Əziz oxucular! Bu mənim ilk kitabımdır. Yazmağa 2007-ci ildən başlamışam



Yüklə 1,33 Mb.
Pdf görüntüsü
səhifə6/39
tarix26.05.2023
ölçüsü1,33 Mb.
#113143
1   2   3   4   5   6   7   8   9   ...   39
Xəyalə Murad - Görünməyən həqiqət

Beşinci fəsil 
Müəyyən müddətdən sonra bloka daxil olub evimə doğru pillələri 
çıxırdım ki, Fərhad bəyin mənzilinin qapısının açıldığını və Səbinə ilə Sahibin 
çıxdığını gördüm. Yaxınlaşanda məni görən Sahib təəccüb dolu baxışlarla: 
-
Müstəntiq? Siz burada nə edirsiniz? 
-
Mən bu sualı sizə verməliyəm Sahib bəy. Siz burda bu saatda nə iş 
görürsüz? - Bu an mənə elə gəldi ki, Səbinə nə isə demək istəyirdi. 
Lakin Sahib onun sözünü ağzında qoyub dilləndi: 
-
Qızıma görə. Mənim qızım sözümdən çıxır, dərslərində də zəifləmə 
müşahidə etmişəm. Gəldim xahiş edəm ki, onunla maraqlansın. O 
da sağ olsun qəbul etdi. Elədirmi Səbinə xanım? –deyərək yanağı 
qızarmış Səbinəyə baxdı. 
-
Bəli, yoldaş müstəntiq elə onu deməyə gəlmişdi.- Səbinə alçaq 
səslə dilləndi. 


-
Yaxşı nə deyirəm. Təki elə olsun. Amma Sahib, sizi səhər saat 10-da 
şöbədə gözləyəcəyik.
-
Baş üstə cənab mayor. Gələrəm.- Bu sözləri deyən Sahib tələsik 
pilləkənlərdən aşağı düşdü. 
-
Səbinə xanım, bu foto şəkildəki şəxssi tanıyırsızmı?-Əlimdəki şəkli 
ona uzatdım. 
-
Bu kimdir? Yox ilk dəfədir görürəm. 
Yaxşı sağolun. Səbinə xanımın qapını bağladığını görüb öz evimə 
yollandım. Evə daxil olanda yorğunluqdan heç yemək yeməyə belə taqətim yox 
idi. Bir fincan çay süzüb televizor qarşısında əyləşdim. Stolun üstünə qoyduğum 
ifadələri ara bir nəzərdən keçirirdim. Hər yorulduğumda ay işığında dənizə 
tamaşa etməyə getsəm də, bu dəfə əlimdə ifadələrlə getməməyə qərar verdim. 
Məni yoran işin çoxluğu deyildi. Əksinə, beş il əvvəl gün ərzində bugünkündən 
qat-qat artıq şahid ifadəsi aldığım cinayət hadisələri də vardı. Məni yoran əsas 
məsələ məhz qatilin və o qışqıran qadının kimliyini nəyin ki, heç cürə aşkar edə 
bilməmək, hətta ip ucu belə tapa bilməmək idi. Çox qarışıq hadisə idi. Bu 
düşüncələrlə oturduğum yerdəcə yuxuya getmişəm. Qəflətən telefon zənginə 
ayıldım. Divardakı saata baxdım. Gecə saat 12 idi. Dəstəyi götürüb: 
-
Alo, buyurun! 
-
Eyvazov, yatmışdın? – Bu polkovnik-leytenantın səsi idi. Çox sevincək 
xəbər verəcəkmiş kimi həyəcanlı idi.
-
Nə isə olub yoldaş Məmmədzadə? - gözlərimi ovaraq soruşdum. 
-
Mümkün qədər tez zamanda bizə gəlin. İfadələri də unutmayın.
-
Elə indi?- təəccübləndim. 
-
Bəli elə indi. Gözləyirəm. 
-
On beş dəqiqəyə gələrəm. 
Dəstəyi qoyduqdan sonra təəccüb hissim hələ də məni tərk etməmişdi. 
Axı Asif müəllimi bu qədər sevindirən nə ola bilərdi!? Yaxşı sevincini böləcəksə 
məni niyə ifadələrlə çağırır? Bəlkə, qatilin kimliyini tapıb? Əlbəttə ki, sualların 
cavabını yalnız Məmmədzadə özü verə bilərdi. Vaxt itirmədən yola düşdüm. 
Onun mənzili bizim binadan 5 məhəllə sonra idi. Tam 15 dəqiqə sonra çatdım. 
Sonuncu dəfə buraya nə zaman gəldiyimi belə xatırlamırdım. Axı o məni heç 
nədən evinə çağırmazdı. Həm də bu saatda?! Nəhayət qapının zəngini çaldım. 
Asif müəllim evinin qapını açıb, mehribancasına içəri dəvət etdi.
-
Buyur Qədir.


-
Bir daha salam. Mən düzünü desəm çox təəccüb edirəm. Axı nə baş 
verib? 
-
Çox önəmli bir hadisə! Salona keç! Özün hər şeyi anlayacaqsan. 
Polkovnik-leytenant sözünü kəsib mənə salonun yolunu göstərdi. Amma 
salona keçməzdən əvvəl ayaqqabımın bağını açmaq üçün əyildim. Dəhlizdə 
daha bir cüt qara kişi ayaqqabısı vardı. Təxminimə görə 42-43 ölçülü olardı. 
Əynimdəki plaşımı soyunub asılqana uzadanda orada qara uzun plaş və qara 
papaq gördüm. Artıq anlamışdım ki, bu geyimlər yoldaş Məmmədzadənin 
salonunda oturan qonağındır. Əlimdə qovluq içəri keçdim. Asif müəllim otada 
yanan divar sobasının kənarında əyləşmiş şəxsi mənə göstərərək:
-
Tanış olun, bu mənim ən yaxın dostum milis polkovniki Murad 
Muradlıdır. 
Yaxınlaşıb əlimi uzatdım. O da ayağa qalxıb böyük sadəliklə gülümsündü: 
-
Xoş gəldiz! - : dedi. 
-
İşdən gələndə yoldaşım dedi ki, məni çox önəmli qonaq gözləyir -
Məmmədzadə sevinclə mənə baxıb danışırdı – Ağlıma da gəlməzdi ki, 
həmin qonaq mənim 35 illik yaxın dostum, sirdaşım və vaxtilə iş 
yoldaşım olan Muraddır.
Görünür polkovnik-leytenant bu şəxssə çox dƏgər verirdi. Murad bəy 
görünüşdə çox sadə birinə bənzəyirdi. Alnından saçı tökülmüş, orta boylu, çox 
arıq, qalın qara qaşlı, üzü səliqə ilə qırxılmış, iti baxışı və qonur gözü olan
klassik geyimli, haradasa 50-52 yaşlı bir şəxs idi. Rəis Məmmədzadə söhbət 
ərəfəsində 2 fincan çay içsə də Murad bəy hələ ilk fincanını içirdi. Çayı qəndsiz 
içdiyi məlum idi. Çünki masada şəkər əvəzinə şəkər tozu vardı. Mən də divanda 
əyləşib ev xanımının dəmlədiyi çaydan bir fincan içdim. Söhbətdən məlum oldu 
ki, polkovnik Muradlı Asif müəllimlə beş ildir ki, görüşmürlər. Demək 
Məmmədzadə bura təyin aldığı zamandan bəri görüşməmişlər. Muradlı 
Rusiyada orta məktəbi bitirib. Sonra ali məktəbə daxil olub elə orda da
Məmmədzadə ilə tanış olub, dostlaşmışlar. Beş illik təhsil aldıqdan sonra vətənə 
qayıdıb 10 il birgə polis idarəsinin cinayət axtarış şöbəsində işləmişlər. 
Muradlının savadı heç də Asif müəllimin savadından fərqli deyilmiş. Lakin 
Muradlının daxili istedadı varmış. Birgə işlədiyi müddətdə cinayətkarı qısa 
zamanda ifşa edib tezliklə həbs edərmiş. Mükəmməl iş fəaliyyətindən sonra 
Muradlı Rusiyanın Rostov şəhərinin cinayət axtarış bölməsinə işləməyə təyinat 
alır. İki dost beləcə iyirmi illik ayrı düşüblər. Lakin hər ay bir-birilərinə məktub 
yazmağı unutmamışlar. Sonuncu dəfə Məmmədzadə dostu ilə beş il əvvəl 


Bakıda görüşüb. O zamandan indiyə kimi, yalnız telefon və məktub vasitəsi ilə 
əlaqə saxlayıblar. Muradlı Məmmədzadənin məktublarından şəhərimizin sakit 
bir yer olduğunu və ağır cinayətlər baş vermədiyini anlamışdı. Lakin 
Məmmədzadə əksinə Muradlının yazdığı məktublardan maraq dolu danışırdı. 
Onun sözlərindən mənə məlum oldu ki, Muradlıdan çox şey öyrənmək olar. 
Sevinc dolu emosiyalı sözlərini dinlədikcə Muradlının heç nə danışmadığına 
maraqla tamaşa edirdim. Qəflətən Məmmədzadə susdu. Bu zaman Muradlı 
mənə baxaraq dedi: 
-
O hər zaman belə çox danışardı. Əgər danışmağa qoymasaydım qəti 
susmazdı. Çay içdiyi müddətdə isə qəti bir kəlmə söz deməz. Bu onun 
çoxdankı vərdişidi. 
Həqiqətən də Murad bəyin dediyi kimi oldu. Asif müəllim əyləşib bir 
fincan çay süzüb içməyə başladı. Mən anladım ki, bu iki dost bir-birilərini nəinki 
yaxşı tanıyır, hətta mimikalardan nə istədiklərini anlayırdılar.
-
Siz bir daha xoş gəlmisiz! Asif müəllimin belə gülər üzlü olduğuna 
inanmağım gəlmirdi. İş çoxluğundan buna şərait də yol vermir.
Çayını yenicə bitirmiş Məmmədzadə dostuna: 
-
Murad, sən gəlmişkən bizə kömək edərsən?
Muradlı: 
-
Nə barədə kömək edim? 
-
Cinayət var. Onun tədqiqatına. 
-
Mən hər zaman sənə güvənmişəm dostum. Sən özün də az cinayət 
açmamsan. Mənim kömək etməyim əbəsdir. Lakin azacıq köməklik 
edərəm. Necə düşünürsən? 
-
Olar. Dostum sən sadəcə bu dolaşıq qətl hadisəsinin düyünlərinin 
yerini təyin etməyə kömək etsən işimiz asanlaşar. 
-
Nə deyirəm. Buyur danış görüm. Amma əvvəlcədən xahiş edirəm. 
Bacardığın qədər bir söz də ötürmə. Hər xırda məsələ istənilən 
cinayətin açarı olar.
Bu sözlərdən sonra mən sanki bütün yorğunluğumu unudub daha ciddi 
əyləşdim. Məmmədzadə danışdıqca xəfiyyə Muradlı çox ciddi baxış alıb düz 
ocağa baxırdı. Baxışları o qədər iti və sərt idi ki, elə bil cinayətin necə 
törədildiyini öz gözləri ilə görürdü. Məmmədzadə gah masa başında əyləşib 
danışır, gah da pəncərə önünə keçib siqaretini tüstülədirdi. O Murad bəyə 
şahidlərin dindirilməsinə kimi hər bildiyimizi danışdı. Bu ərəfədə söz mənə 


verildi. Özümlə gətirdiyim qovluğu açıb Muradlıya təqdim etdim. Beləliklə sözə 
başladım: 
-
Şahidlərin dindirilməsində şəxssən özüm iştirak etmişəm. Onu da qeyd 
edim ki, hadisə mənim yaşadığım binanın həyətində baş vermişdi. 
Ssəhər saat 7 də yuxudan məhz qadın qışqırığına oyanmışam. Lakin 
durub pəncərədən baxdığımda orada qonşulardan başqa kimsəni 
görmədim. Müəyyən andan sonra anladım ki, camaat arasında nə isə 
hadisə baş verib. Ardında baş verənləri isə rəis artıq məruzə etdi. O ki 
qaldı şahid ifadələrinə, bu tamamilə qarışıq bir məsələdir. O qışqıran 
qadının kimliyi bizə məlum olmadı. Daha doğrusu düşünürəm ki, 
kimsə boynuna almadı. Həmçinin yoldaş Səfərlinin dindirdiyi 
şahidlərdən də kimsə uzun qara geyimli, enli kürək kimisə təsvir edə 
bilmədilər.
Mən danışdıqca Muradlı ifadələr ilə tanış olurdu. Foto şəkilə də diqqətlə 
baxdı. Bu an pencəyinin qoltuq cibindən dəftərcə çıxardıb, nəsə qeyd etməyə 
başladı. Mən öz sözlərimi artıq bitirmişdim ki, o: 
-
Mayor Eyvazov adınız nədir? 
-
Qədir! Qədir Eyvazov! 
-
Siz dediniz ki, Cavadla Fərhad bəyin yaşadığı binada qalırsız? 
-
Bəli. Daha doğrusu eyni blokda yaşayırıq. 
-
Qadın qışqırdığında ilk olaraq nə etdiniz? 
-
Ayağa qalxıb pəncərəyə yaxınlaşdım.
-
Gözünüzü açan kimi cəld pəncərəyə yaxınlaşdız? 
-
Xeyir: - Düşündüm ki, Muradlı daha ətraflı təsvir etməyimi istəyir. 
Odur ki, hər xırdalığı danışmağı qərara aldım. - Demək, əvvəlcə səs 
eşitdim. Gözlərimi açdım. Divardakı saata baxıb, ayağa qalxdım. 
Təxminən çarpayıdan pəncərəyə yeddi addımdan sonra yaxınlaşdım. 
Ardını artıq bilirsiniz. 
-
Bəs eşitdiyiniz səs necə? Güclü idi? –Muradlı maraq dolu baxışlarla 
məni süzdü. 
-
Səs elə gəlirdi ki, sanki boşluqdan əks-səda verirdi. 
-
Ətraflı məlumat verdiyinizə görə minnətdaram. Səhər kimlərin 
ifadələrini alacaqsınız? 
-
Zərifə xanımın, Sahib bəyin və Cavadın dostu Rüstəmin.
-
Lap yaxşı amma mümkünsə bu sual cavabda mən də iştirak edim.
Məmmədzadə cəld yerindən sıçrayıb: 


-
Əlbəttə, dostum! Sənin fitri istedadına ehtiyacım var. Tezliklə qatili 
həbs edib cəzalandırmaq istəyirəm. Yaxşı bəs Sahib bəyi növbəti dəfə 
ifadə vermək üçün kim çağıracaq? 
-
Mən onu artıq çağırmışam. Evimə gedəndə Sahibin Fərhad bəyin 
evindən Səbinə ilə çıxdığını gördüm. Soruşdum ki, bu vaxt burda nə işi 
var? Dedi qızının təhsilindəki geriliyi üçün Səbinə xanımdan kömək 
istəyirmiş. O da razılaşıb. 
Sözümü diqqətlə dinləyən Murad Bəy: 
-
Demək razılaşdı! 
-
Bəli. 
-
Daha gecdir yoldaşlar. Yatıb dincəlmək lazımdır. Qədir sən də gecəni 
mənim evimdə keçirt. Bir də yorğun niyə gedəsən?! 
Təklif tam ürəyimcə idi. Çünki yorğunluqdan daha bir az da olsun ayaq 
üstündə dura biləcəyimə şübhə edirdim. Odur ki, rəisin təklifini qəbul etdim. 

Yüklə 1,33 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə