Əlyazması hüququnda ƏJDƏrzadə elsevər məCĠd oğLU


Dissertasiya  iĢində  informasiya  bazası



Yüklə 0,77 Mb.
Pdf görüntüsü
səhifə3/30
tarix04.04.2018
ölçüsü0,77 Mb.
#35851
1   2   3   4   5   6   7   8   9   ...   30

 

        



Dissertasiya  iĢində  informasiya  bazası.  Dissertasiya  işində  nəzərdən  keçirilən 

məsələlərin 

işıqlandırılmasında 

Azərbaycan 

Respublikasının 

müvafiq 


qanunvericiliyinə,  normativ-hüquqi  aktlara,  Vergi  Məcəlləsinə,  Mülki  Məcəlləyə, 

Vergilər  Nazirliyinin  müvafiq  normativ  aktları,  təlimat  və  metodiki  göstərişlərinə, 

eləcə də iqtisadi ədəbiyyata istinad edilmişdir.   

Dissertasiyanın  həcmi  və  strukturu.  Dissertasiya  işi  kompüter  yazısı  ilə 

müvafiq  standarğlara  uyğun  yazılmış  və  88  səhifədən  ibarətdir.  Dissertasiya  işi 

girişdən, üç fəsildən, nəticə və təkliflər, və istifadə edilmiş ədəbiyyat siyahısından 

ibarətdir. 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 



 

 



FƏSĠL I.  VERGĠ DAXĠLOLMALARININ PROQNOZLAġDIRILMASI VƏ 

TƏHLĠLĠ 

1.1. Ġqtisadi proqnozlaĢdırmanın mahiyyəti və növləri 

 

İctimai  həyatın  gələcəyini  öncə  görmədən,  onun  inkişaf  perspektivlərini 

proqnozlaşdırmadan  təsəvvür  etmək  mümkün  deyil.  Iqtisadi  proqnozlar  iqtisadi 

siyasətin  əsas  istiqamətlərinin  əsaslandırılması,  qəbul  edilmiş  qərarların  nə  ilə 

nəticələnəcəyi  barədə  qabaqcadan  müəyyən  təsəvvürlərin  əldə  edilməsi  üçün  çox 

zəruridir. 

Proqnoz dedikdə obyektin gələcəkdəki mümkün vəziyyəti, onun alternayiv yolları 

və  həyata  keçirilməsinin  müddətləri  barədə  elmi  cəhətdən  əsaslandırılmış 

mülahizələr  başa  düşülür.  Proqnozların  işlənib  hazırlanması  prosesi 

proqnozlaşdırma adlanır.  

Ictimai  inkişafın  proqnozlaşdırılmasının  əsas  istiqamətlərindən  biri  iqtisadi 

proqnozlaşdırmadır. Iqtisadi proqnozlaşdırma iqtisadi hadisələrin dərk edilməsinin 

elmi  üsullarına  və  iqtisadi  proqnostikanın  bütün  metod,  üsul  və  vasitələrindən 

istifadəyə əsaslanan iqtisadi proqnozların işlənib hazırlanması prosesidir. 

Proqnozlaşdırma  daha  geniş  anlayış  olan  öncəgörmə  məhfumuna  daxildir. 

Tədqiq  edilən  proseslərin  gedişatına  təsirinin  xarakterindən  asılı  olaraq 

öncəgörmənin üç forması fərqləndirilir: hipotez (elmi öncəgörmə); proqnoz; plan. 

Hipotez  ümumi  nəzəriyyəyə  əsaslanaraq  elmi  öncəgörməni  xarakterizə  edir. 

Bu  o  deməkdir  ki,  hipotezin  qurulması  üçün  əsas  bazanı  nəzəriyyə  təşkil  edir  və 

bunun  əsasında  tədqiq  olunan  obyektin  inkişafı  və  fəaliyyətinin  səbəb-nəticə 

əlaqələri və qanunauyğunluqları aşkar edilirş 

Qipotezlə  müqayisədə  proqnoz  müəyyənlik  xarakteri  daşıyır,  çünki  o  yalnız 

keyfiyyət deyil, həm də kəmiyyət parametrlərinə əsaslanır. Tətqiq edilən obyektlə 

proqnoz  arasında  əlaqə  kifayət  qədər  möhkəm  olmur,  yəni  proqnoz  ehtimal 

xarakteri daşıyır. 



 

Plan  dəqiq  müəyyən  edilmiş  məqsədin  qarşıya  qoyulması  və  tədqiq  olunan 



obyektin  konkret  hadisələrini  və  detallarını  qabaqcadan  görməkdir.  Onu 

fərqləndirən  əsas  xüsusiyyət  müəyyənlik  və  tapşırıqların  direktiv  xarakter 

daşımasıdır. 

Proqnozun ümumi səciyyəsini əks etdirən əsas xüsusiyyətlər aşağıdakılardır: 

1.

 

proqnozda  proqnozlaşdırılan  hadisədə  baş  verən  dəyişiklikləri  şərtləndirən 



real  şərt  və  ziddiyətlər  əks  olunur.  Proqnoz  empirik  məlumatlar  və 

əsaslandırılmış  fərziyyələrin  nəticəsinin  yekunudur,  gələcək  inkişafın 

istiqamətləri barədə əsaslandırılmış qərardır; 

2.

 



real  hadisələrin  nəticəsi  kimi  gələcəyin  yaranması  ehtimalında  təsadüfilik 

elementləri  var.  Təsadüfi  hadisənin  daxili  qanunauyğunluğu  kimi  baxılır. 

Buna  görə  də  proqnozda  hadisənin  baş  vermə  ehtimalı  dərəcəsi 

qiymətləndirilməlidir; 

3.

 

proqnoz reallığın müxtəlif amillərinin təsirinə məruz qalır və ya bu amilləri 



modelləşdiri; 

4.

 



proqnozların  tərtib  edilməsi  üçün  kəmiyyət  və  keyfiyyət  xarakterli  elmi 

araşdırmalar zəruridir; 

5.

 

proqnoz planlaşdırma üçün oriyentirdir, planların hazırlanması üçün tədqiqat 



bazasıdır; 

6.

 



proqnoz variantlı xarakter daşıyır və çoxvariantlıdır; 

7.

 



proqnozun dəqiqliyini zaman müəyyən edir; 

8.

 



proqnozu işləyib hazırlayan mütəxəssisdən obyektiv olmaq, keçmiş, hazırki 

və  gələcək  dövrü  qiymətləndirərkən  subyektivizmə  yol  verməmək  tələb 

olunur. 

Iqtisadi proqnozlaşdırmaya iqtisadi münasibətlərin inkişaf tendensiyalarının 

müəyyənləşdirilməsinə  və  bu  inkişafın  məqsədlərinə  nail  olmaq  üçün  optimal 

həllərin  tapılmasına  yönəlmiş  kəmiyyət  və  keyfiyyət  xarakterli  elmi-tədqiqat 

sistemi kimi baxılmalıdır. 



Yüklə 0,77 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə