Əyyub Abasov



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə103/111
tarix21.10.2017
ölçüsü5,01 Kb.
#6312
1   ...   99   100   101   102   103   104   105   106   ...   111

 
273
Njde stolun arxasına keçib amiranə tərzdə dedi: 
- Dediklərinin heç biri yaramaz. Əsgərlərin arasında çaxnaşma, narazılıq 
əmələ  gələr. Qoşunun içinə soxulmuş bolşevikləri tapmaq lazımdır. Başa 
düşdünmü? 
- Bəli, ancaq necə? 
- Bu işin üstünü açmaq üçün sənə adam verəcəyəm. Necə  hərəkət etmək 
lazım gəldiyini ona deyəcəyəm. Onunla bərabər gedərsən hissəyə. Müqəssir 
tapılmasa, başqa tədbirə əl atmaq lazım gələcək. Başa düşdünmü? 
- Bəli. Kaş o alçaqları tapa biləydik… Elə oradaca güllələrdim. 
- Güllələnməməlidirlər… Mən özüm gəlib onları danışdırana kimi Tatevdəki 
dustaqxanamızda saxlanılmalıdırlar. Başa düşdünmü? 
- Bəli. 
- Get, yarım saatdan sonra gəl yanıma. 
- Baş üstə. 
Nersesyan getdi. 
- Hər gün bir-birindən bəd xəbərlər eşidirəm. – Njde oturdu, başını iki əlli 
tutub fikrə getdi, sonra əlini stola çırpıb dedi: - Yox, heç bir şey mənim iradəmi 
sarsıda bilməz!.. 
Səhər alaqaranlıqdan təlimə gedən  əsgərlər günorta çağı qayıtdılar. 
Yeməkdən sonra bəziləri dincini almaq üçün çadırlara doldu, bəzilərini meşəyə 
odun qırmağa, bəzilərini də bulağa su gətirməyə göndərdilər. 
Mixitar öz yaşadığı çadıra girəndə içəridə heç kəs yox idi. Tüfəngini yerə 
qoyub bayıra çıxdı. Çadırın böyründə oturdu, yaş çarıxlarını, corablarını çıxardıb 
günə  sərdi. «Bu gün dağlarda, dərələrdə yaman yorulmuşam. Lənət  əlinə tüfəng 
götürüb əsgər olana!» - deyə yoğun bir kötüyə dirsəklənib gözünü meşəli dağlara 
dikdi. Heç bir an unutmadığı sevgilisi elə bil gəlib gözünün qabağında durdu. 
Fikir-xəyal Mixitarın qəlbinin tellərini dilə gətirdi – o yavaşdan oxumağa başladı: 
 
 
 
 
 
Dərd əlindən kabab olub ürəyim, 
 
 
 
 
Necə sənin həsrətini çəkim, yar? 
 
 
 
 
Nə haldadır indi gülüm, çiçəyim? 
 
 
 
 
Xəbər verin mənə ondan, a dağlar! 
 
 
 
 
 
Uçan quşlar, bir dərdimi dinləyin,  
 
 
 
 
Demirəm ki, mənim kimi inləyin. 
 
 
 
 
Mənim gözəl sevgilimə söyləyin: 
 
 
 
 
Qəm çəkməsin, tezlik ilə yar gələr. 
 
Şahmərdan da yorğun addımlarla çadıra yaxınlaşıb Mixitarın yanında 
oturdu. 
- Yaxşı oxuyursan, Mixitar! Görünür, kefin sazdır… 
Mixitar köksünü ötürdü. 
- Eh, ay Markar, elə bilirsən, kefimin sazlığından oxuyuram? Dərdim 
çoxdur, ərə, dərdim… 


 
274
- Zarafat eləyirəm. Dərdli olduğunu yaxşı bilirəm. Canın üçün, bu gün də 
Sumbat kişi ilə sənin barəndə danışırdıq. Deyirdik, yazıq Mixitarı toyunu eləməyə 
də qoymayıblar. Eybi yoxdur, fikir eləmə.  Əsgərlik vaxtını qurtarıb gedərsən 
evinə… Vallah, elə mən də sən gündəyəm, varım-yoxum bir arvadım var, ondan da 
aralı düşmüşəm. 
- Yox, Markar, mənə olan zülm heç kimə olmayıb. Axı de görüm, bu 
dağlarda, dərələrdə təpik döyməkdən bizə nə çıxacaq? Niyə qoymurlar ki, kənddə 
qalıb kasıblığımızı eləyək?! 
- Əsgərlik hamının borcudur, belə sözləri danışma. 
Mixitar əlini havada oynadıb dedi: 
- Hay, hay, hələ mən nə danışıram… Əsgərlərin arasında elə danışıqlar gedir 
ki, ha… 
Şahmərdan Mixitara daha yaxın oturub soruşdu: 
- Nə danışırlar? Xeyir xəbər var? 
- Ərə, Markar, deyərəm, birdən… 
- Canın üçün, arxayın ol. Ağzı bütünəm. 
- Yəni sən özün heç nə eşitməmisən? 
- Yox. Deyərsən – eşidərəm. 
- Onda dur gedək içəridə deyim. 
İkisi də çadıra girib oturdu. 
- Dünən köynəyimi yumaq üçün getmişdim bulağa. Meşənin içi ilə 
yeriyəndə  səs eşitdim. Ayaq saxlayıb o tərəfə, bu tərəfə baxdım. Gördüm ki, iki 
əsgər ağacın altında oturub. Düzü, onların baş-başa verib danışmaları  məni 
şübhəyə saldı. Yavaşca irəli addımlayıb bir ağacın dalına keçdim, sözlərinə qulaq 
asdım. Biri deyirdi: «Allah kəssin belə əsgərliyi ki, adamın qarnı doyunca yavan 
çörək də görmür». O biri deyirdi: «Qardaş, mən lap candan, taqətdən düşmüşəm. 
Çarəmiz nədir, gərək hər  əziyyətə dözək…» Müxtəsər, evlərindən, ailələrindən 
danışdılar. Axırda biri cibindən bir vərəq kağız çıxartdı, o yana, bu yana baxandan 
sonra oxudu. O sözləri oxudu ki, onları  mən də bilirəm.  Əsgərlərin çoxunda o 
kağızdan var. Hə, Markar, özümü onlara göstərməyib bulağa sarı getdim. 
- Ay Mixitar, məni də maraqlandırdın, o nə kağızdır, orda nə yazıblar? 
- Çox sözlər, özü də biz erməni əsgərlərinə… 
- Ondan səndə var? 
- Yox. Bizimlə bir çadırda yatan Aruşan nədir, mənə də o oxuyub başa salıb. 
- Yaxşı, o kağızda nə yazıldığını yenə bilmədim axı. 
Mixitar müraciətnamənin məzmununu qısa danışdı. 
Şahmərdan soruşdu: 
- İndi sənin fikrin nədir? 
- Qalmışam məəttəl. Bilmirəm, qırmızılar gələnə kimi qaçım ya yox. Sən 
necə məsləhət görürsən? 
- Mən nə deyim, vallah, vuran oğul ataya gənəşməz. Aruşan nə fikirdədir? 
- Elə o da deyir ki, kağızda yazılanlar doğrudur. Deyir: «Ermənistanda 
hökumət bizim kimi kasıbların əlinə keçəndən sonra bizə nə düşüb ki, bu dağlarda 
özümüzü güllə qabağına verək». İndi, Markar, işdir, Aruşanla mən gecənin birində 
burdan əkilsək sən də qoşularsanmı? 


 
275
Şahmərdan onun sualına cavab verməyib özü soruşdu: 
- Bu fikirdə olan ikinizsiniz, yoxsa başqaları da var? 
- Hamını bilmirəm. Yəqin o meşədə danışan əsgərlər də qaçmaq istəyirlər. 
Sənə dediyimə baxma, başqası ilə danışmaram. Ancaq o günü Aruşanla söhbət 
eləyəndə, o dedi ki, əsgərlərin içində narazı olanları çoxdur. Elə  qırmızıların 
gülləsi açılan kimi çoxları onların tərəfinə keçəcək. Hə, indi nə deyirsən, bizə 
qoşulursan ya yox? 
- Fikirləşib deyərəm. 
- Yaxşı, fikirləş. 
Odun qırmaqdan gələn Vahan, Aruşan və başqa  əsgərlər çadıra girdikdə 
söhbət kəsildi. 
 
Gecə yarıdan keçdi. Çadırda birinin xorultusu, birinin fısıltısı, Aruşanınsa 
hərdənbir yuxulu-yuxulu ufuldaması  eşidilirdi. Gecənin bu vaxtında yerinə sanki 
qor dolan yalnız Mixitar idi. Qapı  ağzında uzanmış bu əsgər güzdükü fikir-
xəyalının təsirindən qurtara bilmirdi… 
Mixitar başını qaldırıb qapıdan bayıra baxdı. Hər yeri süd kimi eləyən ayın 
işığı onun üzünə düşdü. Başqa vaxt olsa idi, Mixitar ayın parlaq camalına 
baxmaqdan doymazdı, lakin indi onun tez batmasını istəyirdi… 
Mixitar intizar içində xeyli gözlədi. Nəhayət, ay bir topa qara buludun 
qoynuna girdi. Mixitar fürsəti fotə vermədi. Tez yerindən qalxdı. Tüfəngini 
götürüb yavaşca bayıra çıxdı. O tərəfə, bu tərəfə baxdı, gözünə heç kəs görünmədi. 
Əyilə-əyilə meşəyə doğru addımladı. 
…Əsgərlər bir düzənlikdə sıra-sıra dayanmışdılar. Təcili olaraq çadırlardan 
çıxarılıb sıralara düzüldüklərinin səbəbini heç kəs bilmirdi. Hərə bir şey 
düşünürdü. Biri fikirləşirdi ki: «Yenə bizi odun qırmağa aparacaqlar, qoymadılar 
ki, Allahın yuxusunu da yataq». Biri fikirləşirdi ki: «Yəqin  əsgərləri bir yolluq 
evlərinə buraxacaqlar…». Biri fikirləşdi ki: «Olmaya qırmızılar qəfil hücuma 
keçiblər?..» 
Şahmərdan Vahanın qulağına pıçıldadı: «Bəlkə Mixitarı tutublar…». 
Qarşı tərəfdən iki adam göründü. 
Ucaboy, arıq, qarayanız bölük komandiri «farağat» komandası verdi, sonra 
gələnlərin qabağına qaçdı. Qərargah rəisinin qarşısında dayanıb rəsm-təzim edərək, 
bölüyün düzülməsi haqqında raport verdi. 
Qərargah rəisi Nersesyan, Saak və bölük komandiri əsgərlərə tərəf yeriməyə 
başladılar. Onlar heç bir söz demədən yavaş addımlarla sıraların qarşısından keçə-
keçə  əsgərlərə baxırdılar. Arxadakı  sıraya yaxınlaşanda, Vahan Saakı tanıdı. 
Şahmərdanın qulağına pıçıldadı: 
- Saakı görürsənmi? O alçaq hardan bura gəlib çıxdı? 
- Görürəm… 
Şahmərdanla Vahan, hər bir əsgərin üzünə diqqətlə baxan Saakın nəzərindən 
yayına bilmədilər. 
O, gəlib Vahanla Şahmərdanın qarşısında dayandı. Heç bir söz demədən, 
gülümsündü. Üzünü Nersesyana və bölük komandirinə  tərəf çevirib başıyla 
Vahanı, Şahmərdanı göstərdi: 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   99   100   101   102   103   104   105   106   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə