Əyyub Abasov



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə108/111
tarix21.10.2017
ölçüsü5,01 Kb.
#6312
1   ...   103   104   105   106   107   108   109   110   111

 
287
Njde Karonun verdiyi kəşfiyyat məlumatını oxuyurdu. 
«…Üç-dörd gündür ki, Qızıl Ordu hissələri, əsasən piyadalar, topçular Zabığ 
çayının sahilinə toplanmaqdadır. Qırmızıların göstərilən yerə  təcili qoşun 
toplamaları, şübhəsiz ki, hücum əməliyyatının tezliklə başlanğıcını göstərir». 
- Bəli, yenə bolşeviklərlə döş-döşə duracayıq… - deyə Njde kağızı Karoya 
qaytardı. – Mən onların hücumunu çoxdan gözləyirəm. 
- Cənab sparapet, bu son məlumatı alan kimi sizi Tatevdən geri 
çağırtdırmağa məcbur oldum, çünki təcili tədbir lazımdır. 
- Tədbir döyüşə hazır olmaqdan ibarətdir! – deyə Njde qarşısında düz 
dayanmış Karoya baxdı. – Elə deyilmi, xmbapet? 
- Elədir, cənab sparapet. Bizim qüvvələrimiz döyüşə hazırdır. Güman edirəm 
ki, qırmızıların ikinci hücumu da boşa çıxacaqdır. 
- Onu qabaqcadan demək olmaz. 
- Mən cənab sparapetin hərbi istedadına inanıram. 
- Yaxşı, yaxşı, get işində ol! – deyə Njde onun sözünü kəsdi. – Ancaq tələb 
elə ki, Qızıl Ordunun hərəkəti barədə bizə hər gün müfəssəl məlumat çatdırsınlar. 
- Baş üstə! – deyə Karo cavab verdi. 
- Məni hər şeydən çox narahat edən daxili vəziyyətdir. Partizanların kökünü 
kəsə bilmirik. Fərariliyin qarşısını ala bilmirik. Qoşun hissələrimizə soxulmuş 
bolşeviklər əsgərlərin beynini zəhərləyiblər. 
Qapı yavaş-yavaş açıldı, Saak içəri girdi. 
- Nə xəbər gətirmisən? – deyə Njde ona müraciət etdi. 
- Bu dəfəki işimdən bir şey çıxmadı, sparapet ağa… 
- Niyə? 
-  Əsgərlikdən qaçan o donuz oğlu Mixitar evlərinə  gəlməyib. Hardasa 
gizlənib… 
- Bəlkə gəlib, yaxşı öyrənə bilməmisən? – deyə Njde qaşqabağını tökdü. 
- Xeyr, sparapet ağa, sənin canına and içirəm, öz canım üçün, hərtərəfli 
öyrənmişəm.  İki gün evlərində qonaq qalmışam. Gəlinini görmüşəm. Qardaşı 
gileylənirdi ki, Nersesyan qoymadı Mixitar heç olmasa bircə gecə gəlinin yanında 
qalsın. Allah onun bəlasını versin. Sonra hökumətin, sən sparapet ağanın qarasına 
da çox söz danışdı. Özümü tanıtmamaq üçün mən də qəsdən onun sözünə qüvvət 
verdim. Amma dişim bağırsağımı kəsirdi. Hə, indi sparapet ağa necə buyursa, elə 
də elərəm. 
- Bu dəfə yaxşı  fəaliyyət göstərə bilməmisən, Saak. – Njde üzünü Karoya 
tutub amiranə  tərzdə  əlavə elədi: - Mixitarın qardaşı sabah burda olmalıdır. Mən 
onu qardaşını tapmağa məcbur edərəm. Başa düşdünmü, sabah! 
- Baş üstə. 
- Mixitarın qardaşından başqa, gəlinini də gətirsəniz yaxşı olar. – Saak gah 
Njdenin, gah Karonun üzünə baxıb  əlavə elədi: - Gəlin, nə  gəlin! Astvas haqqı, 
sizin kimi böyük adamlara qismət olmalı candır. Zalımın qızının yanaqları  çıraq 
kimi yanır… 
Sparapet və onun müavini Saakın dəyyusluq ifadə edən gözlərinə baxıb 
güldülər. Onların gülüşündən xoşhal olan Saak dedi: 


 
288
- Atalar misalıdır: gözələ baxmaq savabdır. Mixitarın qisasını 
nişanlısından… - O, sözünün gerisini deməyib hırıldadı. 
- Sən bizim kimi vəzifə başında duran adamları  şorgöz hesab eləyirsən? – 
deyə Njde gülümsündü. 
- Kişi nə qədər böyük qulluqda olsa da, kişidir. Neçə ki, əlinizdə ixtiyar var, 
özünüzə heç nədən korluq çəkdirməyin. Dünyanın malı dünyada qalacaq… 
Njde nə isə demək istədiyi zaman keşiş Mesrop içəri girdi. Onun üzündəki 
həyəcanı duyan Njde soruşdu: 
- Keşiş ağa, yenə nə var belə həyəcanlısan? 
- İşimiz yaxşı deyil, cənab sparapet. Elə indicə Qarakilsədən təcili teleqram 
gəlib. – Mesrop əlindəki kağızı ona verdi. 
Njde teleqramı ucadan oxudu: 
«Gorus. Təcili. Sparapet Njdeyə. Qızıl Ordu hissələri Naxçıvan tərəfdən 
hücuma keçmişdir. Biçənək dərəsindəki qoşunumuz geri çəkilmişdir…». 
- Necə? – deyə Njde təəccüblə çiyinlərini çəkdi. – Biçənək dərəsi bizim ən 
möhkəm bazamız idi… - O, oxumağa davam elədi. – «Qırmızılar çox sürətli 
hücum nəticəsində  Məzrə,  Əngələvid,  Şələk, Bələk,  Şəki və başqa kəndləri 
almışlar. Erməni əsgərləri pərakəndə halda qabaqdan qaçırlar…». Ax, yaramazlar! 
– deyə Njde qışqırdı, sonra yenə oxudu: - «Əgər təcili yardım gəlməsə, Qarakilsə, 
Brnaqot, Uz və başqa kəndlər elə bu gün qırmızıların əlinə keçəcəkdir…» - Njde 
teleqramı  qəzəbindən cırıb yerə atdı. – Niyə erməni  əsgərləri, qazaklar, Baqratın 
dəstəsi onlara müqavimət göstərmirlər?! – deyə çığırdı və Karonun üzünə baxdı. – 
Buna nə deyirsən, xmbapet? 
Karo dedi: 
- Cənab sparapet, ya Gorusdakı, ya Kafandakı  əsgərlərdən Qarakilsəyə 
göndərmək lazımdır. 
Njde Kafanda olan polkun bu gün Qarakilsəyə yola düşməsi üçün onun 
adından teleqram vurmağı Mesropa əmr elədi. Mesrop otaqdan çıxdı. Aralığı sükut 
bürüdü… Lakin çox keçmədi ki, keşiş  əlində kağız, yenə qayıtdı. O, bu dəfə 
ildırım vurmuş adamlar kimi qapqara qaralmışdı. 
- Yenə nə var, keşiş? 
- Cənab sparapet, Kafandan da teleqram gəlib, buyurun… 
Njde teleqramı Mesropdan aldı. 
- Yoxsa, qırmızılar o tərəfdən də hücuma keçiblər? – deyə oxumağa başladı: 
- «…Qırmızılar bu gün alaqaranlıqdan hücuma keçdilər. Dava getdikcə qızışır. Biz 
müqavimət göstəririk. Ancaq…» - Aydındır! – deyə Njde kağızı  əsəbiliklə 
ovcunun içində  əzib yerə tulladı. – Demək, bolşeviklər iki tərəfdən hücuma 
keçiblər. Keçsinlər, lap on yerdən keçsinlər… Xmbapet Karo Hamparsumyan! 
- Bəli, cənab sparapet! 
- Taleyimizin həll olunacağı günlər başlandı. Bu dəqiqə Qarakilsəyə yollan. 
Ümum komandanlığı öz əlinə al. Mən özüm də Kafana yola düşəcəyəm. Başa 
düşdünmü? 
- Aydındır, cənab sparapet. 
Karo getmək üçün qapını açanda Manuçar Sarumov özünü tələsik içəri saldı. 
Karo dayandı. Dili-dodağı qurumuş Manuçar dedi: 


 
289
- Sparapet ağa, gəlirlər! Sparapet ağa, evimiz yıxıldı… 
Njde onun üstünə qışqırdı: 
- Kim gəlir? Özünü niyə itirmisən?! 
- Qırmızılar gəlirlər. Xınzirəyi, Daşkəndi aldılar. Mal-dövlətimi, qurulu 
evimi, arvadımı qoyub, özüm birtəhər aralıqdan çıxdım. Dağ-daşla sizə  xəbər 
verməyə  gəldim. Yarım saata, bəlkə on dəqiqəyə Gorusa çatarlar. Mən sizin 
yanınızdan heç yerə getməyəcəyəm. Ümidimiz sənədir, sparapet ağa!.. Vay, evimiz 
yıxıldı… 
- Demək, qırmızılar üç yandan hücuma keçiblər. Cənab sparapet, mən 
Qarakilsəyə gedimmi? 
- Ta hara gedirsən? Görmürsən vəziyyət başqa cür oldu?.. Hamımız Gorusu 
müdafiə eləməliyik. Bu saat qərargaha getməliyik… 
Əvvəlcə Njde, onun dalınca da içəridəki başqa adamlar otağı  tərk elədilər. 
Onlar bayıra çıxanda uzaqdan gələn top səslərini eşitdilər. Njde ilə Karo tələsik 
addımlarla həyətdən çıxdılar. 
Mesrop: 
- Allah, sən bizi bolşeviklərdən xilas elə! – deyib xaç çəkə-çəkə öz otağına 
girdi. 
Rəngi saralmış Manuçarla Saak bir yerdə dayanıb mərmi səslərinə qulaq 
asmağa başladılar… 
 
 
Qızıl Ordunun İravan-Naxçıvan qruppası bir tərəfdən, Qarabağ-Zəngəzur 
qruppası ikinci tərəfdən hücumu davam etdirirdi. Sisyan kəndlərinin bir çoxu 
daşnaklardan azad edilmişdi. Partizanlar yoxsul kəndliləri başlarına toplayıb Qızıl 
Orduya kömək edirdilər. Daşnak əsgərlərindən bir çoxu zabitlərin hədə-qorxularına 
tabe olmayaraq, Qızıl Ordunun tərəfinə keçmişdi. Bəzi hissələr isə pərakəndə halda 
dağlara çəkilməyə məcbur olmuşdu. Njdenin onlarla əlaqəsi kəsilmişdi… 
Nahaq yerə qan tökməkdən  əl çəkib təslim olmaq haqqında Qızıl Ordu 
komandanlığının ona göndərdiyi ultimatumu qəbul etməyən Njde, iki günlük 
şiddətli vuruşdan sonra Gorusu tərk etmiş,  əsgərlərini Tatevə  tərəf çəkmişdi.  Ən 
möhkəm bir qala sandığı monastırı özünə iqamətgah etmişdi. 
Qızıl Ordu hissələri ilə daşnak qoşun hissələri arasında döyüş indi «Qız 
dərəsi» ətrafındakı meşələrdə gedirdi. 
Njde monastırın, «nəzarət məntəqəsi» adlandırdığı qülləsində dayanıb 
durbinlə uzaqlara, döyüş meydanına baxırdı. Mesropla Manuçar da onun yanında 
idilər. 
Topların nəriltisi, pulemyotların, tüfənglərin 
şaqqıltısı «nəzarət 
məntəqəsində» duranların ürəyinə lərzə salırdı. 
Atışma getdikcə yaxınlaşırdı… 
- Vuruşma, görünür, çox şiddətli gedir, - deyə Njde durbini gözündən 
götürdü. 
- Qırmızılar bu dəfə çox bərk hücuma keçiblər. Allah özü bizə kömək olsun! 
– deyə keşiş xaç çəkdi. – Cənab sparapet, enək aşağı, bir qədər dincəl, səhərdən 
ayaq üstəsən… 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   103   104   105   106   107   108   109   110   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə