Əlyazması hüququnda ƏJDƏrzadə elsevər məCĠd oğLU



Yüklə 0,77 Mb.
Pdf görüntüsü
səhifə4/30
tarix04.04.2018
ölçüsü0,77 Mb.
#35851
1   2   3   4   5   6   7   8   9   ...   30

10 

 

Iqtisadi  proqnoz  iqtisadi  proqnozlaşdırmanın  nəticəsidir.  Ehtimal  xarakteri 



daşımasına  baxmayaraq  o,  müəyyən  dərəcədə  dəqiqliyə  də  malikdir.  Praktikada 

iqtisadi  proqnoz  gələcək  fəaliyyət  üsullarından  asılı  olaraq  təsərrüfat  subyektinin 

bu və  ya  digər  məqsədlərinə nail olması dərəcəsini  əks etdirən  sənəddir. Bununla 

əlaqədar olaraq iqtisadi proqnoz aşağıdakıları həyata keçirməyə imkan verir: 

 

idarəetmə  qərarlarının  mümkün  variantlarının  axtarılmasının  həyata 



keçorolməsi; 

 



hazırda o qədər də nəzərə çarpmayan, lakin gələcəkdə özünü qabarıq şəkildə 

büruzə verə biləcək problemlərin aşkar edilməsi; 

 

gələcəyin  obyektiv  amillərinə  aktiv  təsir  göstərən  variantların  axtarışının 



həyata keçirilməsi; 

 



əsas  amillər  nəzərə  alınmaqla  hadisələrin  müxtəlif  variantlarının 

modelləşdirilməsi. 



Iqtisadi proqnozun əsas funksiyaları aşağıdakılardır 

 



sosial-iqtisadi proseslərin, konkret şəraitdə onlar arasındakı obyektiv səbəb-

nəticə əlaqələrinin təhlili, mövcud vəziyyətin qiymətləndirilməsi; 

 

gələcək  dövrlər  üzrə  tendensiyaların  qiymətləndirilməsi,  həll  tələb  edən 



iqtisadi problemlərin qabaqcadan müəyyənləşdirilməsi; 

 



perspektiv  inkişafın  alternativ  variantlarının  aşkar  edilməsi  və  qəbul 

edilməsinin  əsaslandırılması  üçün  iqtisadi  informasiyanın  toplanması  və 

hesablamaların aparılması. 

Iqtisadi proqnozların müəyyən əlamətlərinə görə təsnifatını vermək olar. Biz 

yalnız əhatə etdiyi dövrə iqtisadi proqnozlaşdırmanın təsnifatı ilə tanış olacağıq. 

Əhatə  etdiyi  dövrə  görə  proqnoz  cari  və  perspektiv  proqnozlaşdırmaya 

bölünür.  Cari  proqnozlaşdırma  operativ  və  qısamüddətli,  perspektiv 

proqnozlaşdırma isə uzunmüddətli olur. 

Operativ proqnozlaşdırma aylıq, qısamüddətli proqnozlaşdırma rüblük və ya 

illik,  uzunmüddətli  proqnozlaşdırma  isə  iki  və  daha  çox  illəri  əhatə  edir.  Bunu 

sxematik olaraq şəkil 1.1-də olduğu kimi əks etdirmək olar 



11 

 

Proqnozlaşdırma prosesini şərti olaraq bir neçə mərhələyə ayırmaq olar. Bu 



mərhələləri aşağıdakı kimi xarakterizə etmək mümkündür. 

Birinci  mərhələdə  proqnozlaşdırılan  obyekt  və  ona  təsir  göstərən  xarici 

amillər təyin olunur. Bu mərhələdə işlər aşağıdakı ardıcıllıqla həyata keçirilir: 

 

ötən  dövr  üzrə  obyektin  təsvirinin  formalaşması.  Bu  obyektin  təhlili,  onun 



parametrlərinin və qarşılıqlı əlaqələrinin qiymətləndirilməsini nəzərdə tutur. 

 



informasiya  mənbələrinin  müəyyənləşdirilməsi  və  qiymətləndirilməsi, 

retrospektiv informasiyanın toplanması və işlənməsi. 

 

tədqiqatın vəzifələrinin müəyyənləşdirilməsi. 



Bu  işləri  yerinə  yetirərkən  tədqiqatçı  obyektin  sistemləşdirilmiş  təsvirini 

almaq  məqsədilə  onun  inkişaf  tarixini  və  ona  təsur  edən  xarici  mühit  amillərini 

tədqiq edir. 

 

 



 

  

 



 

 

 



 

 

                    ġəkil 1.1. Əhatə etdiyi dövrə görə proqnozlaĢdırmanın növləri 



İkinci  mərhələdə  obyektin  inkişaf  tendensiyasının  aşkar  edilməsi, 

proqnozlaşdırma  üsullarının  seçilməsi  məqsədilə  onun  sistemləşdirilmiş  təsviri 

araşdırılır. Iş aşağıdakı ardıcıllıqla yerinə yetirilir: 

 



obyektin  modelinin  işlənib  hazırlanması,  modelin  obyektə  adekvatlıq 

dərəcəsinin yoxlanması; 

 

proqnozlaşdırma üsullarının seçilməsi. 



 

PROQNOZLAġDIRMA 

    Cari proqnozlaşdırma 

Perspektiv proqnozlaşdırma 

         Operativ 

       Qısamüddətli 

    Uzynmüddətli 

        Aylıq 

     Rüblük və ya illik 

  2 və daha çox il üçün 



12 

 

Üçüncü  mərhələ  proqnozun  qiymətləndirilməsi,  yəni  onun  dəqiqlik 

dərəcəsinin müəyyənləşdirilməsidir. 

Proqnozlaşdırmanın  hansı  metodundan  istifadə  edilməsindən  asılı  olaraq 

mərhələlərin  sayı  dəyişə  bilər.  Proqnozlaşdırmanın  hər  mərhələsi  qarşıda  duran 

vəzifələrlə  bir-birindən  fərqlənir.  Mərhələlər  bölünmə  obyektin  təsvirinin 

xüsusiyyətləri,  proqnozlaşdırılan  obyektə  təsir  göstərən  xarici  mühit  amilləri 

barədə toplanan materiallarla, modelin qurulması ilə bağlıdır. Proqnozun nəticələri 

arayış, məruzə və s. formada tərtib olunur. 

 

1.2. Vergi potensialının qiymətləndirilməsi metodları   

Ölkənin sosial-iqtisadi inkişafı sürətini  müəyyənləşdirən əsas amillərdən biri 

dövlət  büdcəsinə  vergi  daxilolmalarının  səviyyəsidir.  Vergi  daxiklolmalarının 

səviyyəsi  isə  öz  növbəsində  mövcud  vergitutma  bazasından  və  deməli  vergi 

potensialından əhəmiyyətli dərəcədə asılıdır. Bundan başqa vergi daxilolmalarının 

proqnozlaşdırılmasında  da  vergi  potensialının  düzgün  müəyyənləşdirilməsi 

əhəmiyyətli rol oynayır. 

Azərbaycan    Respublikası  Vergi  Məcəlləsinin  12.4-cü  maddəsinə  əsasən 

vergitutma  bazası  vergitutma  obyektinin  vergi  tutulan  hissəsinin  kəmiyyətcə 

ifadəsi kimi müəyyənləşdirilib və hər bir vergi növü üzrə ayrı-ayrılıqda təyin edilir. 

Deməli  həm  ümumilikdə  ölkənin,  həm  də  onun  ayrıca  bir  ərazisinin,  yaxud 

regionunun  vergitutma  bazası  mövcud  vergi  qnunvericiliyi  şəraitində  bütün 

vergilər  üzrə  vergitutma  bazalarının  məcmusudur.  Ilk  baxışda  bu  tərif  vergitutma 

bazasının vergi ödəyicilərinin vergitutma bazalarının məcmusu kimi təyin edilməsi 

ilə  eyni  görünə  bilər.  Lakin  birinci  tərif  iqtisadiyyatın  inkişafının  makro 

göstəricilərinin  uçot  və  tətbiqini  nəzərdə  tutduğu  halda,  ikinci  tərif  hər  hansı  bir 

dövlətin,  regionun  ərazisində  qeydiyyatda  olan  vergi  ödəyicilərinin  vergitutma 

bazalarının cəmini nəzərdə tutur ki, bu da praktikada çətin reallaşdırılan prosesdir. 

Ayrı-ayrı  vergilər  üzrə  vergitutma  obyektləri  bəzən  dəyər,  bəzəh  isə  fiziki 

göstəricilərlə  ifadə  olunduğundan,  vergitutma  bazasını  vergilərin  məcmusu  üzrə 




Yüklə 0,77 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə