Əyyub Abasov



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə109/111
tarix21.10.2017
ölçüsü5,01 Kb.
#6312
1   ...   103   104   105   106   107   108   109   110   111

 
290
- Vətənin taleyi həll olunan saatlarda sən istirahətdənmi danışırsan, keşiş?!. 
- Bura döyüş meydanından bir qədər uzaq olsa da, hər halda ehtiyat lazımdır. 
Birdən düşmən topun ağzını monastıra çevirər, Allah eləməmiş… - Keşiş sözünü 
qurtarmamış Manuçar qışqırdı: 
- Ora baxın, ora! Kəndə sarı çapan atlını görürsünüzmü?.. – Njde və Mesrop 
çevrilib baxdılar. Atlı  dərədən keçib kəndin altındakı düzənliyə  çıxanda onu 
tanıdılar. 
- Samvel gəldi, gedək görək nə xəbər gətirib, - deyə Njde daş pillələrlə aşağı 
enməyə başladı… 
Monastırın həyətində atı yedəyində tutmuş Samvel, əsəbilikdənmi, 
qorxudanmı, sinəsi atlana-atlana dedi: 
- Dava Kafanın lap yaxınlığında gedir. Bizimkilər qırmızıları  şəhərə 
buraxmamaq üçün bərk dayanıblar. Ancaq qırmızılar heç nəyə baxmırlar. Elə hey 
irəli soxulmağa can atırlar. Mən… 
Mesrop Samvelin sözünü kəsib soruşdu: 
- Bizimkilər qırmızıları geri qaytara biləcəklərmi? 
- Bilmirəm. Ancaq polk komandiri mənə dedi ki, bolşeviklərin gülləsinin 
səsini eşidən kimi fəhlələrdən bir çoxu gecə ilə  şəhərdən çıxıb onlara tərəf 
qaçıblar… 
Njde qışqıra-qışqıra dedi: 
- Ağacı öz içindən qurd yeyər. Günah məndədir ki, Kafan fəhlələrinin 
hamısını,  Şaxnazaryanı mis mədəninin  şaxtalarında boğdurduğum kimi 
boğdurmadım. – O, bir an susub, sonra acıqlı-acıqlı Samveldən soruşdu: - Daha nə 
sözün var? 
- Vəziyyət ağırdır, sparapet ağa! Düzü, ölən, yaralanan çoxdur. Camaat 
dönük çıxıb, bizimkilərə kömək eləmir. Polk komandiri dedi ki, cənab sparapet 
bizə əlavə qüvvə və patron göndərsin. 
- Qüvvəni, patronu sparapet hardan alsın? – deyə keşiş dilləndi. – Qırmızılar 
bizi elə karıxdırdılar ki, Gorusdan tüfəng, patron, taxıl da çıxarda bilmədik… 
- Heyif mənim dolu qalan taxıl anbarlarıma! – deyə Manuçar köksünü 
ötürdü. 
Qızıl Ordunun qabağında çox dayana bilməyəcəyini yəqin edən Njde dedi: 
- Keşiş ağa, sən bu saat Tehrana yola düşməlisən. 
- Tehrana? – deyə keşiş təəccüblə Njdeyə baxdı. 
- Bəli, keşiş  ağa. Səni özümə  sədaqətli bir adam bilib Tehrandakı ingilis 
konsulunun yanına göndərirəm. Syunik hökumətimin və erməni millətinin bir 
nümayəndəsi kimi onunla görüşüb danış. Vəziyyətimizi nağıl elə. De ki, Njde 
sizdən təcili kömək gözləyir. De ki, Syunik hökuməti Zəngəzurun meşələrini, mis 
mədənlərini və başqa yeraltı sərvətlərini onlara verməyi vəd edir. Xüsusi qeyd et 
ki, Njde sizə arxalandığı üçün qırmızılara təslim olmur. Bəs ingilis qoşunu niyə 
hərəkətə  gəlmir? Niyə bizi döyüş meydanında tək qoyur?! Britaniya hökuməti 
Zaqafqaziya kimi bir incinin bolşeviklərin əlində qalmasına niyə razı olur? Sonra 
cənab konsulun vasitəsilə  İran hökumət başçıları ilə  də görüş. Onlara de ki, 
bolşeviklər yerlərini Zaqafqaziyada bərkitsələr,  İran həmişə  təhlükə altında 
olacaqdır. Qoy İran hökuməti bacardığı  qədər bizə kömək eləsin. Heç olmasa, 


 
291
Azərbaycandan qaçmış müsavatçıları toplayıb ingilis qoşununa qatsın, bizə 
köməyə göndərsin… Başa düşdünmü, keşiş ağa?.. 
- Bəli. Ancaq, cənab sparapet, ingilis konsulu mənim sözlərimə inanarmı? 
- Sənə öz hökumətim adından vəkalətnamə verəcəyəm. 
- Bəs İrana hardan, nə ilə getməliyəm? 
- Burdan Meğriyə kimi atla get. Orda Setrak adlı bir adam var. Soruşsan, 
hamı onun evini sənə göstərər. O, mənim dostum və köhnə kontrabatçıdır. Onun 
adına kağız verəcəyəm. O səni Arazın o tayına keçirər. 
…Njde vəkalətnamə  və Setraka kağız yazdı, imza atıb möhür basaraq 
Mesropa verdi.  
Keşiş, Samvelin, necə deyərlər, yerlə-göylə əlləşən boz atını mindi. 
Njde dedi: 
- Keşiş  ağa, tez get, heç yerdə yubanma. Özünü ələ vermə. Bəlkə  iş elə 
gətirdi ki, sən qayıdıb gələnə kimi mən Tatevdən çıxmalı oldum. Hər halda məni 
ya Qatar, ya da Xüstub dağlarında taparsan. Bir tək özüm qalana kimi qırmızılarla 
vuruşacağam. Yaxşı yol!  
- Xudahafiz! – deyə Mesrop atı tərpətdi… 
Njde, Samvel, Manuçar və  Saak qülləyə çıxmaq istəyəndə, Aşot qaça-qaça 
gəlib Njdenin qabağında dayandı. Əlini gicgahına aparıb töyşüyə-töyşüyə dedi: 
- Sparapet ağa! Sparapet ağa! 
- Zəhrimar sparapet ağa! Sözünü de! 
- Sparapet ağa, bağışla, təngnəfəs gəlmişəm, danışanda ürəyim acıyır… Hə, 
xmbapet Karo dedi, get sparapet ağaya de ki, iş  şuluqdur. Bolşovoylar 
irəliləyirlər… Sparapet ağa, doğrudan da iş şuluqdur. Bizim əsgərləri qarışqa kimi 
qırırlar… Xmbapet dedi ki, mənə sparapet ağadan tez xəbər gətir: qoşunu geri 
çəkim, ya nə eləyim? 
Njde fikirləşdi: «Tatevdəki polku Karonun köməyinə göndərimmi? Yox, 
ehtiyat lap dar gün üçündür. İndidən bütün hissələri döyüşə buraxsam, sonra 
adamsız qalaram…». 
- Get de ki, əsgəri geri çəkməsin, bir adam qalana kimi vuruşsun. 
- Baş üstə! – deyə  Aşot silahını çiyninə saldı. Getmək istəyəndə Njde onu 
saxladı. 
- Dayan! – sonra Saakla Manuçara müraciət elədi: - Siz də  Aşotla gedin, 
vuruşun. Özü də qırmızılarla möhkəm vuruşun. 
Özünü güllənin qabağına vermək istəməyən Saak tez dilləndi: 
- Mən burda sənə lazım olaram, sparapet ağa! 
Bərk ayaqda Saakdan da ağ ürək olan Manuçar dedi: 
- Sparapet ağa, mən səni tək qoya bilmərəm. 
Hər ikisinin ürəyini gözlərindən oxuyan Njde cavab verdi. 
- Heç biriniz burda mənə lazım deyilsiniz. Samvel yanımdadır. Gedin 
qırmızıların qabağına. Bildinizmi? İndi bizə vuruşan adamlar lazımdır. 
Dayanmayın, gedin! 
Njdenin sözünü çevirməyə  cəsarət eləməyən Saak və Manuçar Aşotla 
bərabər getdilər. 
Njde ilə Samvel qülləyə çıxdılar. 


 
292
 
 
Gün  əyilirdi. Hava getdikcə soyuyurdu. Tatevin şimalındakı dağların 
başından qalxan lay-lay duman yavaş-yavaş  aşağılara doğru enirdi. Çox keçmədi 
ki, kənd,  ətrafdakı  təpələr, meşələr, monastırın altındakı  dərin və geniş  dərə 
görünməz oldu. Lakin susmaq bilməyən topların, tüfənglərin səsi lap yaxından 
gəlirdi. 
Njdeni fikir-xəyal götürdü. Qızıl Ordunun hücumunu necə  dəf edəcəyi 
barədə xeyli düşündü… Nəhayət, döyüş meydanına getməyi,  əsgərlərə özü 
komanda verməyi qərara aldı. 
- Gəl gedək, Samvel! 
- Hara? 
- Qabağa, döyüş yerinə. Daha burada durmağın adı yoxdur. 
- Niyə narahat olursan? Yəqin indi bir şad xəbər gətirərlər… 
Njde bir söz demədən aşağı endi. 
Onlar monastırın həyətində saxlanılan atları minəndə top güllələri kəndin 
qırağında açıldı. Samvel partlayış səsindən diksinərək dedi: 
- Pah atanan! Qırmızılar indi də Tatevi topa tutmağa başladılar. Yəqin ki, 
irəliləyirlər. Cənab sparapet, bəlkə biz heç kənddən çıxmayaq?.. 
Njde ona tərs-tərs baxdı. 
- Ağ ürək olma! Dalımca gəl! – deyə atını məhmizlədi. 
Onlar kəndin altındakı meşəylə «Qız dərəsinə» doğru gedirdilər. Çox da 
hündür olmayan təpənin gədəyini aşanda, seyrəlməkdə olan dumanda bir neçə 
adam gördülər. Onlar daşnak  əsgərləri idi, ağacların, kolların arası ilə  əyilə-əyilə 
Tatevə sarı qaçırdılar. 
- O qorxaqları səslə, dayansınlar! – deyə Njde atının başını saxladı. 
Samvel ağzını gah o əsgərə, gah bu əsgərə çevirib qışqırdı: 
- Ərə, dayanın, bura gəlin! 
Əsgərlər dayanmayıb tez ağacların dalında gözdən itdilər. 
- Görürsənmi, cənab sparapet. Biqeyrətlər döyüşdən qaçırlar. 
Hirsindən dişi bağırsağını kəsən Njde cavab vermədi. Atını tərpətdi. 
Onlar bir qədər də getdilər. Tini burulanda, yolun içində üzüqoylu uzanmış, 
tüfəngi yanına düşmüş bir əsgər gördülər. O, bərk inildəyirdi. 
Samvel atdan düşüb ona yaxınlaşdı, arxası üstə çevirdi. 
- Saak, sənsən? Ərə, yaralanmısan? – deyə qışqırdı. 
İki əli ilə qarnını tutmuş Saak zəif səslə dedi:  
- Güllə belimdən dəyib qarnımdan çıxıb, Samvel ağa! Bağırsaqlarım 
doğranır. Sürünə-sürünə gəlib bura çıxmışam. Daha gedə bilmirəm. Mənə su verin. 
Njde dedi: 
- Çox tez yaralanmısan, biqeyrət, barı dediklərimi Karoya çatdırdınmı? 
- Çatdırdım. Elə  məni sənin yanına göndərirdi ki, yolda evim yıxıldı… 
Başınıza dönüm, məni burda qoyub getməyin, ölürəm… 
- Çox böyük hünər göstərmisən, axmaq! – deyə Njde nifrətlə üzünü Samvelə 
tərəf çevirdi: - Onu yoldan kənara çək! 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   103   104   105   106   107   108   109   110   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə