Əlyazması hüququnda ƏJDƏrzadə elsevər məCĠd oğLU



Yüklə 0,77 Mb.
Pdf görüntüsü
səhifə30/30
tarix04.04.2018
ölçüsü0,77 Mb.
#35851
1   ...   22   23   24   25   26   27   28   29   30
    Bu səhifədəki naviqasiya:
  • SUMMARY

85 

 

sanksiyaları  ödəməkdə  deyil,  əksinə  vergiləri  aşağı  dərəcələr  üzrə  tam  həcmdə 



ödəməkdə maraqlı olurlar. 

Fikrimizcə,  əsas  vergi  növləri  üzrə  aşağıdakı  vergi  dərəcələrinin  müəyyən 

edilməsi  daha  optimaldır:  əsasən  bütün  mallar,  məhsullar,  işlər  və  xidmətlər  üzrə 

əlavə  dəyər  vergisinin  dərəcəsi  15  %,  ərzaq  məhsulları  üzrə  isə  10  %;  hüquqi 

şəxslərin  mənfəət  vergisi  18  %;  fiziki  şəxslərin  gəlir  vergisi  proporsional  vergi 

dərəcəsi ilə 10 %.  

Büdcədənkənar  fondların  sahibkarlıq  fəaliyyətinə  mənfi  təsiri  minimuma 

endirilməlirir.  Sıforta  olunma  könüllülük  əsasında  həyata  keçirilməlidir.  Başqa 

sözlə,  inkişaf  etmiş  qeyri-dövlət  sığorta  sistemi  yaradılmalıdır.  Büdcə  və  digər 

dövlət sferasında çalışan işçilərin sosial təminatı üzrə öhdəlikləri dövlət öz üzərinə 

götürməlidir.  Zənnimizcə,  “sosial  vergilər”  adlanan  sosial  sığortaya  ayırmaların 

dərəcəsi  15  faizədək  azaltmaq  lazımdır.  Deyilənlərin  həyata  keçirilməsi  vergi 

yükünü  azaltmış  olardı  ki,  bu  da  son  nəticədə  bütün  mühasibatlığın 

leqallaşdırılması və hal-hazırda rəsmi hesabatlarla yanaşı aparılan hesablamaların 

ləğv edilməsi yolu ilə vergi daxilolmalarının artımı ilə nəticələnərdi. Eyni zamanda 

sahibkarların  sərəncamında  qalan  mənfəətin  artımı  onların  marağını  və  müvafiq 

olaraq işgüzarlıq aktivliyini artırmış olardı. 

Təklif  edirik  ki,  təsərrüfat  subyektləri  vergi  öhdəlikləri  üzrə  büdcə  ilə 

hesablaşmaların  həyata  keçirilməsinin  düzgünlüyü  üzərində  ilkin  nəzarət 

formasından istifadə etsinlər. Bunun üçün isə yaxşı olar ki, müəssisə və təşkilatlar 

bu  gün  təsərrüfat  subyektlərinin  “maliyyə  vəkili”  rolunu  oynayan  peşəkar  auditor 

firmalarının  xidmətlərindən  istifadə  etsinlər.  Müəssisələr  auditorların  həm 

bütövlükdə maliyyə-təsərrüfat fəaliyyəti, həm də büdcə ilə hesablaşmalar və vergi 

auditi  üzrə  təklif  etdiyi  xidmətlərdən  maksimum  istifadə  etməlidirlər.  Bu  onlara 

vergilərin 

hesablanması,  büdcəyə  ödənilməsi  və  vergi  hesabatlarının 

(bəyannamələrinin)  tərtib  edilməsində  yol  verdikləri  səhvləri  aradan  qaldırmaq, 

deməli  həm  də  lüzumsuz  maliyyə  (inzibati)  sanksiyaları  ödəməmək  imkanı 

verəcək. 



86 

 

Təklif  edirik  ki, gələcəkdə  nağd  hesablaşmaların  aparılması  üzərində  nəzarət 



tədbirlərinin  gücləndirilməsi  məqsədilə  vergi  ödəyicilərinin  nəzarət-kassa 

aparatlarında  elektron  məsafədən  ötürmə  qurğularının  quraşdırılması  həyata 

keçirilsin.  Bunun  nəticəsində  nağd  hesablaşmalar  barədə  məlumatların  vergi 

orqanlarının  məlumat  bazasına  ötürülməsi  vergi  nəzarətinin  səmərəliliyinin  və 

vergi  ödəyicilərinin  fəaliyyətində  şəffaflığın  daha  da  artırılmasına  imkan 

verəcəkdir. 

 Vergi  nəzarətinin  daha  da  müasirləşdirilməsinin  növbəti  mərhələsi  kimi  

təklif  edirik  ki,  “Elektron  audit”  sisteminin  tətbiq  edilməsinə  başlanılsın.  Hazırda 

bu  sistemin  tətbiqi  ilə  əlaqədar  beynəlxalq  təcrübə  öyrənilir  və  vergi  orqanlarının 

daxili imkanları qiymətləndirilir. Eyni zamanda, elektron audit sisteminin tətbiqinə 

dair  Avropa  İttifaqının  Tvininq  proqramı  çərçivəsində  iki  il  müddətini  əhatə 

edəcək xüsusi mərhələnin həyata keçirilməsi məqsədilə hazırlıq işləri aparılır. 

Fikrimizcə, sadaladığımız tövsiyyələrin həyata keçirilməsi ödəyicilərin vergi 

yükünü azaltmış olardı ki, bu ba təsərrüfat subyektlərində aparılan mühasibatlığın 

leqallaşdırılması  və  hal-hazırda  rəsmi  mühasibat  hesabatları  ilə  yanaşı  aparılan 

hesablamaların  ləğv  olunması  nəticəsində  vergi  daxilolmalarının  artımına  gətirib 

çıxarmış  olardı.  Eyni  zamanda  təsəttüfat  subyektlərinin  sərəncamında  qalan 

mənfəətin  artımı  onların  sahibkarlıq  marağını  və  işgüzarlıq  aktivliyini  artırmış 

olardı. 

Ümid  edirik  ki,  tərəfimizdən  irəli  sürülən  təklif  və  tövsiyyələrin  nəzərə 

alınması  öz  çiyinlərində  ağır  vergi  yükü  daşıyan  təsərrüfat  subyektlərində, 

müəssisələrdə,  (fərdi  sahibkarlarda)  və  kommersiya  firmalarında  böyük  maraq 

doğuracaq. Belə ki, vergilərin düzgün ödənilməsi onlara vergi orqanları ilə yarana 

biləcək  problemlərdən  qaçmağa,  deməli  biznes  üçün  yarana  biləcək  mənfi 

nəticələri azaltmağa kömək edəcək.   

 

 



 

 

 


87 

 

ĠSTĠFADƏ OLUNAN ƏDƏBĠYYATLARIN SĠYAHISI   



 

1.

 



Azərbaycan Respublikasının Vergi Məcəlləsi. Bakı, 2016 

2.

 



Azərbaycan  Respublikası  regionlarının  2014-2018-ci  illərdə  sosial-iqtisadi 

inkişafı Dövlət Proqramı 

3.

 

Azərbaycan Respublikası Vergilər Nazirliyi Tədris Mərkəzi “Vergiyə giriş”. 



Dərslik. Şamaxı, 2014 

4.

 



Məmmədov F.Ə., Musayev A.F., Sadıqov M.M., Kəlbiyev Y.A.,      Rzayev 

Z.H.  “Vergilər və vergitutma” Dərslik. Bakı, 2010. 

5.

 

Y.A.Kəlbiyev,  T.M.  Hümbətov  Vergilərin  hesablanmasına  dair  praktikum. 



B.: 2008. 

6.

 



Rzayev  İ.M.  “Azərbaycan  Respublikasında  regionların  davamlı  sosial-

iqtisadi inkişafı: mövcud vəziyyət və gələcək perspektivlər”. Bakı, 2010 

7.

 

Sadıqov T.Ə., Rzayev İ.M. “Vergi uçotu və audit”. Dərslik, Bakı, 2014. 



8.

 

Sadıqov  Ə.A.  Sadıqov  T.Ə.  “Мühasibat  (maliyyə)  uçotu”.  Dərslik.  Bakı, 



2008. 

9.

 



Bağırov D.A. “Vergi nəzarəti”. Dərslik. B.: 2006 

10.


 

Bağırov D.A. “Vergi auditi! .B.: “Maarif”, 1999 

11.

 

Məmmədov  F.Ə.,  Musayev  A.F.,  Sadıqov  M.M.,  Rzayev  Z.H.,             



Kəlbiyev  Y.A. “Vergitutmanın nəzəri və metodoloji əsasları” Dərslik. Bakı, 

2001. 


12.

 

“Налоговый учѐт”. Учебное пособие / М.Н. Смагина. – Тамбов : Изд-во 



Тамб. Гос. Техн. Ун-та, 2009   

13.


 

Мусаев А.Ф., Садыгов М.М., Магеррамов Р.Б., Салаев Р.А. «Налоги и 

налогообложение в Азербайджане». Учебник. Баку, 2005 

14.


 

Барышников  Н.П.  «Организация  и  методика  общего  аудита»  –  М.: 

Информационно- издательский дом «ФИЛИНГ», 2005.– 448 с. 

15.


 

Камышанов  П.И.  «Практическое  пособие  по  аудиту».  М.:  ИНФРА-М, 

2005 



88 

 

16.



 

Кармайкл  Д.Р.,  Бенис  М.  «Стандарты  и  нормы  аудита».  Перевод  с 

английского. – М.: Аудит, ЮНИТИ, 2005 

17.


 

Карп  М.В.  «Налоговый  менеджмент».  Учебник  для  вузов.  –  М.: 

ЮНИТИ-ДАНА. 2005. 

18.


 

Подольский  В.И.  «Аудит:  Учебник  для  вузов».  М.:  Аудит,  ЮНИТИ, 

2005; 

19.


 

Шеремет А.Д. «Аудит: Учебник». М.: Инфра-М, 2005. 

20.

 

Караваева  Н.В.  «Налоговое  регулирование  рыночной  экономики». 



Учебное пособие для вузов. – М.: ЮНИТИ-ДАНА. 2004 

21.


 

Мизиковский  Е.А.,  Елманова  Е.Н.,  Пуреховская  Е.В.  «Лабораторный 

практикум  по  бухгалтерскому  учету».  Учеб.пособие  /  Под.ред.  д.э.н. 

проф. Е.А.Мизиковского. М.: Юристь, 2003.  

22.

 

www.taxes.gov.az



 

23.


 

www.finance.gov.az

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 


89 

 

Azərbaycan Dövlət Ġqtisad Universiteti Magistratura Mərkəzinin 



magistri  Əjdərzadə Elsevər Məcid  oğlunun                                

“Vergi daxilolmalarının təhlili və onların operativ texniki uçotunun 

təĢkili problemləri” mövzusunda magistr dissertasiyasının 

 

 

                      R E F E R A T I 

 

Mövzunun aktuallığı. Ölkə iqtisadiyyatının sürətli inkişafı, əsas məsələlərin 

müsbət  həlli,  əhalinin  yaşayış  səviyyəsinin  yüksəldilməsi,  ölkənin  müdafiə 

qabiliyyətinin  güclənməsi  və  digər  strateji  məsələlərin  müvəffəqiyyətlə  həll 

edilməsi  dövlət  büdcəsinin  ödəmə  imkanlarından  çox  asılıdır.  Respublikamızın 

bazar iqtisadiyyatına keçdiyi indiki şəraitdə dövlət büdcəsinə daxil olan vəsaitlərin 

əsasını  hüquqi  və  fiziki  şəxslərdən  alınan  vergi,  rüsum,  yığım  və  digər  məcburi 

ödəmələr  təşkil  edir.  Ödənilən  vergilərin  əhəmiyyətli  hissəsi  hüquqi  şəxslərin 

payına düşür. 

Təsərrüfat  subyektləri  tərəfindən  dövlət büdcəsinə ödənilən vergilərin  vergi 

orqanlarda  uçota  alınması  vergi  nəzarətinin  ən  mühüm  və  ayrılmaz  hissəsidir. 

Mövcud qanunvericiliyə uyğun olaraq vergi orqanları vergi ödəyiciləri tərəfindən 

maliyyə  orqanlarının  xəzinədarlıq  şöbələri  vasitəsilə  dövlət  büdcəsinə  ödənilən 

vergilərin operativ-mühasibat uçotunu aparır və vergi daxilolmalarını təhlil edir. 

Dövlət  vergi  orqanları  tərəfindən  aparılan  vergi  daxilolmalarının  uçotu 

gələcəkdə  dövlət  büdcəsinə  ödəniləcək  vergilər  üzrə  proqnoz  tapşırıqlarını 

hazırlamaq, yəni ümumilikdə vergi daxilolmalarını proqnozlaşdırmaq imkanı verir. 

Belə bir  uçotun təşkili həm  də  vergi ödəyiciləri üzərində effektiv vergi nəzarətini 

həyata keçirmək və onun nəticələrini təhlil etmək imkanı verir. 

Vergi  qanunvericiliyinə  riayət  olunması,  vergilərin  düzgün  hesablanması, 

tam  və  vaxtında  ödənilməsi  üzərində  nəzarətin  təkmilləşdirilməsi  məsələsi  xüsusi 

əhəmiyyət  kəsb  edir.  Vergi  orqanları  hüquqi  və  fiziki  şəxslər  tərəfindən  təqdim 

edilən  hesabatların  düzgünlüyünə  və  vergi  qanunvericiliyinə  riayət  olunması 

üzərində nəzarəti iki etapda aparır: müəssisələrdən mühasibat hesablarının və vergi 

bəyannamələrinin  (hesablamalarının)  qəbulu  mərhələsində,  kameral  yoxlama  və 




90 

 

səyyar  vergi  yoxlaması  zamanı  bilavasitə  müəssisələrdə  ilkin  mühasibat 



sənədlərini yoxlamaq yolu ilə.   

Bazar  münasibətlərinə  keçidlə  əlaqədar  maliyyə-təsərrüfat  fəaliyyətini 

müxtəlif  iqtisadi  sferalarda  həyata  keçirən  bir  çox  yeni  müəssisələr  yaradılır. 

Onların  əksəriyyəti  mühasibat  uçotu  sahəsində  kifayət  qədər  ixtisaslı 

mütəxəssislərə  malik  deyildir.  Bir  qayda  olaraq  belə  müəssisələrdə  uçotda  səhvə 

yol  verilir  və  hesabat  məlumatlarının  bilərəkdən  təhrif  olunması  hallarına  tez-tez 

rast  gəlinir.  Bunlar  isə  vergitutma  bazasının  aşağı  salınmasına  (azaldılmasına), 

vergi və ona bərabər olan digər ödənişlərin büdcəyə tam daxil olmamasına gətirib 

çıxarır.  Vergilərin  hesablanmasında  və  ödənilməsində  yol  verilən  səhvlər, 

həmçinin  qanunvericilikdə  edilmiş  dəyişikliklərin  vergi  ödəyicisinə  vaxtında 

çatdırılmaması  ilə  əlaqədar  baş  verir.  Belə  bir  şəraitdə  bütün  səviyyələrdə  vergi 

qanunvericiliyinə  riayət  olunması,  vergilərin  düzgün  hesablanması,  tam  və 

vaxtında  ödənilməsi  üzərində  nəzarətin  təkmilləşdirilməsi  məsələsi  xüsusi 

əhəmiyyət kəsb edir. 

Məlum  olduğu  kimi  Azərbaycan  Respublikasında  vergi  borcları  problemi 

mövcuddur.  Vergi  ödəyiciləri  müxtəlif  yollarla  qanuna  müvafiq  qaydada 

hesablanmış  vergiləri  və  cari  vergi  ödənişlərini  ödəməkdən  yayınırlar.  Vergi 

borcunun  həcminin  artması  həm  büdcə  öhdəliklərinin  vaxtında  yerinə 

yetirilməsinə, həm də ölkədə normal iqtisadi inkişaf tempinə mənfi təsir göstərir. 

Beləliklə,  təsərrüfat  subyektləri  tərəfindən  dövlət  büdcəsinə  ödənilən 

vergilərin vergi orqanlarda uçota alınması vergi nəzarətinin ən mühüm və ayrılmaz 

hissəsidir.  Vergi  daxilolmalarının  operativ-mühasibat  uçotunun  aparılması 

metodikasının təkmilləşdirilməsinin mühüm əhəmiyyət kəsb etməsi, bu problemin 

lazımı  dərəcədə  nəzəri  və  praktiki  həllini  tapmaması  dissertasiya  mövzusunun 

seçilməsinə  və  nəzərdən  keçirilən  məsələlərin,  yəni  tədqiqat  dairəsinin 

müəyyənləşdirilməsinə,  onun  məqsəd  və  vəzifələrinin  müəyyənləşdirilməsinə 

səbəb oldu. 



Dissertasiyanın  öyrənilmə  səviyyəsi.  Dissertasiya  işinin  qarşısında 

qoyulmuş  məqsəd  və  vəzifələrə  nail  olunması  üçün  Azərbaycanın  bu  sahədəki 




91 

 

təcrübəsi  və  bununla  bağlı  problemlərə  həsr  olunmuş  tədqiqatları  öyrənilmişdir. 



Belə  ki,  vergi  daxilolmalarının  təhlili  və  onların  operativ  texniki  uçotunun 

təşkilinin  qurulması,  onun  reallaşdırılması  problemlərinin  araşdırılması,  vergi 

daxilolmaların  təhlili  üsullarının  nəzəri  məsələləri,  vergilər  üzrə  vergi 

daxilolmalarının təhlili  istiqamətləri Azərbaycanın görkəmli alimləri Musayev A., 

Bağırov  D.,  Həsənli  M.,  Sadıqov  M.,  Kəlbiyev  Y.,  Rzayev  İ.  və  başqaları 

tərəfindən araşdırılmışdır. 



Tədqiqatın  məqsəd  və  vəzifələri.  Dissertasiya  işinin  yazılmasında  əsas 

məqsəd  dövlət  büdcəsinə  ödənilən  vergilərin  vergi  orqanlarda  uçota  alınması 

metodikasının  daha  dərindən  mənimsənilməsindən,  vergi  daxilolmaları  üzərində 

nəzarət  və  dövlət  büdcəsinə  borclu  olan  vergi  ödəyicilərinin  borclarının  alınması 

işinin 

səmərəli 



təşkili, 

onun 


təkmilləşdirilməsi 

istiqamətlərinin 

müəyyənləşdirilməsi  və  movcud  cətinliklərin  aradan  qaldırılması  yolları  barədə 

təkliflərin verilməsindən ibarətdir.    

Qarşıda  qoyulmuş  məqsədə  nail  olmaq  üçün  dissertasiya  işinin  qarşısında 

aĢağıdakı vəzifələr qoyulmuşdur: 

 



vergi  orqanlarında  vergilərin  operativ-mühasibat  uçototunun  aparılması 

metodikasını öyrənmək; 

 

vergi daxilolmalarının operativ-mühasibat uçotunun registrləri, onların tərtib 



edilməsi və aparılması qaydasını mənimsəmək; 

 



vergi  orqanları  tərəfindən  həyata  keçirilən  nəzarət  işinin  mexanizmini 

öyrənmək; 

 

vergi orqanları tərəfindən aparılan nəzarət işinin təhlili aparmaq;   



 

vergilərin  düzgün  hesablanması,  tutulması  və  əvəzləşdirilməsi,  eləcə  də 



vaxtında  dövlət  büdcəsinə  köçürülməsi  üzərində  vergi  nəzarətinin  daha 

səmərəli metodlarını müəyyən etmək; 

 

vergi  borclarının  alınması  işinin  təşkili  və  onun  təkmilləşdirilməsi  üzrə 



təkliflər paketi hazırlamaq. 

Tədqiqatın 

predmet  və  obyekti.  Tədqiqatın  obyektini  vergi 

daxilolmalarının  təhlili  və  onların  operativ-texniki  uçotunun  təşkili  əsasları, 




92 

 

predmetini 



isə 

vergi  daxilolmalarının  təhlili  əsasinda  reallaşdirilmasi 

istiqamətlərinin müəyyən edilməsi təşkil edir. 

Dissertasiya  iĢinin  nəzəri  və  metodoloji  əsaslarını.  Dissertasiya  işinin 

nəzəri  və  metodoloji  əsaslarını  vergi  daxilolmalarının  proqnozlaşdırılması  və 

təhlili,  onların  operativ-mühasibat  uçotunun  təşkili  əsasları,  eləcə  də  vergi 

daxilolmaları  üzərində  nəzarət  işinin  təşkili  sahəsində  yerli  və  xarici  ölkə 

alimlərinin (ekspertlərinin) elmi-tədqiqat əsərləri təşkil etmişdir. 

Tədqiqat işi apararkən onun qarşısında qoyulan vəzifələrin yerinə yetirilməsi 

üçün  elmi  abstrakt,  induksiya  və  deduksiyanın,  qrafik  təsvirin,  sistemli  və 

müqayisəli  təhlilin  ümumelmi  metod  və  üsullarının,  statistik  və  iqtisadi-riyazi 

təhlilin metodlarından istifadə olunmuşdur.   

 Dissertasiyanın  elmi  yeniliyi.  İşin  elmi  yeniliyi  vergi  orqanlarında 

vergilərin  operativ-mühasibat  uçototunun  aparılması  metodikasının,  vergilərin 

düzgün  hesablanması,  tutulması  və  əvəzləşdirilməsi,  eləcə  də  vaxtında  dövlət 

büdcəsinə  köçürülməsi  üzərində  vergi  nəzarətinin  daha  səmərəli  metodlarının, 

eləcə  də  vergi  borclarının  alınması  işinin  təşkili  və  onun  təkmilləşdirilməsi  üzrə 

əsaslandırılmış nəzəri qayda və praktiki tövsiyələrin işlənməsindən ibarətdir. 



Dissertasiya  iĢinin  praktiki  əhəmiyyəti.  Vergi  daxilolmalarının  operativ-

mühasibat uçototunun aparılması metodikasının təkmilləşdirilməsi, uçotun nəzarət 

funksiyasının  gücləndirilməsi,  vergi  uçotunun  və  effektli  idarəetmə  qərarlarının 

qəbul  edilməsi  məqsədilə  uçot  informasiyasının  operativ  və  analitikliyinin 

yaxşılaşdırılması,  vergi  nəzarətinin  daha  səmərəli  metodlarının,  eləcə  də  vergi 

borclarının  alınması  işinin  təşkili  və  onun  təkmilləşdirilməsi  üzrə  tövsiyə  və 

təkliflər hazırlanması dissertasiya işinin praktiki əhəmiyyətini təşkil edir.

 

Dissertasiya  iĢində  informasiya  bazası.  Dissertasiya  işində  nəzərdən 

keçirilən  məsələlərin  işıqlandırılmasında  Azərbaycan  Respublikasının  müvafiq 

qanunvericiliyinə,  normativ-hüquqi  aktlara,  Vergi  Məcəlləsinə,  Mülki  Məcəlləyə, 

Vergilər Nazirliyinin müvafiq normativ aktları, təlimat və metodiki göstərişlərinə, 

eləcə də iqtisadi ədəbiyyata istinad edilmişdir.   



93 

 

Dissertasiyanın  həcmi  və  strukturu.  Dissertasiya  işi  kompüter  yazısı  ilə 

müvafiq  standarğlara  uyğun  yazılmış  və  88  səhifədən  ibarətdir.  Dissertasiya  işi 

girişdən, üç fəsildən, nəticə və təkliflər, və istifadə edilmiş ədəbiyyat siyahısından 

ibarətdir. 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 



94 

 

РЕЗЮМЕ 



 

         Эффективная  организация  деятельности  налоговых  органов  по 

получению  налоговых  задолженностей  налогоплательщиков,  организация 

налогового  контроля  и  налоговых  органах  и  учет  налоговых  поступлений 

имеет  большое  значение.  Действующая  методика  учета  налоговых 

поступлений  и  организация  контрольной  работы  налоговых  органов  не  в 

полной  мере  отвечает  требованиям  повышения  эффективности  налогового 

контроля.    

          Поэтому проблема постоянного соверщенствования методологии 

оперативно-бухгалтерского  учета  налоговых  поступлений,  организации 

контрольной  работы  в  налоговых  органах  повышение  его  оперативности, 

приведения  в  соответствии  с  международным  стандартами  приобретает 

важное значение. 

 

SUMMARY 



 

Effective  organization  of  the  tax  authorities  to  obtain  tax  liabilities  of 

taxpayers, the organization of tax control and tax authorities and accounting of tax 

revenues  is  essential.  The  current  method  of  accounting  of  tax  revenues  and  the 

organization  of  control  of  tax  authorities  do  not  fully  meet  the  requirements  of 

efficiency of tax control. 

Therefore,  the  problem  of  continuous  improvement  methodology, 

operational and accounting of tax revenues, the organization of control of the tax 

authorities  of  its  increased  efficiency,  reduction  in  accordance  with  international 

standards becomes important. 



 

Yüklə 0,77 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə