Qoca və DƏNİZ



Yüklə 0,89 Mb.
Pdf görüntüsü
səhifə1/80
tarix23.05.2023
ölçüsü0,89 Mb.
#112342
  1   2   3   4   5   6   7   8   9   ...   80
9d0bbb435db57b64859584c8e160a485



www.vivo-book.com 

 
ERNEST HEMİNQUEY
QOCA VƏ DƏNİZ 
(P O V E S T) 
 
 


www.vivo-book.com 

 
 
 
QOCA VƏ DƏNİZ 
Qoca ikiavarlı balaca qayıqda Qolfstrimdə
1
təkbaşına 
balıq tuturdu. Düz səksən dörd gün idi ki, dənizə çıxır, hər 
dəfə də əliboş qayıdırdı. İlk qırx gün ərzində oğlan da qoca 
ilə bərabər getmişdi, lakin sonra ata-anası onu başa salmışdı 
ki, bəs qoca açıq-aşkar 
salao
adamdır, yəni bəxtsizin-
uğursuzun biridir; o da valideynlərinin təkidi ilə qocadan 
ayrılıb başqa qayığa keçmişdi, özü də elə birinci həftə 
ərzində evlərinə üç iri balıq gətirmişdi. Qocanın halı oğlanı 
yaman kədərləndirirdi; hər gün əliboş qayıtdığını görəndə 
ona əməlli-başlı yazığı gəlirdi. Oğlan axşamlar sahilə gedib 
qayıqdakı şey-şüyləri – kəndiri, yelkən dolanmış dorağacını, 
ya da nizəni daşımaqda qocaya kömək edirdi. Yelkən 
başdan-başa yamaq içindəydi. Dorağacına sarınmış bu 
1
Qolfstrim
– Atlantik okeanında isti cərəyan 
(axın
). 


www.vivo-book.com 

köhnə kətan parçası ardıcıl məğlubiyyətlərə düçar olub 
darmadağın edilmiş alay bayrağına oxşayırdı.
Taqətdən düşmüş, heyi kəsilmiş yorğun qoca çox arıq 
idi; peysərini dərin qırışlar örtmüş, qonur rəngə çalan sifətini 
ləkələr bürümüşdü. Hər iki yanağı boyunca üzüaşağı 
səpələnmiş bu ləkələr qocanın ta boynuna qədər yayılırdı.
Dənizdən ağır, nataraz balıqları dartıb çıxartmaqdan 
kəndir onun əllərini kəsib yarıq-yarıq eləmişdi. Özü də 
yarıqların heç biri təzə deyildi; onlar eynən susuz 
səhralardakı köhnə, quru çatlara bənzəyirdi.
Gözlərindən başqa, onun hər yeri, hər şeyi 
köhnəlmişdi, təkcə dəniz kimi mavi gözləri xalis gənclik 
ehtirasıyla alışıb-yanırdı; bu gözlər qocanın nə qədər 
məğlubedilməz olduğunu təsdiqləyirdi.
– Santyaqo, – deyə oğlan qayığı sahildə yerbəyer edib 
yoxuşla qəsəbəyə qalxdıqları zaman qocaya üz tutdu, – 
bundan sonra mən dənizə yenə də səninlə gedəcəm. Biz artıq 
bir az pul qazanmışıq. 
Balıq tutmağın bütün sirlərini ona öyrətdiyi üçün oğlan 
qocanı çox sevirdi. 



Yüklə 0,89 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə