi. Üstəlik pəncərədən baxanda hər dəfə Tərlanın Sevincə necə 
baxdığının şahidi olduqca ağlına hər fikir gətirirdi. Tək istəyi, məqsədi artıq 
Tərlan olmuşdu. Beynində qərar vermişdi ki, nə olur-olsun Sevinc Tərlana ərə 
gedə bilməsin. "Sevincdən nəyim əskikdir ki, elə özüm gedərəm ona" deyərdi.
Həmişə Sevincgilə üzünə "rəfiqə" maskası taxaraq gedərdi. Tərlanın onu tək 
tuta bilməməsi üçün əlindən gələni də edirdi. Sevinc hara getsə yanına düşərdi.
Guya onu çox istəyir, evdə də oturmaqdan ürəyi partlayır. Sevinclə birgə onun
anasının tikdiyi paltarları sahiblərinə verib gələrdilər.
Vaxt beləcə keçirdi. Gün gəldi Tərlan əsgər getdi. Onun əsgər getməsinə 
Arifə çox sevinirdi. Çünki planında Tərlanın əsgərlikdə olduğu vaxt ərzində 
Sevincə bir ər tapmaq vardı. Çalışırdı ki, Tərlan gələnə kimi onun "başını 
bağlasın" . Bunun üçün şəhərdə yaşayan əmisi qızına zəng vurdu: 
"Əgər oralarda kimsə evlənməyə kənd qızı axtarsa de, biri var Sevinc. Atası 
rəhmətə gedib 18 yaşı var. Gözəl-göyçək qızdı. Anası dərzidi. Savab 
qazanarsan"
Əmisi qızı şəhərdə tibb bacısı işləyirdi. Günlərin bir günü elə təsadüfən iş 
yoldaşının qardaşı haqqında danışdıqlarını eşitdi: 
-- Qardaşım Rusiyada işləyir. Atamın, anamın tək oğludur. İstəyirik bir halal süd 
əmmiş qız tapaq. Ona qalsa illər keçsə də tapa bilməz. Cəmi 28 yaşı var. Atam 
xəstədir. Deyirik, nə qədər ki, yaşıyır oğlunun toyunu görsün. Amma öz 
aramızdı, hardadı indiki zəmanədə halal süd əmmiş qız? Olsa-olsa kənd yerində 
olar, ya olmaz. O da tanıdığım yox, bildiyim yox...
Elə onda əmisi qızı Arifəyə zəng vurub dedi ki, bəs, təcili qızın rəsmini 
göndər. Arifə də böyük məharətlə Sevincin albomuna baxmaq bəhanəsi ilə 
şəkillərindən birini gizlincə götürdü. Poçta gedib onu bir zərfə qoydu. Çatacağı 


ünvana kimi qeyd edib evinə gəldi. Əmisi qızı şəkili əldə etdiyi gün elə iş 
yoldaşı tibb bacısına göstərdi. O da evlərinə aparıb qardaşına və atasına anasına 
göstərdi. Hamısı bəyəndikdən sonra xəbər etdilər ki, bəs, əmin qızına de ki, o 
qızın evinə elçi gedəcək bu yaxınlarda.
Arifə xəbəri eşidən kimi həm paxıllıq etdi ki :"qızdakı bəxtə bax e, bir göz 
qırpımında elçilər hazırdı". Bir yandan da sevindi ki, "Tərlana qismət 
olmayacaq. Əsgər gələnə kimi Sevinc də ərdə olar. O da məcbur qalar məni alar. 
Məgər məndən başqa kimi bəyənər ki, anası"...
Bəli Arifə artıq Tərlanın anasının gözünə girməyi də bacarmışdı. Axı yeganə 
balası əsgər idi. Buna görə onlara tez-tez baş çəkir, evdə ya mağazalıq nəsə 
ehtiyacı olub-olmadığnı soruşardı. Hətta bir necə dəfə ev işlərində də kömək 
etməyə girişmişdi. Elə xəbəri eşidər eşitməz Sevincə deməyə tələsdi. 
Sevinc bu vaxt bağdakı solmuş yarpaqları süpürürdü: 
--Sevinc, ay qız bəxtəvərsən e, sənə şəhərdən elçilər gəlir.
-- Necə məyər, elçilər? Nə şəhər, nə elçi? 
-- Əmim qızı təsadüfən iş yoldaşının qardaşı üçün kənd yerindən qız axtardığnı 
eşidib mənə zəng etdi. Mən də səni dedim. Onlar da elçi gəlirlər. Bəyənməsən, 
özün bilərsən. Amma ağlın olsun dur get. 
-- Arifə sən nə deyirsən? Mənim ərə getmək fikrim yoxdu hələ. Bəs anam təkcə 
neyləyəcək? 
-- Ay qız, guya hec ərə getməyəcəksən? Elə gülməli danışırsan ki... Deyirəm 
şəhərdəndir e elçilərin. Get ərə kef elə də. Nə var bu palçıqlı asfaltsız kənd 
yollarında nə edəcəksən? Onsuz da bir qız bir oğlanındır. Bunu bəyənməzsən 
getməzsən, nə məcburdur.
Əslində Arifə bütün qəlbi ilə onun ərə getməyini "Tərlana sahiblənmək 
yolundan çəkilməyini" istəyirdi. Beləliklə, Sevinc anasına Arifənin dediklərini 
dedi. Dilarə qızını çox sevirdi və əgər qızı istəməsəydi məcbur kimsəyə 
verməzdi. Zaman gəldi. Oğlan evi elçi gəldi. Elçiləri Sevincin dayısı qarşıladı. 
Oğlan anası Dilarəyə oğlunu tərifləməyə başladı: "Oğlum Vahid Rusiyada 
işləyir. Öz əli-öz başı. Evlənsə hər ayda bir dəfə gedəcək işlərinə baş çəkib 
gələcək. Ailəcanlı oğlandır. Nə içki içər, nə siqaret çəkər. Rusiyada kiçik fabrik 
işlədir. Yəni həmişə orda olmağına ehtiyac yoxdu. İşçilərinə tapşırıq verib geri 


dönür. Şəraitimiz də maşallah necə lazımdır. Beş otaq evimiz var. İkisi sənin 
qızının. Yaşasınlar xoşbəxt olsunlar. " 
Dilarə qəlbən qızının uzağa; şəhərə ərə getməsini istəmirdi. Amma qardaşı dilə 
gətirdi ki, qoy getsin. Sənin kimi əziyyət çəkməsin. Əslində Sevincin dayısı 
dolandırmalı olduğu bir insanın azalmasını istəyirdi. Elə oğlan evinə ordaca "hə" 
də qəlbində bu sözü təkrar etdi: "Yükümün biri azaldı" 
Onsuz da Vahidin ailəsi imkanlı idilər və Sevincin ailəsindən cehiz olaraq heç 
nə istəmədilər. Beləliklə bir ayın içində nişan və toy oldu. Sevinc ata evindən 
Vahidin evinə onun xanımı olaraq qədəm qoydu... 

Yüklə 1,33 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə