Əyyub Abasov



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə107/111
tarix21.10.2017
ölçüsü5,01 Kb.
#6312
1   ...   103   104   105   106   107   108   109   110   111

 
284
- Bizim qoşun hissələrində sizin yoldaşlardan yenə varmı? Düzünü desəniz, 
bolşevik olmağınıza baxmayaraq, ikinizi də azad edəcəyəm. 
- Mən bilmirəm. 
Njde Şahmərdana müraciət elədi: 
- Sən de: varmı? 
- Mən də bilmirəm. 
- Erməni  əsgərləri içərisində bolşevik vərəqələrini nə zamandan yaymağa 
başlamısınız? 
- Bizim heç bir vərəqədən xəbərimiz yoxdur. Bunu heç bir şeylə sübut eləyə 
bilməzsiniz. 
- Kəs səsini! – deyə Njde ayağa qalxdı. Bir saat əvvəl içdiyi şərabın 
təsirindən azacıq səndələyə-səndələyə  gəlib Vahanın qabağında durdu. – Sübut 
istəyirsən? Bəs Saak canlı sübut deyilmi? 
- O, xaindir. 
- Bəs siz kimsiniz? – Njde Vahana bir tərs sillə vurdu. – Özünə bax, 
yoldaşına bax! – Bir sillə  də  Şahmərdana vurdu. – Bu müsəlman erməninin 
düşmənidir, bilirik. Amma sən erməni olub öz millətinə xain çıxdığın üçün ikiqat 
cəzaya layiqsən! 
- Erməni millətinə kim xain olduğunu ac-yalavac kəndlilərdən, zorla silah 
altına alınmış əsgərlərinizdən soruşun… 
Nersesyan ayağa qalxıb Njdeyə yanaşdı: 
- Cənab sparapet, bunları aparıb «rahat» eləyəkmi? 
Njde acı-acı gülərək dedi: 
- Yox! Bu cəsur bolşeviklər bu gecə bizə tamaşa göstərəcəklər. Onların 
qollarını açın, köynəklərini çıxardın. 
Həbsxana rəisi və  əsgər dustaqların qollarından zənciri açıb, onları zorla 
soyundurdular. 
Njde geri çəkilərək, Vahanla Şahmərdana dedi: 
- İndi boks oyununa başlayın! Kim kimin əngini yerindən çıxartsa, onu azad 
eləyəcəyəm. 
Nə Vahan yerindən tərpəndi, nə Şahmərdan. 
- Niyə başlamırsınız? – deyə Njde bağırdı. 
- Biz oyunbaz deyilik… 
- Aha, belə de!.. – Njde kəndxudanın getməsinə başı ilə işarə verdi. Öz işini 
əvvəlcədən bilən kəndxuda  əsgəri də götürüb otaqdan çıxdı. – Siz də 
«dostlarımızı» aparın! – deyə Njde həbsxana rəisi ilə Samvelə müraciət elədi. – 
Qoyun öz yerlərində səhərə kimi «dincəlsinlər». 
Dustaqları bayıra çıxartdılar. 
…Gecə yarısı idi. Kənd yuxuda idi. Ay batmışdı. Dustaqları fonar işığında, 
silah qabağında aparırdılar. Onlar bu gecə öldürüləcəklərini yəqin etmişdilər. 
Dustaqları monastırın həyətində dayandırdılar. Həbsxana rəisi məbədin 
qapısını açdı. Samvel Vahanla Şahmərdanı itələyib içəri saldı. Bu zaman kəndxuda 
ilə əsgər də gəldi. Onların hərəsinin əlində bir samovar vardı. 
- Sparapet ağa buyurdu ki, monastırın döşəməsi, divarları nəmdir. Qonaqlara 
soyuq dəyər. Onları bu samovarlarla qızışdırın… - Kəndxuda üzünü Vahanla 


 
285
Şahmərdana tutdu: - Hə, bolşeviklər, indi zəhmət çəkin arxanızı  bəri çevirin. 
Qorxmayın, narahat olmayın. Dünyada hər adam gərək öz əməlinin cəzasını 
çəksin… 
Vahan törəboy, kosasaqqal, göygöz kəndxudaya qışqırdı: 
- Vəhşilər, cəlladlar, siz nə eləmək istəyirsiniz?! 
Kəndxuda soyuqqanlılıqla irişib dedi: 
- Biz heç nə… Sparapet ağanın tapşırığı belədir… 
Qaynar su ilə dolu samovarları Vahanla Şahmərdanın kürəyinə bağlayıb 
içəridən çıxanda, Samvel qəhqəhə ilə gülərək dedi: 
- Mən sizin bu gününüzü gözləyirdim, bolşeviklər! Gecəniz xeyrə qalsın. 
Sizin kürəyiniz yandıqca mənim ürəyim soyuyacaq… 
Çılpaq kürəkləri yanan Şahmərdanla Vahanın qışqırtısı  məbədin qalın 
divarlarında əks-səda verdi. Onlar ağrının şiddətindən gah oturdular, gah qalxdılar, 
gah yumaq kimi yığıldılar, gah yay kimi açıldılar. Samovarları divarlara çırpdılar, 
ancaq od yükü açılıb kürəklərindən düşmədi. Hər ikisi təsəvvürə gəlməz bir əzab 
içində taqətdən düşüb yerə sərildi… 
…Günün nə vaxtı olduğunu bilməyən Vahanla Şahmərdanın həzin-həzin 
danışığı eşidilirdi: 
- Nəfəs aldıqca, elə bil kürəyimin dərisini qopardırlar. 
- Mən səndən betərəm, Şahmərdan… 
- Səhv etdiyimizi indi başa düşürəm. Gərək vərəqəni yayandan sonra, 
gecənin birində düşərgədən qaçaydıq. 
- Biz, erməni  əsgərlərinin içində çox qalmaq, onları öz tərəfimizə  çəkmək 
üçün gəlmişdik. Bizim qoşun hissələrinin hücum etdiyi zamanda, düşməni arxadan 
sarsıtmalı idik. Ona görə də qaça bilməzdik. 
- Görəsən, Vahan dayı, nə əcəb Njde bizi indiyə kimi öldürməyib? 
- Kirpi ovunu birdən yemir, əvvəlcə öz tikanlarına çırpır, taqətdən salır, 
sonra… 
Onlar susdular. Dəqiqələr ötüb keçdi. Vahanın inilti səsi məbədin məzar 
sükutunu yenə pozdu: 
- Ürəyim bərk qısılır, Şahmərdan. Boğuluram, mənə hava! 
Şahmərdan gözünün qabağında cəhənnəm  əzabı  çəkən yoldaşının halına 
qəhərləndi… 
Qapı açıldı. Həbsxana rəisi iki əsgərlə içəri girdi. Fonarın işığını onların 
üzünə salıb dedi: 
- Bolşeviklər, hələ dirisiniz? 
- Allah sizə  lənət eləsin! – deyə  Şahmərdan Vahanı göstərdi. – Bu kişi 
havasızlıqdan boğulur. Bizi bir az bayıra çıxardın, nəfəs alaq. 
- Baş üstə. Elə sparapet ağa da buyurdu ki, bolşeviklər orda darıxırlar, onları 
havaya çıxardın. Biz də onun üçün gəlmişik. 
Vahan zəif səslə dedi: 
- Samovarları kürəyimizdən, zəncirləri qollarımızdan açın! 
- Heç narahat olmayın! Samovarları açacayıq, onlar sizdən qiymətlidir. 
Zəncirlər isə sizə peşkəşdir. Özünüzlə o dünyaya apararsınız. 


 
286
- Yoxsa, bizi öldürməyə aparırsınız? – deyə  Şahmərdan qəzəbli bir səslə 
soruşdu. 
Həbsxana rəisi ona mənalı-mənalı baxıb dedi: 
- Axmaq sual verirsən. Siz tutulub bu monastıra salınan gündən ölübsünüz. 
Qalxın ayağa, çıxın bayıra!.. 
Dustaqları monastırın yaxınlığındakı balaca bir təpənin üstünə  gətirdilər. 
Burdan kəndin cənub tərəfindəki yamyaşıl meşə, onun üzərindən süzən tala-tala ağ 
buludlar görünür, qıjıltı ilə axıb dərəyə tökülən şəlalənin səsi eşidilirdi. 
Bir neçə dəqiqədən sonra Njde, Samvel, Nersesyan və kəndxuda gəldi. 
Njde adəti üzrə  əllərini belinə vurub, dustaqları başdan ayağa süzdü və 
istehzayla gülümsədi. Bir-iki addım qabağa gəlib əsgərlərə dedi: 
- Cənab bolşeviklərin yükünü açın! Bu dünyada beş  dəqiqəlik qonaqdırlar, 
daha əziyyət vermək olmaz. 
Əsgərlər samovarları açdılar. 
Düşmənini öldürməmişdən qabaq ona olmazın işgəncə verməkdən həzz alan 
əzazil Njde və onun zalım əlaltıları Vahanla Şahmərdanın pörtələnib qabar atmış 
kürəklərinə baxıb qəhqəhə ilə güldülər. 
Njde dedi: 
- Birinci tamaşa qurtardı.  İkinci tamaşa daha maraqlı olacaq… Onları 
uçurumun kənarına çəkin! 
Njdenin ağzından söz qurtaran kimi əsgərlər dustaqlara yanaşdılar. Biri 
Şahmərdanın, o biri Vahanın kürəyindən qundaqla vurub uçuruma tərəf itələyəndə, 
Vahan qəzəblə qışqırdı: 
- Dayanın! Mənim Njdeyə bir neçə sözüm var. 
- Yoxsa bolşevikliyinizdən, ideyanızdan  əl çəkirsiniz? – deyə Njde 
məğruranə güldü. 
Vahan onun sualına əhəmiyyət verməyib dedi: 
- Siz bizi uçurumdan atmaq istəyirsiniz və bunu maraqlı bir tamaşa 
adlandırırsınız, eləmi? Ancaq biz, kənd camaatının da burda olmasını, bu 
«tamaşaya» baxmasını tələb edirik. Biz… 
- Kəs səsini, camaatdan heç kəs sizi bağışlamaq, rəhm etmək üçün mənə ağız 
açmaz. 
- Biz canavardan, quldurdan rəhm gözləmirik. Biz istəyirik ki, hamı sizin 
cəllad simanızı bir daha görsün. Biz istəyirik ki, hamı bu qanlı divanın  şahidi 
olsun… 
İçəridən alışıb yanan Njde əsgərlərə əmr etdi: 
- Çəkin onları uçurumun kənarına, sayıqladıqları bəsdir… 
Vahanla  Şahmərdan özləri irəli addımladılar. Uçurumun lap qırağında 
dayanıb doğma çöllərə, meşələrə, dağın zirvəsindən aşmaqda olan axşam günəşinə
qıpqırmızı üfüqə son dəfə baxdılar. Döş-döşə verib öpüşdülər. Zəncirli qollarını 
ölüm anlarında da əyilməyə başlarından yuxarı qaldırdılar. Sürdükləri həyat, 
keçirdikləri mübarizə yolları bir an parlayıb sönən  şimşək kimi, gözlərinin 
önündən keçdi. Hər ikisi bir ağızdan: 
- Yaşasın inqilab! – deyə ayaqlarını yerdən üzdülər. 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   103   104   105   106   107   108   109   110   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə