19
1932
12181
1957
15957
1982
11664
1933
15327
1958
16475
1983
11545
1934
19183
1959
17055
1984
11572
1935
19340
1960
17850
1985
12677
1936
20557
1961
18702
1986
12659
1937
21361
1962
19700
1987
12203
1938
22105
1963
20500
1988
11200
1939
21548
1964
21251
1989
10723
1940
22176
1965
21500
1990
9927
1941
23540
1966
21729
-
-
1942
15700
1967
21605
-
-
1943
12700
1968
21138
-
-
1944
11700
1969
20420
-
-
1945
11070
1970
20187
-
-
Üçüncü mərhələ 1991-ci ildən sonrakı dövrü əhatə edir.
Məlum olduğu kimi Azərbaycan
xalqı 1991-ci ildən müstəqillik əldə etmiş və buna görə də hazırda öz təbii sərvətlərindən özü
istədiyi kimi istifadə etmək imkanı əldə etmişdir. Beləliklə, Azərbaycan Respublikasının
həyatında, xüsusilə də neft sənaye sahəsində yeni dövr başlanmışdır. Ötən dövrlərdə nə qədər
neftin çıxarılmasına baxmayaraq vurğulanmalıdır ki, Azərbaycan Respublikasının müstəqilliyi
əldə olunan dövrədək xalq öz təbii sərvətlərinin tam sahibi olmamışdır.
Məhz dövlət müstəqilliyi
bərpa olunduqdan sonra neft-qaz sərvətlərinin də xalqa tam məxsusluğu təmin edilmişdir.
2002-ci ildə Azərbaycan Respublikasında 15,3 milyon ton neft və 5835 milyon m
3
təbii qaz
hasil edilmişdir. Hazırda neft hasilatının təqribən 75%-dən çoxu dəniz neft yataqlarının payına
düşür. Ona görə də neft hasilatını dəniz neft yataqlarının hesabına artırılması ön plana çəkilir. Bu
baxımdan xarici ölkələrin aparıcı neft şirkətlərinin ARDNŞ ilə müştərək fəaliyyətlərini müsbət
və tarixi bir hadisə kimi qiymətləndirmək olar. Proqnozlara görə Azərbaycan Respublikası 2005-
ci ildə 10-11 milyon ton neft, 2010-cu ildə isə 50 miliyon ton neft çıxaracaqdır. Qaz hasilatı üzrə
də yüksək artım müşahidə olunacaqdır. /Azərbaycan
Respublikasında 1991-2002-ci illərdə neft
hasilatının dinamikası əlavə №1-də verilmişdir./
1.4. Hasilatin artirilmasi üsullari və istehsalin iqtisadi səmərəliliyi
Müasir dövrdə neft hasilatı daha dərin laylardan çıxarılır və ona görə də neftçıxarmaya yeni
tələblər irəli sürülür. Belə ki, indi neft yataqlarının istismarı zamanı elə texniki və texnoloji
tədbirlər həyata keçirmək lazımdır ki, ən az məsrəflə layın maksimum neftverməsi mümkün
olsun. Layın neftverməsi dedikdə, mövcud üsullarla üzə çıxarıla bilən neftin miqdarı nəzərdə
tutulur. Təcrübə göstərir ki, hazırda neft yataqlarının neftvermə əmsalı 0,3-0,7 arasında dəyişir.
Bu
o deməkdir ki, ən yaxşı halda belə, laydakı neftin orta hesabla yarısını, yəni 50%-ni çıxarmaq
mümkündür, qalan hissəsi isə «qalıq neft» halında layda qalır. Akademik A.X.Mirzəcanzadənin
hesablamalarına görə mövcud neftvermə əmsalının yalnız 1% artırılması çox böyük neft
ehtiyatına malik olan yatağın açılmasına bərabərdir. Hazırda bütün yataqları üç əsas üsulla
istismar olunur:
1.
fontan;
2.
kompressor;
3.
dərinlik nasosu.
Neft quyularının istismar edilməsinin ilk dövrlərində, adətən, onlar fontan üsulu ilə istismar
olunur. Bu dövrdə lay qüvvələri
nefti quyunun dibinə itələyib, onu quyudan atmaq üçün xeyli
qüvvə və təzyiqə malik olur. Lay həyatının bu dövrü quyuların yüksək məhsuldarlığı və
enerjisinin ən çox sərf edilməsi ilə xarakterizə edilir. Adətən, layın fontan həyatı çox uzun
sürmür. O, bir neçə aydan 2-3 ilə qədər davam edir. Fontan üsulu digər neftçıxarma üsullarına
20
nisbətən asan və iqtisadi cəhətdən əlverişlidir. Çünki bu halda əlavə vəsaitdən istifadə edilmədən
neft, layın təbii gücü vasitəsilə Yer səthinə güclü axınla qaldırılır, işçi qüvvəsinə xeyli qənaət
edilir, neftçıxarma avadanlıqlarının və qurğularının quraşdırılmasına və onlara qulluq edilməsinə
ehtiyac olmur. Aktiv dövrlərdə fontan quyuları sutkada 300-400
ton və daha çox neft verə
bilirlər.
Lay enerjisi zəifləyərək mayeni quyudibindən Yer səthinə qaldıra bilməyəndə, qaldırıcı
boruların aşağı ucuna sıxılmış hava və ya qaz verməklə xarijdən ona əlavə enerji verilir. Quyuya
sıxılmış hava verən quyuya hava qaldırıcısı
erlift, sıxılmış qaz verən quyuya isə qaz qaldırıcısı
qazlift deyilir. Neft çıxarmaq üçün sıxılmış hava kompressor stansiyalarında quraşdırılmış
xüsusi maşınlar-kompressorlar vasitəsilə hazırlanır və quyuya vurulur. Hər bir kompressor
stansiyası 100 ədəd və daha çox quyuya qulluq edə bilər. Bu üsul hazırda
bütün dünyada, o
cümlədən də Azərbaycanda ən geniş yayılmış üsullardan biridir. Lakin,
kompressor üsulu ilə
neftin çıxarılmasının tətbiqi sahəsi məhduddur. Belə ki, bu üsulun bir sıra üstün cəhətlərinə /öz
konstruksiyasına görə yeraltı və yerüstü avadanlıqlar mürəkkəb olmur, onlar təmir və müşahidə
üçün olduqca asandır və s./ baxmayaraq onu bütün quyularda tətbiq etmək olmaz. Təcrübə
göstərir ki, 2500 metr dərinlikdə olan və hasilatı sutkada 25 tondan az olmayan quyularda,
mayenin mexaniki qatışıq faizi çox /adətən, 5%-dən artıq/ və qaz amili yüksək /100
metr-tondan
çox/ olub dərinlik nasosu ilə istismarı çətin olan quyularda kompressor üsulunun tətbiqi daha
əlverişlidir.
Aydındır ki, quyunun kompressor üsulu ilə istismarı dövrü də müəyyən müddət davam edə
bilər. Quyu işlədikcə neft layının təzyiqi azalır, quyudibində neftin səviyyəsi aşağı düşür və
nəticədə qaldırıcı boruları xeyli uzatmaq lazım gəlir. Nəhayət, quyudibində neftin səviyyəsi o
qədər aşağı düşür ki, daha kompressor üsulu həm texniki, həm də iqtisadi
cəhətdən əlverişli
olmur, çünki az miqdarda nefti çıxarmaq üçün çoxlu sayda baha başa gələn sıxılmış hava və ya
qaz sərf edilir. Belə olan halda quyunun istismarını davam etdirmək üçün dərinlik nasosu ilə
istismara keçirilir. Aşağıda 1995-2002-ci illərdə Azərbaycanda istismar üsullarına görə neft
hasilatının dinamikasını səciyyələndirən cədvəl verilmişdir.
Cədvəl 8
Azərbaycanda 1995-2002-ci illərdə istismar üsullarina görə neft hasilatı
/
faizlə/
İllər
Cəmi
Nasosla
Kompressorla
Fontanla
1995
100 17,0 69,7 13,3
1996
100 16,8 70,9 12,3
1997
100 86,3 6,0 7,7
1998
100 87,0 6,0 7,0
1999
100 88,7 5,0 6,3
2000
100 91,6 4,6 3,8
2001
100 91,0 3,8 5,2
2002
100 88,3 4,7 7,0
Qeyd etmək lazımdır ki, neft quyusu dərinlik nasosu ilə də daim istismar edilə bilməz.
Buna səbəb lay təzyiqinin vaxt keçdikcə azalmasıdır. Elə bir vaxt gəlib çatır ki, laydan
quyudibinə çox az miqdarda neft daxil olur və ya heç gəlmir. Bu hadisənin əsas səbəbi nefti
məsaməli mühitdə quyudibinə itələyən qaz və ya su təzyiqinin kifayət qədər olmamasıdır.
Adətən, bütün dünyada, o cümlədən də Azərbaycanda neft yataqlarında lay təzyiqinin aşağı
düşməsinin və bunun nəticəsi olaraq istismar quyularında neft hasilatının azalmasının qarşısını
almaq üçün müxtəlif üsullardan istifadə olunur. Bunlara aiddir:
1
Birinci - neft layı konturunun arxasından və ya kontur daxilindən laya su
vurulması üsulu. Layda mayenin hərəkətinə sərf edilən enerji ehtiyatını tezliklə bərpa
etmək və neftin layda qazlaşdırılmasının qarşısını almaq üçün tətbiq edilir. Bu üsul cari
hasilatı və layın yekun neftvermə əmsalını artırmaq üçün ən yaxşı vasitədir. Bu üsulu