Əziz oxucular! Bu mənim ilk kitabımdır. Yazmağa 2007-ci ildən başlamışam



Yüklə 1,33 Mb.
Pdf görüntüsü
səhifə17/39
tarix26.05.2023
ölçüsü1,33 Mb.
#113143
1   ...   13   14   15   16   17   18   19   20   ...   39
Xəyalə Murad - Görünməyən həqiqət

Altıncı fəsil
Hər zaman olduğu kimi işdən evə qayıdan Fidan mədəsindəki göynəmədən 
əziyyət çəkirdi. Bütün günü özünü yaxşı hiss etməmişdi. Buna görə yolüstü 
əczaçıdan test almışdı. Yoxlayacaqdı. Qəlbində bir ümid vardı. Onun üçün uşaq 
hər kəsdən öndə idi. Vahiddən belə. Tək arzusu uşağın olması idi. Vaxtı ilə ailə 
qurmaq istəmirdi. Lakin öz balası olmağını da çox istiyirdi. Buna görə Vahidlə 
evlənmişdi. Mələyə isə meylini sala bilmirdi. Çünki daima onu görən hər kəs 
Sevinci xatırlayırdı. Mələk belə anası Sevincin adını Əsmərdən o qədər 
eşitmişdi ki, qulağı alışmışdı. Fidan da buna görə Əsmərlə daima savaşa çıxardı. 
Mübahisələri 
heç 
bitməzdi. 
Fidan 
Əsməri 
iki 
üzlülükdə 
günahlandırırdı. Əsmər isə Fidanı ögeylikdə. Ona daim ögey olduğunu 
xatırladırdı. Mələyə yaxın durmağa qoymazdı. Mələkdən ötrü Fidanın da "ürəyi 
getmirdi." Sadəcə kefi yaxşı olanda onunla oynamaq istiyirdi. Əsmər Mələyə 
daha çox vaxt ayırsın deyə işindən müvəqqəti ayrılmışdı. Fidan isə kimsənin 
üzünü görməsin deyə səhər işə gedib axşam yatmağa gələrdi. Zəminə belə 
Fidanın son zamanlar boş yerə yaratdığı söz söhbətdən bezmişdi. Vahidə bir 
kəlmə deyə bilmirdi. Zəng edən kimi Vahid əvvəlcədən sözün hara gedib 
çıxacağını bilirdi. Anasına dəfələrlə "Fidanı bəyənsən də bəyənməsən də o 
mənim yoldaşımdır. Bunu bir dəfəlik qəbul et. Sevinci də bəyənmirdin. Noldu 
hamı pisdir, sən yaxşı?" 
Bu sözləri anasına deyən sanki əvvəlki Vahid deyildi. Özü də bilmirdi neyləsin. 
Əsmər narazı, Fidan narazı, anası narazı. Bütün mübahisələrdən əziyyət çəkən 
isə günahsız Mələk idi. Vahid çıxış yol tapa bilmirdi. Amma bir dəfəlik 
Rusiyada yaşamağı da düşünmüşdü. Fidanı və Mələyi bura gətirəcəkdi. 
Mələksiz bir gün qala bilməzdi. Rusiyada olduğu vaxtlar Əsmərə zəng edib 
Mələyin telefonda səsini eşidərdi. Ona hər 20 gündən bir gələndə nələr-nələr 
gətirərdi. Qapıdan girən kimi ilk Mələyi axtarardı. Onsuz qala bilmirdi. Əsmər 
isə "Rusiyada yaşasanız Mələk mənimlə qalsın." deyirdi. Çünki Mələyə Fidan 
heç baxmayacaqdı. Vahid də Mələksiz qala bilmədiyindən Rusiyaya bir dəfəlik 
köçməyi ağlından çıxartdı. Yenə hər zaman olduğu kimi 20 gündən ya 15 


gündən bir evə gələrdi. Sevincli günlərini çox axtarmışdı. Onunla yaşadığı 
müddətdə necə də firavan və xoşbəxt idi. Lakin qədrini indi anlasa da onun üçün 
Sevinc artıq "ləkəli" insan idi.
- Əsmər, Əsmər! Mən test elədim. Bax!
- Nə test? Baxım? 
Əsmər Fidanın vanna otağından sevincək çıxmasından çaşıb qaldı. Testi əlinə 
alıb baxdı. İki xətt vardı. 
- Bu nə deməkdi ki? 
- Bu o deməkdir ki, Əsmər xanım, tezliklə Mələyə ya bacı ya qardaş gəlir. 
Əsmər bilmədi sevinsin ya əsəbləşsin. Sadəcə hörmət əlaməti kimi təbrik etdi. 
Quru da olsa Fidan təbrikini qəbul etdi. Zəminə bu xəbərdən çox sevinmişdi. 
Deyirdi: "Heç olmasa Vahidin bu dəfə oğlu olar. İki qız Rusiyada, biri 
burda. Fidan da oğlan verər. İnşallah." Fidan üçün fərq etməzdi. Ona övlad 
lazım idi. Vahid bu xəbəri elə bir anda aldı ki, sevincinin həddi hüdudu olmadı. 
Həmin gecə evinə döndü. Mələklə Fidanla bir yerdə dərin yuxu yatdı. Vahidin 
də ümidi vardı. O da oğul arzusunda idi. Allaha için için dua edib, tezliklə ona 
oğul verməyini istədi.
Tərlan istirahət günü kəndin Çay evinə getdi. Bütün yoldaşlar qonşular hamsı 
orda otururdu. Bir qədər çay içib söhbət etmək fikirlərini dağıtmaq istiyirdi. 
Arifənin o gecə səhərə kimi susmamasından təngə gəlmişdi. "Sən Sevinci daim 
sevmisən. Bir dəfə mənə ona baxdığın kimi baxmamısan." Nə etsin bilmirdi. 
Arifənin də xoşbəxt olmasını istiyirdi. o gecə ona boşanmaq barədə bir 
daha demişdi. Lakin Arifə yenə eyni cavabı vermişdi: "İki dünya bir olar
amma mən sən səndən boşanmaram". Sevincin bu iki ildə çəkdiklərini elə 
demək olar ki Tərlan da çəkirdi. Onun hər dəfə bir parça məktub üçün nə qədər 
qol qanad açdığını görəndə sevincdən çox kədər hissi ilə boğulurdu. Ona necə 
kömək edəcəyini də bilmirdi. Dünən gecə ən son məktubu da tələsik vermişdi. 
Arifə görməsin deyə. Amma nə fayda. Zəhərli ilanın gözündən heç nə 
yayınmırdı. Tərlanın gələcəyi saatı dəqiqliklə bilirdi. Tez-tez küçənin qapısını 
açıb yola boylanardı. Elə Tərlanın da növbəti dəfə Sevincgilə getməsini 
görmüşdü: "Bu dəfə lap ağ elədiz"...
Sevinc kədərli halda pəncərə önündə oturub elə hey fikrə getmişdi. Dilarə 
qızının dünən gecə aldığı məktubdan sonra belə olduğunu bilirdi. Səbəbi də 
məlum idi. Əsmər ona məktubda Fidanın hamilə olduğunu yazmışdı. Sevinc 
gözlərindən süzülən iki damla yaşı anasından gizlədə-gizlədə silirdi. Amma nə 
qədər gizlədəcəkdi ki?...
- Heç bilirsiz nolub? 
Tərlanın yeni əyləşdiyi çay evindəki masalardan birindən bir kəndli səsləndi.
- Nə olub Mirzə? 


- Rəhmətlik Musanın qızı boşanıb, əri də evlənib yad xanımla. 
Tərlan bir an içində fikirlərdən ayıldı. Söhbətin Sevincdən getdiyini 
aydınlaşdırmaq üçün diqqətlə qulaq asmağa başladı.
- Mirzə, sən canı doğurdan? Bəs niyə boşanıb Sevinclə? 
- Əşi başa düş də. Guya kəndə gəlmişdi təmiz havada uşağı dunyaya gətisin. O 
da ki, getdi bir gədə ilə gizli eşbazliq etdi.
Tərlan eşitdiklərinə inana bilmirdi. Özünü güclə saxlayırdı ki sözün davamını 
eşitsin.
- Kimdi o gədə? Əri bilib deyə boşuyub?
- Hə də. Hələ elə bilir ki, kəndin dünyadan xəbəri yoxdu. Bu de oturub burda 
çay içir.
Tərlan başını geri çevirib Mirzənin onu göstərdiyini gördü. Cəld ayağa qalxıb 
yaxasından yapışdı. Qalın jaketdə olsa da Mirzənin sinəsindən bərk tutub çay 
evinin divarına çırpdı.
- Sən nə dedin? 
- Burax! Burax dedim sənə! 
- Buraxmaram. De görüm sən bunları hardan uydurmusan? Utanmırsan xalxın 
qızına gəlininə ləkə yaxırsan? Əclaf! 
Tərlan Mirzəyə bir zərbə vurdu. Burnu qanasa da yerə yıxılmadı. Masalardan 
birindən tutub ayağa qalxdı.
- Dayan Tərlan! Bu sözü mən çıxartmıram. Bütün kənd bilir. Sən onunla 
eşqbazlıq edirsən. Əri də xəbər tutub boşuyub onu. Uşağı da əlindən alıb. 
-Əclaf!
Tərlan bir zərbə daha vurdu. Mirzə yerə sərildi. Taqəti olmadı yenidən 
durmağa. Tərlan hirsindən dəli kimi idi.
- Mənim ona bir dəfə pis niyyətlə baxdığımı görmüsüz? Nankorlar! Alçaqlar. 
Arvad kimi qiybət edirsiz. Camaatın anasına, bacısına, gəlininə söz atırsız. 
Ləkələyirsiz. Kim uydurub bunları? Kim? Sevinc yoldaşının rəfiqəsidir. Ona bir 
insan kimi kömək etmişəm. Sadəcə budur. Aramızda isə heç bir zaman heç nə 
olmayıb. Salam-sağoldan başqa.
- Bunu biz uydurmuruq! Tərlan, bütün kəndin arvadları danışır sizin sevgi 
marəcanızdan.
- Nə dedin, Cəfər? 
Tərlan bir zərbə də Cəfər ilişdirdi. Özünü olduqca pis hiss edirdi. Bir an içində 
eşitdiklərinə dözə bilmirdi. "Yəni Vahid buna görə Sevinclə ayrıldı?" 
Cəfər, üst başını düzəldə düzəldə dedi: 
- Sən indi bizim hər birimizə bir zərbə vuracaqsan? Bunu bütün kənd danışır. 
- Kim? Kim danışır? Gəlsin çıxsın qarşıma. Kim? 
Tərlan qışqıra-qışqıra öz küçələrinə getdi. 
- Deyin də? Deyin kim danışır? Bütün sakinlər, gəlinlər, qızlar, qaynanalar, 
qaynatalar, oğullar, hamsı küçəyə çıxdı. Tərlan qışqıra qışqıra soruşurdu: 
- Kimdir bizə ləkə yaxan? Kim deyib bunu sizə? Kim? 


 Arifə Tərlanın səsini eşidib çölə çıxdı. Bütün qonşuların Tərlanın dediklərinə 
tamaşa etməsinə pis oldu. Tərlan isə susmurdu. Küçənin ortasında var qüvvəsi 
ilə qışqırırdı. Sevinc də evdə diksindi. 
- Bu kimdir? Ana eşidirsən? 
- Hə, bala! Deyəsən Tərlanın səsidi.
- Nə deyir axı? Niyə qışqırır? 
- Nə bilim? Başım çıxmır. Gəl gedək baxaq görək? Bəlkə içib? 
Hər kəs sanki tamaşaya çıxıbmış kimi küçə ortasında qışqıran Tərlana 
baxırdılar.
- Tərlan havalanmısan? Gəl evə. Ayıbdı. Qonum qonşu baxır. 
- Belə cəhənnəmə ki. Məyər bu qiybət sevər insanların ən sevdiyi şey 
deyil? Alçaqlar! Sizlərdən belə pak olan insana ləkə yaxırsız? Allahdan heç 
qorxmursuz? Xainlər! 
- Ana, Tərlan kimdən danışır? 
- Bilmirəm bala. Dayan görüm. Bəlkə mənim sözümü eşidər evinə girər. 
Dilarə iri addımlarla Tərlanın yanına gəlib qolundan tutdu.
-Gəl, bala, gəl! Gir evə oturaq görək nə deyirsən? 
- Yox! Mən bilməliyəm. Dilarə xala, siz deyin bu alçaqlara. Mənim Sevinclə bir 
salamdan sağoldan başqa sözüm söhbətim olubmu? 
Dilarə Tərlanın verdiyi sualdan yerindəcə donub qaldı.
- Yox. O nə sözdü? Niyə soruşursan? 
- Bu xainlər Sevinci ləkəliyirlər. Onun ən pak insan olduğunu belə qəbul edə 
bilmədilər. Allah sizlərin cəzanızı verəcək.
Arifə yenə qəzəbləndi. Tərlan hər kəsin içində Sevincin paklığından danışdı. 
Hər kəsi ləkəli onu təmiz insan adlandırdı. Hirsindən özünü ələ ala bilməyən 
Arifə var gücü ilə Tərlanın sinəsinə şığıdı. 
- Demək bu qədər dəyərlidir Sevincin hə? Bütün bunlar həqiqət deyil? Səni neçə 
dəfə işdən gələndə onlara getdiyini görmüşəm. Neçə dəfə... Danış da! Niyə 
susursan? Hər kəsin bildiyi həqiqətdir. Vahid Sevinci elə Tərlanla olan eşqindən 
xəbərdar olub atıb. Bir dəfəfə olsa ona baxdığın kimi mənə baxmadın. Bir dəfə 
sevdiyini demədin! Sənin uşağın olmasa da qəbul etdim. Ömrümü sənə qurban 
verməyə razı oldum. Amma sən Sevincini unutmadın.
Olan bitən Sevinci şoka salmışdı. Dili söz tutmurdu. Vahidin dediyi o böhtanlar 
Arifədən çıxıbmış. Tərlan yerində donub qldı. Arifənin hər kəs önündə belə 
deməsi, özü də bu söz söhbəti Arifənin yayması onu mənəvi və fiziki məhv etdi. 
Ayaqları və əlləri sümüksüz ət kimi boşaldı. Bir an içində özünü idarə edə 
bilmədən yerə dəydi. Nə baş verdiyini anlaya bilməsə də çox qorxdu. Hər kəs 
başına toplaşdı. Arifə də. Tərlan ətrafı dərk edirdi, amma bədənini hiss etmirdi.
- Tərlan? Noldu sənə? Vay dilim quruyaydı. Sənə nə oldu? Dur ayağa. 
Tərlan dili güclə söz tuta-tuta dedi: 
- Hə-ə-ə-r şeyi sən etdin!... 


Mirzə maşınını ora sürüb Tərlanı Cəfərlə köməkləşib maşına mindirdi. Arifə də 
onunla maşına əyləşib getdi. Dilarə bir an tərəddüd etmədən Sevincin qolundan 
tutub evə girdi.
- Ana, Arifə nə dedi? 
- Bilmirəm, Başlarına hava gəlib. Geyin gedək. 
-Hara? 
- Hara olacaq? Xəstəxanaya. Tərlandan mənə pislik dəyməyib. Onu bu halda 
qoya bilmərəm. Öz oğlum kimi çox istiyirəm.
- Yaxşı. Gözlə gəlirəm. 
Xəstəxana dəhlizində o başa bu başa gedən Arifə özünü günahlandırırdı.
- Dilm quruyardı. Dilim.... 
Dəhlizdə Sevinclə Dilarəni görüb özünü itirdi. Dilarə Arifəyə baxıb altan yuxarı 
üzünü türşütdü. Sevinc isə özünü saxlaya bilmədi: 
- Arifə, o nə sözlərdi dedin? Ayıb deyildi sənin üçün? Sən ki bilirsən Tərlanla 
aramda heç nə olmayıb, olması da mükün deyil! 
- Sevinc, bura söz söhbət yeri deyil. Allaha tapşır onu bəsindir. Sən günah 
etməmisən. Qoy günahı edən qorxsun. Yazıq Tərlan gör Arifədən nələr 
çəkirmiş. Cavanca oğal uşağı, turp kimi oğlan göz önündə şam kimi əridi. İnana 
bilmirəm hələ də... 
Dilarənin sözlərindən yerindəcə alışıb yanan Arifə it kimi peşman olmuşdu. 
Tərlanı sevmədiyini düşünmüşdü. Amma belə deyilmiş Neçə illərdi bir yastığa 
baş qoyduğu insanı necə sevməz olardı? Özü də Tərlan kimi xoş xasiyyətli, yola 
gedən mülayim insanı...
Bir ay keçməsinə baxmayaraq Arifə hər gün xəstəxanaya gedirdi. Tərlan 
xərçəng xəstəsi idi. Bir aydır tez-tez əsəbləşdiyi üçün qıc olmaları tutduğundan 
xəstəxanaya yerləşdirilmişdi. Ona sadəcə sakitlik lazım idi. O da ki, yalnız 
Arifədən uzaqda idi. Tərlan onu görməsin deyə qapı ağzından tibb bacısına ərzğı 
geyimi keçimi ötürürdü. Həkim tapşırmışdı ki, Tərlanın qıc olmalarını yalnız 
sakitlik və rahatlıq apara bilər. Tərlan xərçəng olduğunu bilirdi. Gecikdiyindən 
müalicə belə ala bilməzdi. Ona vurulan iynələr yanlnız güclü ağrı kəsicilər 
idi. Təsirindən bir müddət sonra ayılırdı. Daha bədənini hiss edir, tez-tez 
havasını dəyişmək üçün xəstəxananın bağçasında gəzərdi. Sevincin indi nə halda 
olduğunu ürək ağrısı ilə düşünürdü. Bu bir ayda nələr yaşamış, nələr eşitmişdi. 
Heç Əsmərdən məktub alıb almadığını da bilmirdi. Bacardıqca həkimlərə yaxşı 
olduğunu və son aylarını evində keçirtmək istədiyini deyirdi. Lakin hələ çox 
zəyif idi. Bir tərəfi qurumaq üzrə idi. Başqa çarəsi yox idi. Gözləməli idi. 
Məqsədi isə evdə dincəlmək yox, Vahidi axtarıb tapmaq idi. O evli olsa da 
yanlış yerə Sevinci günahlandırdığını bilməli idi. 
Bir neçə ay da keçdi. Fidan hamiləliyin ləzzətini çıxardırdı. Əsmər Sevincə 
yazdığı məktuba cavab gəlmədiyindən narahat olurdu. Zəminə Fidanın hər 
nazına dözürdü. Lakin son iki həftədə Əsmər susurdu, Zəminə başlayırdı. Fidan 


hamilə olsa da dilini dinc qoymazdı. Tez- tez atmacalar atar, tikanlı sözləri ilə 
evdə hamını incidirdi. Bir gün necə bərk mübahisə etdilərsə Fidan yalandan 
ağrıdığını bəhanə etdi. Yataq otağına keçib bir neçə geyim və pulunu götürüb 
qapıdan çıxdı. 
- Ay, qız hara gedirsən? 
- Burda uşağa bir şey olar. Gedirəm anamın yanına. Təmiz hava mənə də 
lazımdı. Vahid gələndə deyərsiz dincəlməyə getdi. 
- Başına hava gəlib? Vahid bilsə əsəbləşəcək. 
- Mənə nə? Hər gün sizlə dilləşməkdən bir təhər olmuşam. Elə arvad qədri 
biləndi arxamca gələr. 
Zəminə bu gedişi xatırlayırdı. Lakin o gedən Sevinc idi. Arxasınca şər böhtan 
atan isə Zəminə. O yağışda pulsuz əşyasız yola çıxmışdı. 
Bir an içində Sevincin yaşadıqlarına üzüldü. Özünü günahkar bildi. Mələyi 
bərk- bərk bağrına basıb öpdü. Sanki qəlbi Sevincdən üzr istəməyə can 
atırdı. Zəminəni fikrdən Vahidin zəngi ayırdı. 
- Alo? 
- Ana, Mələy necədi? Fidan necədi? 
- Mələk yaxşıdı. Fidanı bilmirəm.
- Necə yəni bilmirəm? Yenə mübahisə etmisiz? Axı o hamilədi. Yazığınız 
gəlsin. 
- Vahid! Bala, eşit gör nə deyirəm. Fidan dedi gedirəm anam mənə baxsın. 
Təmiz kənd havası uşağa da xeyir olar. Vahid arvad qədri bilirsə arxamca gələr 
dedi. 
- Yenə siz nəsə etmisiz. Durduq yerə Fidan niyə getsin ki? Onu da qovmusan? 
Sevinci qovduğun kimi? 
-Sevinci mən qovmadım. Düzdü günahkaram. Amma onu qovan sən idi oğul! 
- Hər nə isə. Fidani indi Əsmərlə gedin geri qaytarın. Mən gəlincə evdə olsun. 
İki gün sonra Zəminə Əsməri də götürüb yollandı Fidanın anasının evinə. İsti 
bir yandan, susuzluq bir yandan, yolu tapa bilməməkləri də bir yandan. Nəhayət 
soruşa soruşa bir təhər Fidanın ata evini tapdılar. Fidana aparmağa gəldiklərini 
deyəndə: "Mən heç yerə getmirəm. Vahid özü gələr ayağıma aparar. Sizlərlə bir 
addım da atmaram. Adamı küçə ortasında ac susuz qoyarsız." 
Bir neçə ay keçsə də Vahid tərsliyinə salıb arxasınca getmədi. Lakin uşağın 
bu günlərdə olacağını bildiyindən ürəyi dözmədi. Vaxtı ikən Sevincin arxasınca 
getmədiyinə görə mənəvi əzab çəkdiyindən bu dəfə də eyni səhvi etmək 
istəmədi. Səhər açılan kimi Fidanın arxasınca getdi. Lakin Fidanı qucağında 
uşaqla görüb təcüb etdi. Uşaq vaxtından 15 gün tez doğulmuşdu. Vahidin oğlu 
olmuşdu. Fidan inadkarlıq edib Vahidlə geri dönmədi. "Mənə bir uşaq lazım idi. 
O da budur qucağımda min şükür. Get həyatını yaşa. Mən Sevinc kimi əfəl 
deyiləm ki, əlimdən almağa cəsarət etsən görərsən Fidan kimdi!" Vahid Fidanın 
bu üzünü görməmişdi. "Hamı haqlı imiş Əsmər, anam sözün düzü deyirmişlər. 
Ondan insan olmaz. Yox mən özüm insan deyiləm. Sevincin qədrini bilmədim. 


İlahi ona görə məni cəzalandırırsan? Oğlumu bir dəfə öpməyə də qoymadı. Bu 
necə insafsızlıq? Bəs mən mən ki eynisini Sevincə etmişəm. İl yarımdı Mələyi 
ona göstərmirəm. Mən... Mənəm günahkar!... " Vahid ordan kor peşiman evinə 
döndü. Qapıdan girəndə divanda əyləşən bir cavan oğlanı görüb özünü itirdi. Bir 
an içində dərdini boğub salamlaşdı.
- Buyurun? 
- Vahid bəy, sizinlə danışmaq üçün çox uzaqdan gəlmişəm. Zamanım da azdır. 
Xərçəng xəstəsiyəm. Son həftələrim son günlərimdir. Amma sizin həqiqəti 
bilməyiniz üçün burdayam.
- Siz axı kimsiz? 
- Tərlan! 
- Tərlan? Arifənin yoldaşı? 
Bəli. Tərlan xəstəxanadan nəhayət ki, çıxa bilmişdi. Qıc olmaları olsa iynəsini 
vuracaq insan var deyərək. Arxayın etmişdi həkimlərini. Lakin nə fayda? Onsuz 
da öləcəkdi. Heç olmasa Sevinci ölərkən xoşbəxt görmək istiyirdi. Sakitlik 
çöksə də Vahid Tərlanı dinləməyə məcbur idi. Axı mənəvi əzab çəkirdi. 
- Sizin Sevinclə eşqbazlıq etdiyinizi Arifə zəng edib demişdi. Mən o andan 
Sevinci həyatımdan sildim. Mələyi də ona göstərmədim. Hətta uşağın da sizin 
olduğunu Arifə mənə demişdi. 
Tərlan ani olaraq sarsıntı keçirtsə də Arifədən bunaları gözlədiyindən özünü ələ 
aldı. 
- Vahid bəy, mən sonsuzam. Bunu Arifə ilə toyumuzdan bir neçə ay sonra 
şəhərdə müayinə zamanı öyrənmişik. Arifə bunu yaxşı bilirdi. Sevincə bir dəfə 
olsun pis niyyətlə baxmamışam. Lakin uşaqlığımdan onu sevmişəm. Bir dəfə 
olsun onun adına ləkə gəlməsini istəməmişəm. Arifə ilə evlənəndə Sevinc 
çoxdan sizinlə evli idi. Onu yenidən hamilə olanda gördüm. Çox sıxıntı 
keçirtdiyini də yoldaşım Arifədən öyrəndim. Anam öləndə bizə gəlmişdi. 
Kömək etməyə. Bir dəfə onda baş sağlığı verəndə danışmışıq. Bir iki kəlmə. Bir 
də Mələyin ad günündən 3 gün sonra Əsmər xanımın məktubunu ona verəndə 
Mələyin şəklini göstərəndə danışmışıq. Kəndə də Arifə qısqandığı üçün şayə 
yayıb. Lakin hər şeyin doğrusunu bir Allah bilir. Bir Sevinc bir də sizlə mən. 
İnsana şər yaxmaq asandır. Lakin gün gəlir etdyin yanlşlıq mənəviyyatını 
incidir. Doğru etmədiyini gec də olsa dərk edir insan.
Zəminə eşitdikcə alışıb yanırdı günah içində. Vahid bir insanın həyatının son 
anlarında yalan deməyəcəyini bildiyi üçün inanırdı. Həm də Sevincin yeri bura 
idi. Mələyin və onun yanı. Bu ev eşik yalnız onun ayaqları altına atılacaq qədər 
ucuz idi. Bir an belə dayanmadan Tərlana qoşulub yola çıxdı. Zəminə də Mələyi 
götürüb onlarla birgə getdi. Maşında Tərlan ona həyatdakı hər şeyin qədrini 
bilməyini, kimsənin sözündən ötrü kimsənin qəlbinə dəyməməli olduğunu başa 
saldı. Tərlan Sevincin xoşbəxtliyi üçün bu səfərə çıxmışdı. Hiss edirdi ki, 
taqəti daha qalmayıb. Vahiddən son arzusunu istədi: "Sevinci dünyanın ən 
xoşbəxt anası, ən xoşbəxt həyat yoldaşı və ən xoşbəxt insanı et!". Vahid onun 
son istəyini qəbul edib. Əməl edəcəyinə söz verdi. Beləliklə, Sevincin ata evinə 


çatdılar. Qapını açıb evə girdilər. Tərlan bir tərəfinin tamamilə tutulduğunu hiss 
etsə də bu anı görməli idi. 
- Vahid??? Mələk!!!! 
Sevinc Vahidi görüb çox təəccüb etsə də Mələyi Zəminənin qucağında görüb 
ona doğru atıldı. Sevincinin həddi hüdudu yox idi. "Balam! Şip-şirin balam." 
Vahid artıq Tərlandan öyrənmişdi ki, Əsmər hər ay Sevincə məktub yazırmış. 
Mələyin bu günə kimi necə böyüdüyündən bəhs edirmiş. Buna görə sadəcə ona 
təşəkkür borclu idi. Bir ananı balsından ayrı qalsa da ondan xəbəri olması ümid 
yeridir. Sevinci Mələksiz yaşadan da elə o ümid idi. Budur Mələyi bərk -bərk 
bağrına basıb öpür, ətrini içinə çəkirdi. Qəribəsi odur ki, Mələyin də qanı bu yad 
insana qaynamışdı. Başqaları onu öpəndə üzünü çəkən o uşaq Sevincin 
öpüşlərindən yayınmırdı. Bu səhnəni görən tək Tərlan deyildi. Maşını görən 
hamı darvazadan boylanıb baxırdı. Arifə də gəlmişdi. Dilarə Vahiddən gəlişinin 
səbəbini artıq anlasa da bir daha eşitmək istədi. Vahid hər kəsin bərəlmiş 
gözlərinin onlara zilləndiyini görüb dedi: 
- Mən bir zamanlar Arifənin yalanına, böhtanına inanıb gül kimi xanımımı tərk 
etdim. Qızımızı da ona həsrət qoydum. Arifənin sayəsində günah ardınca günah 
etdim. İndi həqiqəti öyrənmişəm. Və gəlmişəm ki, Sevincdən üzr istiyib evimizə 
geri aparam. Sevinc gözləri dolsa da Mələk üçün razı oldu. Vahidə isə dedi: 
"Səni də Zəminə xanımı da mən bağışladım. İndi qoy Allah sizi bağışlasın!"
Bu Tərlanın son gördüyü və eşitdiyi sözlər idi. Ordaca dünyasını dəyişib 
əbədiyyətə qovuşdu. Söylənməyən, eşidilməyən tək bir cümlə qaldı: "Mən səni 
həmişə sevmişəm və sevəcəyəm Sevinc!"... 

Yüklə 1,33 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə