E. M. Hacızadə Z. S. Abdullayev


 Karbohidrogen resurslarının əhəmiyyət diapazonu və sintetik istehsal



Yüklə 5,11 Kb.
Pdf görüntüsü
səhifə13/121
tarix29.09.2017
ölçüsü5,11 Kb.
#2401
1   ...   9   10   11   12   13   14   15   16   ...   121

 
29
2.2. Karbohidrogen resurslarının əhəmiyyət diapazonu və sintetik istehsal 
 
Strateji xammal olan karbohidrogen resurslarının istənilən ölkənin iqtisadi həyatında rolu 
çoxşaxəlidir. Neft və qaz qiymətli istehsal komponenti olmaqla, həm də  dəyərli maliyyə  və 
iqtisadi təyinatlı resursdur. Karbohidrogen resurslarına istinad edərək bəşər cəmiyyəti enerji, 
nəqliyyat, texniki-texnoloji proseslərin reallaşması elementləri ilə özünün istehlak tələblərini 
təmin etmiş olur. Müasir sivilizasiyanın bütün bu qiymətli həyat dəyərləri neft-qaz kompleksində 
əks olunaraq cəmiyyət inkişafının təkərini hərəkətə  gətirir. Neft-qaz kompleksi həm də 
iqtisadiyyatın investisiyon sferasını  ən qaynar məntəqələrindən hesab olunur. Çağdaş zamanda 
investisiya cəlbediciliyi və biznes fəaliyyətində ona bütün parametrik göstəricilərdə rəqib kəsilən 
alternativ iqtisadi zona təsəvvür etmək çətindir.  İqtisadiyyatın  ən strateji önəm daşıyan 
sektorlarından biri kimi, neft-qaz kompleksi iqtisadi şəraiti, hərbi-sənaye gücünü təyin edən 
qüdrətə malikdir. 
Neft-qaz resurslarının miqyaslı tapıntısı onun şəhər və region yaratma effektini də təzahür 
etdirir. Bu reallıq isə neft-qaz kompleksinin möhtəşəm sosial-iqtisadi instituta çevrilməsi ilə 
müşayiət olunur. Neft-qaz kompleksinin yaranışı  ətraf zonal sərhədlər cızır, daha miqyaslı 
konturda isə aqlomerasiya yaradır. Kürreyi ərzdə bir çox şəhərlər vardır ki, onların yaranışında 
və müasir inkişaf vektorunda karbohidrogen resurslarının mövcudluğunun  əsaslı  əhəmiyyəti 
olmuşdur. Azərbaycanın paytaxtı Bakı şəhərinin XX əsrdə geniş urbanizasiya zonalı meqopolisə 
çevrilməsi də Abşeronun və Xəzər neftinə istinadən formalaşmışdır. Bununla belə Azərbaycanda 
Siyəzən, Neftçala, Əli-Bayramlı kimi şəhərlərin yaranışı  və inkişafı  məhz regional neft-qaz 
hasilatından qaynaqlanmışdır. Bu aspektlər kontekstində karbohidrogen resurslarının 
effektivliyini aşağıdakı istiqamətlər üzrə qruplaşdırmaq olar: 
1.
 
siyasi effekt, diplomatik güc; 
2.
 
iqtisadiyyatın bütün sahələrinə nüfuzetmə; 
3.
 
maliyyə-kommersiya elementi; 
4.
 
investisiyon təməl və biznes fəaliyyətinin qaynaq elementi; 
5.
 
hərbi-sənaye potensialı; 
6.
 
sosial effekt; 
7.
 
şəhər və regionyaratma; 
8.
 
innavasiyon, texnoloji səmərə sferası; 
9.
 
ideoloji və mental aspekt. 
Karbohidrogen resurslarının sosial-iqtisadi təsir səmərəsi, bu resursların istehsaldakı rolu 
ilə daha qabarıq həllini tapır. Karbohidrogen resurslarının sintetik keyfiyyəti onların daha 
mühüm funksionallığını büruzə verir. Hər bir kəs düşünmədən deyə bilər ki, neft-qaz cəmiyyət 
və iqtisadi həyatda  ən geniş yayılmış yanacaq növüdürlər. Benzin və dizel yanacağının bu 
sferada oynadığı rol daha çevikdir. Alman mühəndisləri Dayemler və Benz daxili yanma 
mühərrikini kəşf edənə qədər benzin təhlükəli tullantı olaraq heç bir əhəmiyyət daşımırdı. Onu 
sadəcə lüzumsuz çıxdaş kimi xarij edir və ya yandırırdılar. Müasir zamanda isə benzin mühüm 
xalq təsərrüfatı  əhəmiyyəti olan enerjidaşıyıcısına çevrilmişdir. Yüksək keyfiyyətli benzin isə 
qeyri etil benzini hesab olunur. 
Neft və qaz resursları  sənaye qurğularında, hazır məhsul  şəklində isə  əksər nəqliyyat 
vasitələrində yandırılaraq öz enerjisi ilə iqtisadiyyatı, insanların məişət həyatını hərəkətini təmin 
etmiş olurlar. Müasir zamanda neft və qazın bu obrazda xidmət miqyası 90%-lik həddədir. Lakin 
karbohidrogen resurslarının peşəsi yalnız yanmaqla bitmir. Nəqliyyat sferasında yanacaq 
funksiyasını yerinə yetirməklə yanaşı karbohidrogen resursları  həm də  məxsusi olaraq 
avtomobillərin  şosse xəttlərinin material örtüyü olan asfaltın da əsas xammalıdır. Dağ  qətranı 
kimi bəlli olan asfalt, qədim yunan dilində sadəcə asfalt, romalıların dilində isə bitulin adlanır. 
Bu interpretasiya ehtiyacı ondan irəli gəlir ki, leksik mənaları eyni görünən asfalt və bitum ayrı 
keyfiyyətli məhsul kateqoriyalıdırlar. Qeyd olunmalıdır ki, ilk asfalt yollar XIX əsrin ortalarında 
Paris və Londonda salınmışdır. 


 
30
Neftin ehtiyatlarının kəşfinin məhdud çağlarında bu əhəmiyyətli məhsulun özünün sintetik 
üsullarla alınmasına təşəbbüslər edilmişdir.  İlk dəfə sintetik nefti qonur kömürdən almışlar. I 
Dünya müharibəsində yanacaq qıtlığı keçirən almanlar bu texnologiyanı mükəmməl mənimsəmiş 
və yetərli miqdarda sintetik neft istehsalına nail olmuşlar. Hazırda sintetik neft istehsal xammalı 
çeşidini yanar şistlər də qoşulmuşlar. Onların planetdə ehtiyat miqyaslılığı neftdən 2-3 dəfə 
çoxdur. Hazırda yanar şistlərdən Braziliya, Kanada və digər ölkələrdə sintetik neft alınır. 
Belə bir məlum həqiqət var ki, neft və təbii qaz kimya sənayesinin bir çox sahələrinin də 
əsas xammalları sırasındadır. Neftin kimya sənayesində əhəmiyyət diapazonu ayrıca bir sahənin, 
neft-kimyasının yaranışına səbəb olmuşdur. Müasir cəmiyyətin iqtisadi aksesurlarını plastikasız 
təsəvvür etmək müşküldür. Sənaye və  məişət plasmastlarının mütləq  əksəriyyəti məhz neft 
məhsuluna istinadən istehsal olunur. Dünyada hər il plasmasta olan tələb artır və onun isehsalı 5-
6%-lik dinamika ilə inkişaf edir. Bütün dünya avtomobillərinin  şinləri neftdən alınan, rezin 
formasına salınan sintetik kaüçükdan hazırlanır. Neftlə yanaşı təbii qazın da kimya sənayesində 
rolu yüksəlməkdədir.  Ən geniş yayılmış sintetik materiallar olan, kapron, polietilen, neylon, 
lavsan və digər bu kimi məhsullar təbii qazın komponentləri vasitəsi ilə istehsal olunur. Təbii 
qazdan alınan məhsullar polad, şüşə, yun, ipək, ağaj və taxılı  əvəz edir. Neft və  təbii qazdan 
həmçinin bir sıra yuyucu vasitələr, spirt, herbisit, gübrə, partlayıcı maddələr, səhiyyə 
preparatları, aromatik maddələr və  hətta qəribə  də olsa qidamaddələri hazırlayırlar. Bütün bu 
sadaladıqlarımız heç də bütün məhsul buraxılışı assortimentini əhatə etmir və bu təsnifat 
innavasiyon tərəqqi ilə daim genişlənir. 
Təbii qazın kimya sənayesində istehlak meydanlarından biri də mineral gübrə istehsalıdır. 
Respublikada mineral gübrə  və bitkilərin mühafizəsinin kimyəvi vasitələrinə olan tələbatı ilə 
bağlı problemlər mövcuddur. Belə ki, respublikada mineral gübrə  və bitkilərin mühafizəsinin 
kimyəvi vasitələrinə olan tələbatını son onilliklərdə,  iki müəsisə - fosforu Sumqayıt Superfosfat 
Zavodu /90%/ və kaliumu Gəncə Giltorpaq Kombinatı  /10%/ ödəyirdi. Azot gübrəsi isə 
respublikaya gətirilirdi. Qeyd olunmalıdır ki, 1990-cı ildə respublikada 1,4-1,5 milyon ton 
mineral gübrə istehsal olunurdu. İttifaq dağıldıqdan sonra respublikada gübrə istehsalının həcmi 
kəskin aşağı düşmüş, 1998-ci ildə kalium, 2000-ci ildə isə fosfor gübrəsi istehsalı tamamilə 
dayanmışdır. Hazırda respublikanın mineral gübrələrə olan tələbatı idxal məhsulu hesabına təmin 
edilir. Ölkədə mineral gübrələrə olan tələbat  əkin sahələrinin həcminə müvafiq hesablanır. 
Hazırda respublikada əkin sahələrinin ümumi həcmi 1,5 milyon və real əkilən sahənin həcmi isə 
1,3 milyon hektardır. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyində ölkənin mineral 
gübrə və bitkilərin mühafizəsinin kimyəvi vasitələrinə olan tələbatı 550-650-min ton həcmində 
hesablanır. Hazırda bu tələbatın 10%-ə  qədəri idxal hesabına təmin edilir. 2005-ci il 
perspektivində isə müvafiq tələbat 600-700 min ton nəzərdə tutulur. 
Gəncə Giltorpaq Kombinatının işə düşməsi yaxın vaxtlarda kalium gübrəsinin istehsalının 
bərpasını ümüdlü edir. Lakin fosfor gübrəsi ilə problem bir qədər fərqlidir. Belə ki, bu gübrənin 
istehsalı üçün tələb olunan apatit Rusiyadan gətirilir və onun qiymət şərtləri zavodun rentabelli 
işləməsini  əngəllədir. Digər tərəfdən zavodun texnoloji geriliyidə rentabelli fəaliyyətdə  əks 
olunur. Rekonstruksiya işləri isə  əlavə kapital qoyuluşları  tələb edir. Azot gübrəsinə olan 
tələbatın isə daxilindən təmin edilməsi imkanları mövcuddur. Bunun üçün onun əsas xammalı 
təbii qaz respublikada hasil olunur. «Şahdəniz» layihəsinin gerçəkləşməsi ilə  əlaqədar 2005-
2007-ci illərdən başlayaraq respublikanın qaz ixracatçısı ölkəsinə çevriləcəyi perspektivini 
nəzərə alsaq, yeni istehsal təşkil etməklə azot gübrəsinə olan tələbatın ödənilməsi və hətta onun 
xarici bazarlara çıxarılması mümkün olacaqdır. Fosfor istehsalı üzrə isə Sumqayıt Superfosfat 
Zavodunun yenidən qurulmasının investisiya mənbəyi araşdırılmalıdır. Respublikada olan 
mineral gübrə  və bitkilərin mühafizəsinin kimyəvi vasitələrini istehsal edən müəssisələri bərpa 
və yenidən təşkil etməklə biz həm daxili tələbatımızı və həm də ixrac potensialımızı təmin etmiş 
olarıq. 
 
 


Yüklə 5,11 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə