Əlyazması hüququnda ƏJDƏrzadə elsevər məCĠd oğLU



Yüklə 0,77 Mb.
Pdf görüntüsü
səhifə9/30
tarix04.04.2018
ölçüsü0,77 Mb.
#35851
1   ...   5   6   7   8   9   10   11   12   ...   30

25 

 

Bu  yanaşmaların  hər  biri  əsasında  dövlər  büdcəsinə  mənfəət  vergisi  üzrə 



daxilolmaların proqnozlaşdırılması qaydalarını nəzərdən keçirdək.  

Əvvəlcə  vergitutma  bazasının  tərkib  elementlərinin  proqnozlaşdırılmasını 



əsas  götürərək  vergi  daxilolmalarının  proqnozlaşdırılması  üsulu  ilə  tanış  olaq. 

Sonrakı bütün hesabat (vergi) dövrü üçün proqnoz tərtib edilməsi zərurəti yaranan 

zaman,  vergi  qanunvericiliyində  əvvəlcədən  məlum  olan  dəyişiklikləri  nəzərə 

almaqla,  vergi  daxilolmalarının  proqnozlaşdırılan  qiymətini  hesablamaq  üçün  ən 

yaxşı yanaşmalardan biri bəyanlaşdırılan vergitutma bazasının proqnozlaşdırılması 

və  ona  (verginin  yığılma  əmsalını  nəzərə  almaqla)  vergi  dərəcəsini  tətbiq  etmək 

yolu ilə vergi məbləğinin hesablanmasıdır. 

Belə  yanaşma  əsasında  işlənib  hazırlanmış  metodikalar  həm  vergi 

qanunvericiliyində,  həm  də  vergi  dərəcələrində  baş  verən  dəyişiklikləri  nəzərə 

almaqla  vergitutma  bazasındakı  dəyişikləri  nəzərə  almağa  imkan  verir.  Ancaq 

nəzərə almaq lazımdır ki, belə yanaşma qanunvericiliyində baş verən dəyişikliklərə 

vergi  dərəcələrinin  necə  reaksiya  verəcəyini  müəyyən  etməyə  imkan  vermir.  Ona 

görə  də  vergitutma  qaydalarında  nəzərə  çarpacaq  baş  verdiyi  hallarda,  faktiki 

qiymətdən kifayət qədaər kənarlaşmalar müşahidə oluna bilər.   

Mənfəət  vergisi  üzrə  vergi  daxilolmalarını  proqnozlaşdırmaq  üçün  vergi 

hesabatları  göstəricilərinin  faktiki  qiymətlərindən  istifadə  etmək  lazımdır.  Bu 

göstəricilərə  aşağıdakıları  aid  etməl  olar:  əvvəlki  dövrlərdəki  vergi 

daxilolmalarının həcmi, vergitutma bazası və onun kontragentləri, İqtisadi İnkişaf 

Nazrliyi tərəfindən həyata keçirilən makroiqtisadi göstəricilərin proqnoz qiymətləri 

və s. 

 Birinci 



yanaşma 

əsasında 

mənfəət 

vergisi 


üzrə 

daxilolmalar 

proqnozlaşdırılarkən  məhsulun  satışından  əldə  edilən  gəlirlər,  satışdankənar 

gəlirlər, məhsul satışı ilə bağlı olan xərclər, satışdankənar xərclər proqnozlaşdırılır. 

Gəlirləri cəmləyərək onun məbləğindən qanunvericilikdə nəzərdə tutulmuş xərcləri 

çıxmaqla vergiyə cəlb edilən mənfəət məbləğini hesablamış oluruq. Bundan başqa, 




26 

 

hər  növdən  olan  gəlir  və  xərcləri,  eləcə  də  bilavasitə  vergitutma  bazasını  ayrıca 



proqnozlamdırmaq mümkündür. 

Əgər  büdcəyə  daxil  olan  verginin  hesablanması  üçün  bilavasitə  onun 

vergitutma  bazası  proqnozlaşdırılırsa,  onda  onun  qiyməti  aşağıdakı  kimi  təyin 

ediləcək:                                  



B

pr 

= B



x  M



/ M

 

      Burada  B



pr 

–  büdcəyə  daxil  olacaq  mənfəət  vergisinin  hesablanması    üçün 

vergitutma bazasının qroqnoz qiyməti; 

 

 B



f 

–  əvvəlki  dövdə  büdcəyə  daxil  olan  mənfəət  vergisinin 

hesablanması üçün vergitutma bazasının faktiki qiyməti; 

 

 M



– ümumi daxili məhsulun proqnoz qiyməti; 



 

 M

f 

– əvvəlki dövdə ümumi daxili məhsulun faktiki qiyməti. 



 

Bu  qayda  ilə  təyin  edilmiş  mənfəət  vergisi  üzrə  vergitutma  bazasının 

proqnoz  qiymətini  vergi  dərəcəsinə  vurmaqla  planlaşdırılan  dövr  üçün  mənfəət 

vergisinin proqnozlaşdırılan qiymətini müəyyən etmək olar. 

Vergi  daxilolmalarının    proqnozlaşdırılmasına  bu  yanaşma  əvvəlki  dövrlər 

üzrə  vergi  daxilolmaları  haqqında  faktiki  məlumatların  plan  dövrünə 

ekstrapolyasiyasına  əsaslanır.    Bu  yanaşmaya  uyğun  olaraq  proqnozlaşdırma 

dövründən  əvvəlki  dövr  üzrə  vergi  daxilolmalarının  mütləq  ifadədə  qiymətləri 

inflyasiya səviyyəsinin proqnozuna uyğun olaraq indeksləşdirilir. 

 Belə  proqnozun  sadə  variantı  işlənib  hazırlanarkən  qəbul  edilir  ki,  ÜDM 

strukturundakı dəyişikliklər cüzidir. Əgər vergilərin ödənilməsi qaydasında heç bir 

dəyişiklik  baş  verməyibsə,  bu  halda  ötən  illər  üzrə  vergi  daxilolmalarının 

məbləğində iqtisadiyyatdakı inflyasiya səviyyəsinə uyğun düzəlişlər edilir. 

Əgər  vergilərin  ödənilməsi  qaydasında  dəyişikliklər  baş  veribsə,  bu  zaman 

qanunvericilikdəki  dəyişikliklərə  uyğun  olaraq  vergitutma  bazasında  düzəlişlər 

aparılmalıdır. 

Mənfəət 

vergisi 


üzrə 

daxilolmaların 

bu 

yanaşma 


əsasında 

proqnozlaşdırılması aşağıdakı göstəricilərə əsasən həyata keçirilir: 




27 

 



 

əvvəlki dövdə hesablanmış verginin həcmi; 

 

istehlak qiymətləri indeksinin proqnozlaşdırılması; 



 

əlavə  daxilolmalar  (ötən  illər  üzrə  borcların  ödənilməsi,  restruktizasiya 



edilmiş borcların daxil olması və s.). 

Hüquqi şəxslərin mənfəət vergisi üzrə daxilolmaların proqnozlaşdırılmasına 

birinci  yanaşmaya  analoji  olaraq,  əvvəlki  dövrlər  üzrə  hüquqi  şəxslərin  mənfəət 

vergisi üzrə daxilolmaların indeksləşməsinə əsaslanan yanaşmadan istifadə edilən 

zaman, vergi daxilolmalarının planlaşdırılmasını vergi gəlirlərinin sahəvi strukturu 

nəzərə  alınmaqla  həyata  keçirmək  mümkündür.  Ancaq  bunun  üçün  sahələr  üzrə 

qiymət indeksinin proqnozları haqqında məlumata malik olmaq tələb olunur ki, bu 

da müəyyən çətinliklər yaradır. 

Nəzərdən keçirdiyimiz yanaşmanın əsas xüsuxiyyəti ondan ibarətdir ki, onu 

həyata  keçirmək  olduqca  asandır.  Əvvəlki  dövrlər  üzrə  vergi  daxilolmalarının 

məbləği  barədə  məlumata  malik  olduqda,  proqnozlaşdırmanın  əsas  vəzifəsi  bu 

məbləğlərin  istehlak  qiymətləri  indeksinin  proqnoz  qiymətinə  uyğun  olaraq 

indeksləşdirilməsidir. 

Hüquqi 


şəxslərin 

mənfəət 


vergisi 

üzrə 


daxilolmaların  

proqnozlaşdırılmasının daha bir üsulu ümumi daxili məhsulun proqnoz qiymətləri, 



vergi  dərəcələri  və  əvvəlki  aylar  üzrə  faktiki  vergi  daxilolmaları  əsasında 

proqnozlaşmadır. 

Ümumi daxili məhsulun həcmi əsas götürülməklə hüquqi şəxslərin mənfəət 

vergisi  üzrə  daxilolmaların    proqnozlaşdırılması  zamanı  aşağıdakı  şərtlər 

gözlənilməlidir: 

 

real vergi daxilolmalarının mövsimi dinamikasının dərişməz olaraq qalması; 



 

vergi  qanunvericiliyində  heç  bir  dəyişiklik  baş  vermədiyi  halda,  ötən  ilin 



uyğun  dövrü  üzrə  daxilolmalarla  müqayisədə  real  vergi  daxilolmaları 

mütənasib olaraq dəyişir; 

 

vergi  ödəyicilərinin  davranışında  baş  verən  dəyişikliklər  nəticəsində  vergi 



daxilolmalarının  həcmində  baş  verən  dəyişiklikləri  müəyyən  müddət 


Yüklə 0,77 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə