Əziz oxucular! Bu mənim ilk kitabımdır. Yazmağa 2007-ci ildən başlamışam



Yüklə 1,33 Mb.
Pdf görüntüsü
səhifə12/39
tarix26.05.2023
ölçüsü1,33 Mb.
#113143
1   ...   8   9   10   11   12   13   14   15   ...   39
Xəyalə Murad - Görünməyən həqiqət

İkinci fəsil 
Toy günlərindən düz iki ay keçmişdi. Bu iki ayda Sevinc Vahidə alışmışdı. 
Ona hörmət edir, sözünü tərəddüd etmədən yerinə yetirirdi. Elə Vahidin ailəsinə 
də alışmışdı. Qaynatası xəstə yatağında olsa da ona da qulluq etməyi özünə bir 
övlad borcu hesab edirdi. İki baldızı vardı. Biri ailəli idi. 3 uşaq sahibi idi. Digər 
baldızı isə ailə qurmamışdı. Çünki həmişə bir sözü deyib dururdu : "Mən 
həyatımda bir dəfə sevənlərdənəm." Bəli baldızı illər əvvəl sevdiyi insanı itirdiyi 
üçün daha evlənmək barədə nə düşünmür, nə də kiməsə düşünməyə qoymurdu. 
Qaynanası Zəminə xanım elə zəhimli qadın idi. Sevinci ilk gördüyü andan 
bəyənsə də biruzə verməzdi heç zaman. Sanki yeganə oğlunu ona qısqanırdı. 
Paylaşa bilmirdi.
Vahid də xasiyyətcə mehriban, deyib gülən, şən oglan idi. Hələ əsgərlikdən 
qayıdandan Rusyaya işləməyə getmişdi. Bu neçə illər ərzində özünə həm 
vətəndaşlıq həm də yaxşı iş qazanmışdı. Kiçik fabriki vardı. Bütün günü 
telefonda asılı qalırdı. Sevinc də buna bir o qədər əhəmiyyət verməzdi. Çünki 
varlığı ilə kimsənin həyatının dəyişməyini istəmirdi.
Qaynatası Veysəl kişi artıq Sevinci doğma qızı kimi çox istəyirdi. Hətta 
dəfələrlə olmuşdu ki, Sevinc təkbaşına ona qulluq edirdi. Suyunu, yeməyini, 
çayını canla başla verirdi. Atasını itirdiyi andan bu ana ilk dəfə idi ki ata qayğısı, 
ata sevgisi hiss edirdi. Bunu o da hiss etmişdi. Sevinc üçün elçi gedə bilməsə də 
onu gəlinlikdə gördüyü andan qızı kimi sevmişdi. Hər gün mehribancasına 
söhbətlər edər, ona həyatından, zəmanədən, bu yaşına kimi yaşadıqlarından, 
gördüklərindən danışardı.


Günlərin bir günü elə evdə ikisi idi. Veysəl kişinin vəziyyəti çox ağır olsa 
da Vahid Rusyaya iki günlüyə getmişdi. Qaynanası Zəminə xanım isə bacısının 
oğlu uçun keçirdiyi xeyir işdə idi. Baldızı da iş yerində. Yəni Sevinc kimsəni 
köməyə çağıra bilmirdi. Tək güc onun çiyinlərinə düşdü. Qaynatasının sifətinin 
rəngi heç xoşuna gəlmirdi. Bu iki ayda ona elə alışmışdı ki, "İlahi sən onu 
bizlərə çox görmə"- deyərək qəlbində yalvarmağa başladı. Tez telefona əlini atıb 
baldızını, qaynanasını çağırdı. Hər ikisi də dedilər ki, "Bu saat gəlirik". Amma 
yarım saat keçmişdi. Kimsə gəlmirdi ki, gəlmirdi. Sevinc Veysəl kişinin nəfəs 
almasının belə normal olmadığını hiss edirdi. Sanki bir an içində doğma atasını 
yenidən itirirmiş kimi bərkdən ağlayırdı. 
Qapı zərbə ilə açıldı. Zəminə əlində çantası özünü güclə saldı evə. Gördüyü 
mənzərədən isə dəhşətli baxışı bir o qədər böyüdü. Bəli artıq Veysəl kişi canını 
tapşırmışdı. Qaynatasının əllərini bərk-bərk sıxan Sevinc isə hönkür-hönkür 
ağlayırdı.
Artıq bir il keçmişdi o gündən. Amma nə Sevinc unudurdu o günü, nə də 
unutmağa qoyurdular. Zəminə xanım hər gün onu günahlandırırdı. Elə baldızı 
Firəngiz də ondan geri qalmırdı. Sağa keçirdi bir söz, sola keçirdi bir söz 
eşidirdi. Bu bir ili o qədər çətinliklə yaşamışdı ki, bir Allah bilirdi. Vahidə heç 
zaman evdəki söz sohbətləri deməzdi. Gizlədərdi ki, evdən soyumasın. 
"Yoldaşının əzizləri, mənim əzizlərimdir"- deyərək özünə təsəlli verirdi. Hətta 
anası ilə bir aydan bir zəngləşəndə ondan da gizlədirdi. İçində çəkirdi bütün 
dərdi. Hətta bir gün Arifə qəfl zəng etmişdi onlara. Telefonda Sevincə: 
--Sevinc, necəsən? Ay qız deyirəm getdin şəhərliyə, daha bizləri sayıb 
eləmirsən. Niyə gəlib getmirsən? Anandan eşitdim uşağın yoxdur bəs niyə? 
Sevinc bu zəngdən təsirlənmişdi. Düşünmüşdü ki, Arifəyə desə anlayar. Ona 
təskinlik verər. Amma Arifənin kinayəli sözlərinə görə ona etibar etmədi sirrini. 
Sadəcə "yola verdi" və dəstəyi asdı. Çox çətin il yaşamışdı. Bir yandan da uşaq 
olmaması onu incidirdi. Hər gecə yerinə uzananada ilk düşündüyü də bu idi: 
"Görəsən mən sonsuzam?"
Evdə vəziyyət hər ay daha da pisləşirdi. Vahid də ayda bir dəfə yox ayda 3 
dəfə Rusyaya gedirdi. Gedəndə də bir həftə qalırdı. Yəni hər ayın cəmi bir 
həftəsi Vahidlə keçirdi. O yanında olanda evdə kimsə Sevincə güldən ağır söz 
demirdi. Əksinə onu mehribancasına nəyəsə buyururdular. Sevinc də hər 
dəfəsində: "Vahid heç nədən narazı qalmasın" deyib içini yeyib qurtarmışdı.
Artıq toylarından iki il keçmişdi. Bu iki ildə Dilarə qızını cəmi 3 dəfə 
görmüşdü. O da təsadüfən Vahid gedib onu gətirmişdi. İki gün qızının yanında 


qalıb ona doymadan yenidən gedərdi kəndə. İstəyirdi ki, ona görə qızının evinə 
söz söhbət düşməsin. Hamı mehriban olsun. Hətta bir dəfə Zəminə 
xanıma "Sevinci deyirəm bir həkimə aparaq müayinə etsin. Bilək görək 
nədəndir uşaq olmamağı" deyəndə. Zəminə xanım az qalmışdı əlindəki stəkanı 
nəlbəkiyə yox elə bir başa Dilarənin üstünə ata.
--Yoxlanmalı heç nə yoxdur Hər şey açıq aydın göz qabağındadır. Gün gələr 
o da olar Allahın köməkliyi ilə... - deyib söhbəti bağlamışdı.
Əslində Zəminəyə elə bu da lazım idi. O istəyirdi ki, tezliklə Sevinc ata evinə 
qayıtsın. Uşağın olmamağı onu incitmirdi. Əksinə əmin idi ki, Vahidlik deyil. 
Çünki Vahidin Rusyada evli olduğunu və ondan iki qızı olduğunu bilirdi. Buna 
görə arxayın idi ki, Sevinc sonsuzdur. Dilarə özü də beş il Sevincin arzusunda 
olmuşdu. Övladı olmamaq nədir yaxşı bilirdi. Qızının nələr yaşadığını da, nələr 
hiss etdiyini də başa düşürdü. Elə Sevinci o vəziyyətdə görməsin deyə tezliklə 
kəndə qayıtmışdı. 
Anasının son gedişindən düz 2 ay keçmişdi. Sevinc telefonu götürüb Vahidə 
mesaj yazdı. Amma tezliklə cavab olaraq ona mesaj gəldi. Açdı və rus dilində 
nəsə gördü. Çox heyf ki, bu dili Sevinc bilmirdi. Amma əmin idi ki, Vahid heç 
vaxt ona hər zamankından yəni "tezliklə gələcəm, işlərimi qaydasına salım 
gələcəm, ya da ki, fabrikdə ciddi problemlər var. Hələ bir neçə gün də qalacam" 
kimi mesaj yazardı. Ona görə Sevinc arxayınlıqla telefonu Zəminə xanıma 
uzatdı. xahiş etdi ki, Vahidin rus dilində yazdıqlarını tərcümə etsin. Zəminə 
xanım da "fürsətdir düşdü əlimə onsuz da rus dilini bilmir. Nə biləcək düz 
tərcümə etdim ya yox." düşündü.
-- Qızım, Vahid burda yazıb ki, mən daha burda qalacam. Və burdakı ailəm 
uşaqlarım səndən dəyərlidir. Sən də tezliklə get atan evinə. Məni də unut.
Sevinc Zəminə xanımın "oxuduqlarına" inana bilmirdi. Yəni Vahid belə 
yazıb? Əvvəlcə heç etmədiyi bir zarafat kimi dşünüdü. Sonra bir an içində 
həyatı alt-üst oldu. Zəminə xanım ona həqiqəti dedi:
-- Bəli Sevinc, Vahid 24 yaşında orda evlənmişdi. Nadejda adlı yoldaşı var. 
Mənə şəklini göndərmişdi. Mən də demişdim ki, rus-mus mənilk deyil. Öz 
millətimizdən olsun gəlinim deyim hə. Bax onda o da acığıma evləndi. Sonra 
iki ekiz qızları oldu. Sveta, Sima şirin baladılar. Albomda var e şəkilləri. Dayan 
göstərim.- Zəminə xanım termoya yaxınlaşıb kiçik albom çıxartdı. Sevinc 
yığışdıranda görmüşdü. Amma heç zaman başqasına aid bir şeyə baxmadığı 
üçün, bu alboma da baxmamışdı. Amma halbu ki, Zəminə xanım albomu göz 
qabağına qəsdən qoymuşdu ki, Sevinc görsün.


Zəminə xanım sanki qonşu oğlundan və qonşu qızından danışırmış kimi elə 
sakit və soyuq idi ki. Albomu da rahatlıqla açıb verdi Sevincin əlinə. Dedi: 
-- Bax bu Nadejdadı. Toylarında çəkiblər. -Sevinc gəlinlik içində olan sarışın 
xanımı gördü. Vahidi də üzündə təbəssüm əynində bəyliklə... 
-- Bax bu da Nadejda ilə bal ayında olanda çəkdiriblər. Antalyaya getmişdilər. -
Sevinc yenə Vahidin yanağındakı təbəssümü və Nadejdanın necə qucaqladığını 
gördü.
--Bax bu da ekiz nəvələrim. - Zəminə xanım elə ağız dolusu danışırdı ki, sanki 
qarşısındakı insan deyil, elə bir cansız əşyadır. Sevinc uşaqlara da baxdı. Bəli 
şəkildəki uşaqlar Vahidə çox bənzəyidilər. Albomda uşaqların doğum evində, 6 
aylığında, bir yaşlarında, və başqa-başqa yerlərdə Vahidlə və Nadejda ilə 
birlikdə çəkilmiş şəkillər ilə dolu idi.
-- Yəni qızım, artıq özün də uşaq deyilsən. Başa düşürsən ki, Vahidim nə 
zamana kimi sonsuz biri ilə yaşamalıdır? Onun o Nadejdaya yenidən 
qayıtmasına sən səbəb oldun. Vaxtında uşaq versəydin ona o da orda-burda 
olmazdı.
İlk dəfə idi ki, Sevinc özündən çıxdı:
-- Necə yəni? mənəm günahkar? Onun evli olduğunu gizlədən sizlər deyilsiz? 
Bu vaxta kimi məni fil qulağında yatızdıran? Həkimə gedək deyəndə ağzımdan 
vuran siz deyildizmi? Kimdir burda günahkar olan? Bilirsiz nə var? Əyər Vahid 
kişi kimi xanımın yanında olsaydı bütün ay boyunca baxın onda uşaq da 
olardı.... 
Sevinc özü də anlamadı nə etdiyini. Bircə onu bilirdi ki, Vahid onun deyildi. 
Və daha bu evdə heç bir şeyə dəyəri yoxdur. Tez otağına getdi. Zəminə xanım 
da iki illik gəlininin ilk dəfə onun sözünə söz deməsini uda bilmirdi. Tez Vahidə 
qısa-qısa zəng edirdi. Nəhayət Vahid zəng etdi: 
-- Ana nə olub, nəsə vacib işdir? 
-- Hə bala sənin bu arvadın özündən çıxıb. Sizin Nadejda ilə olan albomunuzu 
tapdı. Bəyaqdan görəsən mənə nələr demir. Elə bil məcbur gətirmişəm bunu 
bura. Bax sənə deyirəm o qız bu evdən gedəcək. Onsuz da sonsuzdur. Nəyinə 
lazımdır bala. Qoy getsin. Sən də özünə başqasını taparsan. O da gəncdir. Gedər 
evlənər biri ilə tutmayaq burda. Madam ki, sənin evliliyini qəbul etmək 
istəmir özü bilər. Deyək gülə-gülə.


Vahid bir an içində anasının dediklərini nə dərk edə bilirdi, nə də özü nəsə 
düşünə bilirdi. Amma çox qəzəblənmişdi. Buna görə də anasına dedi:
--Hanı o ver telefonu ona. - Zəminə xanım otağın qapısını çırparaq açdı telefonu 
yatağa atdı ki, "ala ərin zəng edir" 
--Alo, Alo, Sevinc! 
--Vahid bütün bunlar nə deməkdir? 
--Sən kimsən ki, məndən haq-hesab soruşursan?
--Necə yəni nəyəm? Mənəm Sevinc eşidirsən? 
--Lap yaxşı eşidirəm. Qulaq as tez ol anamdan üzr istə. Evliyəm sənə nə. Guya 
bilmirsən ki burda işi gücü olan, vətəndaşlığı olan evli olur? Bilmirsən ay 
axmağın qızı atamı bezdirdin öldü, indi də anama keçmisən? 
--Vahid sən nə danışırsan? 
--Sənlə evləndiyim günə bir qara daş düşəydi. Gör mən səni tanımamışam. Get 
atan evinə bir də qayıtma. Onsuz da uşaq da olmur. Get yaşa həyatını. Unut bizi. 
Yığışdır nəyin var get. Gələndə səni gözüm görməsin. 
Sevinc telefonda eşitdiklərinə inana bilmirdi. Bu nə deməkdir axı? Özü də 
"nəyin var götür get atan evinə" deyib zəngi kəsməsi son nöqtə idi. Bəli Sevinc 
o evə təkcə gəlinliklə gəlmişdi. Heçnəsiz. Amma indi də aparılası bir tək öz canı 
idi. Odur ki, gözünün yaşını silərək. Qapıdan çıxdı... 

Yüklə 1,33 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə