E. M. Hacızadə Z. S. Abdullayev



Yüklə 5,11 Kb.
Pdf görüntüsü
səhifə12/121
tarix29.09.2017
ölçüsü5,11 Kb.
#2401
1   ...   8   9   10   11   12   13   14   15   ...   121

 
27
AVSTRALİYA və OKEANİYA.
  Bu makroregionda da hasilat prosesi yenicə  təşəkkül 
tapmaqdadır. Regionun potensial həcmi 0,7 milyard tona bərabər ehtiyatları onun iqtisadi 
parametrlərinə qeyri-müvafiqdir və bu səbəbdən də istehlak tələbləri yetərli olaraq idxal 
məhsuluna  əsaslanır. Bununla belə regionda hasilat templəri artıq illik 30 milyon ton həddini 
aşmaqdadır. 
RUSİYA və MDB.
 Neft-qaz ehtiyatlarının iri hövzələri Qərbi-Sibir və  Xəzərhövzəsinə 
mənsubdur. Bununla belə regionun neft və  təbii qazla zəngin yataqları  əsaslı olaraq Rusiyada 
yerləşir. Neft və təbii qaz zənginliyi ilə Sibir torpaqları daha məhşurdur. Burada ilk neftin 1961-
ci ildə tapılmasına baxmayaraq hasilatın perspektivinə ümid edilmirdi. Elə bu vaxtlarda 
Kremldən  Sibir ərazilərində müvafiq fəaliyyətin dayandırılması üzrə  sərəncam da verilmişdi. 
Lakin məhşur geoloq Fərman Salmanovun inadkarlığı ilə burada qazma prosesləri davam 
etdirilirdi. Geoloqun səyləri ümüdləri doğrultdu. Neft fontanlarının Sibirdə görüntüsü tarixi 
yaddaşlarda özünəməxsusluğu ilə qaldı. Fərman Salmanov Sibir torpaqlarında küllü miqdarda 
neft kəşf etdikdən sonra Moskvaya belə bir teleqram vurdu: «Mən neft tapdım. Bax belə. 
Salmanov». 
Rusiya ərazisində dünya proqnoz neft ehtiyatlarının 12%, təbii qaz resursların 
1
/
3
-dən çoxu 
və daş kömürün 20%-i cəmləşmişdir. Ölkə büdcəsinin 40%-i neft-qaz sənayesindən daxilolmalar 
hesabına formalaşır. Bununla belə, valyuta daxilolmalarında neft və qazın payı 25%-dən artıqdır. 
Burada hər il orta hesabla 360 milyon ton neft hasil olunur. Bəzi hesablamalara görə ölkədə 
hasilat həcmi daha templi artaraq və 2005-ci ildə 420, hətta 440 milyon ton neft təşkil edəcəkdir. 
XXI əsrin əvvəlində dünya enerjidaşıyıcıları istehlakı aşağıdakı düzümdədir: 
1.
 
Neft 
   40,2%; 
2.
 
daş 
kömür 
  25,4%; 
3.
 
təbii 
qaz 
  23,8%; 
4.
 
digər enerji daşıyıcıları 10,6%. 
Göründüyü kimi, dünya enerji daşıyıcılarının 90%-ə  qədəri qazıntı yanacağına, o 
cümlədən, 64%-i karbohidrogen resurslarına düşür. Aşağıdakı cədvəllərdə 2001-2003-cü illərdə 
dunya neftinin tələb və təklif balansı verilmişdir: 
Cədvəl 9

Balans sprosa i predlojeniə nefti v mire v 2002 q., mln barr./ 
2001-2003-cü illərdə dünya neftinə tələb 
/sutkada milyon barrel
Ölkə-region və təşkilatlar 
2001 
2002 
2003 
Bütün tələb 
76,5 76,8 77,8 
İqtisadi İnkişaf və Əməkdaşlıq təşkilatı ölkələrində 
47,7 47,6 48,1 
Cənubi Amerika 
23,9 24,0 24,3 
Avropa 
15,3 15,2 15,3 
Asiya Sakit Okean Regionu 
8,6 8,4 8,5 
İqtisadi İnkişaf və Əməkdaşlıq Təşkilatına daxil olmayan  ölkələrdə
28,8 29,2 29,7 
Keçmiş SSRİ-yə daxil olmuş dövlətlərdə 
3,7 3,8 3,8 
Asiya ölkələri 
12,3 12,5 12,8 
Latin Amerikası 
4,8 4,7 4,7 
Yaxın Şərq 
4,8 5,0 5,1 
Afrika 
2,5 2,5 2,5 
 
 
 
 
 
 
 
 
 


 
28
Cədvəl 9

 
2001-2003-cü illərdə dünya neftinə təklif 
/
milyon barrel. sutkada
/
 
Ölkə-region və təşkilatlar 
2001  2002  2003
Cəmi təklif 
76,7 
76,9 
78,0 
İqtisadi İnkişaf və Əməkdaşlıq təşkilatı ölkələrində 
21,8 21,9 22,3 
Cənubi Amerika 
14,4 14,6 14,9 
Avropa 
6,7 6,6 6,6 
Asiya Sakit Okean Regionu 
0,8 0,8 0,8 
İqtisadi İnkişaf və Əməkdaşlıq təşkilatına daxil olmayan  ölkələrdə 
23,1 24,4 25,3 
Keçmiş SSRİ-yə daxil olmuş dövlətlərdə 
8,6 9,4 10,1 
Asiya ölkələri 
5,7 5,8 5,8 
Latin Amerikası 
3,8 3,9 4,0 
Yaxın Şərq 
2,1 2,1 2,0 
Afrika 
2,8 3,0 3,1 
Emalda itkilər 
1,7 1,8 1,8 
OPEK ölkələrində təklif 
30,1 30,2 30,3 
 
Mənbə : IEA, dekabr 2002 il. 
 
Son 25 ildə enerji istehlakı 38% artmışdır. Bu artımda təbii qaz 65%, neft 12%, daş kömür 
28%-lik çəkiyə malikdirlər. Ötən vaxt ərzində ilkin enerji resursları balansında təbii qazın xüsusi 
çəkisi 19%-dən 23,7%-ə yüksəlmiş, neft 49%-dən 40,1%-ə, daş kömür 30%-dən 26,2%-ə 
enmişdir. Proqnozlara görə dünya neft istehlakı 2010-cu ildə 4,4 milyard ton, 2020-ci ildə isə 5,3 
milyard tona çatacaqdır. Müvafiq olaraq bu illər ərzində neft defisiti hər il bir və iki milyard ton 
təşkil edəcəkdir. Neft haqqında mülahizə yürüdərkən onun təbii qazla müştərək funksionallığı 
yaddan çıxarılmamalıdır. Dünyada hər il təbii qazın istehsal və istehlak sferası genişlənməkdədir. 
Dünya qaz ehtiyatları 150 trilyon m
3
-ə  bərabərdir. Beynəlxalq Qaz İttifaqı proqnoz təbii qaz 
ehtiyatlarını 400 trilyon m
3
 hesab edir. İstehlak sferasında yenə də İqtisadi İnkişaf və Əməkdaşlıq 
Təşkilatı ön mövqedə dayanır. Bu ölkələrdə istehsal həcmi stabil qalsa da istehlak tələbi illik 
kəsikdə 2030-cu ilə qədər müntəzəm olaraq 1,5% miqdarında artacaq və nəticədə 2030-cu ildə 
istehlak həcmi 2000-ci ilə nisbətdə iki dəfə yüksələrək 900 milyard m
3
-i aşacaqdır. 
Neftin iqtisadi gücü qədər siyasi potensialı da yüksəkdir. Son 50 ildə Yaxın-Şərqdə 
çoxsaylı müharibələr və münaqişələr neftin kəskin qiymət artımında əks olunmuşdur. Burada ən 
dramatik hadisələr 1948-ci il İsrail dövlətinin yaranışı, 1956-cı ildə Suveş böhranı, Misirinin 
İsrail-Britaniya-Fransa koalisiyası ilə müharibəsi bütövlikdə Avropa iqtisadiyyatında təcəssüm 
olunmuşdur. Belə ki, o zamankı Misir prezidenti Əbdul Camal Nasirin Suveş kanalında 
tankerləri batırması, Fars körfəzindən neft daşınmalarının saxlanması Avropada olunmaz enerji 
böhranı yaratmışdı. Yalnız hərbi  əməliyyatların 1957-ci ildə dayanışı Avropa bazarlarına neft 
daşınmalarının bərpasını  təmin etmişdir. 1973-cü ildə  Ərəb-İsrail müharibəsi zamanı yenidən 
Misir və Səudiyyə Ərəbistanı neft silahından istifadə etdilər. Bununla onlar İsraili müdafiə edən 
ABŞ və bir sıra Avropa ölkələrinə neft embarqosunun tətbiqini reallaşdırdılar. Bu zaman ABŞ-ın 
keçmiş dövlət katibi Henri Kisenjerin təbirincə neft silah qismində ilk dəfə siyasi təhdid sursatına 
çevrildi. Bu olay bütün Amerikanı silkələdi və  kəskin olaraq amerikanlarla yanaşı, dünya 
iqtisadiyyatında əks olundu. Neftin silah gücü özünü 1991-ci ildə İraq müharibəsində göstərdi. 
   İnkişaf senaresi belədir ki, neftin dünya iqtisadiyyatında rolu və  əhəmiyyəti hələ bir neçə 
onillik yüksək reytinqli olaraq qalacaqdır. Bu reallıq neft bolluğu yaşayan Azərbaycanda çox 
ciddiliyi ilə daimi nəzərdə və nəzarətdə qalmalıdır. 
 
 
 


Yüklə 5,11 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə