Əlyazması hüququnda ƏJDƏrzadə elsevər məCĠd oğLU



Yüklə 0,77 Mb.
Pdf görüntüsü
səhifə6/30
tarix04.04.2018
ölçüsü0,77 Mb.
#35851
1   2   3   4   5   6   7   8   9   ...   30

16 

 

ya istifadə olunarkən tutulmasından asılı olmayaraq məcmu regional gəlir nəzərdə 



tutulur. 

Beləliklə, 

makroiqtisadi 

göstəricilər 

əsasında 

vergi 


potensialının 

qiymətləndirilməsi 

üsulu  vergi  ödəyicilərinin  inzibati-ərazi  vahidlərinin 

ərazisindəki son gəlirində büdcəyə alınan vergilərin orta payı əsasında hesablanmış 

müəyyən  vergi  məbləğini  ödəyə  bilmək  qabiliyyətindən  çıxış  edərək,  vergi 

gəlirlərini regional strukturların səfərbər etmək qabiliyyətinin qiymətləndirilməsinə 

əsaslanır. 

Regional  vergi  potensialının  reprezentativ  vergi  sistemi  əsasında 

qiymətləndirilməsi  metodu  regionda  vergitutma  bazasının  qiymətləndirilməsinə 

yanaşmadan  asılı  olaraq  bir  neçə  növə  bölünür.  Onların  arasında  “normativ-

qanunverici”  (statutory)  və  “genişləndirilmiş”  (broader)  yanaşmaları  qeyd  etmək 

olar.  Biurinci  yanaşma  regionun  ərazisində  tutulan  bütün  vergilərin  vergitutma 

bazası  göstəricilərinin  hesablanması  üçün  vergi  orqanlarından  məlumatların 

alınması  imkanı  barədə  fərziyyəyə  əsaslanır.  Ikinci  yanaşma  vasitəsilə  vergi 

potensialı  qiymətləndirilərkən  vergitutma  bazasının  dolayı  qiymətləndirilməsi 

həyata 


keçirilir,  çünki  bəzi  hallarda  vergitutma  bazasının  birbaşa 

qiymətləndirilməsi mümkün olmur. 

Vergi  potensialının  qitymətləndirilməsi  üçün  reprezentativ  vergi  sistemi 

metodundan  istifadə  edən  çoxsəviyyəli  büdcə  sisteminə  malik  ölkələrin  təcrübəsi 

göstərir  ki,  bu  metodun  təkmilləşdirilməsi  əksər  hallarda  regionun  vergi 

potensialının 

qiymətləndirilməsi 

üçün 


vergitutma 

bazasının 

dolayı 

qiymətləndirilməsi üsullarından istifadə edilməsinə gətirib çıxarır. 



Qeyd  etmək  lazımdır  ki,  dolayı  qiymətlərdən  istifadə  edərkən  mahiyyət 

etibarilə 

reprezentativ 

vergi 


sistemi 

metodu 


vergi 

potensialının 

qiymətləndirilməsində  makroiqtisadi  göstəricilərdən  istifadə  edilməsi  metoduna 

yaxın  olur.  Ancaq  onlar  arasındakı  əsas  fərq  ondan  ibarətdir  ki,  makroiqtisadi 

göstəricilər  metodundan  istifadə  edilərkən  potensial  vergi  daxilolmalarının 

modelləşdirilməsi  vergitutma  bazasının  xüsusiyyətləri  və  ayrı-ayrı  vergilərin 




17 

 

dərəcələri nəzərə alınmadan həyata keçirilir. Reprezentativ vergi sistemi vasitəsilə 



qiymətləndirmə  metodu  isə  tutulma  üsulunun  xüsusiyyətləri  və  vergi  dərəcələri 

nəzərə  alınmaqla  büdcəni  formalaşdıran  hər  bir  vergi  mənbəyi  üzrə  vergitutma 

bazasının mümkün qədər dəqiq qiymətləndirilməsi zərurətindən çıxış edir. 

Bununla  bərabər  bu  metodların  fərqləndirilməsində  müəyyən  şərtilik  var. 

Belə  ki,  vergi  potensialının  reprezentativ  vergi  sistemi 

metodu  ilə 

qiymətləndirilməsi  vergitutma  bazasının  onu  xarakterizə  edən  göstəricilərin 

tədricən  yuvarlaqlaşdırılması  yolu  ilə  qiymətləndirilməsinə  əsaslanır.  Potensial 

vergi  öhdəliklərinin  dolayı  qiymətləndirilməsi  zamanı  isə  makroiqtisadi 

göstəricilərdən  istifadə  etməklə  qiymətləndirmə  regiondakı  bütün  vergilər  üçün 

xarakteristika  kimi  yeganə  makro  göstəricidən  istifadəyə  əsaslanır.  Aqreqat 

göstərici  əsasında  qeyri-qənaətbəxş  nəticələr  əldə  olunarsa,  onda  ayrı-ayrı 

vergilərin  tutulması  xüsusiyyətləri  nəzərə  alınmaqla  həmin  göstəricinin 

parçalanması həyata keçirilir. 

Regionun vergi potensialının qiymətləndirilməsinə qoyulan bir sıra tələblərə 

və  həmçinin  müxtəlif  səmərəlilik  meyarları  nöqteyi-nəzərindən  onların  tətbiqinin 

üstün  və  çatışmayan  cəhətlərinə  nəzər  salaq.  Vergi  potensialının 

qiymətləndirilməsinin  bu  və  ya  digər  konsepsiyasının  səmərəliliyi  onun  ilk 

növbədə  “əks əlaqə effekti” (feedback effekt) kimi  məlum olan alınmış qiymətin 

regional  dövlət  qurumlarının  və  iqtisadi  agentlərin  fiskal  seçimindən  asılı 

olmamasındadır.  Vergitutma  bazasının  göstəriciləri  və  ya  vergi  potensialının 

qiymətləndirilməsi  zamanı  istifadə  olunan  digər  amillər  regional  dövlət 

qurumlarının və ya iqtisadi agentlərin seçimindən asılı olduqda qeyd olunan effekt 

özünü  büruzə  verir.  Əks  əlaqə  effektunun  aradan  qaldırılması  vergi  potensialının 

qiymətləndirilməsi  metodikasının  işlənib  hazırlanması  zamanı  qarşıda  duran  əsas 

məsələlərdən biridir. 

Istifadə olunana vergi potensialının qiymətləndirilməsi metodikasından asılı 

olaraq iqtisadiyyatda  dövlət və  qeyri-dövlət sektorunun nisbətinin dəyişməsi belə 

bir effektin yaranmasına gətirib çıxara bilər. 



18 

 

Məsələn,  dövlət  sektorunun  payının  artması  qeyri-dövlət  sektorunun 



veregitutma bazasının azalmasına səbəb ola bilər. Buna görə də reprezentativ vergi 

sistemi  metodu  ilə  regionun  vergi  potensialının  qiymətləndirilməsi  regionon 

iqtisadiyyatında dövlət və qeyri-dövlət sektorunun payına əhəmiyyət verən dövlət 

idarəetmə  orqanlarının  seçiminin  təsirinə  məruz  qala  bilər.  Vergi  potensialının 

qiymətləndirilməsi  üçün  iqtisadiyyatın  həm  dövlət,  həm  də  qeyri-dövlət 

sektorunun  həcmi  barədə  məlumatların  özündə  əks  etdirən  makroiqtisadi 

göstəricilərdən  istifadə  edilməsi  son  nəticələrin  regional  hakimiyyət  orqanlarının 

dövlət  və  qeyri-dövlət  sektirunun  nisbətinin  dəıyişdirilməsi  barədə  qərarlarından 

asılılığını  əhəmiyyətli  dərəcədə  azalda  biolər.  Belə  bir  göstəriciyə  misal  olaraq 

ümumi regional məhsulun həcmini göstərmək olar. 

Reprezentativ  vergi  sitemi 

metodu  vasitəsilə  vergi  potensialının 

qiymətləndirilməsinə  dövlətin  fiskal  seçimi  (yəni  müxtəlif  növ  vergilərin  təyin 

edilməsi), vergitutma bazasının strukturunda baş verən dəyişikliklər (yəni müxtəlif 

vergilərin  vergitutma  bazalarının  nisbəti),  iqtisadi  fəaliyyətin  yerləşdirilməsi  ilə 

bağlı dəyişikliklər və s. öz təsirini göstərir. 

Reprezentativ  vergi  sitemi  metodu  vasitəsilə  qiymətləndirmə  zamanı 

vergitutma  bazası  vergi  dərəcələrindən  asılı  olur.  Buna  görə  də  əsas  komponenti 

vergitutma  bazasının  qiymətləndirilməsi  olan  bu  metod  əsasında  aparılan 

hesablamaların nəticəsi fiskal siyasətin təsirinə məruz qalmaya bilməz. 

Vergi 

potensialının 



makroiqtisadi 

göstəricilərin 

köməyi 

ilə 


qiymətləndirilməsi  zamanı  da  az  dərəcədə  olsa  da  bu  mexanizmlərin  hamısı  öz 

təsirini göstərir. Bu təsirin səviyyəsinin aşağı olmasını iki səbəblə izah etmək olar. 

əvvəla,  bu  yanaşma  vergi  siyasətinin  faktiki  təhlilini  nəzərdə  tutmur,  əsas  diqqət 

vergi gəlirlərinin baza gəlirlərinə və deməli vergi potensialına yönəldilir. Ikincisi, 

makroiqtisadi  göstəricilərin  hesablanması  üçün  bazanın  daha  geniş  olması 

qiymətləndirmənin  son  göstəricilərinə  “əks  əlaqə”  effektinintəsir  dərəcəsini 

azaldır.vergi 

potensialının 

reprezentativ 

vergi 


sistemi 

metodu 


ilə 

qiymətləndirilməsi  zamanı  isə  ayrı-ayrı  vergilər  üzrə  potensial  gəlirlərin 




Yüklə 0,77 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə