Əyyub Abasov



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə110/111
tarix21.10.2017
ölçüsü5,01 Kb.
#6312
1   ...   103   104   105   106   107   108   109   110   111

 
293
Samvel Saakın tüfəngini götürdü, patrondaşını belindən açdı, özünü isə 
çiyinlərindən yapışıb sürüyə-sürüyə yolun kənarındakı  həməsur kolunun dibinə 
çəkdi. Saak bərkdən ufuldayıb ilan kimi qıvrıldı… Onu aparmaları üçün yenə 
yalvardı… 
Njdeylə Samvel ona fikir vermədilər, meşədən çıxanda  ətraflarına güllə 
yağmağa başladı. 
- Cənab sparapet, düşmənlər bizi gördülər, - daha qabağa gedə bilmərik. 
Burdan tez… - Samvel sözünü qurtarmamış, mindiyi at şappıltı ilə yerə  sərildi. 
Güllə alnından dəyən ürkənin canı o saat çıxdı. 
- Samvel, özün yaralanmamısan ki? 
Samvel sol qıçını zorla atın altından çıxardıb dedi: 
- Yox, yaralanmamışam, amma ayağım bərk ağrıyır. Zalım uşağı  məni 
piyada qoydular. Cənab sparapet, indi fikrin nədir? Düzü, mən səndən qorxuram. 
İraq canından, güllə-zad dəyər. 
Qabağa getməyin daha təhlükəli olduğunu yəqin edən Njde, atının başını 
çevirib dedi: 
- Geri qayıdaq! 
…Axşam çağı idi. Duman hər yerdən çəkilmişdi. Günəşi sinəsinə  çəkmiş 
üfüq və ona yaxın olan yığın-yığın buludlar al qırmızı rəngə boyanmışdı. Tatevə, 
onu əhatə edən dağlara, meşələrə qürub xüsusi bir gözəllik verirdi. 
Yenə monastırın qülləsinə  çıxmış Njde, onun yavəri Samvel bu gözəlliyi 
görmək istəmirdi. Qızıl Ordunun irəliləməsindən qanları qaralmış bu millət 
«qəhrəmanları» öz talelərini düşünürdülər. 
- Ora bax, cənab sparapet! – deyə Samvel əlini irəliyə uzatdı. – Aşağı 
tərəfdən kəndə dəstə-dəstə adam girir. 
Njde durbini gözünə tutub baxdı və qəzəblə bağırdı: 
- Mənim əsgərlərimdir. Mənim qoşunum sınıq düşüb geri qayıdır?! Görəsən, 
xmbapet Karo necə oldu? Bəs Denikin zabitləri, Quban qazakları niyə geri 
çəkilirlər? 
Çox keçmədi ki, daşnak əsgərlərini izləyən qızıl süvarilər yalların, təpələrin 
başında, meşənin kənarında göründülər… 
Hirsindən dodaqlarını  gəmirən Njde qüllədən aşağı enərək, Samveli 
cəbhədən qaçan əsgərləri dağlara, meşələrə çəkilməyə qoymamağa, yeni mövqelər 
tutub döyüşü davam etdirməyə göndərdi, özü isə monastırın həyətindəki topçulara, 
pulemyotçulara əmr verdi ki, qızıl süvariləri atəşə tutsunlar. 
Hər iki tərəfdən yenidən atışma başlandı… Lakin çox çəkmədi ki, hava 
qaranlıqlaşdığından atəş kəsildi. 
…Şahmərdanla Vahanın dustaqlıq zamanı saxlandıqları məbədin taxçasında 
yanan şam zəif şölələnir, bir bucaqda oturub başını əllərinin içinə almış Njde isə 
fikirləşirdi: «Mən niyə bu vəziyyətə düşdüm? Heç kimin qarşısında  əymədiyim 
başımı indi monastırda gizlətmişəm…». 
Karo ilə Samvel içəri girəndə Njde əllərini gicgahlarından götürüb, Karoya 
əyri-əyri baxaraq dedi: 
- Afərin, xmbapet Hamparsumyan! Çox böyük hünər, qəhrəmanlıq 
göstərdin. Allaha şükür ki, qiymətli başın salamat qalıb… - Njde kinayədən 


 
294
təərrüzə keçərək səsini ucaltdı: - Qırmızıların qabağından qaçdın! Deyirdin: məni 
orduya göndər – göndərdim, bir polkun taleyini sənə tapşırdım. Ancaq hərbi 
istedadını yanıma qaçıb gəlməklə göstərdin.  İndi burdan hara qaçacaqsan?! 
Qırmızılar bəlkə elə bu dəqiqə kəndə dolurlar… 
- Cənab sparapet özü döyüş meydanında olsa idi, əsgərlərimizin qəhrəman 
kimi vuruşduqlarını görərdi. Mən… 
- Sus! – deyə Njde Karonun sözünü kəsdi. – Sənin  əsgərlərinin 
qəhrəmanlığını bu gün gördüm… Gördüm tülkü kimi necə qaçırdılar. Yaxşı 
komandirin əsgəri, onu dava meydanında tək qoyub qaçmaz. 
- Qüvvətlinin qarşısında zəif nə edə bilər? Onlar çoxdular, biz azıq. Mənim 
burada taqsırım nədir? 
Njde hirsləndisə  də, atı Karoyla daşlığa sürmədi. Ürəyində dedi ki
bolşeviklər məğlub olarsa, Karo kimilərinin cəzasını sonra vermək olar. Hələlik 
onu əldə saxlamaq lazımdır. Odur ki, mülayim səslə dedi: 
- Sən inciyirsən, amma az qalır mənim ürəyim partlasın. Hakimiyyətimiz 
əldən gedir, başa düşürsənmi? 
- Bəs mənim ürəyim partlamırmı? Bolşeviklərin  əlinə keçsək, birinci məni 
boğazlayacaqlar. Amma açıq demək lazımdır ki, güc düşmənin tərəfindədir. Sel 
kimi axıb gəlir… 
- Keşişi  İrana, ingilislərdən kömək almağa göndərmişəm.  İngilis qoşunu 
gəlincə özümüzü müdafiə etməliyik. 
- Mən daha o cənablara da inanmıram. Bolşeviklər bizi qovub dağların 
kəlləsinə çıxardandan sonra gəlsələr də, xeyri yoxdur. 
- Bəs sən deyirsən necə olsun? Yoxsa fikrin bolşeviklərə  təslim olmaqdır? 
Yox, elə  şey olmayacaq. Bundan sonra, döyüşə bilavasitə özüm rəhbərlik 
edəcəyəm. Əsgərlərin hardadır? 
- Burda, kəndin içində. 
- Nə qədər salamat əsgər qalıb? 
- Saymamışam. 
- Sayıb mənə  məlumat vermək lazımdır. – Njde ani fikirdən sonra əlavə 
elədi: - Gedək! Mən özüm əsgərlərlə danışmaq istəyirəm. 
Üçü də bayıra çıxdı. 
…Kəşfiyyatçılar daşnak əsgərlərinin Tatevi gecə ikən tərk etdikləri xəbərini 
Qızıl Ordu komandanlığına çatdırdılar. 
Səhərin gözü təzəcə açılanda, Gerasimovun komandir olduğu zərbə polku 
Tatevə daxil oldu. 
Gorusla Tatev arasındakı altmış-yetmiş verstlik məsafəni dağ-dərələrlə, 
meşələrlə ağır döyüş şəraitində gəlmiş qızıl əsgərlərə dincəlmək üçün vaxt verildi. 
Kəndlə monastırın arasındakı açıqlıqda mitinq düzəldi. Qızıl Ordunun 
gəldiyini hələ səhər tezdən bilən kəndlilər mitinqə toplandılar. Suren, Comərd və 
Gerasimov danışdı. Tatevdə Şura hökuməti yarandığını elan etdilər. Qızıl Ordunun 
döyüş, mübarizə  məqsədini  əhaliyə başa saldılar. Yeni sözlər eşidən, mehriban 
simalı yeni əsgərlər görən camaatın arasından bir kəndli söz aldı və bir az qabağa 
gələrək dedi: 


 
295
- Bizim kəndlilər Njdenin qoşunu ilə bu tavarişlərin arasında gedən davanı 
bilirdilər. Amma davanın axırı necə olacağını bilmirdilər. Daşnaklar həmişə 
özlərini tərifləyib deyirdilər ki, qırmızılar bizə bata bilməzlər. Ancaq özləri 
qabaqda duruş  gətirə bilmədilər. Hə, sözüm ondadır ki, onlar deyirdilər, 
bolşovoylar getdikləri hər kənddə adamları öldürürlər, dama basırlar, camaatın var-
dövlətini  əlindən alırlar. Amma özləri camaata yamanca divan tuturdular. Bax, o 
monastırın yanındakı uçurumdan dərənin dibinə çoxlu adam atıblar. Daşnaklar… 
- O adamlar kim idi? – deyə Suren onun sözünü kəsdi. 
- Kim olacaq, bolşovoylardı… Bir neçə gün bundan qabaq kəndə  xəbər 
yayıldı ki, Njde həmin uçurumdan yenə iki adam atdırıb: biri erməni, biri 
müsəlman. 
Suren soruşdu: 
- Bəs onlar kim imişlər? 
- Nə bilim vallah, - deyə kəndli üzünü kəndxudaya tutdu. – Bax bu kəndxuda 
yaxşı bilər, çünki Njde kəndə gələndə bunun evində qonaq qalırdı. Qoy özü desin. 
Mən sözümü qurtarıb deyirəm: yaşasın kəndimizdə qurulan Şura hökuməti! – O, əl 
çalıb öz yerinə çəkildi. 
Suren kəndxudaya müraciət elədi: 
- Danış! 
Gödək boylu, qarnı iri qarpız kimi qabağa çıxmış, dombagöz kəndxuda dedi: 
- Mən yalan danışmayacağam. Kəndxuda olmuşam. Njde mənim evimdə 
qalıb. Onun göstərişini yerinə yetirmişəm. Yetirməsəydim, məni öldürərdi. Bizim 
kəndli Aram düz deyir: Njde adamları uçurumdan atdırırdı. Ancaq mənim bu işdə 
əlim yoxdur. O adamların kim olduğunu da bilmirəm. 
Aram yerindən qışqırdı: 
- Yalan deyir, bilir. Ərə, tavarişlərin qabağında niyə düz danışmırsan? Sənin 
ətini kəsməyəcəklər ki. O adamların kim olduğunu de, bilsinlər. 
Kəndxuda Arama gözünü ağardaraq dedi: 
- Balam, niyə yaxamdan əl çəkmirsən? Sənə nə yamanlıq eləmişəm? 
Yerlərdən kəndlilərin səsləri ucaldı: 
- Bizə pisliyin çox keçib. 
- Njdenin sağ əli idin. 
- Bolşovoyların dalınca çox bəd sözlər danışmısan. Özün də şeytan, xatakün 
adamsan… 
«Evin yıxılsın, Njde, hardasan? Elə bu saat böyürdən çıx, bu kəndlilərin 
dilləri girsin qarınlarına…» deyə  kəndxuda fikirləşdi. Adamların arasından 
əkilmək istəyəndə duyuq düşdülər. 
- Hara gedirsən? – deyə Suren ona qışqırdı. 
Aram tez kəndxudanın qolundan tutub saxladı. 
- Tülkü kimi ortalıqdan çıxıb əkilmək istəyirsən… 
Surenin təkidinə baxmayaraq, kəndxuda daha bir kəlmə  də danışmadı. Öz 
ürəyində dedi: «Sparapet Qızıl Orduya üstün gələcək, yenə böyük və ixtiyar sahibi 
olacaq…  İndi onun cinayətlərini açıb söyləsəm, sonra qulağına çatar, dərimi 
soydurar…». 
Kəndxudanı həbs etdilər. İki əsgər onu qabağına salıb apardı.  


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   103   104   105   106   107   108   109   110   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə