Əyyub Abasov



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə104/111
tarix21.10.2017
ölçüsü5,01 Kb.
#6312
1   ...   100   101   102   103   104   105   106   107   ...   111

 
276
- Bunları sıradan çıxardın. 
Bölük komandiri Vahanla Şahmərdanı sıradan çıxardıb yavaşdan dedi: 
- Bizimlə gedəcəksiniz! 
- Hara gedəcəyik? Biz… 
-  Əsgərin belə sual verməyə ixtiyarı yoxdur! – deyə bölük komandiri 
Vahanın sözünü kəsdi. – Düşün qabağa. – O, ürəyində  əlavə elədi: «Xainlər! 
Mixitarı da siz qaçırmısınız!» 
Bölük komandiri əsgərlərin dağılışması üçün komanda verdi. 
Əsgərlər yerlərindən hərəkət eləməyə başlayanda, Vahan bir az kənara 
çəkilib qışqırdı: 
-  Əsgərlər, getməyin, məni eşidin! Bu xainlər bizi öldürməyə aparırlar. Bu 
gündən sizin üçün də var, qardaşlar! 
- Səsini kəs, alçaq! – deyə Nersesyan bağırdı. 
Vahan susmadı. Yerindən tərpənmədən ona qulaq asan əsgərlərə yenə 
müraciət elədi: 
- Kim ölüm istəmirsə, daşnakların zülmündən qurtarmaq istəyirsə, dağlara, 
meşələrə qaçsın!.. 
Bölük komandiri Vahanı vurmaq istədi, lakin Nersesyan qoymadı… Zabit 
Saakın köməkliyi ilə Vahanın qollarını bağlamağa başladı. 
- Qardaşlar, bilin ki, Qızıl Ordu tezliklə gələcək! – deyə Şahmərdan cibindən 
bir neçə  vərəqə  çıxardıb havaya tulladı. – Bu kağızları oxuyun, həqiqət burda 
yazılmışdır… 
- Sus, bolşevik! – deyə Nersesyan Şahmərdanı mauzerin dəstəyi ilə döyməyə 
başladı. 
Qolu bağlı Vahana, döyülən  Şahmərdana heyrət içində baxan əsgərlərə 
komandir əsəbi halda yenə «dağılışın» əmrini verdi. 
Əsgərlər könülsüz-könülsüz dağılışmağa başladılar. 
Çadıra tərəf məyus halda gedən Aruşan ürəyində deyirdi: «Cibimə 
«müraciətnamə»ni qoyan, demək, bunlar imiş… Heyif ki, yazıqları 
öldürəcəklər…». 
 
- Bizim Syunik hökumətinin dayağı sizsiniz! – deyə Njde sözünə davam 
elədi. – Göndərdiyiniz çoxlu taxıla görə də sizə təşəkkür edirəm. 
- Cənab sparapetin bir kəlməsi üçün mən başımı verməyə hazıram… 
Manuçar dedi: 
- Baqrat ağa elə  mənim də fikrimi dedi. Təki bolşeviklərdən sən cənab 
sparapetə və bizə bir xətər gəlməsin, taxıl nə şeydir ki… 
- Ağalar, taxıl barədə söhbəti kəsək. Mən sizi başqa məqsəd üçün 
çağırtdırmışam. Ona baxmayaraq ki, Qırmızı Ordunu vurub geri qaytardıq, 
Zəngəzur bütünlüklə bizim əlimizdədir, ancaq ölkənin daxilində yenə mübarizə 
gedir. Kəndlilər hökumətin əmrlərini yerinə yetirmək istəmirlər: əsgərlikdən imtina 
edirlər, vergidən boyun qaçırırlar. Bunların hamısına səbəb partizanların 
fəaliyyətidir. Biz onları dağlardan, meşələrdən təmizləyə bilməmişik. Kəndlilər 
partizanları gizlədirlər, ələ vermək istəmirlər. Vəziyyəti bu cür qoymaq olmaz. Bu 
işdə sizin köməkliyiniz lazımdır… 


 
277
Baqrat dilləndi: 
- Bizdən nə asılıdır, eləyək. 
- Mən belə məsləhət görürəm ki, hər ikiniz, inandığınız adamlardan başınıza 
dəstə  yığasınız. Gərək sən Baqrat ağa Sisyan kəndlərində, bu Manuçar ağa da 
Gorus kəndlərində partizanlara, bolşeviklərə qarşı mübarizə aparasınız. Mən sizə 
ixtiyar verirəm: partizanları tutduğunuz yerdə güllələyin, evini qarət eləyin. 
Manuçar əlini bığına çəkərək dedi: 
- Bəs bizim qoşunumuz nə eləyir? Nə üçün partizanların kökünü kəsmir? 
- Qoşun Qızıl Ordunun qabağına çıxmaq üçündür. Mən qoşunu partizanların 
dalınca meşələrə, dağlara sala bilmərəm. 
Baqrat dedi: 
- Doğrudur, doğrudur! Mən cənab sparapetin təklifinə tamam şərikəm. 
Özümüzün və hökumətimizin xeyri üçün bir az əziyyət çəkəndə nə olar!.. Lap bu 
yolda ölsək də eybi yoxdur. 
Dağda-daşda partizan axtarmağa, mübarizə eləməyə  həvəsi olmayan 
Manuçar, Njdenin qəzəbi tutmasın deyə, onunla razı olduğunu bildirdi. 
- Ağalar, bir sözüm də var. Şər deməsən, xeyir gəlməz. İşdir, dava başlansa, 
hər ikiniz öz dəstənizlə  dərhal mənim sərəncamıma gəlməlisiniz. Başa 
düşürsünüzmü? 
- Aydındır, cənab sparapet! – deyə Baqrat yerindən qalxmaq istəyəndə, 
Nersesyanla Saak içəri girdi. 
Njde Nersesyanın üzünə dik baxıb soruşdu: 
- Hə, necə gəldiniz? 
Nersesyan lovğa-lovğa gülərək, cavab verdi: 
- Cənab sparapet pis gəlməmişik. 
- Oturun, danışın! – deyə Njde Nersesyanla Saaka müraciət elədi. 
Hər ikisi oturdu. Nersesyan dilləndi: 
- Tapşırığını yerinə yetirdik, cənab sparapet. Ancaq necə yerinə yetirdiyimizi 
sonra müfəssəl danışaram. 
Njde Baqratla Manuçara işarə edərək dedi: 
- Bu ağalar Milli Şuranın üzvləridir. Bizim bunlardan gizli sirrimiz yoxdur. 
Danış. 
Nersesyan özünün və Saakın «fəaliyyətindən» ətraflı danışıb axırda dedi: 
- Bölüyün içinə soxulmuş bolşeviklər  əsgərlərin arasında geniş  təbliğat 
aparırlarmış, sizə  məlum olan müraciətnaməni də yayan onlardır. Bunun 
nəticəsində bir əsgər qaçmışdır… Ancaq adı, familiyası  mənə  məlumdur. Nə isə, 
qəribə burasıdır ki, həbs edib Tatev monastırına saldığım o iki bolşevikin biri 
müsəlmandır. Axtarış zamanı  məhbusların cibindən bunlardan başqa heç nə 
çıxmadı. – Nersesyan tapançanı və bir neçə vərəqəni Njdenin stolunun üstə qoydu. 
Cənab sparapet, onu da deyim ki, bolşeviklərin ifşasında bu kişi böyük iş gördü. 
Njde Saaka baxıb gülümsündü: 
- Afərin, Saak! Mən sənin qoçaqlığına arxayın idim. Bölükdən qaçan əsgəri 
də tapsan yanımda hörmətin qat-qat artacaqdır… 
Njdenin tərifindən ürəklənən Saak dedi: 


 
278
- Mənim arzum ancaq sparapet ağaya və onun hökumətinə yaxşı qulluq 
eləməkdir. Bu yolda başımı da verməyə hazıram. 
Baqrat dilləndi: 
- Cənab sparapet, bizim kəndli bu Saak kişi bir neçə il bundan qabaq 
bolşeviklərə qoşulmuşdu. Ona görə də bundan zəhləm gedirdi. Amma indi dostam. 
Ərə, Saak, dərz məsələsini yadından çıxartmamısan ki? 
- Xeyr, Baqrat ağa, yadımdadır. Olur də… Allah şeytana lənət eləsin. O vaxt 
məni yoldan çıxardan Vahan da, onun müsəlman yoldaşı da mənim əlimlə tutulub 
dama basıldı… 
- Ərə, dustaq olunan bizim kənddəki usta Vahandır? 
- Bəli, odur.  
- Cənab sparapet, o Vahanı bir saat da sağ qoymaq olmaz. Sən tanımırsan, 
dünyanı bir-birinə vuran köpək oğlunun biridir. İkisinin də ətini tikə-tikə doğramaq 
lazımdır. Özü də camaatın gözünün qabağında. Qardaşım Qurgeni yoldan çıxardıb 
mənə düşmən eləyən onlardır. Çox yaxşı oldu ki, Qurgeni çarmıxa çəkdirdin. Kaş 
Suren də ələ keçəydi, onda ürəyim soyuyardı… 
Manuçar dedi: 
- Onları  mən də yaxşı tanıyıram. Kəndxuda ilə  məni dama basan, bayraq 
qaldırıb Xınzirəkdə Şura hökuməti quran it oğlanlarıdır. Cənab sparapet, o köhnə 
qurdlar daş divarı deşib qaça bilərlər. Onları tezliklə  cəhənnəmə vasil eləmək 
lazımdır. 
Njde məğrur-məğrur güldü: 
- Siz heç narahat olmayın, ağalar! Ölü qəbirdən geri qayıtmaz. Nersesyan, nə 
cür olub ki, bolşeviklər bizim bölüyün içinə soxula biliblər? 
Njdenin cəzasından qorxduğu üçün Nersesyan həqiqəti gizlətdi. Vahanla 
Şahmərdanı özü əsgərliyə götürdüyünü söyləmədi. 
- Cənab sparapet, nə  qədər sıxışdırdımsa da, bizim hərbi hissəyə necə 
soxulduqlarını demədilər… 
 
Növrəstə aynabənddə köhnə  dəmir çarpayıda yatmışdı. Günorta yerinə 
qalxmış yay günəşi qızıl tellərini onun üz-gözünə səpələmişdi. Növrəstə daş kimi 
yatdığından  şüaların yandırıcı  hərarətini hiss eləmirdi. Bulaq suyu kimi təmiz, 
şəffaf tər damcılarının, ağ sifətindən, mərmər buxağından sinəsinə yuvarlandığını 
da hiss eləmirdi. Kənardan baxan olsa idi, onu on dörd gecəlik aya bənzədərdi. 
Fəlakətlər görmüş,  əzab-əziyyət çəkmiş Növrəstə bir az sınıxmış, dəyişilmiş olsa 
da, yenə öz gözəlliyini saxlamışdı. 
O, xeyli yatdı. Birdən hilali qaşları çatıldı, yanaqlarını döyən uzun, qara 
kirpikləri aralandı, dodaqları titrədi. «Qoymaram! Qoymaram! Deyə hövlnak 
başını qaldırdı. Əlini şiddətlə döyünən ürəyinin üstünə qoydu. 
- Lənət sənə, kor şeytan, bir gör nə yuxu görürəm e… - O, üz-gözünün tərini 
sildi, günəşə baxdı. – Özüm də nə çox yatmışam! 
Növrəstə əl-üzünü yumaq üçün ayağa qalxanda Siranuş aynabəndə girdi. 
- Rəngin-rufun niyə qaçıb, ay Növrəstə? 
- Çox pis yuxu görmüşəm. Yaxşı ki, oyandım, yoxsa bağrım çatlayacaqdı. 
- Nə yuxu görmüsən? Kimi görmüsən? Nağıl elə görək. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   100   101   102   103   104   105   106   107   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə