Əziz oxucular! Bu mənim ilk kitabımdır. Yazmağa 2007-ci ildən başlamışam



Yüklə 1,33 Mb.
Pdf görüntüsü
səhifə8/39
tarix26.05.2023
ölçüsü1,33 Mb.
#113143
1   ...   4   5   6   7   8   9   10   11   ...   39
Xəyalə Murad - Görünməyən həqiqət

 
Yeddinci fəsil 
Sahibə xanımın ifadəsindən bir qədər sonra mayor Səfərli Səbinə xanımın 
bir daha dindirilməsinə təkid etdi. Odur ki, leytenant Həsənli dəhlizə çıxaraq 
Səbinə xanımı kabinetə dəvət etdi. Bir dəqiqə sonra Səbinə gəldi. Stolu çəkib 
əyləşdi. Polkovnik-leytenant Məmmədzadə: 
-
Siz cinayət baş verən zaman harda idiz? 
-
Demişdim axı, yatmışdım. Sahibə xanım gəlib oyatdı! :Əlləri titrəyən 
Səbinə cavab verdi.
-
Körpə uşaqları çox sevirsiz?- mən suala davam etdim. 
-
Əlbəttə, onları kim sevməz?! 
-
Bəs işlədiyinizi atanızdan və qardaşınızdan niyə gizlədirdiz? 
Rəngi qəflətən dəyişən Səbinə başını aşağı salıb: 
-
Bəs siz haradan öyrəndiz? 
-
Bunun əhəmiyyəti yoxdur. Suala doğru cavab verin!
-
Ona görə demirdim ki, o zamanlar anamla elə məhz işləmək istədiyi 
üçün mübahisə edərdi. Bu mübahisələrin nəticəsində də ayrıldılar. 
Qorxurdum ki, işləmək istədiyimi desəm mənə icazə verməz. Mən isə 
gözəl arzumdan əl çəkmək istəmirdim.
Polkovnik Muradlı ayağa qalxıb otaqda o başa, bu başa getməyə başladı. 
Qəflətən dayanıb Səbinəyə ciddi nəzərlərlə baxdı.
-
Sizi işə kim düzəldib? - Muradlı soruşdu. 
-
Heç kəs. Özüm getdim bağçaya. Soruşdum ki, tərbiyəçi müəlliməyə 
ehtiyacınız varsa, işləmək istəyərdim. Müdir də razı oldu. Şənbə, 
bazardan başqa hər gün işə 7: 30-da gedib, saat 17: 00-da geri 
qayıdardım. Yoxluğumdan kimsə şübhə etməzdi. Çünki atam ya 
qardaşım tez gəlsəydilər Sahibə nəsə uydurardı.
-
Ananızla illər sonra harda görüşdüz? 
-
Mən? –qəfil sualdan həyəcanlanan Səbinə davam etdi - Mən anamla 
görüşməmişəm. Heç kəs bunu sübut edə bilməz.
-
Çox güman ki, kimsə sübut edə bilməz. Ancaq işə düzəlmək, həm də 
indiki zəmanədə biraz qəliz məslədir. Ananız sizin üçün o işi həll etmiş 
ola bilərdi. Qızım, sən verdiyin səhv ifadələrə görə böyük məsuliyyət 


daşıyırsan. Qanun qarşısında cavab verməyə hazırsanmı? Gəl sən nə 
bizi yor, nə də özünü. Açıq aşkar nə olubsa danış! 
Görünür Səbinə xanım polkovnik Muradlının sözlərindən təsirləndi. Söz 
verdi ki, bildiyi hər şeyi danışacaq. Bircə onu yalan ifadəyə görə həbs 
etməməyimiz üçün yalvarmağa başladı. Məmmədzadə də razı oldu. Səbinə də 
sözə başladı: 
-
Mən orta məktəbdə oxuyandan anamız bizimlə danışmağa fürsət 
tapmışdı. Cavad o vaxtdan ona kin saxlayırdı. Düşünürdü ki, bizi mal-
mülk əlindən getməsin deyə atıb. Lakin mən hər zaman onu həsrətlə 
gözləyirdim. Sahibə pis insan deyil. Amma yenə də öz anam sağ ikən 
yad birisinə necə ana deyərdim?! Sağ olsun Simuzər xala. O anamdan 
mənə, məndən də anama xəbər çatdırardı. Nəhayət bir il əvvəl 
görüşüb danışdıq. İşləmək istədiyimi demişdim. Tezliklə mənə bu işi 
tapdı. Dedi ki, müdirlə danışıb həll eləmişəm. İş saatların qısadır. Odur 
ki, atamgil gəlməzdən əvvəl evdə olaram. İki ay əvvəl də Cavadla 
danışmaq istədi. Lakin Cavad onun haqqında eşitmək belə istəmirdi. 
Qardaşımı çox sevirdim. Əgər yaşasaydı anamızla barışdığımı və onun 
necə yaxşı qadın olduğunu deyərdim. Əminəm ki, ilk görüşdən sonra 
anamızı bağışlayardı.
-
Yaxşı səhər saat 7:30 da işə gedirsinizsə niyə cinayət baş verən gün 
yatdığınızı deyirsiz? Bizim əlimizdə sübut var ki, həmin vaxt siz nəinki 
oyaq olmusuz, hətta cinayətin necə törədildiyinin şahidi olmusuz! 
Səbinə əllərini üzünə tutub hönkür-hönkür ağlamağa başladı. Sanki hər 
şeyi yenidən görürdü. Üzünü polkovnik Muradlıya tutub dedi: 
-
Hər zaman olduğu kimi həmin gün də işə gedəcəkdim. Bağçada 
yoxlama olacağından saat 7-də işdə olmalıydım. Cavadla atam çıxar 
çıxmaz mən də hazırlaşdım. Cəmi 4-5 dəqiqə gözləyib evdən çıxdım. 
Blokun qapısına yaxınlaşanda atamla Cavadın bir kişi ilə mübahisə 
etdiyini gördüm. Azacıq dayanıb gözlədim ki, bəlkə mübahisə bitər və 
mən işə gedərəm. Lakin Cavadın onu itələdiyini gördüm: - Səbinə 
titrək səsi ilə sözünə davam etdi: - o kişi cibindən bıçaq çıxardıb əvvəl 
Cavada vurdu. Atam onu qolları arasında tutanda atamın da 
ürəyindən bıçaqladı. Cavad ayağa qalmaq istədiyi an qatil ona yenidən 
bir neçə dəfə bıçaq sancdı. Qorxumdan qışqırdım. Düşündüm ki, hər 
ikisi də öldü. Amma o bloka yaxınlaşdı. Mən evə doğru qaçdım. O da 
arxamca qaçırdı. Evin qapısına az qalmış məni tutdu. Bıçağı boğazıma 
dirədi. Dedi əgər kiməsə nə isə desəm məni, anamı və yaxınlarımı da 
öldürəcək. Mən də razılaşmalı oldum :- Səbinə sözlərini yarım qoyub 


boynundakı yaylığını açıb boğazındakı bıçaq izini göstərdi: - Sonra 
əlimi boğazıma sıxıb içəri keçdim. Ağlamaqdan az qalırdı ürəyim 
Yüklə 1,33 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə