Güclü dövlətin güclü ordusu olmalıdır



Yüklə 21,65 Kb.
tarix01.08.2018
ölçüsü21,65 Kb.
#59813

Müasir dövrdə Gənclərin çağırışaqədərki hazırlığı fənninin əhəmiyyəti və hədəfləri.
Güclü dövlətin güclü ordusu olmalıdır.”

Azərbaycan Respublikasının Ali Baş Komandanı

İlham Əliyev.
Müasir dövrdə Gənclərin çağırışaqədərki hazırlığı (GÇH) fənninin aktuallığı günü-gündən artır. Bu faktı sübut etməyə xüsusi ehtiyac yoxdur. Çünki torpaqlarımızın işğal altında olması, artıq bu fənnin tədrisini zəruri edir.

GÇH fənnindən danışarkən ,ilk öncə hədəfləri, yəni qarşıya qoyulan tələbləri gözdən keçirmək lazımdır. Nəzərinizə çatdırmaq istərdim ki, GÇH fənni Nazirlər Kabinetinin 1998-ci il 29 may tarixli 119 saylı qərarı ilə təsdiq olunmuş “Gənclərin çağırışaqədərki hazırlığı” Əsasnaməsi ilə tənzimlənir və tədris olunur. Bu əsasnamənin I bəndinə əsasən “Gənclərin çağırışaqədərki hazırlığı” Azərbaycan Respublikasının Konstitusiyasına, Azərbaycan Respublikası Prezidentinin Fərmanlarına, Təhsil haqqında və Azərbaycan Respublikasında “Hərbi xidmətə çağırışın əsasları haqqında” Azərbaycan Respublikasının Qanunlarına, Nazirlər Kabinetinin qərarlarına, bu Əsasnaməyə və digər normativ hüquq aktlarına əsasən həyata keçirilir.

Gənclərin çağırışaqədərki hazırlığı, adından da göründüyü kimi gənclərin silahlı qüvvələrdə xidmətə qədərki hazırlığının tərkib hissəsidir.

Azərbaycan Respublikasının müdafiəsi üçün orduya çağırılan hər bir gənc hərbi hazırlığın gedişi prosesində Azərbaycan Respublikasının Konstitusiyasını, Respublika Silahlı Qüvvələrinin vəzifələrini, xüsusiyyət və əhəmiyyətini, hərbi qulluğun hər bir vətəndaşın müqəddəs borcu olduğunu dərk etməlidir. Gənclər hərbi andın tələblərini, hərbi nizamnamələri öyrənir, hərbi hissənin silah və sursatları, hərbi texnikası, şəxsi heyətin yerləşdirilməsi və sosial-məişət tərzi ilə tanış olur, qulluq etmiş gənc əsgərin hazırlığı həcmində nəzəri hərbi biliklərə və praktik vərdişlərə yiyələnir, mülki müdafiənin əsaslarını, kütləvi təbii və texnogen xarakterli fövqəladə halların nəticələrindən mühafizə və kütləvi qırğın silahlarından müdafiə olunma üsullarını öyrənir.

Baxmayaraq ki, orduya ancaq oğlanlar çağrılır, dünyada gedən proseslər qızların da hərbi işləri öyrənməsini zəruri edir. İlk növbədə təbii ki, torpaqlarımızın 20 faizinin işğal altında olması, terror təhlikəsinin günü-gündən artması, nəhayət elm və texnologiyanın sürətlə inkişaf etməsi nəticəsində baş verən təbii və texnogen fəlakətlər, bizi belə düşünməyə vadar edir.

Müasir dünyada ayaqda qala bilmək üçün elmin inkişafı vacibdir.Lakin tarixi araşdırmalar göstərir ki, dünyadakı rəqabətə davam gətirmək üçün, daha doğrusu bu rəqabətdə qalib çıxmaq üçün ilk növbədə milli mənlik hissi çox güclü olmalıdır. Milli mənlik, bilik və bacarıqlarla birlikdə, rəqabətə davamlı insanın formalaşması üçün lazım olan vacib keyfiyyətlərdir. Yaradılmış ən güclü silahları idarə edən insandır.Deməli ən güclü silah insandır-milli köklərinə bağlı,yüksək texnologiyalara yiyələnmiş insan. Milli mənlik hissinin aşılanması ana bətnində başlayır, ailədə davam etdirilir, məktəbdə gücləndirilir.Bir şagird, istər qız, istər oğlan riyaziyyatçı, fizik, kimyaçı və s. olmaya bilər, lakin vətənpərvər olmağa borcludur. Nəzərə alsaq ki, hər bir şagird gələcəyin potensial valideynidir, o zaman məsələnin ciddiliyi aydınlaşır.

Bəs nəyə görə bu mənada GÇH fənni aktualdır? Ona görə ki, GÇH fənni yuxarıda adı çəkilən bütün arqumentləri özündə cəmləyir. GÇH fənninin proqramına nəzər salsaq görərik ki,tədris olunan mövzular həqiqətən də qeyd olunan nüansları işıqlandırır.


  1. Dövləti müdafiənin əsasları bölməsi, “ G. Ç. H fənninin əhəmiyyəti məqsədi

və vəzifələri” ; “Hərb tariximiz, Azərbaycan Silahlı Qüvvələrinin yaranma tarixi” ; Azərbaycan Silahlı Qüvvələrinin strukturu, qoşun növləri və başqa silahlı birləşmələr” ; “Dövlət və Hərbi atributlarımız. Hərbi mərasimlər . Döyüşlərdə və xidmətdə fərqlənməyə görə təltiflər, orden və medallar” mövzularından ibarət olub, yeniyetmələrin vətənpərvər ruhda tərbiyəsi, onların Silahlı Qüvvələrdə xidmətə hazırlanması, fənnin tətbiq dairəsi, fənnin tədrisini zəruri edən amillər, etnik, dini, ərazi iddiası zəminində baş verə biləcək münaqişələr, təbii, texnogen və müharibə xarakterli fəlakətlər zamanı hərəkət, tibbi bilik və bacarıqlar, fənnin təlim istiqamətləri, ordu sıralarında xidmət, fənnin tədrisini tənzimləyən rəhbəredici dövlət sənədləri şagirdlərin diqqətinə çatdırır və eləcə də ordu quruculuğunu, siyasi və hərb tariximizi əhatə edən digər vacib faktları işıqlandırır.

2.Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Nizamnamələri bölməsi, şagirdlərə hərbi qulluqçuların ümumi vəzifələri, hərbi rütbələr, fərqlənmə nişanları, qarşılıqlı tabeçilik, əmr və sərəncamların verilməsi və yerinə yetirilməsi, hərbi salamvermə, hərbi nəzakət və davranış qaydalarının öyrədilməsini nəzərdə tutur.

3.Sıra hazırlığı bolməsi , şagirdlərə sıra təliminin xüsusiyyətlərinə əsasən

sıra və onun elementləri, açıq və hərəkət sırası, müxtəlif üsullarla sıranın idarə

olunması, əsgərin düzülüşdən qabaq və sırada vəzifələri,sıra duruşu və

komandaların yerinə yetirilməsi, yerində dönmələr, hərəkət və hərəkətdə

dönmələr, yerində əsgəri salamvermə, hərəkətdə hərbi salamvermə,

baş geyimsiz hərbi salamvermə, sıradan çıxma və sıraya qayıtma, rəisə

yaxınlaşma və uzaqlaşma öyrədilir.

4.Taktiki hazırlıq bölməsində silahların məhvetmə imkanlarını və düşmənin hərəkət xarakterini nəzərə alaraq, relyefə uyğun hücum və müdafiə taktikasının praktik, əyani vəsaitlər və müharibələrdən fraqmentlər nümayiş etdirməklə izah edilir, mövzuların tədrisi zamanı yeni təlim metod və üsullarından istifadə etməklə izahlı şəkildə şərhi verilir, elementlərlə göstərilir, əvvəlcə tək-tək, sonra isə manqalar və yaxud tağım şəklində elementlərlə yerinə yetirilir.

5.Silahlar və atəş hazırlığı bölməsinin tədrisi zamanı, Kalaşnikov avtomatı ilə yanaşı, patronlar haqqında da biliklərin verilməsi nəzərdə tutulmuşdur. Atəş tapşırığının yerinə yetirməsi ilə bağlı şagirdlərdə vərdişlərin formalaşdırılması bu fənnin tədrisi qarşısında duran ən mühüm tələblərdən biridir.

6.Hərbi topoqrafiya bölməsində, mövzular nəzəri müstəvidən əməli müstəviyə yönəldilmişdir, yəni ərazidə tədrisi nəzərdə tutulmuşdur.

7.Təhlükəsizlik və fövqaladə hallarda insanların mühafizəsi bolməsində, Mülki Müdafiənin sülh və müharibə dövründə əhalinin təhlükəsizliyini təmin edən dövlət stukturu kimi təşkili və fəaliyyəti, müharibə mənşəli fövqaladə hallar (nüvə silahının, kimyəvi silahın, bioloji və bakteriolji silahın tətbiqi), texnogen xarakterli fövqaladə hallar, təbii xarakterli fövqaladə hallar və terrorizmin fövqəladə hallardan biri kimi tədrisi nəzərdə tutulmuşdur. Sosial-siyası fəlakət olan terror haqqında şagirdləri düzgün və faktlarla məlumatlandırmaq, onun həqiqi mahiyyətini açıqlamaq günün ən zəruri tələblərindən biridir.

8.Tibbi biliklərin əsasları bölməsində, xəsarət almış və ya qəfil xəstələnmiş insana həkimin gəlməsinə və yxud evakuasiyaya qədər, vaxtında və sadə üsullarla məqsədyönlü ilk tibbi yardım göstərmə, yoluxucu və infeksion xəstəliklər, yaranma səbəbləri, növləri, ilkin əlamətləri və xəstəliklərə qarşı qabaqlayıcı, profilaktik tədbirlərlə yanaşı, müasir dövrdə gənclərin həyat tərzini nəzərə alaraq sağlam həyat tərzi, zərərli vərdişlər və onların insan orqanizmi üçün yarada biləcəyi təhlükələr haqqında da məlumatların verilməsi məqsədəuyğun hesab edilmişdir.

Uzun illər orduda xidmət etmiş bir zabit kimi, deyə bilərəm ki, GÇH fənnini normal mənimsəmiş gənclər, hərbi xidmətə daha asan uyğunlaşır və nümunəvi xidməti ilə digər hərbi qulluqçulardan seçilir.

Yuxarıda göstərilənlərdən bu nəticəyə gəlmək olur ki, GÇH fənninin tədrisi zəruridir və günümüzün əsas tələblərindən biridir.


Sumqayıt Şəhər Fars-ingilis dilləri təmayüllü tam orta məkəbin

GÇH Rəhbəri e.o.b.l-nt Ramazanov Vasif Ağalar oğlu.
Yüklə 21,65 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə