Əyyub Abasov



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə106/111
tarix21.10.2017
ölçüsü5,01 Kb.
#6312
1   ...   103   104   105   106   107   108   109   110   111

 
281
demişlər: «Zanq zur», yəni «zəng susdu». Deyilənlərə görə, ölkə bu zamandan 
Zəngəzur adlanmışdır. 
Bəli, Tatevin zəngi çoxdan susmuşdur, lakin daşnakların indi həbsxanaya 
çevirdikləri monastırın qaranlıq bucaqlarından inilti səsi kəsilməmişdir. 
…Atlılar enişli, yoxuşlu dar cığırlarla gəlib meşəyə girdilər. 
- Cənab sparapet, atı tez sürüb meşədən çıxmaq lazımdır… 
Njde Nersesyanın üzünə tərs-tərs baxdı. 
- Sən nə zamandan bəri belə qorxaq olmusan? 
- Mən ehtiyat üçün deyirəm. Meşə bu saat qorxuludur… 
Atlılar meşədən çıxdılar. Kəndə çatmağa az qalırdı. 
- Mən camaata xəbər verim ki, sparapet ağanın qabağına çıxsınlar! – deyə 
Samvel atını şallaqladı… 
Dərin bir dərənin baş tərəfindən keçəndə Njde Nersesyandan soruşdu: 
- Bu dərənin adını bilirsənmi? 
- Xeyr. 
- Buraya «Qız dərəsi» deyərlər. Belə  rəvayət var ki, qədim zamanlarda bir 
dəfə İran şahı Arazı keçib erməni torpağına basqın eləyir. Düşmən qoşunu bir çox 
kəndi alır. Ermənilərdən bəziləri  əsir düşür, bəziləri dağlara, meşələrə qaçır. 
İranlılara  əsir düşmüş gözəl bir erməni qızı özünü öldürmək istəyir, ancaq 
qoymayırlar. Deyirlər ki, səni şahın hərəmxanasına aparacayıq. Onu İrana aparmaq 
üçün iki əsgərin qabağına qatırlar. Bu dərənin kənarından keçəndə qız əsgərlərdən 
birini uçuruma itələyir. Özü isə qaçmağa üz qoyur, lakin ikinci əsgərin oxu onu 
kürəyindən yaralayır. Qız sürünə-sürünə  dərənin kənarına gəlib çıxır, özünü 
uçuruma tullayır. O vaxtdan dərənin Adı qalır «Qız dərəsi». – Njde geri çevrilib 
Nersesyandan soruşdu: - Bunu nə üçün danışdığımı başa düşdünmü? 
- Bəli, başa düşdüm ki, qədimdən qalma belə bir əfsanə var. 
- Yox, rəis. Mən onu demək istəyirdim ki, bizim əsgərlərimiz də gərək o qız 
kimi qeyrətli olsunlar. Düşmənə diri-diri təslim olmasınlar. 
Onlar  şəlalənin yanından ötüb keçəndə, Njde atı saxladı. Nersesyan da öz 
atının başını  çəkdi. Hər ikisi bir neçə  dəqiqə sakit durduqdan sonra Nersesyan 
dilləndi: 
- Görünür ki, bu yerlər cənab sparapetin çox xoşuna gəlir… Meşə,  şəlalə, 
dağ-daş… 
- O monastırı görürsənmi? 
- Bəli, görürəm, necə ki? 
- Mən ondan başqa heç nəyə baxmaq istəmirəm. O, qədim Syunik 
hökumətindən mənim indiki Syunik hökumətimə yadigar qalmışdır. Onu tikən 
ustanın adını bilmirəm. Ancaq mahir usta imiş. Sıldırım qayanın üstündə  elə bir 
əzəmətli monastır tikib. Fikirləşirəm ki, mənim düşmənlərimdən nə  qədərini o 
monastırdan aşağı, dərənin dibinə atdırsam ürəyim soyuyar… 
- Keçən payızda Tatev monastırından nə qədər adam atdırdın? 
- İravan həbsxanasından gətirilmiş altmışa qədər kommunist… 
- Bu axşam da ikisini atdırarsan, ürəyin soyuyar. 
- İki kommunist nədir? Məndə ilahi bir qüvvə olsaydı, bütün yer üzündəki 
kommunistləri birdəfəlik məhv edərdim… 


 
282
Hər ikisi atını tərpətdi. 
Kəndin girəcəyində onları Samvel və kəndxuda qarşıladı. 
Kəndxuda salam verib Njdenin qabağında ikiqat oldu. 
- Sparapet ağa, bizə gedəcəyik! – deyə Njdenin atının cilovundan tutub 
çəkməyə başladı. 
Bütün kənd camaatının pişvaza çıxmamasından rəncidə olan Njde 
kəndxudadan soruşdu: 
- Kənddə səndən başqa başı papaqlı var? Yoxsa hamısı qırılıb, heç xəbərimiz 
yoxdur? 
Njdenin bu kinayəli sözlərlə nə demək istədiyini dərhal başa düşən kəndxuda 
dilləndi: 
- Adamlar çöldə-bayırda, işdədirlər. Sənin gələcəyindən xəbərləri yoxdur. 
Səni qarşılamaq üçün hamının əvəzindən özüm gəlmişəm… 
 
 
Monastırın pəncərəsiz, bacasız və qaranlıq bir məbədi… Hava kəsif, yerdən 
nəm iyi gəlir. Vaxtı ilə burada mömin bəndələr niyyət edib çoxlu şam 
yandırmışlar, keşişin qübbələrdə  əks-səda verən duasına, mövzəsinə qulaq 
asmışlar. Həyat mübarizəsindən, dünya zövqündən  əl çəkib tərki-dünya olmuş 
neçə-neçə rahib ömrünü burda ibadətlə başa vermişdir… 
Vahanla  Şahmərdan məbədin bir bucağında, soyuq sal daşların üstündə 
uzanmışdılar. Neçə gün idi ki, işıqlı dünya ilə  əlaqələri tamam kəsilmişdi. Sağır 
daş-divarlardan, başları üzərində ucalan tağbənddən başqa heç nə görmürdülər, 
qollarındakı zəncirlərin səsindən başqa heç bir səs eşitmirdilər. 
Düşdüyü təhlükədən xilas olmaq üçün heç bir imkanı olmayan insanın 
yeganə təsəllisi fikir-xəyaldır… Vahanla Şahmərdan da şirin xəyallar içində idilər. 
Onlar bir an da olsun ölüm haqqında düşünmür, bu qaranlıq zindandan azad olub 
yenə də öz əməlləri uğrunda çarpışacaqlarına ümid edirdilər. 
Gözünü qaranlıq bir nöqtəyə zilləmiş  Şahmərdanın xəyalına mübariz 
yoldaşları  və gündə neçə  dəfə xatırladığı arvadı  gəldi. Elə bil, Növrəstə ona 
deyirdi: «…Bibioğlu, dedim axı, ehtiyatlı ol… İndi özünü də bədbəxt elədin, məni 
də».  Şahmərdan köksünü ötürdü və Növrəstə ilə qabaq-qarşı durub danışırmış 
kimi, ucadan dedi: 
- Yox, əzizim, biz bədbəxt olmayacayıq! Səbirli və möhkəm ol! 
Vahan da zəncirini səslədə-səslədə durub oturdu. 
- Yanlarımı daş əzdi, qollarımı zəncir kəsdi… 
- Görəsən bizi burda çox saxlayacaqlar? 
- Onu kim bilər… 
- Kaş, bizimkilərin xəbəri olaydı, bizi azad eləmək üçün bir tədbir 
götürəydilər… 
- Bizi öldürməsələr, azad olmağımız qaldı  Qızıl Ordunun hücumuna. Mən 
onu arzu edirəm ki, ordumuz tezliklə hücuma keçsin… 
- Bu xarabanın bir deşiyi, bacası da yoxdur ki, təzə hava alasan. Nəfəsim 
təngişir… 
- Sənin nəfəsin təngişir, mən də acam. Gözlərim qaralır, başım fırlanır. 


 
283
Bayırdan tappıltı  səsi gəldi. Məbədin ensiz və alçaq qapısı açıldı.  Əvvəlcə 
əlində fonar olan həbsxana rəisi, sonra bir əsgər içəri girdi. Vahan, Şahmərdan 
yerlərindən tərpənmədilər. Həbsxana rəisi fonarın işığını gah Vahanın, gah 
Şahmərdanın üzünə salıb dedi: 
- Qalxın ayağa! 
- Bizi hara aparırsınız? – deyə Vahan soruşdu. 
- Hara? İkinizə də toy eləyəcəyik. Qalxın ayağa! 
- Toy özünə qalsın. Biz acıq, çörək verin. 
- Yaxşı! Çərənləmə! – Həbsxana rəisi Vahana bir təpik ilişdirdi. – Yaxşı iş 
görmüsünüz, hələ bir sizin qarnınızı da doyuracayıq… 
Dustaqları bayıra çıxartdılar… 
Əli tapançalı həbsxana rəisi qabaqda, süngüsü az qala dustaqların kürəyinə 
toxunan əsgər arxada gedirdi. 
Şahmərdan yeriyə-yeriyə, gah başının üstündə  çətir kimi açılmış mavi 
səmaya, sayrışan parlaq ulduzlara, gah ay işığında qalın kölgə kimi görünən 
meşəyə baxdı. O dayandı. 
- Nə təmiz, nə sərin havadır! – deyə sinə dolusu nəfəs aldı. 
- Dayanma! – deyə əsgər tüfənginin qundağı ilə onu daldan itələdi. – Yeri! 
Ayağını tez-tez at! 
Dustaqları  kəndxudanın evinə  gətirdilər.  İçəri girən kimi onların burnuna 
şərab və  ət iyi gəldi. Görünür, buradakılar təzəcə yeyib-içmişdilər. Vahanla 
Şahmərdan otaqdakı adamların içində yalnız Samvellə Nersesyanı tanıdılar. 
Nersesyan Vahanı göstərib dedi: 
- O qoca bolşevik ermənidir, o biri də müsəlman. 
Samvel də dilləndi: 
- Cənab sparapet, bunları mən yaxşı tanıyıram. Köhnə qurddurlar. 
Qalın döşəyin üstündə oturub mütəkkəyə dirsəklənmiş, zər poqonlu, 
frençinin üstündən enli, qara qurşaq bağlamış Njde dustaqlara mənalı-mənalı 
baxıb: 
- Xoş gördük, «qəhrəmanlar»! – dedi. – Vərəqənizi oxudum. Çox «mahir» 
təbliğatçısınız. Ancaq məni bir şey maraqlandırır: sizi əsgərliyə alan kimdir? 
Vahan dedi: 
- Nersesyan. 
- Nersesyan? – deyə Njde qışqırdı  və sağ  tərəfində oturan rəisə  qəzəblə 
baxdı. 
Müqəssir olunacağından qorxan və o saat rəngi dəyişilən Nersesyan dilləndi: 
- Cənab sparapet, bu bolşevik yalan deyir. Bunların ikisi də bizim əsgərlərin 
içinə gizli soxulublar… Ölüm ayağında hətərən-pətərən danışır. 
- Mən ölümdən qorxmuram. Amma, sən öz ağandan qorxduğun üçün yalan 
danışırsan. 
- Sus! – deyə Nersesyan Vahanın üstünə  çığırdı. – Bil ki, cənab sparapet 
Njdenin qarşısındasınız. O, sizin gözlərinizi çıxardacaqdır. Mən… 
Njde Nersesyana sözünün gerisini deməyə imkan verməyib, Vahana 
müraciət elədi: 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   103   104   105   106   107   108   109   110   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə