Əlyazması hüququnda ƏJDƏrzadə elsevər məCĠd oğLU



Yüklə 0,77 Mb.
Pdf görüntüsü
səhifə7/30
tarix04.04.2018
ölçüsü0,77 Mb.
#35851
1   2   3   4   5   6   7   8   9   10   ...   30

19 

 

hesablanmasının  nəticələri  ümumiləşdirilir,  bu  isə  son  göstəricinin  hesablanması 



zamanı  baş  verən  xətaların  təsir  dərəcəsinin  azalmasına  gətirib  çıxarır,  çünki  bu 

halda  ayrı-ayrı  vergilər  üzrə  hesablamalarda  baş  verən  müxtəlif  səhvlər  aradan 

qaldırılır. 

Vergi  potensialının  qiymətləndirilməsi  metodunun  digər  mühüm  bir 

səmərəlik  meyarı  regiondakı  iqtisadi  agentlərin  son  nəticədə  bütün  vergilər  üçün 

vergitutma  bazası  olan  gəlirləri  barədə  istifadə  olunan  məlumatların  tamlığıdır. 

Makroiqtisadi göstərişlər əsasında qiymətləndirmə  metodunun reprezentativ vergi 

sistemi  metodu  ilə  müqayisədə  tətbiqinin  üstünlüyünü  onun  regionun  iqtisadi 

agentlərinin  məcmu  gəlirini  daha  tam  nəzərə  almaq  imkanı  təsdiq  edir.  Belə  ki, 

reprezentatriv  vergi  sistemininqanunvericilik  qaydasında  müəyyən  edilən 

vergitutma bazasının təhlilinə əsaslanan modelləşdirilməsi regional gəlirlərin bütün 

mənbələriuni  nəzərə  ala  bilməz.  Bu  halda  əldə  olunmuş  regional  gəlir  barədə  ən 

dolğun  göstərici  ümumi  regional  məhsuldur.  Ancaq  makroiqtisadi  göstəricilər  də 

regional  gəlirin  bütün  komponentlərini  nəzərə  almaya  bilər.  Məsələn,  regionun 

ərazisindən  kənarda  onun  rezidentlərinin    əldə  etdiyi  gəlir  vergi  potensialının 

qiymətləndirilməsində müəyyən təhriflərə səbəb olur. 

Vergi  potensialının  qiymətləndirilməsi  zamanı  ortaya  çıxan  problemlər 

arasında  ədəbiyyatlarda  ərazinin  qeyri  rezidentlərinin  birbaşa  və  ya  dolayısı  ilə 

vergiyə cəlb edilməsi kimi təyin olunan yükünün eksportunu qeyd etmək olar. 

Əlavə  dəyər  vergisi  ödəyicisi  olan  şəxs  sadələşdirilmiş  verginin  ödəyicisi 

olan  digər  şəxsdən  hər  hansı  bir  malı  alarkən  vergi  hesab-fakturası  əldə  edə 

bilmədiyindən, həmin malı satarkən əlavə dəyər vergisini əvəzləşdirmək hüququnu 

itirir. Deməli, əlavə dəyər vergisi sadələşdirilmiş vergi ödəyicisindən onun üzərinə 

eksport edilmiş olur. 

Qeyd  etmək  lazımdır  ki,  vergi  potensialının  qiymətləndirilməsinin  heç  bir 

metodu  vergi  yükünün  eksportunu  tamamilə  nəzərə  almaq  iqtidarınmda  deyildir. 

Buna baxmayaraq təsdiq etmək olar ki, reprezentativ vergi sistemi metodu əsasında 

qiymətləndirmə vergi yükünün eksportunu daha çox nəzərə alır. Çünki vergitutma 




20 

 

bazası  qiymətləndirilərkən  vergilərin  ümumi  məbləğindən  eksport  edilən  vergi 



yükünü  ayırmağa  imkan  verən  vergi  hesabatlarının  məlumatlarından  istifadə 

olunur. 


Indi  isə  regional  məhsul  əsasında  vergi  potensialının  qiymətləndirilməsinin 

ənsadə  üsulu  ilə  tanış  olaq.  Regionda  yaradılmış  ümumi  əlavə  dəyər  regionda 

iqtisadi  aktivliyin  ümumiləşdirilmiş  şəkildə  səviyyəsini  xarakterizə  edən  gəlir 

göstəricisidir. 

Bütün  regionların  vergi  öhdəliklərinin  cəminin  onların  istehsal  etdiyi 

məhsulun cəminə nisbəti kimi təyin olunan orta efektiv vergi dərəcəsinin (f) faktiki 

ümumi  regional  məhsulun  həcminə  hasili  bui  regionun  vergi  potensialının 

qiymətini verir. Başqa sözlə                                                



               P

i

 = t x M

i

 

Burada  P



i 

–  regionun  vergi  ğhdəliklərinin  qiyməti  (vergi  daxilolmalartı  ilə 

vergi borclarının artımının cəmi); 

M

i 

 –  regionun ümumi məhsulunuin həcmi. 

Bu  üsul  əsasında  Rusiya  Federasiyasında  həyata  keçirilən  qiymətləndirmə 

zamanı t = 0,241 alınmışdır. Bu isə o deməkdir ki, ölkə üzrə əlavə dəyər vahidinin 

vergiyə cəlb edilməsinin səmərəli dərəcəsi 24,1%-dir. 

Qeyd  etmək  lazımdır  ki,  belə  qiymətləndirmədən  istifadə  edilməsi  bir  sıra 

fərziyyələrə əsaslanır. əvvəla, bütün sahələr üçün əlavə dəyərin hər vahidinə düşən 

vergi yükünün sabit olması nəzərdə tutulur. Bundan başqa belə qiymət  miqyasda 

həssas  olduğundan  regionıları  qyri-bərabər  şəraitə  qoyur.  Başqa  sözlə  iqtisadi 

cəhətdən  böyük  region  bu  qiymətə  böyük  çəki  ilə  daxil  olur.  Bu  metodun  üstün 

cəhəti  proqnozun  mütləq  xətalarının  cəminin  sıfra  bərabər  olmasındadır,  daha 

doğrusu regionlar üzrə qiymətlərin cəmi faktiki vergi yığımlarına bərabər olacaq. 

Bu büdcə planlaşdırması üçün əlverişlim ola bilər, lakin nəzərə almaq lazımdır ki, 

vergi potensialının qiymətinin keyfiyyəti (standart səhv, xəta) regionlar üzrə eyni 

olmayacaq.  Iqtisadi  cəhətdən  kiçik  regionlarla  müqayisədə  iri  regionlar  üçün 

qiymət daha dəqiq olacaq. Göstərilən amil bu metodu qəbuledilməz edir. 




21 

 

Qeyd olunan çatışmazlıqlar reqressiya metodlarından istifadə etməklə aradan 



qaldırıla  bilər.  Miqyas  effektinin  tamamilə  aradan  qaldırılmasına  çəkili  ən  kiçik 

kvadratlar  üsulundan  istifadə  etməklə  nail  olmaq  olar.  Vergi  öhdəliyinin  ümumi 

regional  məhsuldan  asılılığının  öyrənilməsi  istiqamətində  aparılan  tədqiqatlar 

göstərir ki, adambaşına düşən ümumi regional gəlirin həcmi artdıqca vergi yükü də 

artır.  Region  böyük  olduqca  yaradılmış  əlavə  dəyərin  hər  vahidindən  daha  çox 

vergi ödəyir. Xətti reqresiya  modelində  bu  adambaşına  düşən  regional  gəlirin 

hipotetik  vergiyə  cəlb  olunmayan  səviyyəsi  kimi  interpretasiya  olunan  statistik 

əhəmiyyətli sabitin mənfi alınmasında özünü büruzə verir. 

Çəkili ən kiçik kvadratlar üsulu ilə vergi potensialının qiymətləndirilməsinin 

nəticəsini aşağıdakı kimi ifadə etmək olar: 



                                            

K

i

 = (V



- c



+c

2

) N

i

   

Burada      K



i   

–  regionun  vergi  potensialının  qiyməti  (vergi  daxilolmaları  ilə 

vergi borclarının artımının cəmi); 

V

i

 – regionda adambaşına ümumi regional məhsulun həcmi; 

 N

i

 – regionda əhalinin sayı; 



c

1

 və c



2

 – tənliyin parametrləridir. 

Regionun  ümumi  məhsulu  əsasında  vergi  potensialının  qiymətləndirilməsi 

metodlarının  müqayisəsi  göstərir  ki,  çəkili  ən  kiçik  kvadratlar  üsulundan  istifadə 

edilməsi 

hamarlaşdırma  məqsədi  üçün  daha  korrektdir,  çünki  onun 

hesablanmasında  hər  bir  regionun  töhvəsini  bərabərləşdirir,  nisbi  səhvlərin 

minimal dispersiyasına nail olmağa imkan verir. 



 

         1.3. Müxtəlif vergi növləri üzrə daxilolmaların proqnozlaĢdırılması 

Dövlət büdcəsinə (yerli büdcələrə) vergi daxilolmalarının proqnozlaşdırılması, 

konkret  olaraq  kəmiyyətcə  müəyyən  edilmiş  formada  ifadə  olunmuş  vergi 

daxilolamalarının həcminə təsir edən obyektiv və subyektiv amillərin öyrənilməsi 

və  qabaqcadan  müəyyən  edilməsi  aləti  kimi  çıxış  etməklə  müstəsna  əhəmiyyətə 

malikdir. 




Yüklə 0,77 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə