Əlyazması hüququnda ƏJDƏrzadə elsevər məCĠd oğLU



Yüklə 0,77 Mb.
Pdf görüntüsü
səhifə8/30
tarix04.04.2018
ölçüsü0,77 Mb.
#35851
1   ...   4   5   6   7   8   9   10   11   ...   30

22 

 

Vergi daxilolamlarının proqnozlaşdırılması perspektiv tədqiqat olmaqla, onun 



işlənib  hazırlanması  zamanı  real  iqtisadi  şərait  və  hadisələrin  nəzərə  alınmasına 

baxmayaraq o ilkin və ehtimal xarakterə malikdir. Proqnozun əsasını ölkə və onun 

ayrı-ayrı  regionlarının  (rayonlarının)  iqtisadi  və  sosial  inkişaf  proqramları  təşkil 

edir.  Bu  zaman  proqnozlaşdırılmış  dövr  ərzində  baş  vermiş  kənarlaşmalar  və 

onların tendensiyalarının aşkar edilmə ehtimalını qiymətləndirmək lazımdır. 

Vergi  və  digər  məcburi  ödəmələr  üzrə  daxilolmaların  proqnozlaşdırılması 

mərkəzi  iqtisadi  təşkilatların:  Dövlət  Statistika  Komitəsinin,  Mərkəzi  Bankın  və 

yerli idarəetmə orqanlarının işləyib hazırladıqları konkret regionun (rayonun), xalq 

təsərrüfatının  qabaqcıl  sahələrinin  və  ölkənin  inkişafının  iqtisadi  göstəricilərinə, 

eləcədə  xüsusi  iqtisadi  ədəbiyyatda  və  digər  mənbəələrdə  nəşr  olunmuş 

tədqiqatlara əsaslanmalıdır. 

Proqnozlar operativ (bir aya qədər), qısamüddətli (bir ilə qədər), orta müddətli  

(5 ilə qədər) və uzunmüddətli (5 ildən yuxarı) olmaqla dörd yerə bölünür. 

Müxtəlif vaxt intervalına malik olan proqnozların məzmunu proqnozlaşdırılan 

proseslərdən  asılıdır.  Bu  proses  və  tendensiyalar  nə  qədər  çox  davamlı  olarsa, 

onların proqnozlaşdırma vaxtı da uzun olar. 

Xalq təsərrüfatında baş verən iqtisadi proseslərin dəyişkən olduğu indiki yeni 

şəraitdə  adı  çəkilkən  proqnoz  növlərindən  praktikada  əslində  yalnız  operativ  və 

qısamüddətli proqnozlar realizə oluna bilər. 

Demək  olar  ki,  bütün  ölkələrdə  dövlər  büdcə  vergi  daxilolmalarının  əsas 

hissəsi  fiziki  şəxslərin  gəlir  vergisi,  mənfəət  vergisi,  ƏDV  və  aksizlərin  payına 

düşdüyündən  biz  məhz  bu  vergilərin  hesablanması  misalında  proqnozların  tərtib 

olunması mexanizmini nəzərdən keçirək. 

Proqnozların hesablanmasının aşağıda göstərilən ardıcıllığı onunla izah olunur 

ki,  fiziki  şəxslərin  gəlir  vergisinin  proqnozlaşdırılması  üçün  əsas  sayılan 

göstəricilər,  mənfəət  və  ƏDV  üzrə  proqnozların  hesablanması  üçün  ilkin 

informasiya  sayılır.  Öz  növbəsində,  mənfəət  vergisinin  bir  sıra  göstəriciləri  öz 

əksini  ƏDV-nin  proqnozunda  tapır.  Beləliklə,  vergi  proqnoz  hesablamaları 




23 

 

qarşılıqlı  surətdə  əlaqədar  olmaqla  biri  digərindən  irəli  gəlir  və  onların  korrektə  



edilməsi yalnız kompleks şəkildə aparıla bilər. 

Müəssisələrdən  tutulan  fiziki  şəxslərin  gəlir  vergisi  üzrə  vergi 



daxilolmalarının  proqnozlaşdırılması  1.1.saylı  cədvəlin  göstəricilərinə  əsasən 

aparılır. 

Fiziki  şəxslərin  gəlir  vergisi  üzrə  vergi  daxilolmalarının  proqnozlaşdırılması  

aşağıdakı göstəricilərə əsasən həyata keçirilir: 

 

orta aylıq əmək haqqının səviyyəsi; 



 

işləyənlərin orta aylıq sayı; 



 

vergi dəcəsi; 



 

əməyin ödəniş fondu; 



 

əməyin ödəniş fondunun güzəşt tətbiq edilən hissəsi; 



 

əməyin ödəniş fondunun vergiyə cəlb olunan hissəsi. 



Ümumilikdə  ölkə  ərazisində,  Muxtar  Respublikasında,  sahələrdə,  konkret 

regionda  və  xalq  təsərrüfatında  çalışan  işçilərin  orta  aylıq  sayı  ümumi  planda 

proqnozlaşdırılan  dövrdən  əvvəlki  hesabat  dövrünə  görə  statistika  orqanlarının 

məlumatlarına əsasən götürülür.Bu zaman xalq təsərrüfatında məşğul olan işçilərin 

sayına  təsir  edən  mümkün  dəyişikliklər  (məsələn,  məhsul  istehsalının  həcmi  və 

əmək  məhsuldarlığının  dəyişməsi;  müəssisənin  mülkiyyət  formasının  dəyişməsi; 

müəsisələrinin  say  tərkibinin  dəyişməsi,  demoqrafik  xarakterli  dəyişikliklər) 

nəzərə alınmalıdır. 

Orta  aylıq  əmək  haqqı  onun  səviyyəsinə  təsir  edən  amillər  nəticəsində  orta 

aylıq  əmək  haqqının  məbləğində  baş  verən  dəyişikliklər  nəzərə  alınmaqla  bu 

göstəricinin əvvəlki aydakı qiymətinə əsasən təyin olunur. 

 Proqnozlaşdırılan  dövr  üçün  əməyin  ödəniş  fondu  işləyənlərin  orta  aylıq 

sayının, orta aylıq əmək haqqı səviyyəsinin və dövrdəki ayların sayının hasili kimi 

müəyyən edilir. 

Əməyin  ödəniş  fondunun  güzəşt  tətbiq  edilən  hissəsi  hesabat  dövrünə  onun 

əməyin  ödəniş  fondundakı  xüsusi  çəkisinə  əsasən  təyin  edilir.  Retrospetiv  təhlil 




24 

 

göstərir  ki,  xüsusi  çəkinin  qiyməti  kifayət  qədər  stabildir.  Gəlir  vergisinin 



planlaşdırılan məbləği isə əməyin ödəniş fondunun vergiyə cəlb olunan hissəsinin 

vergi dərəcəsinə olan hasili kimi müəyyən olunur. 

Fiziki 

şəxslərin 



gəlir 

vergisi 


üzrə 

vergi 


daxilolmalarının 

proqnozlaşdırılmasının  digər  mümkün  variantı  vergitutma  bazasının  proqnoz 

qiymətindən  istifadə  edilməsidir.  Bu  halda  vergitutma  bazasının  dinamikasını 

qiymətləndirməyə  imkan  verən  aşağıdakı  əsas  göstəricilərin  dəyişməsini  nəzərə 

almaq lazımdır: 

 



əməyin ödəniş fondu; 

 



vergitutma bazasını hesablamaq üçün qəbul edilən ümumi məbləğ; 

 



vergitutma  bazası  müəyyənləşdirilərkən  fiziki  şəxslərə  verilən  vergi 

güzəşrlərinin məbləği; 

 

verginin dərəcəsi; 



 

verginin dövlət büdcəsindəki ümumi məbləği. 



Verginin  yiğılmasında  qeyi-sabitlik  müşahidə  olunarsa,  onda  yığım 

səviyyəsinə uyğun düzəlişlər edilməsi zərurəti ortaya çıxır. 

İndi  isə  hüquqi  şəxslərin  mənfəət  vergisi  üzrə  daxilolmaların 

proqnozlaşdırılması  üsulu  ilə  tanış  olaq.  Hüquqi  şəxslərin  mənfəət  vergisi  üzrə 



daxilolmaların  proqnozlaşdırılması  üsulları  növbəti  ildə  planlaşdırılan  vergi 

gəlirlərinin  qiymətləndirilməsinə  aşağıdakı  prinsipial  yanaşmalardan  istifadə 

edilməsinə əsaslanır: 

 



vergitutma  bazasının  tərkib  elementlərinin  proqnozlaşdırılmasından  çıxış 

edərək vergi daxilolmalarının proqnozlaşdırılması; 

 

əvvəlki  dövrlərin  vergi  gəlirləri  indeksləşdirməklə  vergi  daxilolmalarının 



proqnozlaşdırılması; 

 



ümumi  daxili  məhsulun  proqnoz  qiymətindən,  vergi  dərəcəsinin 

dəyişməsindən,  əvvəlki  aylarda  faktiki  vergi  daxilolmalarının  qiyməti  əsas 

götürlməklə il ərzində vergi daxilolmalarının proqnozlaşdırılması. 



Yüklə 0,77 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə