E. M. Hacızadə Z. S. Abdullayev



Yüklə 5,11 Kb.
Pdf görüntüsü
səhifə11/121
tarix29.09.2017
ölçüsü5,11 Kb.
#2401
1   ...   7   8   9   10   11   12   13   14   ...   121

 
25
yüksələcəyi gözlənilir.
 
Mütəxəssis hesablamalarına görə dünyada hasilat rekordu 2010-2012-ci 
illərdə baş verəcək və sonradan hasilat tədricən reqressiv zolağa keçəcəkdir. 
Dünya neft hasilatının 65%-ni 10 lider ölkə - Səudiyyə Ərəbistanı - 12%, ABŞ və Rusiya 
hərəyə - 10%, İran, Venesuella, Meksika, Çin, Norveç, Böyük Britaniya və İraq hərəyə - 4-5% 
olmaqla təmin edirlər. Dünya neft ixracının isə 17%-ni Səudiyyə  Ərəbistanı, hərəyə 7%-dən 
ibarət Rusiya və Norveç, qalan hissənin isə  hər birinə 4-6% olmaqla İran,  İraq, Venesuella, 
Birləşmiş  Ərəb  Əmirlikləri, Nigeriya və Meksika gerçəkləşdirir.  Ən böyük istehlakçı ölkə isə 
ABŞ hesab olunur. Onun neft bazarının 60%-i idxal məhsuluna bağlıdır. Buraya hər gün 11 
milyon barrel neft götürülür. İnkişaf etmiş ölkələrdə neft rezervləri 4 milyard barrel hesablanır. 
İdxal dayanacağı təqdirdə bu rezervlər 115 günə bəs edəcəkdir. 
Müasir dövrdə dünya enerjisini 40%-i neft hesabına təmin olunur. Neftli ərazilər 28 
mindən çox yatağı əhatə edərək yer səthinin 45 milyon km
2
 joğrafi landşaftına səpələnmişdir. Bu 
ərazilər ümumi Yerin kürə  səthinin 9%-nə  bərabərdir. Yataqlar silsiləsinin təsnifata görə ton 
parametrində ehtiyatları 10 milyon olan kiçik, 10 milyondan 30 milyona orta, 300 milyona qədər 
nəhəng, 300 milyondan 1000 milyonadək nəhəng, 1000 milyondan çox unikal adlanır. Dünyada 
unikal və nəhəng yataqlar bütün yataqların 2% təşkil edir və hasilatın 80%-i verir. Dunyanın ən 
iri neft yatağı «Qafar» Səudiyyə  Ərəbistanının  ərazisində yerləşir. Bu yataqda hasilatın yüz il 
davam edəcəyi proqnozlaşdırılır. Sonuncu nəhəng yataq Meksikaya mənsub Kantarrel 1976-cı 
ildə  kəşf olunmuşdur. Bu tarixdən indiyədək belə miqyaslı yataqlar hələ ki, bir daha 
aşkarlanmayıb. 
Neft mühüm biznes növü kimi reytinqini saxlmaqda davam edir. Neft gəlirləri ölkələrin 
rifahında xüsusi yer tutur. Neftin qiymət meyli isə  təkcə ayrı-ayrı ölkələrin deyil, bütövlükdə 
dünya iqtisadi artımının inkişaf meylində  əks olunur. Dünya bazarında çeşid müxtəlifliyini 
nəzərə alaraq neftin çəkisi qeyri-metrik sistemdə, barrel ölçüsündə müəyyən olunur. Bir barrel 
158,983 litrə  bərabər hesablanır. Bu ölçü sistemi ABŞ-da 1866-cı ildən tətbiq edilir. «Etalon» 
neft Brent /Avropa/, «Dubay» və BTİ /Amerika/ markerlər qruplarına bölünür. Bu üç növ üzrə 
neftin onun dünyəvi qiymətləri müəyyənləşdirilir. Neftin dünya iqtisadi artımında və ayrı-ayrı 
industrial inkişaf etmiş ölkələrin iqtisadiyyatında mühüm rolunu nəzərə alaraq bir sıra miqyaslı 
dünya təşkilatları yaradılmışdır ki, bu sırada ön mövqedə 1960-cı ildə yaradılmış  və 11 ölkəni 
təmsil edən OPEK təşkilatı dayanır. OPEK dünya neft hasilatının 41%-nə  və ya 1371 milyon 
tonuna nəzarət edir. Bu təşkilat üzrə  kəşf olunmuş ehtiyatlar 110065 milyon tona bərabərdir. 
Sübut olunmuş ehtiyatlar potensialı  təşkilat ölkələrinin 80 illik hasilat fəaliyyətinə  təsdiqli 
ehtimallar verir. Təşkilatın fəaliyyətində konsperativlik yetərlidir. Belə ki, OPEK-də praktiki 
olaraq heç bir əsas yataqlar haqqında  informasiya çap olunmur və digər müvafiq məlumatlar da 
konfedesial xarakter daşıyır. 
Hər il dünya bazarında 1,5 milyard ton neft satışa çıxarılır ki, bunun da 60%-i OPEK-in 
nəzarətindədir. OPEK-in 2003-cü il neft proqnozları sutkalıq 77,03 milyon barrelə  bərabərdir. 
Təşkilat ölkələrinin gündəlik neft hasilatı kvotası isə milyon barel ölçüsündə  aşağıdakı 
düzümdədir: 
1
 
Səudiyyə Ərəbistanı 7,053; 
2
 
İran 
  3,186; 
3
 
BƏƏ 
  1,894; 
4
 
Küveyt 
  1,741; 
5
 
Qatar 
  0,582; 
6
 
Nigeriya 
  1,787; 
7
 
Liviya 
  1,162; 
8
 
Əlcəzair 
  0,693; 
9
 
İndoneziya   1,125; 
10
 
Venesuela   2,497; 
11
 
İraq 
 
  1,606; 
Ümumi 
  21,701. 


 
26
Digər mühüm neft qurum kimi, İqtisadi  İnkişaf və  Əməkdaşlıq Təşkilatı  /İİƏT/ həyata 
keçirdiyi energetika proqramına uyğun olaraq 1974-cü ildə dünyanın 16 inkişaf etmiş ölkəsi 
tərəfindən yaradılmış Beynəlxalq Energetika Agentliyi /BEA/ çıxış edir. Hazırda təşkilatı təmsil 
edən 26 ölkələrdə dünya neft istehlakının 
2
/
3
-i təmin olunur. Üçüncü miqyaslı  təşkilat isə 
istehsalçı  və istehlakçı ölkələr arasında konsensusu təmin etmək məqsədi ilə 1991-ci ildə 
yaradılmış Beynəlxalq Energetika Xartiyasıdır /BEX/. Dünya enerji balansının tələbatında 
mühüm rol oynayan BEX-in hazırda rolu və əhəmiyyəti artmaqdadır. Bir sıra OPEK ölkələri bu 
qurumda təmsilçilik əldə etmişlər. Prinsipial tələblər belədir ki, OPEK ölkələri istisnasız olaraq 
bu qurumda təmsil olunsunlar. 
Neft regional qruplaşma kontekstində  də  əhəmiyyətini nümayiş etdirir. Coğrafi yerləşmə 
əlamətlərinə görə dünyanın əsas neft regionları aşağıdakı silsildə formalaşmışdır: 
ŞİMALİ AMERİKA.
 Yataqların işlənməsi XIX əsrdən başlayaraq Kanada, ABŞ və Meksika 
tərəfindən gerçəkləşdirilir. Regionun nəhəng yataqlar şəbəkəsində Kanadaya məxsus «Pembina», 
«Reduoter» «Ledyuk» və ABŞ-a məxsus «Panxadl-Xyuqo», «İst-Texas», «Prandxo-Bey» üstün 
mövqedə dayanırlar. Regiona məxsus Meksika körfəzindəki yataqlar ABŞ  və Meksika ilə 
müştərək işlənir. Regional ehtiyatlar 11,1 milyard ton hesablanır. 
CƏNUBİ AMERİKA.
   Regionun ən zəngin neft ölkəsi Venesueladır. Bu ölkədə regionun 
neft nəhəngi «Bolivar-Koustl» yatağı yerləşir. Digər ekzotik regional təzahür isə qitəyə məxsus 
Karib dənizindəki Trinidad adasında La-Brea adlı dünyanın ən nəhəng asfalt gölünün yerləşməsi 
ilə bağlıdır. Zonal ehtiyatlar 13,6 milyard tona bərabərdir. Şimal və cənubi əhatə etməklə bütün 
Amerika qitəsində illik hasilat 856,5 milyon ton təşkil edir. Bu qitədə dünya neft hasilatının 
25,6%-i təmin olunur. 
QƏRBİ AVROPA. 
Qədim neft regionlarından olan Qərbi Avropada, Rumıniya ölkəsində 
yüz ildən çoxdur ki, hasilat prosesi davam edir. Lakin müasir zamanda neft hasilatı əsaslı olaraq 
Şimal dənizində reallaşır. Regionun ən nəhəng neft yatağı «Ekofisk» Norveçə məxsus ərazidədir. 
Qərbi Avropada neft ehtiyatları ümumi toplumda 3,2 milyard ton təşkil edir və illik hasilat 320,6 
milyon tona bərabərdir. 
YAXIN VƏ ORTA ŞƏRQ
Planetin  ən zəngin neftli regionu Yaxın  Şərqdə dünya neft 
ehtiyatlarının 63%-i cəmləşmişdir. Bu ehtiyatlar ümumilikdə 95,6 milyard tona bərabərdir. 
Yataqların nəhəngliyi baxımından da region fərqli xüsusiyyttə malikdir. Burada ehtiyatların 
əksər hissəsi 63 nəhəng yataqdadır. Bu yataqların 23-ü isə  hər birində ehtiyat potensialı yarım 
milyard tondan çox olan supernəhənglər silsiləsinə aiddir. Ehtiyatların miqyaslılığı mövqeyinə 
görə  Səudiyyə  Ərəbistanı, BƏƏ,  İran,  İraq və Küveyt fərqlənirlər. Dünya ehtiyat, hasilat və 
ixracat lideri olan Səudiyyə  Ərəbistanı bu regionda yerləşir və ona mənsub ehtiyatlar 35,3 
milyard tondur. Səudiyyə  Ərəbistanı dünya neft eksportunun 
1
/
6
-ni verir və hasilat təminatı bu 
ölkədə 88 ilə hesablanır. Regionun ikinci neft nəhəngi İraqdır. Ölkənin kəşf olunmuş ehtiyatlar 
potensialı 15,3 milyard ton, proqnoz ehtiyatları isə 29,2 milyard tondur və hasilat müddəti tam 69 
ilə hesablanır. Embarqo vəziyyəti ilə əlaqədar olaraq ölkədə hasilat hələki yüksək deyildir. 
AFRİKA.
 Regionda əsas neftli-qazlı yataqlar əksərən kontinentin şimal və cənub-qərbində 
yerləşir. İllik hasilat 334 milyon ton, ehtiyatlar isə 10,3 milyard ton təşkil edir. Ehtiyat zənginliyi 
ilə  fərqlənən Nigeriyada bütün qitənin neft ehtiyatlarının 30%-i cəmləşmişdir. Ölkənin  şimal 
bölgələrində isə təbii qaz bolluq təşkil edir. 
CƏNUBİ  və  CƏNUB-ŞƏRQİ ASİYA.
  Burada sənayeləşən neft hasilatı  gənjlik çağlarını 
yaşayır. Lakin neftin tapıntısı və sənaye istismarına görə İndoneziya ölkəsində bir əsrdən çoxdur 
ki, hasilat davam edir. Nəhəng yataqlara  Çində «Dasin» və İndoneziyada «Minas» aid edilir. Çin 
dünyanın neftqaz hasil edən  ən qədim məmləkətlərdən biri hesab edilir. Bambuq borucuqlar 
vasitəsilə artıq bu ölkədə 2 min ildən çoxdur ki, neftin çıxarılması həyata keçirilir. Məhşur Çin 
filosofu Konfussi özünün yazılarında qeyd edir ki, Sçuan vilayətində sakinlər Bambuq 
borucuqları vasitəsi ilə 400 metr dərinlikdə quyular qazıyırdılar. Bu hadisələr Məsihin 
yaranışından 600 il öncə baş vermişdir. Lakin ölkənin müasir neft industriyası ötən əsrin 50-ci 
illərində start gətirir. Regionun ehtiyatlar  balansı 5,9 milyard ton təşkil edir. 


Yüklə 5,11 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə