Əlyazması hüququnda ƏJDƏrzadə elsevər məCĠd oğLU



Yüklə 0,77 Mb.
Pdf görüntüsü
səhifə2/30
tarix04.04.2018
ölçüsü0,77 Mb.
#35851
1   2   3   4   5   6   7   8   9   ...   30

 

səyyar  vergi  yoxlaması  zamanı  bilavasitə  müəssisələrdə  ilkin  mühasibat 



sənədlərini yoxlamaq yolu ilə.   

Bazar  münasibətlərinə  keçidlə  əlaqədar  maliyyə-təsərrüfat  fəaliyyətini 

müxtəlif  iqtisadi  sferalarda  həyata  keçirən  bir  çox  yeni  müəssisələr  yaradılır. 

Onların  əksəriyyəti  mühasibat  uçotu  sahəsində  kifayət  qədər  ixtisaslı 

mütəxəssislərə  malik  deyildir.  Bir  qayda  olaraq  belə  müəssisələrdə  uçotda  səhvə 

yol  verilir  və  hesabat  məlumatlarının  bilərəkdən  təhrif  olunması  hallarına  tez-tez 

rast  gəlinir.  Bunlar  isə  vergitutma  bazasının  aşağı  salınmasına  (azaldılmasına), 

vergi və ona bərabər olan digər ödənişlərin büdcəyə tam daxil olmamasına gətirib 

çıxarır.  Vergilərin  hesablanmasında  və  ödənilməsində  yol  verilən  səhvlər, 

həmçinin  qanunvericilikdə  edilmiş  dəyişikliklərin  vergi  ödəyicisinə  vaxtında 

çatdırılmaması  ilə  əlaqədar  baş  verir.  Belə  bir  şəraitdə  bütün  səviyyələrdə  vergi 

qanunvericiliyinə  riayət  olunması,  vergilərin  düzgün  hesablanması,  tam  və 

vaxtında  ödənilməsi  üzərində  nəzarətin  təkmilləşdirilməsi  məsələsi  xüsusi 

əhəmiyyət kəsb edir. 

Məlum  olduğu  kimi  Azərbaycan  Respublikasında  vergi  borcları  problemi 

mövcuddur.  Vergi  ödəyiciləri  müxtəlif  yollarla  qanuna  müvafiq  qaydada 

hesablanmış  vergiləri  və  cari  vergi  ödənişlərini  ödəməkdən  yayınırlar.  Vergi 

borcunun  həcminin  artması  həm  büdcə  öhdəliklərinin  vaxtında  yerinə 

yetirilməsinə, həm də ölkədə normal iqtisadi inkişaf tempinə mənfi təsir göstərir. 

Beləliklə,  təsərrüfat  subyektləri  tərəfindən  dövlət  büdcəsinə  ödənilən 

vergilərin vergi orqanlarda uçota alınması vergi nəzarətinin ən mühüm və ayrılmaz 

hissəsidir.  Vergi  daxilolmalarının  operativ-mühasibat  uçotunun  aparılması 

metodikasının təkmilləşdirilməsinin mühüm əhəmiyyət kəsb etməsi, bu problemin 

lazımı  dərəcədə  nəzəri  və  praktiki  həllini  tapmaması  dissertasiya  mövzusunun 

seçilməsinə  və  nəzərdən  keçirilən  məsələlərin,  yəni  tədqiqat  dairəsinin 

müəyyənləşdirilməsinə,  onun  məqsəd  və  vəzifələrinin  müəyyənləşdirilməsinə 

səbəb oldu. 




 

Dissertasiyanın  öyrənilmə  səviyyəsi.  Dissertasiya  işinin  qarşısında 

qoyulmuş  məqsəd  və  vəzifələrə  nail  olunması  üçün  Azərbaycanın  bu  sahədəki 

təcrübəsi  və  bununla  bağlı  problemlərə  həsr  olunmuş  tədqiqatları  öyrənilmişdir. 

Belə  ki,  vergi  daxilolmalarının  təhlili  və  onların  operativ  texniki  uçotunun 

təşkilinin  qurulması,  onun  reallaşdırılması  problemlərinin  araşdırılması,  vergi 

daxilolmaların  təhlili  üsullarının  nəzəri  məsələləri,  vergilər  üzrə  vergi 

daxilolmalarının təhlili  istiqamətləri Azərbaycanın görkəmli alimləri Musayev A., 

Bağırov  D.,  Həsənli  M.,  Sadıqov  M.,  Kəlbiyev  Y.,  Rzayev  İ.  və  başqaları 

tərəfindən araşdırılmışdır. 



Tədqiqatın  məqsəd  və  vəzifələri.  Dissertasiya  işinin  yazılmasında  əsas 

məqsəd  dövlət  büdcəsinə  ödənilən  vergilərin  vergi  orqanlarda  uçota  alınması 

metodikasının  daha  dərindən  mənimsənilməsindən,  vergi  daxilolmaları  üzərində 

nəzarət  və  dövlət  büdcəsinə  borclu  olan  vergi  ödəyicilərinin  borclarının  alınması 

işinin 

səmərəli 



təşkili, 

onun 


təkmilləşdirilməsi 

istiqamətlərinin 

müəyyənləşdirilməsi  və  movcud  cətinliklərin  aradan  qaldırılması  yolları  barədə 

təkliflərin verilməsindən ibarətdir.    

Qarşıda  qoyulmuş  məqsədə  nail  olmaq  üçün  dissertasiya  işinin  qarşısında 

aĢağıdakı vəzifələr qoyulmuşdur: 

 



vergi  orqanlarında  vergilərin  operativ-mühasibat  uçototunun  aparılması 

metodikasını öyrənmək; 

 

vergi daxilolmalarının operativ-mühasibat uçotunun registrləri, onların tərtib 



edilməsi və aparılması qaydasını mənimsəmək; 

 



vergi  orqanları  tərəfindən  həyata  keçirilən  nəzarət  işinin  mexanizmini 

öyrənmək; 

 

vergi orqanları tərəfindən aparılan nəzarət işinin təhlili aparmaq;   



 

vergilərin  düzgün  hesablanması,  tutulması  və  əvəzləşdirilməsi,  eləcə  də 



vaxtında  dövlət  büdcəsinə  köçürülməsi  üzərində  vergi  nəzarətinin  daha 

səmərəli metodlarını müəyyən etmək; 




 



 

vergi  borclarının  alınması  işinin  təşkili  və  onun  təkmilləşdirilməsi  üzrə 

təkliflər paketi hazırlamaq. 

Tədqiqatın 

predmet  və  obyekti.  Tədqiqatın  obyektini  vergi 

daxilolmalarının  təhlili  və  onların  operativ-texniki  uçotunun  təşkili  əsasları, 

predmetini 

isə 


vergi  daxilolmalarının  təhlili  əsasinda  reallaşdirilmasi 

istiqamətlərinin müəyyən edilməsi təşkil edir. 



Dissertasiya_iĢinin_nəzəri_və_metodoloji_əsaslarını.'>Dissertasiya  iĢinin  nəzəri  və  metodoloji  əsaslarını.  Dissertasiya  işinin  nəzəri 

və  metodoloji  əsaslarını  vergi  daxilolmalarının  proqnozlaşdırılması  və  təhlili,  onların 

operativ-mühasibat  uçotunun  təşkili  əsasları,  eləcə  də  vergi  daxilolmaları  üzərində 

nəzarət  işinin  təşkili  sahəsində  yerli  və  xarici  ölkə  alimlərinin  (ekspertlərinin)  elmi-

tədqiqat əsərləri təşkil etmişdir. 

 Tədqiqat  işi  apararkən  onun  qarşısında  qoyulan  vəzifələrin  yerinə  yetirilməsi 

üçün elmi abstrakt, induksiya və deduksiyanın, qrafik təsvirin, sistemli və müqayisəli 

təhlilin  ümumelmi  metod  və  üsullarının,  statistik  və  iqtisadi-riyazi  təhlilin 

metodlarından istifadə olunmuşdur.   

 Dissertasiyanın  elmi  yeniliyi.  İşin  elmi  yeniliyi  vergi  orqanlarında  vergilərin 

operativ-mühasibat 

uçototunun  aparılması  metodikasının,  vergilərin  düzgün 

hesablanması,  tutulması  və  əvəzləşdirilməsi,  eləcə  də  vaxtında  dövlət  büdcəsinə 

köçürülməsi  üzərində  vergi  nəzarətinin  daha  səmərəli  metodlarının,  eləcə  də  vergi 

borclarının  alınması  işinin  təşkili  və  onun  təkmilləşdirilməsi  üzrə  əsaslandırılmış 

nəzəri qayda və praktiki tövsiyələrin işlənməsindən ibarətdir. 

Dissertasiya  iĢinin  praktiki  əhəmiyyəti.  Vergi  daxilolmalarının  operativ-

mühasibat  uçototunun  aparılması  metodikasının  təkmilləşdirilməsi,  uçotun  nəzarət 

funksiyasının gücləndirilməsi, vergi uçotunun və effektli idarəetmə qərarlarının qəbul 

edilməsi məqsədilə uçot informasiyasının operativ və analitikliyinin yaxşılaşdırılması, 

vergi nəzarətinin daha səmərəli metodlarının, eləcə də vergi borclarının alınması işinin 

təşkili  və  onun  təkmilləşdirilməsi  üzrə  tövsiyə  və  təkliflər  hazırlanması  dissertasiya 

işinin praktiki əhəmiyyətini təşkil edir. 



Yüklə 0,77 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə