E. M. Hacızadə Z. S. Abdullayev


IV HİSSƏ NEFT-QAZ İNDUSTRİYASININ MODERNİZASİYASININ



Yüklə 5,11 Kb.
Pdf görüntüsü
səhifə2/121
tarix29.09.2017
ölçüsü5,11 Kb.
#2401
1   2   3   4   5   6   7   8   9   ...   121

 
6
IV HİSSƏ NEFT-QAZ İNDUSTRİYASININ MODERNİZASİYASININ 
ALTERNATİV İQTİSADİ MEXANİZMLƏRİ 
 
X FƏSİL Struktur islahatlari və milli biznesin  inkişaf perspektivləri 
 
10.1.İndustrial siyasət və struktur islahatları 
      162 
10.2.Struktur modernizasiyası və iqtisadi inkişaf indikatorları 
   164 
10.3.Biznes fəaliyyətinin formalaşma xüsusiyyətləri     167 
10.4.Səmərəli biznes işinin təşkili problemləri 
     170 
10.5.Azad İqtisadi Zonalar və 
neft 
biznesi 
      173 
10.6.Neft-qaz sektorunda vençur kapitalı 
      178 
10.7.Konsessiyon fəaliyyət 
        180 
 
XI FƏSİL Fiskal siyasət və rentabelli fəaliyyət 
 
11.1.Fiskal mexanizmlər və vergi sisteminin təkmilləşdirilməsi meylləri 
  182 
11.2.Uçot sisteminin təkmilləşdirilməsi və konsaltinq sferasının genişləndirilməsi 
problemləri 
 
          184 
11.3.Sessiya və faktorinq təyinatlı mexanizmlərin tədbiq 
effekti 
   185 
11.4.Neft-qaz industriyasında layihələrin təhlil metodikası  
 
 
 
187 
11.5.Neftin keyfiyyət bankı və onun milli neft sektorunda yaradılması labüdlüyü  
188 
 
XII FƏSİL Sosial-iqtisadi tərəqqi və təsərrüfatin ekologizasiyasi 
 
12.1.Yeni sosial-iqtisadi infrastrukturun formalaşması  xüsusiyyətləri 
  190 
12.2.Ekoloji iqtisadiyyatın təşəkkül prinsipləri 
     191 
12.3.İnnavasiyon  tərqqi və inkişaf perspektivləri 
     192 
  
Nəticələr
 
 
 
 
 
 
 
 
 
 
 
195
 
Əlavələr
 
 
 
 
 
 
 
 
 
 
 
197
 
Qaynaqlar
   
 
 
 
 
 
 
 
 
 
204
 
Neft iqtisadiyyati sferasinda geniş işlədilən spesifik istilah və 
anlayışlar lüğəti
   
 
 
 
 
 
 
 
 
208
 
Резюме
 
 
 
 
 
 
 
 
 
 
 
250
 
Summaru
   
 
 
 
 
 
 
 
 
 
251
 
 


 
7
GİRİŞ 
 
Karbohidrogen təyinatlı enerji resurslarının zəngin regionlarından biri kimi tanınan 
Azərbaycanın milli neft industriyası yeni təbəllüdatlar  ərəfəsindədir. Ölkənin dövlət 
müstəqilliyinin bərpa edilməsi ötən  əsrin son onilliklərində  Xəzərdə  aşkarlanan nəhəng 
karbohidrogen yataqlarının beynəlxalq əməkdaşlıq çərçivəsində aktiv işlənməsini şərtli etmişdir. 
Təzahür olunan geosiyasi reallıqlar fonunda qərarlaşan yeni neft situasiyasından milli və dövləti 
mənafelərə uüğun olaraq maksimal bəhrələnmək missiyası isə prezident Heydər  Əliyev 
cənablarının üzərinə düşərək, onun təşəbbüsçüsü və  rəhbəri olduğu vətən neft strategiyasında 
dolğun  əksini tapmışdır. Milli neft strategiyasının formalaşmasında məxsusi rolu və  səyləri ilə 
fərqlənən Azərbaycan Respublikasının baş naziri İ.H.Əliyevin cənablarının  əməli fəaliyyət və 
elmi yaradıcılıq  əzmindən qaynaqlanaraq ölkənin neft təsərrüfatında islahatlar prosesi 
genişlənərək daha təkmil və sistemli məjraya istiqamətləndirmişdir. Gerçəkləşən strategiyanın 
genişlənən həlqəsi çağdaş  mərhələdə ölkə neft təsərrüfatının daha mütərəqqi sistem və 
konstruksiyada modernizasiyasının elmi əsaslarının işlənməsi aktuallaşdırmışdır. 
İstiqlala qovuşduqdan sonra neft-qaz sektorunda aparılan iqtisadi islahatların elmi 
bazasının möhkəmləndirilməsi və təkmilləşməsi istiqamətində respublika hüdudlarında çoxsaylı 
tədqiqatlar yerinə yetirilmiş, nəzəri və praktiki təyinatlı bir sıra qiymətli nəticələr  əldə 
olunmuşdur. Sahəvi elmi-tədqiqatlar sferasında gerçəkləşən nailiyyətləri bir daha dəyərləndirərək 
müəlliflər mövcud monoqrafiyada milli neft strategiyasının prioritetləri  əsasında ölkədə 
dərinləşən islahatların təkmilləşməsi, dövlət tənzimlənməsi, idarəetmə konsepsiyası, istehsalın 
rasional təşkil problemlərini tədqiq edərək müvafiq sistemli, situasiyon yanaşma və analitik 
araşdırmalar çevrəsində neft-qaz sektorunun modernizasiyasının alternativ iqtisadi bazar 
mexanizmlərini işləyib hazırlamışlar. 
Tədqiqat işində qarşıya qoyulan məqsədlərə müvəffəqolmada verifikasiya prinsipli çevrədə 
karbohidrogen epoxası  və müasir industrial iqtisadiyyatın təşəkkül və  təsnifatı, neft-qaz 
resurslarının  əhəmiyyət diapazonu, ehtiyatlar joğrafi yerləşməsi, dünya neft iqtisadiyyatının 
inkişaf senarisi səciyyələndirilmiş, milli neft strategiyasının gerçəkləşməsinin iqtisadi əsasları, 
elmi-nəzəri istiqamətləri tədqiq edilmişdir. Xəzərin neft-qaz resurslarının dəyərləndirilməsi, 
onların, beynəlxalq enerji bazarlarına çıxış problemləri, mənfəət karbohidrogenlərinə  çəkilən 
xərclərin ödənilməsi, hasilatın pay bölgüsünün normativ-hüquqi aspektləri, xam neftin və  təbii 
qazın emalı, onlardan alınan sintetik məhsulların iqtisadi səmərəliliyi tədqiqat işində geniş 
araşdırma və təhlil obyektlərinə çevrilmişlər. 
İndustrial siyasət, milli energetik təhlükəsizlik və energetik doktrina, neft strategiyasının 
ideoloji aspektləri, sosial-iqtisadi tərəqqi, təsərrüfatın ekologizasiyası, normativ-hüquqi təminat
dövlət enerji müfəttişliyin təşəkkül zərurətləri tədqiqat işində milli neft-qaz sektorunun dövlət 
tənzimlənməsi və idarəetmə konsepsiyasının strateji təməlini  əsaslandıran istiqamətlərdə 
ifadəsini tapmışdır. 
Neft-qaz sektorunun modernizasiyasının alternativ iqtisadi bazar mexanizmlərinin təyinatı 
sferasında aparılan araşdırmaların elmi əsaslarını möhkəmləndirmək məqsədi ilə tədqiqat işində 
səmərəli və rentabelli fəaliyyət quruculuğu, dinamik iqtisadi inkişaf faktorları, neftqazçıxarma 
kompleksinin müasir durumu, beynəlxalq neft kontraktları spektrində sahəvi infrastrukturdan 
faydalanma perspektivləri, investisiyon siyasət, institusional islahatlar, kompleksin bazar 
iqtisadiyyatına adaptasiyası, audit xidməti, özəlləşdirmə, innovasiya, sanasiya ilə bağlı 
problemlər də  təhlil olunmuşdur. Tədqiqat işində  həmçinin sahədə struktur islahatlarının 
aparılması, səmərəli biznes işinin təşkili, milli sahibkar fəaliyyətin genişləndirilməsi, Azad 
İqtisadi Zonaların təşkili, fiskal siyasətin və uçot sisteminin təkmilləşdirilməsi, sessiya və 
faktorinq təyinatlı iqtisadi texnologiyaların, konsaltinq işinin tətbiqi, neftin keyfiyyət bankının 
yaradılması kimi məsələlər də neft-qaz təsərrüfatının iqtisadi modernizasiyasının 
gerçəkləşdirilməsinin alternativ bazar mexanizmləri sırasındadır. 
 


Yüklə 5,11 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə