E. M. Hacızadə Z. S. Abdullayev



Yüklə 5,11 Kb.
Pdf görüntüsü
səhifə9/121
tarix29.09.2017
ölçüsü5,11 Kb.
#2401
1   ...   5   6   7   8   9   10   11   12   ...   121

 
21
həyata keçirmək üçün neft layının arxasından 1-1,5 km məsafədə yerləşmiş inceksiya 
quyularının köməyi ilə laya su vurulur ki, burada da əsas məqsəd layda olan nefti 
istismar quyularına doğru hərəkət etdirməkdən ibarətdir; 
2
 
İkincisi - yatağın yüksək hissəsinə  və yaxud «qaz şapkası»na qaz vurulması
Yatağın yüksək hissəsinə qaz vurulması  üçün kompressor stansiyalarından istifadə 
edilir. Qalıq neftin quyudibinə axmasını  təmin etmək üçün belə kompressor 
stansiyalarının yaratdığı  təzyiq lay təzyiqindən 10-20% artıq olmalıdır. Bu üsulun 
həyata keçirilməsi çox xərc tələb edir və ona görə  də ondan neft yataqlarının 
işlənməsinin son mərhələsində istifadə edilir. Bu onunla izah edilir ki, qazın laya 
vurulması suvurmaya nisbətən iqtisadi cəhətdən o qədər də səmərəli deyildir. 
3
 
Üçüncüsü - təkrar neftçıxarma üsulu. Məlumurdur ki, kompressor və dərinlik nasosu 
ilə yataqlarda olan neftin, bu və ya digər səbəblər üzündən, hamsının çıxarılması 
məhduddur. Belə yataqlarda və laylarda qalan neft ehtiyatını  çıxarmaq üçün təkrar 
istismar üsulundan istifadə edilir. Bu məqsədlə neft layına su və ya qaz vurulur. Onu da 
qeyd edək ki, neft laylarının istismarının son mərhələsində qalıq neftin çıxarılması bir 
sıra çətinliklərlə  əlaqədardır. /layda təzyiq həddindən artıq azaldığına görə neft 
qazsızlaşır və neftin özlülüyü çoxalır ki, bu da öz növbəsində neftin laya hərəkətini 
çətinləşdirir, neft yatağı sulaşır və sair/. 
4
 
Dördüncüsü - mayenin quyudibindən sürətlə çıxarılması üsulu. Təcrübə göstərir ki
bəzi hallarda yataqların istismarının son mərhələsində kontur sularının hesabına istismar 
olunan lay çox sulaşır və orada çıxarılmamış çoxlu miqdarda neft ehtiyatı qalır ki, bunu 
da adi təzyiqlər fərqində çıxarmaq mümkün olmur. Belə hallarda qalıq neftin çıxarılması 
üçün mayenin quyudibindən sürətlə çıxarılması üsulundan istifadə edilir. Bu məqsədlə 
böyük diametrli quyu nasoslarından, mərkəzdənqaçma elektrik dalma nasoslarından, 
qaz-hava qaldırıcılarından və sairdən istifadə edilir. Nəticədə lay və kontur suları 
intensiv surətdə quyudibindən sorulur və onlar da özləri ilə birlikdə qalıq nefti Yer 
səthinə qaldırırlar. Bu üsul ilk dəfə 1943-cü ildə Novo-Qroznı neft yatağında tətbiq 
edilmiş  və yaxşı  nəticələr  əldə edilmişdir. Novo-Qroznı neft mədənlərində bu üsulun 
tətbiqi nəticəsində 28 ay ərzində əlavə olaraq 28 min ton neft əldə edilmişdir. Hazırda 
mayenin quyudibindən sürətlə çıxarılması üsulu müvəffəqiyyətlə Azərbaycanda və digər 
neft regionlarında geniş tətbiq edilir. 
5
 
Beşincisi - neftin vakkum-nasosla çıxarılması üsulu. Bəzən quyudibində  təzyiqlər 
fərqi o qədər azalır ki, mayenin hərəkəti mümkün olmur. Bunun üçün quyudibində 
böyük gücə malik nasoslar vasitəsilə vakkum yaradılır. Bu məqsədlə quyu ağzını 
möhkəm kipləşdirib, vakkum nasoslarına birləşdirirlər. Bu zaman quyudibində vakkum 
0,5-0,6 atmosfer təzyiqə qədər aşağı düşə bilir. Nəticədə neftin yüngül fraksiyaları qaz 
fazasına keçir. Həmin məhsullar quyudibinə  hərəkət edərkən özü ilə  bərabər nefti də 
hərəkətə gətirirlər. Azərbaycanda və keçmiş SSRİ-nin neft rayonlarında vakkum-nasos 
üsulundan istifadə edilmirdi, çünki bunun üçün lazım olan avadanlıqlar və nasoslar yerli 
istehsalda yox idi.  
6
 
Altıncısı - laya istiliklə  təsiretmə üsulu Laya istiliklə  təsiretmə üsulu nəticəsində 
bilavasitə quyu gövdəsi  ətrafındakı  məsamələrdə çökən parafin və  qətran maddələri 
əriyir və neftlə birlikdə Yer səthinə qaldırılır. Bundan sonra quyu öz hasilatını  bərpa 
edir. Quyudibinə istiliklə  təsir etmək üçün isti neftdən, elektriklə  qızdırmadan istifadə 
edilir. Elektriklə  qızdırma üsulunda, quyu dibinə  ştanqlar vasitəsilə kontakt fonarlı - 
xüsusi elektrik peçi endirilir və 380 voltluq mədən  şəbəkəsindən alınan cərəyanla 
qızdırılır. 
7
 
Yeddincisi - istismar quyularının xlorid turşusu ilə  işlənməsi üsulu.  İstismar 
quyularının xlorid turşusu ilə işlənməsi üsulu xlorid turşusunun əhəng və dolomitlərdən 
təşkil edilmiş süxurlarla kimyəvi reaksiyaya girməsinə  əsaslanır. Bu reaksiyaların 
nəticəsində layda genişlənmiş kanallar əmələ gəlir və həmin kanallar layın içərisinə tərəf 


 
22
yayılaraq quyudibi zonasının keçiriciliyini çoxaldır. Reaksiya nəticəsində alınan 
məhsullar suda çox yaxşı  həll olur ki, bu da onların quyudan çıxarılmasını xeyli 
asanlaşdırır.  Əhəng və dolomitlərdən təşkil edilmiş süxurlarda sulfat turşusundan 
istifadə etmək olmaz, çünki reaksiya prosesində alınan duzlar həll olmur və quyunun 
dibində çökərək məsamələri tutur. Quyunun xlorid turşusu ilə işlənməsi üçün 8-14%-li 
xlorid turşusu məhlulundan istifadə edilir. Məhlulun qatılığı artdıqca o, quyunun metal 
avadanlığı ilə reaksiyaya girib, onları tezliklə  sıradan çıxarır. Məhlulun miqdarı 
işlənəcək layın gücündən, süxurun tərkibindən, məsaməlik və keçiriciliyindən və 
məhlulun vurulduğu təzyiqdən asılıdır. 
8
 
Səkkizincisi - quyuların termoturşu üsulu ilə  işlənməsi.  İstismar quyularında 
quyudibində bəzən parafin və qətran çöküntüləri əmələ gəlir. Belə hallarda parafin quyu 
dibinə çökərək kanalları tutur və quyunun məhsuldarlığını azaldır. Parafin, qətran və sair 
maddələri quyudan kənar etmək üçün onlar həll edilməlidir. Bunun üçün bir sıra 
üsullardan istifadə edilir. Bu üsullardan ən çox əhəmiyyətlisi və iqtisadi cəhətdən 
səmərəli olanı quyudibinə kimyəvi reagentlərin yaratdığı istilik vasitəsilə təsir etməkdir. 
Termokimyəvi təsir zonası  həm də quyu gövdəsində gil məhlulunun və duzların 
yaratdıqları qabıqları və qatları da dağıdır və təmizləyir. Quyuların termoturşusu üsulu 
ilə işlənməsi zamanı 14-15%-li turşu məhlulundan istifadə etmək daha yaxşıdır. 
9
 
Doqquzuncusu - layın hidravlik yarılması üsulu. Layın hidravlik yarılması üsulu ən 
səmərəli üsullardan biridir. Bu üsulla layın orta keçiriciliyinin və deməli, 
məhsuldarlığının artırılması mümkün olur. Təcrübə göstərir ki, lay hidravlik yarıldıqdan 
sonra quyuların hasilatı 10 dəfə və daha çox artır. Bu onu göstərir ki, yeni əmələ gələn 
yarıqlar, layda əvvəl olan yarıqlarla birləşir və quyuya məhsul ayrı-ayrı  məhsuldar 
zonalardan axıb gəlir. Bu üsul Azərbaycanda  ən geniş yayılmışdır. Hidravlik yarılma 
üsulunun mahiyyəti ondan ibarətdir ki, quyuya içərisində çoxlu miqdar asılı vəziyyətdə 
iri dənəli qum olan özlü maye vurulur və bu quyu dibində  təzyiqin sürətlə artmasına 
səbəb olur. Quyu dibindəki təzyiq hidravlik basqıdan təqribən iki dəfə çox olduqda lay 
yarılır. Bunun nəticəsində lay ayrı-ayrı təbəqələrə ayrılır və orada yarıqlar əmələ gəlir. 
İçərisində qum dənələri olan yarıcı maye, əmələ gəlmiş yarıqlara daxil olur. Hidravlik 
yarılma prosesi başa çatdıqdan sonra quyudibində  təzyiq azaldığından yarıqlar 
tutulmağa başlayır, lakin yarıqlara vurulan qum dənələri bunun qarşısını alır. Hidravlik 
yarılma üsulunu tətbiq etmək üçün quyuları seçərkən müxtəlif tektonik sahələr və ya lay 
zonalarının işlənmə  dərəcəsini, qalıq neft ehtiyatını  və lay təzyiqini nəzərə almaq 
lazımdır. Qalıq neft ehtiyatı çox olub, lay təzyiqi nisbətən yüksək laylarda hidravlik 
yarılma üsulunun tətbiqi daha əlverişlidir. Qalıq neft ehtiyatı  və lay təzyiqi az olan 
laylarda hidravlik yarılma üsulunun tətbiqi əksər hallarda müsbət nəticə vermir. Bundan 
başqa, layın qalınlığı artıqca hidravlik yarılma üsulunun səmərəliliyi də azalır. Təcrübə 
göstərir ki, layın qalınlığından asılı olaraq hidravlik yarılmaların sayı artır. Belə ki, layın 
qalınlığı 10 metrədək olan hallarda bir dəfə hidravlik yarılma aparıldıqda müsbət nəticə 
əldə edilir. Layın qalınlığı artıqça hidravlik yarılmaların sayı da artır; 
10
 
Onuncusu - quyu dibinin torpedlənməsi üsulu. Quyu dibinin torpedlənməsi üsulu 
quyu hasilatının artırılmasının ən səmərəli üsullarından biridir. Məlumdur ki, quyunun 
diametri artdıqda onun hasilatı da artır. Quyu dibinin torpedlənməsi prosesində quyunun 
hasilatının artması ilə yanaşı, quyunun istismarına təsir edən bir sıra digər texnoloji 
proseslər də əldə edilir: quyunun gövdəsi laydakı təbii yarıqlarla əlaqələndirilir; qazma 
prosesi zamanı əmələ gələn gil təbəqəsi aradan qaldırılır; perforasiya zamanı açılmamış 
kiçik neftli laylar quyunun gövdəsi ilə əlaqələndirilir; lay yaxşı açılır və sair. 
11
 
Onbirincisi - quyu dibi zonasının soyudulma /dondurma/ vasitəsilə işlənməsi üsulu. 
Quyu dibi zonasının soyudulma /dondurma/ vasitəsilə  işlənməsi üsulu son zamanlar 
tətbiq edilməyə başlamışdır. Bu üsulun mahiyyəti ondan ibarətdir ki, qalıq neftini Yer 
səthinə qaldırmaq üçün quyu dibinə alçaq temperaturlu soyuducu agent, məsələn, maye 


Yüklə 5,11 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə