Əyyub Abasov



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə105/111
tarix21.10.2017
ölçüsü5,01 Kb.
#6312
1   ...   101   102   103   104   105   106   107   108   ...   111

 
279
- Gördüm öz kəndimizdəyəm. Elə indiki kimi gözəl yay günüdür. Qonşumuz 
oğluna toy eləyir. Hamı yığılıb gəlib. Ev, həyət-baca adamla dolub. Mən də onların 
içindəyəm. Kim isə  Şahmərdanın qolundan tutub çəkdi meydana. Dedi: «Gəl 
güləşək». Qurşaqlaşdılar, bibioğlum onu yıxdı. Bu vaxt kənardan üç-dörd atlı 
çıxdı. Yaxınlaşdılar – gördüm pristavla strajniklərdir. Toyçular daha çalmadılar. 
Pristav  Şahmərdanı göstərib strajniklərə dedi: «Tutun, onu çoxdan axtarırdım». 
Bibioğlumun qollarını bağlayanda,  əldən buraxılıb qaçdı. Pristav onu daldan 
gülləyə tutdu. Şahmərdan yıxıldı. Ağlaya-ağlaya özümü onun üstünə saldım. 
Strajnik məni geri itələdi.  Şahmərdanın qollarını bağlayıb, qıçından qan sıza-sıza 
aparanda mən qışqırdım. Elə bu vaxt öz səsimə ayıldım. 
Siranuş güldü. 
-  Şahmərdan qardaşın fikri ilə yatmısan. Onun üçün də yuxuna girib. 
Yuxuda qan görmək pis deyil, deyərlər ki, qan qovuşuqdur. İnşAllah, o da, Vahan 
dayı da sağ-salamat qayıdıb gələcəklər. 
- Eh, nə deyim, ay Siranuş, Allah ağzından eşitsin. Ancaq elə bilirəm ki, bir 
də onun üzünü görməyəcəyəm… 
- Yaxşı, yaxşı, elə fikirləri beynindən çıxart. Gorus davasında biz də 
düşmənlə üz-üzə  gəldik – ölmədik ki… Suren dünən mənə deyirdi ki, hazır ol, 
bəlkə bu günlərdə daşnakların üstə getdik. Deyirdi, bu dəfə Njdenin qoşununu 
darmadağın eləyəcəyik. 
- Ay Siranuş, vallah, bilmirəm nə vaxt bu dava-şavadan qurtaracayıq?.. 
- Nə bilim, ay qız, dur gedək. 
- Hara? 
- Bizə. Səni aparmağa gəlmişəm. Bu gün günorta çörəyini bizdə yeyəcəyik. 
- Gedə bilmərəm. Əmim, dayım gəlib məni evdə görməzlər. 
- Onlar da bizdə olacaqlar. Dur gedək. 
Növrəstə etiraz eləmədi. Onlar küçəyə çıxanda Camalla qarşılaşdılar. 
- Salaməleyküm. Mən sizə gəlirdim, Növrəstə bacı!.. 
- Nə olar, yaxşı eləyirdin. Siranuş, qayıdaq evə. 
Camal dedi: 
- Yox, daha evə qayıtmaq lazım deyil. Elə bir vacib işim yoxdur. Səninlə 
xudahafizləşmək istəyirdim. Dedim, Növrəstə bacını görməmiş gedərəm, inciyər. 
- Hara gedirsən? 
- Evimizə. Sizdən də eyib olmasın, arvaddan kağız almışam, yazır ki, 
xəstəyəm, özünü mənə yetir. Mən də yoldaşlara danışdım, getməyimi məsləhət 
gördülər. Gerasimov da icazə verdi. Əlimə də bir kağız verdi ki, Camal Allahyar 
oğlu partizan olub, hazırda Qırmızı Orduda əsgərlik eləyir… Özü də tapşırdı ki, bu 
kağızı möhkəm saxla, bir vaxt sənə lazım olar. Hə, indi mənə sözündən-
sovundan?.. 
- Məndən Tükəzban bacıya salam-dua apar. 
- Baş üstə, salam göndərən sağ olsun… 
- De ki, vaxt olar, yaxşılığından çıxaram. O, mənə anadan, bacıdan artıq 
olub. 
- Növrəstə bacı. Elə ona sevinirəm ki, səndən nigaran getmirəm.  Əmin 
komissardır, qardaşın əsgər olub, dayın müəllimliyə girib, ərinlə də ki, maşAllah, 


 
280
can bir qəlbdəsiniz. Gün o gün olsun ki, daşnaklar tarmar olsun, siz də öz 
kəndinizə qayıdıb rahat yaşayasınız. Hə, daha sizi küçədə çox saxlamaq istəmirəm. 
İkiniz də salamat qalın! 
Növrəstə və Siranuş sanki bir ağızdan: 
- Sağ-salamat get, Camal qardaş! – dedilər. 
Camal ayrılıb küçə  aşağı getdi. Növrəstə  və Siranuş da başqa səmtə 
yönəldilər. 
 
 
On doqquzuncu fəsil 
 
Günün saraltısı dağların başından çəkiləndə Tatevə doğru üç atlı gəlirdi… 
Tatev kəndi Zəngəzurun ən qədim kəndlərindən biridir. Qədim olduğu qədər 
də gözəl və  mənzərəlidir. Onun şimal tərəfində  sıra-sıra çılpaq dağlar görünür. 
Adama elə  gəlir ki, zümrüd səma, sütun kimi qalxmış  həmin dağların uca və  şiş 
zirvələri üzərində dayanıb… Kəndi qərb və  şərq tərəfdən dərələr, təpələr, qalın 
meşələr əhatə edir. İki qayanın arasından tökülən güclü şəlalə ətrafa səs salır. 
Kəndə bu tərəfdən girən hər kəs  əvvəlcə bir monastır görəcəkdir. Qədim 
əsrlərdən yadigar qalmış bu monastır geniş və çox dərin bir dərənin yamacındakı 
sıldırım qayanın üstündə tikilmişdir. Deyilənlərə görə, onu qədim Syunik 
hökuməti, saysız insan əməyi və  kəndlilərdən alınan xərac hesabına illər uzunu 
tikdirmişdir. Onunun tikdirilməsində iki məqsəd varmış: buranı dini ocağa 
çevirmək, Tatevi və ətraf kəndləri xarici işğalçılardan müdafiə etmək. 
Deyirlər ki, həm keşiş, həm də alim olan Qrikor Tatevski burada böyük bir 
kitabxana təşkil edibmiş, din xadimləri hazırlamaq üçün ruhani məktəb açıbmış. 
Monastır öz arxitekturası, daşlara, divarlara həkk olunmuş yazıları, şəkilləri, 
bəzəkləri cəhətdən böyük bir sənət abidəsi kimi diqqəti cəlb edir. Bütün kənd 
əhalisini tuta biləcək monastırın yalnız iki qapısı var. Qapıların başının üstdə baca 
açılmışdır. Deyirlər ki, bu, düşmənin monastıra daxil olacağı zaman, onun başına 
isti su tökmək, daş salmaq üçünmüş. 
Monastırın içində dəyirman, çörək bişirmək üçün kürə və zəərək yağı hasil 
etmək üçün emalatxana da var. 
Monastırın bir qülləsi var ki, dava zamanı keşikçilər buradan ətrafa baxar, 
düşmənin hansı tərəfdən hücum etdiyini görüb xəbər verərmişlər. Bu zaman böyük 
zəngi çalıb bir fəlakət üz verdiyini ətraf kəndlərə bildirərmişlər: kəndlilər yığılıb 
gələr, düşməni qovarmışlar. 
Monastırın geniş  həyətində, daima öz-özünə  yırğalanan bir sütun ucalır. 
Qədim erməni münəccimləri bu hündür sütunun başından ayı, ulduzları seyr 
edirmişlər. 
Rəvayətə görə, bir dəfə  işğalçılar Tatevə hücum etmişlər.  İlk növbədə 
monastırı  ələ keçirməyə can atmışlar. Lakin ala bilməyib böyük tələfatla geri 
qayıtmışlar.  İkinci hücum zamanı, bir nəfərin satqınlığı üzündən, düşmən 
əsgərlərindən bir neçəsi gizli surətdə monastıra soxula bilmişdir. Onlar zəngi açıb 
yerə salmışlar. Tatevlilər daha zəng səsiylə ətraf kəndlərə xəbər verə bilməmişlər, 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   101   102   103   104   105   106   107   108   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə