Əziz oxucular! Bu mənim ilk kitabımdır. Yazmağa 2007-ci ildən başlamışam



Yüklə 1,33 Mb.
Pdf görüntüsü
səhifə7/39
tarix26.05.2023
ölçüsü1,33 Mb.
#113143
1   2   3   4   5   6   7   8   9   10   ...   39
Xəyalə Murad - Görünməyən həqiqət

 
Altıncı fəsil
Həmin gecəni Məmmədzadənin evində geçirməli oldum. Otaqlardan 
birində iki yeni salınmış yataq vardı. Birində Muradlı, digərində isə mən yatdım. 
Mən uzananda Muradlı cibindəki dəftərcəni yenidən çıxardıb qeydlər edirdi. 
Son xatırladığım da bu idi. Bir də gözümü açanda gördüm ki, Muradlı 
çarpayısında yoxdur. Gecikdiyimi düşünüb, cəld əynimi geyinib salona keçdim. 
Masa ətrafında Məmmədzadə Muradlı ilə çay içirdi.
-
Sabahınız xeyir! Deyəsən yatıb qalmışam. 
-
Xeyir, Qədir! Tam vaxtında qalxmısan. Əyləş, sən də bir tikə çörək ye.


Əl- üzümü yuyub mən də onlara qoşuldum. Yediyim pendir o qədər dadlı 
idi ki, hələ isti təndir çörəyini demirəm. Çoxdandır təmiz yatağa, dadlı 
yeməklərə həsrət idim. Axı hələ də subayam. Evdə özüm üçün nəyisə edəndə 
digərini etməyə tənbəllik edirəm. Lap tezliklə evlənmək həvəsinə düşdüm. 
Xəfiyyə Muradlı iştaha ilə qəlyanaltı etdiyimi görüb gülümsündü: 
-
Qədir, sənin neçə yaşın var? 
-
33- Qəfil sualdan təəccüblənərək cavab verdim. 
-
Bəs bu yaşa kimi niyə subay gəzirsən? 
Murad bəyin mənim subay olduğumu necə anladığına təəccüb etdim. 
Amma polovnik-leytenant Məmmədzadə məndən daha çox təəccüb etdi. Çünki 
o məni tanıdığı beş ildə bir dəfə də səliqəsiz və ya natəmiz vəziyyətdə 
görməmişdi. Məhz buna görə də evli olmadığıma inana bilmirdi.
Süfrədən qalxar qalxmaz işə tələsdik. Xəfiyyə Muradlı da bizimlə gəlirdi. 
Asif müəllimin maşınına əyləşib düz idarəyə yollandıq. Yolda Muradlı 
Məmmədzadəyə müraciətlə dedi: 
-
Mümkünsə Rüstəmi ilk şahid olaraq dindirin. Səbinə xanımı da, Sahibə 
xanımı da çağırtdırın. 
-
Əlbəttə niyə də olmasın! 
Muradlı yolda nə düşünürdüsə də bizimlə bölüşmürdü. Sadəcə olaraq 
cibindəki dəftərcəyə qeyd edərdi. Polovnik-leytenant Məmmədzadə ona çox 
ümid edirdi. Daha doğrusu əmin idi ki, Muradlı qatili tez bir zamanda ifşa 
edəcək. İdarəyə çatar çatmaz Muradlı Məmmədzadədən xahiş etdi ki, onun 
xəfiyyə olduğunu kimsə bilməsin. Axı indi o məzuniyyətdə idi. Muradlı 
dəftərçəni bağlayıb cibinə qoyanda üzündəki əminliyi açıq aydın gördüm. Hiss 
etdim ki, o artıq qatilin kimliyini bilir.
Otağa daxil olan kimi masa arxasında əyləşən mayor Səfərli ayağa qalxdı. 
-
Polkovnik Muradlı sizi bir daha görməyimə çox şadam. 
Nə mən, nə də ki, polovnik-leytenant Məmmədzadə Səfərlinin Murad 
bəyi haradan tanıdığını bilmirdik. Odur ki bu səhnəyə sadəcə tamaşa etməli 
olduq. Muradlı əlini sıxan mayor Səfərliyə diqqətlə baxıb: 
-
Yusif, oğul sənsən? 
-
Bəli, Murad dayı mənəm. 
-
Bala sən hara, bura hara? 
-
Məktəbi bitirdikdən sonra təyinimi buraya göndərdilər. 


Bu söhbətdən məlum oldu ki, Səfərli Muradlının dayısı qızı Xuramanın 
oğludur. Yusif hələ kiçik yaşlarından Murad bəyə heyran olub, onu özünə ideal 
seçibmiş. Hər zaman onun kimi bacarıqlı olmaq arzusunda olub. Müstəntiq 
olmaq səbəbi də budur. Muradlı bu təsadüfi rastlaşmadan sonra daxilən Yusiflə 
fəxr etdiyini anladıq. O əlini mayor Səfərlinin çiyninə astaca toxundurub: 
-
Əhsən oğul! Əhsən! -dedi. 
Həmin gün hava sakit olsa da, çox gözəl narın yağış yağırdı. İnsanın 
ruhunu oxşayan, əsəbi insanı belə rahatlaşdıran bir yağış idi. Polkovnik Muradlı 
stulunu özü ilə götürüb pəncərənin önündə əyləşdi. Məmmədzadə, mən və 
mayor Səfərli öz yerlərimizdə əyləşdik. Bir az sonra qapı döyüldü. Gələn polis 
zabiti idi. O şahidlərin artıq dəhlizdə olduğunu bildirdi. Mən dəhlizə çıxar çıxmaz 
Sahib bəy qabağıma yüyürdü: 
-
Yoldaşlar, mən gördüyüm, bildiyim hər şeyi demişəm də, yazmışam 
da. Axı məni yenə niyə çağırdız? İşim başımdan aşır. Sonra çatdıra 
bilməyəcəyəm.
-
Nə qədər lazımdır, o qədər də gəlib gedəcəksiz. Biz də bekar deyilik. 
Oturun yerinizə. Sizi özümüz çağıracıq.
-
Yaxşı nə deyirəm, Siz bilən məsləhətdir. 
Sahib yenidən dəhlizdəki stuluna əyləşdi. Lakin əlləri ilə mənə toxunanda 
ovcunun içinin tərli olduğunu hiss etdim. Eşitdiyimə görə bu yalnız həyəcanlı və 
ya əsəbi insanda olur. Demək Sahib nəyisə istintaqdan gizlədə bilərdi. Bəlkə də 
mən səhv edirəm. Dəhlizdə Rüstəmdən başqa hər kəs vardı. Odur ki, gözləməli 
olduqlarını deyib yenidən otağa qayıtdım. Rüstəmin yoxluğundan istifadə 
edərək mayor Səfərli: 
-
Polkovnik Muradlı, sizcə bu qara uzun plaşlı, hündür boy, enli kürəkli 
orta yaşlı şəxs kim ola bilər? 
-
Bunu bizə yalnız Sahib bəy deyə bilər. Lakin az sonra...
Muradlı yenidən susub cibindəki dəftərçədə nəyisə qaraladı. Elə bu 
zaman qapı açıldı. Həmin polis zabiti Rüstəm bəyin gəldiyini xəbər verdi. 
Rüstəm içəri girər-girməz polkovnik Məmmədzadə: 
-
Keç oğul! Keç əyləş. 
-
Çox sağ olun! 
Zahirən arıq uca boy, sarışın, cavan oğlan, ilk baxışdan düzgünlük 
tərəfdarı olduğu hiss olunurdu.Ən azından gözlərindən çoxbilmişlik yağmırdı. 
Bizim bildiyimizə görə Rüstəm Cavadın yeganə dostu idi.


-
Siz hadisə baş verdiyi zaman harda idiz?- Səfərli qəfildən sual verdi. 
-
Evimdə. Yatmışdım. 
-
Bunu kim təsdiq edə bilər? 
-
Yoldaşım. Atam, anam. Həmin gün gecə növbəsində işdə olmalı idim. 
Tezdən durmağımın mənə xeyri olmazdı. Yuxudan düz saat 12 də 
ayıldım. Yoldaşım dedi ki, Səbinə ağlayaraq zəng edib. Elə onda 
oyandım. Bircə qatilin kimliyini bilsəydim..... 
Muradlı oturduğu yerdən: 
-
Bilsəydin nə edərdin? 
-
Ən azından üzünə tüpürərdim. Cavad mənə olmayan qardaş idi. Bizi 
dostdan çox qardaş bilirdilər. Mən evləndikdən sonra o da evlənmək 
həvəsinə düşmüşdü. Deyirdi atamı razı sala bilsəm elçi göndərəcəm. 
Bir qədər susub gözlərinin yaşını sildi. 
Mən: 
-
Cavad öz doğma anası haqqında nə deyirdi? 
-
Bu barədə qəti danışmazdı. Mən də Səbinədən öyrəndim ki, Sahibə 
xanım onların analığıdır. Çünki bu vaxta kimi bundan şübhə də 
etmirdim.
Polkovnik Muradlı: 
-
Nə zaman bildin? 
-
İki ay olar. 
-
Səbinə iki ay əvvəl anasının başqası olduğunu deyib? 
-
Bəli. Cavada başa salmağa çalışırdı ki, analarına daha kin saxlamasın. 
Bağışlasın. Cavad isə əsəbiləşib getdi. Səbinə də mənə danışdı. Cavadı 
yumşaltmağımı xahiş etdi. Mən də bir gün onunla danışmaq istədikdə 
“Əgər xətrimi az çox da olsa istəyirsənsə bir daha bu sözü açma” dedi. 
Asif Məmmədzadə:
-
Səbinə anasını bağışlamışdı? 
-
Dəqiq deyə bilmərəm. Ya bağışlamışdı, ya da bağışlamağa hazırlaşırdı. 
Daha sualınız yoxsa ..... 
-
Bu foto şəkilə diqqətlə bax. Cavadın tanışları arasında bu şəxsi daha 
əvvəl görmüşdün? 
-
Dəqiq bilirəm ki, alnı çapıqlı birini görsəydim yadımdan çıxmazdı. Bu 
şəxsi ilk dəfədir görürəm. 
Mayor Səfərli: 
-
Bəs yaxşı kimdən şübhələnirsiz?


-
Düzünü desəm ətrafımızda elə bir tanışımız yox idi ki, Cavaddan inciyə, 
ya da ona kin saxlaya. Çox yaxşı və düz adam idi. Heç doğma qardaşım 
ölsəydi bu qədər yanmazdım. Hər kim edibsə göydə Allaha, yerdə sizə 
tapşırıram. İnşallah tezliklə qanun qarşısında cavab verər. 
-
İndi gedə bilərsiz! - Polovnik-leytenant Məmmədzadə dilləndi. 
-
Əgər lazım olsam mütləq xəbər verin. Əlimdən gələni əsirgəmərəm. 
Təki qatil tapılsın. Dostumun təmiz qanı yerdə qalmasın. Sağ olun.
Polkovnik Muradlı: 
-
Xudahafiz.... Sahibə xanım gəlibsə çağırın gəlsin.
Mən ayağa qalxıb dəhlizə çıxdım. Orada Zərifə xanımda oturmuşdu.
-
Sahibə xanım, buyurun keçin. Sizi gözləyirik. 
-
Çox sağ olun. Mən də xəstəxanaya tələsirdim.
Sahibə xanımın tələsdiyi davranışlarından da məlum idi. O içəri keçər 
keçməz salam verdi və təklif gözləmədən əyləşdi. Murad bəy onu diqqətlə 
süzdü. Söhbəti uzatmadan əsas məsələyə keçdi. 
-
Sahibə xanım, Səbinə sizinlə necə davranır? 
-
Necə məgər? Əlbəttə ki, normal. Hər kəs necə davranırsa o də elə. 
Hörmət də edir. Sözümdən də çıxmır. Niyə soruşursuz? 
-
Yaxşı, deyin görək Səbinə harada işləyir? 
Xəfiyyə Muradlının sualından tutulan Sahibə xanım cəld ayağa qalxdı.
-
Siz nə danışırsız? Səbinə heç yerdə işləmir. Buna yoldaşım icazə 
verməz. 
-
Oturun xanım. İstintaq naminə verilən hər bir suallara yanlış cavab 
vermək olmaz. Bunun müqabilində sizi həbs edə bilərik.
Məmmədzadə: 
-
Sizə sual verildi. Cavabınızı deyin. 
Sahibə xanım bir az qızardı. Lakin anlayırdı ki, başqa çıxış yolu yoxdur. 
Bildiyini danışmalıdır. Odur ki, yerinə əyləşib ifadəsinə davam etdi: 
-
Səbinə bir bağçada tərbiyəçi işləyir. Uşaqlarla başını qarışdırır. Hər gün 
saat 5-də evdə olur deyə heç kəs bilməzdi. Əgər ikisindən biri evə 
vaxtından əvvəl gəlsəydi, mən Səbinənin ya yatdığını, ya da 
rəfiqəsigildə olduğunu deyərdim. Səbinə son aylar məndən yaman 
uzaqlaşıb. Nə gizlədim cavab da qaytarır. Sözümə heç qulaq asmırdı. 
Hər fürsəti olanda ögey anası olduğumu xatırladardı. Düşünmüşdüm 
ki, işlədiyini gizlətməklə ona köməklik etsəm, bəlkə, əvvəlki Səbinə 
olar. Amma görünür yanılmışam..... 


Polkovnik Muradlı ciddi nəzərlərlə Sahibə xanımın gözlərinə baxıb: 
-
Həmin gün səhər saat 7 də qışqıran Səbinə idi? 
-
Hə! Hər ikisi evdən çıxan kimi Səbinə də hazırlaşdı. Dedi bağçada 
yoxlanış olacaq, tez getməlidir. Onlardan 4 dəqiqədən sonra o da 
evdən çıxdı. Blokdan çıxar çıxmaz atasının kiminsə tərəfindən 
bıçaqlandığını görüb qışqırmışdı.
-
Qatil Səbinəni gördü? 
-
Bilmirəm. Amma o qaça-qaça evə girdi. Dəli kimi ağlayırdı. 
Sakitləşdirməyə, nə isə soruşmağa çalışdım. Amma o fəryad qoparırdı. 
Bir neçə dəqiqə sonra dedi ki, yoldaşımı da Cavadı da öldürdülər. 
Bu sözləri demək Sahibə xanıma heç də asan olmadı. Gözlərindən axan 
yaş dayanmırdı. Muradlı onu azad buraxmağımızı istədi.



Yüklə 1,33 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə