Hüseyn caviD



Yüklə 1,48 Mb.
Pdf görüntüsü
səhifə1/65
tarix08.07.2018
ölçüsü1,48 Mb.
#54335
  1   2   3   4   5   6   7   8   9   ...   65



 
 
 



 
 
 
HÜSEYN CAVİD 
 
 
 
 
 
 
 
 
 
 
ƏSƏRLƏRİ 
 
 
 
 
 
BEŞ CİLDDƏ 
 
 
V CİLD 
 
 
 
 
 
 
“LİDER NƏŞRİYYAT” 
BAKI-2005 



 
Bu kitab “Hüseyn Cavid. Əsərləri. Dörd cilddə. IV cild” 
(Bakı, Yazıçı, 1985) nəşri əsasında təkrar nəşrə hazırlanmışdır 
 
 
Tərtib edəni:         
 
 
 
Turan Cavid 
 
Redaktoru: 
 
    Teymur Kərimli 
 
 
 
894.3611 - dc 21 
AZE 
 
Hüseyn Cavid. Əsərləri. Beş cilddə. V cild. Bakı, “Lider nəşriyyat”, 
2005, 288 səh. 
 
Ədəbiyyatımızın  ən böyük klassiklərindən biri kimi şöhrətlənmiş Hüseyn Cavid 
qələmə aldığı faciələrdə Şərq taleyinin müxtəlif ciddi problemlərini qaldırmış, türkçülük 
ideyalarını  təbliğ etmiş, ümumbəşəri məsələləri yüksək humanizm mövqeyindən 
işıqlandırmışdır. 
“Əsərləri”nin bu son cildinə sənətkarın “Xəyyam” (1935) və “İblisin intiqamı” (1936-
1937) dramları daxil edilmişdir. 
Bəlkə  də  ən poetik, ən  şairanə pyesi olan “Xəyyam”da Cavid Şərqin qədim və 
ziddiyyətli keçmişini artıq bir şair-filosofun timsalında tərənnüm edir. Əsrinə  sığmayan 
şairin həyat mübarizəsi əsərin əsas süjet xəttini təşkil edir. 
Hüseyn Cavidin bütünlükdə  bədii bioqrafiyasından qırmızı  xətt kimi keçən  İblis 
ideyası  və obrazı öz qanunauyğun fəlsəfi-estetik və  bədii yekununu dramaturqun son 
əsərində – faşizm əleyhinə çevrilən, müharibə məfkurəsinin təhlilinə həsr olunan “İblisin 
intiqamı”nda tapır. 
Bu cilddə mütəfəkkir sənətkarın eləcə də məqalə və məktubları toplanmışdır. 
 
 
ISBN 9952-417-36-3 
© “LİDER NƏŞRİYYAT”, 2005 



 
 



 
 



 
 
 
 
 
 



 
XƏYYAM 
 
Dram – 6 pərdə 
 
Ə Ş X A S 
 
X ə y y a m – məşhur filosof, şair 
S e v d a – onun sevgilisi 
X a c ə N i z a m – Nizamülmülk Əbülqasim – Xəyyamın həmdərsləri 
S a b b a h – Həsən 
R ə m z i – 
X ə r a b a t i- X ə y y a mın hərami 
V ə f a-
} – Rəmzi ilə Xərabatinin könüldaşları 
S ə f a 
A l p A r s l a n – əsrin xaqanı 
M ə l i k ş a h – xaqanın oğlu 
Y u s i f – isyançı bir dəliqanlı 
H a c i b – Xacə Nizamın qulamı 
Ə b u T a h i r – Sabbahın xidmətçisi 
S a q i y ə – gənc, yosma bir saraylı qız 
M ü q t ə d i b i l l a h – Bağdad xəlifəsi 
Ə b u Ş ü c a – onun vəziri 
K ö y l ü e r m ə n i – şərabçı 
 
Müfti, Saib, Naib, başqa tələbələr, müridlər, çadırdaşlar, çömləkçilər, alverçilər, müştərilər, 
rəqqasələr, hökumət mə’murları, qulamlar, yavərlər, məzarçılar, əskərlər, saray 
qızları, sair qızlar və dəliqanlılar. 
 
İLK PƏRDƏ 
 
Nişaburda mədrəsə yaşayışı... Tələbələrə  məxsus bir oda. Ətraf taxçalarda kitablar, üstürlab və sair 
həndəsə alətləri, sağda qapı başqa bir odaya, solda qapı  dışarı açılar. Qarşıda iri pərdələr asılmış. 
Xəyyam həmpiyalələri olan Rəmzi ilə X ə r a b a t i ilə bərabər şərab içərlər, hər üçü gəncdir. Birinci 
– ciddi, səmimi, kəskin baqışlı  və coşğun, ikinci – arıq, həssas, üçüncü isə bir az dolğun, yağız 
çöhrəli və laübalidir. Qədəhlər boşalırkən musiqi “Hicaz” çalar. Ətrafda isə minacat səsi yüksələr. 
 
Ey fəzalarda gülümsər əbədi şe’rü xəyal! 

nə qüdrət, o nə həşmət, o nə ahəngü cəlal!? 
Hər dəha çırpınaraq səndə arar feyzi-kəmal
Yenə yoq kimsədə əsla səni idrakə məcal. 



 
X ə y y a m 
 
(heyrət və həyəcanla) 
 
İştə, bir səs ki, edər göylərə şaşqınca xitab, 
O sağır göy, əcəba, kimsəyə vermişmi cəvab? 
O dərinliklərə, boşluqlara uçduqca xəyal, 
Sanki çırpınmada bir şəhpəri yanmış qartal. 
 
X ə r a b a t i 
 
(alaycı qəhqəhə ilə) 
 
Hər gələn bir yeni əfsanə satar
O qaranlıq dama hər kəs daş atar. 
Saqın, aldırma, həmən zevqinə baq, 
 
(qədəhi göstərər) 
 
Hər həqiqət buradan parlayacaq. 
 
R ə m z i 
 
Yoq deyildir o qaranlıqda işıq, 
Bəşərin əczinə binlərcə yazıq. 
 
(Xərabatinin uzatdığı qədəhi alıb içindəki şərabı süzərək) 
 
İçəlim, iştə, bütün varlığımız, 
Al şəfəqlərdə gülümsər yalnız. 
 
X ə y y a m 
 
“Xilqətin sirri müəmmadır, əvət, 
Ürəfa saçsa da yüz bin hikmət. 
Burda cənnət yapalım badə ilə, 
Nəmə lazım o varılmaz cənnət”
1
 
                                                            
1
Xəyyamın dırnaq arasına alınmış rübailərini H.Cavid tərcümə etmişdir. 
 
 



 
(İçərlər, hər üçü sərxoşca oqur) 
 
H ə r ü ç ü 
 
Saqi, aman, mey ver bana, 
Doldur, peyapey ver bana. 
Bən abi-kövsər istəməm
Mey ver bana, hey ver bana... 
İçdikcə ruhum şad olur, 
Hər qayğıdan azad olur. 
Mey ver – gözəlsiz, nəş’əsiz, 
Hər duyduğum fəryad olur. 
 
Yenə qədəhlər dolur, bu zaman Xəyyamın oda arqadaşları Xacə Nizamülmülk 
ilə Sabbah gəlir, birinci – vüqarlı və həlim, ikinci isə titiz və qurnazdır. 
 
S a b b a h 
 
(Xəyyamı əzici baqışlarla süzərək) 
 
İştə, seyr et, bu nə sapqınca oyun. 
 
X ə y y a m 
 
Buyurun siz də için... 
 
S a b b a h 
 
(qızğın və kinayəli) 
 
Eşq olsun!.. 
Bir düşün, hiç sana layiqmi bu hal? 
 
X ə y y a m 
 
Gəl də sızlanma, otur, bir nəfəs al. 
 
S a b b a h 
 
Kimdi bunlar? 


Yüklə 1,48 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə