Əziz oxucular! Bu mənim ilk kitabımdır. Yazmağa 2007-ci ildən başlamışam



Yüklə 1,33 Mb.
Pdf görüntüsü
səhifə5/39
tarix26.05.2023
ölçüsü1,33 Mb.
#113143
1   2   3   4   5   6   7   8   9   ...   39
Xəyalə Murad - Görünməyən həqiqət

 


Dördüncü fəsil
Səhəri gün işə lap tez gəldim dünənki ifadələri yenidən gözdən keçirirdim 
ki, bu zaman yoldaş Məmmədzadə içəri daxil oldu. Qarşımdakı ifadələrə 
diqqətə baxdığımı görüb: 
-
Qədir sənə nə olub? 
-
Polkovnik? -Cəld ayağa qalxdım- Sizin gəlişinizi eşitməmişəm. 
-
Heç nə olmaz. Axı demişdiz ki, şahidləri dindirirəm. Cəmi iki şahid 
gəlib? 
-
Yoldaş Məmmədzadə bu qovluqda cəmi üç nəfərin ifadəsi var. 
Sahibə xanımın, Səbinə xanımın və Sahib bəyin. Üstəlik Sahib bəyin 
şahidliyi ilə foto şəkil tərtib edilib. Dünən iki nəfərin ifadəsini almalı 
idim. Lakin cəmi bir nəfər ifadə verdi.
-
Bəs başqa şahid yoxdur? –Məmmədzadə foto şəkilə baxaraq 
soruşdu. 
-
Əfsuslar olsun ki, var. Və biz onun kimliyini bilmirik. İş ondadır ki, 
hadisə baş verən zaman bir qadın qışqırmışdı. Məni də yuxudan 
oyadan o səs idi. Düşünürəm ki, qatili dəqiqliklə görən və hadisəni 
necə törətdiyini Fərhad kişidən başqa görən tək şəxss odur. Lakin o 
qadın kimliyini gizlədir. Buyurun siz əlimizdəki ifadələrlə tanış olun.
Mayor Məmmədzadə ifadələri oxumağa başlamışdı ki, qapı döyüldü. 
-
Gəlmək olar? 
Qapıdan boğunuq səsli hündür boylu, qara pencəkli lakin çox arıq ağ saçlı 
bir kişi boylandı. 
-
Əlbəttə, keçin! Sizə nə köməyimiz dəyə bilər? 
-
Cənab müstəntiq, mən Fərhad bəyin yaxın dostu Rəşid Ağabala oğlu 
Orucovam. Dünən gəlmişdim. Bir az gözləyirdim ki, şahidlər çıxıb 
getsinlər sonra gəlim. Sahib adlı bir nəfər dedi çox gözləmə aşağısı 2 
saata çıxacağam. Mənim də tələsən yerim vardı. Nəvələrimi 
bağçadan götürməli idim.
-
Hə nə deyirəm, əsas odur ki, gəldiniz. Buyurun bildiklərinizi danışın. 
-
Mən hər səhər Fərhadla onun şəxssi pul dəyişmə məntəqəsində 
görüşərdim. Hal-əhval tutardıq, həm də ki, evim onun yaşadığı 
binada yerləşir. Demək olar ki, həm dostum, həm də qonşumdur. 
Bilirsiniz, yoldaşı ilə ayrılandan sonra ailəvi gediş-gəlişimiz azaldı. 


Yoldaşlarımız rəfiqə idilər. Sonra yenidən evləndi və yoldaşım onun 
evinə getməyimə danışmağa başladı. Nə deyəsən, qadın milləti 
belədir də. Öz ailəmdə söz-söhbət olmasın deyə daha Fərhadgilə 
getmədim. Onu görmək üçün işinə gedərdim. Hər səhər nəvələrimi 
bağçaya qoyandan sonra gedərdim düz onun yanına. Yazıq Cavad! 
Çox yaxşı uşaq idi. Atasını yaman sevərdi. Ailələrində heç mübahisə 
düşməzdi. Fərhad qardaş hər zaman indiki yoldaşından çox razı 
danışardı. Uşaqlarına olan rəftarına heyran olduğunu deyərdi. Cavad 
ona “Ana” deyərdi. Cavad evlənmək istəyirdi. Bunun üçün atasını elçi 
getməyə razı salmağı xahiş etmişdi.
Rəşid bəy danışdıqca rəislə mən oturub sanki gözəl əsərə qulaq asırmış 
kimi susmuşduq. Axı bu cür mehriban ata və oğulu kim öldürmək istəsin?! Rəis 
ayağa qalxıb otaqda o başa-bu başa getməyə başladı. Birdən dayanıb diqqətlə 
Rəşid bəyə baxdı. Nəhayət soruşdu? 
-
Bəs siz nə işlə məşğulsuz? 
-
Cənab müstəntiq mən o vaxtlar mühəndis idim. İndi aylıq əmək 
haqqımı alıram. Elə yoldaşım da. Bu bizə bəs edir.
Fərhadla harda tanış olmusuz? 
-
Bu binaya onda Fərhad təzə köçmüşdür. Cavan idi. Mən ondan düz 
on beş yaş böyüyəm. Yeni evlənmişdi. Binanın işığı yandığı halda 
Fərhadın işığı qəfildən sönmüşdü. Bir də gördüm blokdan səs gəlir. 
Qapını açıb baxdım ki, Fərhad öz qapı qonşusu ilə işıq naqillərini 
qurdalayırlar. Yaxınlaşıb kömək etdim. Az bir zamanda işıqlarını 
yandırdım. O da bunun əvəzində məni öz yoldaşımla evinə dəvət 
etdi. Biz də getdik. Yoldaşım məndən 17 yaş kiçikdir. Elə Fərhadın 
yoldaşı ilə həm yaşıddırlar. Bax bu cür başladı bu dostluq. 
-
Fərhad yoldaşına necə münasibət göstərirdi? – polkovnik-leytenant 
soruşdu. 
-
Mən onda çox da fikir verməmişdim. Amma sonralar evlərindəki 
mübahisələrdən bezən dostum mənimlə dərdləşirdi. Mübahisələrə 
səbəb elə Zərifə xanım idi. Hər gün işdən yorğun gələn yoldaşına 
qulluq etmək belə yorucu gəlirdi. Özündən başqa heç nə ilə 
maraqlanmazdı. Arada Zərifənin hansısa işə düzəlmək istədiyi üçün 
mübahisə edərdilər. Fərhad da bütün bunlardan bezmişdi. Bir dəfə 
mənə də bax deyə, geyimimlə evimlə maraqlan deyə qışqırardı. 
Sonra öyrəndim ki, əkiz uşaqları olub. Cavad və Səbinə. Fərhad çox 
sevinirdi. Uşaqların 3-4 yaşları olardı ki, ayrıldılar.
-
Bəs uşaqların vərəsəliyi kimdə idi?- Mən soruşdum. 


-
Zərifə xanım boşananda uşaqları götürmək istəməmişdi. O çox 
imkanlı bir şəxssin qızı idi. Atası nəvələrini nəinki görmək, hətta 
onları qəbul etmək istəmirdi. Qızına da demişdi ki, Əgər boşandıqdan 
sonra uşaqları özü ilə götürsə onu hər şeydən məhrum edəcək. Bu 
da azmış kimi ölümündən sonra da bir qəpik pul verməyəcək. 
Yoldaşım deyirdi ki, atasının bu əmrinə tabe olmaq Zərifə xanıma çox 
baha başa gəlib. Uşaqlarını çöllərdə ac susuz necə saxlayacağını, 
onlara ali təhsil verə bilməyəcəyini düşünüb uşaqlarından imtina 
etməyə məcbur qalıb. Boşanmadan düz bir il sonra Fərhad Sahibə 
xanımla evlənir. Lakin onların bu evliliklərindən övladı olmadı. Buna 
baxmayaraq bir-birilərini sidqi ürəkdən sevirdilər. İnciklik, küsülük 
demək olar ki olmazdı, ya da elə ciddi olmazdı.
-
Bəs siz Zərifə xanımın harada yaşadığını bilirsiniz? - Mən qəfildən 
soruşdum. 
-
Mən yox. Ancaq yoldaşımla hələ də əlaqə saxladıqlarına görə çox 
güman ki, o bilər. 
-
Bu foto şəkildəki şəxssi tanıyırsızmı? Ya da Fərhad bəyin,Cavadın 
tanışları arasında rast gəlmisizmi? 
-
Xeyir. İlk dəfədir bu şəxssi görürəm. –Diqqətlə şəkilə baxan Rəşid
dedi. 
-
Yoldaşınızı bir saat ərzində bura gətirsəniz yaxşı olar. - deyən 
Məmmədzadə Rəşidə ciddi nəzərlərlə baxdı. 
-
Baş üstə cənab müstəntiq! Bir saata qalmaz gələrik.
Bu sözlərdən sonra Rəşid tələsik çıxdı. Məmmədzadə isə asta-asta 
addımlarla pəncərəyə yaxınlaşdı. Onun nə fikirləşdiyi mənim üçün də çox 
maraqlı idi. 
-
Qədir, sən bu cinayət barədə nə kimi fikrə gəldin? Səncə qatil 
kimdir? 
-
Asif müəllim, mən hələ o qışqıran qadını yəni əsas şahidi 
görməmişəm və Əgər onunla danışsaq əminəm ki, tez bir zamanda 
qatili tutarıq. 
-
Bəs görəsən o qadın kim ola bilər? Yaxşı bu iki gündə niyə özünü 
gizlədir? Çox güman ki, qatil onun qışqırığını eşitdiyi üçün Fərhad 
bəyi öldürməyə macal tapmır, beləliklə yaralı vəziyyətdə qoyub 
qaçmağa məcbur olub. Digər fərziyyəm də o qadının qatillə əlbir 
olmasıdır. Bu zamana kimi polis idarəsinə gəlib bir söz deməməyi 
buna sübutdur. – Məmmədzadə pəncərə önündəki stulda əyləşib 
alnını iki əlli ovuşdurmağa başladı. - Görəsən Səfərli hansı məlumatla 
gəlir? 


-
Gəlir?- deyə yerimdən soruşdum. 
-
Hə maşından indi düşdü: - Polkovnik pəncərəni işarə etdi. Cəmi üç 
dəqiqə sonra Səfərli qapıdan içəri girdi. Hər ikimiz onun ağzını 
güdürdük. Bəlkə, cinayətlə bağlı ip ucu məhz onun əlindədir? O isə 
kabinetə daxil olduğu andan susdu. Dinmədən stullardan birində 
əyləşdi. Sanki bizim nə düşündüyümüzü anlamışdı. Məmmədzadə 
ona doğru inamla addımlayıb: 
-
Nə oldu Yusif? Nə isə baş verib? 
-
Yox... İş ondadır ki, mənə bağladığınız ümidlərin puç olmasını sizə 
deməyə cəsarətim yoxdur. Sizinlə vidalaşıb getdim həmin 
məntəqəyə. Orda Fərhad bəyi hətta yoldan keçənlərdən də 
soruşdum. Kim onu tanıyırdısa Cavadı da, Fərhad bəyi də çox yaxşı 
geniş ürəkli insan kimi tanıyırdılar. Heç kəslə mübahisə, ya da bir fikir 
ayrılığı olmadığını deyirlər. 
-
Axı niyə bu cinayət belə qarışıqdr? Görən qatil bu cür mehriban, 
əliaçıq insanlardan nə istəyib? - əlini havada yellədərək gileylənən 
polkovnik-leytenant yenidən Yusifə müraciət etdi: 
-
Sən də bax qatilin foto şəklini çəkiblər. Lakin həqiqətən qatil 
budurmu? Burası çox vacibdir. 
Səfərli foto şəkilə və özünün yoxluğunda mənim dindirdiyim şahidlərin 
ifadələrini nəzərdən keçirməyə başladı. Bir az sükutdan sonra o: 
-
Mənim fikrimə görə yenidən Sahib adlı şahidi və Fərhad bəyin ilk 
yoldaşı Zərifə xanımı, Cavadın da yaxın dostu Rüstəmi dindirməliyik. 
Bu necə olursa olsun o qadın oğlunun öldürüldüyünü bilməyə haqqı 
var. Bəlkə də qatilin kimliyini üzə çıxartmağa kömək oldu. Nədənsə 
mənə elə gəlir ki, o qışqıran qadın Zərifə xanım ola bilər.
-
Tutaq ki, fərziyyələrin doğru oldu. Bəs Sahibi ikinci dəfə niyə 
danışdıraq? 
-
Asif müəllim, siz düşünürsünüz ki, əlimizdə olan ilk şahid gördüyü 
hər şeri deyib? Bəlkə qatillə əl-bir olub? Nədənsə onun ifadəsi 
qəribə görünür. Hansı qatil əl qolunu sallayaraq cinayət yerindən 
uzaqlaşar? Həm də camaat artıq hadisə yerinə toplananda. 
-
Sənin fikirlərin çox maraqlıdır Yusif. - Ayağa qalxıb sözümə davam 
etdim: Bəs səncə səhər saat 7-də Zərifə xanım küçədə nə edirmiş? 
-
Bax bunu dəqiq öyrənmək lazımdır: - deyən Məmmədzadə 
barmağının ucu ilə yenidən pəncərəni göstərdi. Heç bir dəqiqə 
keçməmiş Rəşidin yoldaşı Simuzər xanımla içəri daxil oldu. 
-
Rəis olar? 
-
Buyurun keçin, əyləşin! Adınız və soyadınız? 
Simuzər xanım ona göstərilən yerdə əyləşib:


-
Simuzər Qasım qızı Eyvazova. 
-
Rəşid,siz mümkünsə dəhlizdə gözləyin. Biz təklikdə Simuzər 
xanımdan ifadə almalıyıq. – deyərək təkid etdim. 
-
Hə? Nə deyirəm. Təki qatil tapılsın. Yazıq Fərhad!....- ah çəkə-çəkə 
otağı 
tərk 
etdi. 
Məmmədzadə 
verəcəyimiz 
sualları 
konkretləşdirməyə çalışırdıq ki, Səfərli ilk sualı verdi. 
-
Simuzər xanım, suallarımıza doğru cavab verməynizi məsləhət 
görürük. Əks halda sizi yanlış ifadə verdiyiniz üçün həbs edə bilərik. 
Siz Zərifə xanımla hələ də görüşürsüz?
-
Bəli hələ də danışırıq. O ki, qaldı yalan ifadəyə mən həyatım 
boyunca 
yalan 
danışmamışam. 
Danışmaram 
da. 
Zərifəni 
soruşmaqda məqsədiniz nədir?
-
Xanım, sualları biz veririk. Deyin görüm Zərifə xanımla son dəfə 
harda, necə danışmısız? 
-
Elə onun evində. Çox qonaqpərvər qadındır. Var dövlət içində 
yaşasa da sadəliyini heç zaman itirmədi. 
-
Sizinlə son görüşündə nə danışırdı?- mən soruşdum. 
-
Hər zaman olduğu kimi bu dəfə də uşaqlarını soruşurdu. Mən də 
onların artıq böyüdüyündən və Cavadın Rəşidə atasını elçi getməyə 
razı salmasını xahiş etdiyini də dedim. 
-
Bəs o? 
-
Nə o? O da yaman sevinirdi! Az qalırdı qanad açıb uça. Övladlarını 
canından çox sevirdi. İndi isə.... 
-
İndi isə nə? - Yusif sualına davam etdi. 
-
Cavad öldürülən günü ona zəng edib xəbər verdim. Dedim ki, Cavad 
dalaşıb yüngülcə yaralanıb. Öldüyünü deyə bilməzdim axı. Yaralı 
olduğunu dediyimdə elə hönkürtü ilə ağladı ki, sanki, öldüyünü hiss 
etmişdi. Lap yazığım gəldi. Cavad ona “Ana” deməsə də heç vaxt 
inciməzdi. Əksinə ümidi vardı ki, bir gün Cavad onu bağışlayacaq. 
Cavad Zərifəni uşaq ikən onları atdığı üçün günahlandırırdı. Zərifə 
Cavadı onun beş yaşı olanda görmüşdü. Elə o andan indiyə kimi 
xəbərlərini məndən alardı.
-
Bəs Səbinə necə?- mən soruşdum. 
-
Səbinə də Cavadla eyni. Münasibətləri yox idi. 
-
Bu foto şəkildəki şəxs sizə tanış gəlirmi? 
-
Bu kimdir? İlk dəfədir görürəm. 
-
Zərifə xanıma deyin səhər 9-da burda olsun! – polkovnik-leytenant
ciddi baxışlarla qadını süzərək dedi. 
-
Olar, deyərəm. İndi gedə bilərəm?
-
Əlbəttə. Sadəcə ifadənizi imzalayın. Gedə bilərsiz. 


Mən ifadəni Simuzər xanıma uzadıb, imzalatdım. Sonra kabinetdən çıxdı. 
Qol saatıma baxdm. Axşam saat 10 idi. Çox gec olduğundan yaman 
yorulmuşdum. Asif müəllim də bunu hiss edib: 
-
Bəlkə bu günə kifayət edər, hə? Necə düşünürsüz? 
-
Bəli yoldaş Məmmədzadə həqiqətən də qarışıq gün idi: - deyən 
Səfərli qarşısındakı sənədləri yığmağa başladı. 
-
Yoldaş Məmmədzadə, icazənizlə çıxardım. –mən ayağa qalxıb 
soruşdum. 
-
Əlbəttə gedin dincəlin. Səhərədək!
-
Gecəniz xeyrə qalsın! -deyib otaqdan çıxdım. İfadələri incələmək 
üçün özümlə götürdüm. 

Yüklə 1,33 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə