E. M. Hacızadə Z. S. Abdullayev



Yüklə 5,11 Kb.
Pdf görüntüsü
səhifə15/121
tarix29.09.2017
ölçüsü5,11 Kb.
#2401
1   ...   11   12   13   14   15   16   17   18   ...   121

 
33
Dayanaqlı inkişaf konsepsiyası yalnız qlobal hadisələri təcəssüm etdirmir. Onun məğzini 
daha çox normativ iqtisadiyyat aspektində lokal ekoloji mədəniyyətin inkişafı  və tam bərqərar 
olması təşkil edir. Bu baxımdan bizim respublikamızdada sosial-iqtisadi tərəqqi dayanaqlı inkişaf 
prinsiplərini nəzərə almadan yetkinləşə bilməz. Məhz buna görə də Azərbaycan Respublikasının 
prezidenti möhtərəm Heydər  Əliyev cənabları  təbii ehtiyatlardan səmərəli istifadəyə, ekosivil 
cəmiyyət quruculuğu problemlərinə xüsusi qayğı  və diqqətlə yanaşır. Ölkə prezidentinin 18 
fevral 2003-cü il tarixli «Azərbaycan Respublikasında ekologiyaya dair milli proqramın təsdiqi 
haqqında» müvafiq sərəncamı, bu sahədə mövcud digər fərman və qərarları milli sosial-iqtisadi 
tərəqqinin dayanaqlı inkişaf konsepsiyası  əsasında hərəkətinin yeni paradiqmasını  təşkil edir. 
Müvafiq strateji istiqamətdə irəliləyiş Azərbaycanın da dayanaqlı inkişaf prinsipləri  əsasında 
sosiallaşan bazar iqtisadiyyatına keçidini reallaşdıracaqdır. Bunun üçün isə respublikanın 
təsərrüfat həyatında daha dərin sosial-iqtisadi institusional dəyişikliklərə müvəffəqolmada bütün 
səylər səfərbər edilməlidir. Hər bir təsərrüfat subyekti milli mənafeləri ruhunda innavasiyon 
nailiyyətlərdən dolğun istifadə edərək fəaliyyət motivasiyasını  qənaətli, ekosivil, ətraf mühitə 
zərər vurmayan prioritetlər üzərində qurmalıdır. 
İqtisadi quruculuq təbiət təmasları ilə qarşılıqlı münasibətdə  əks olunur. Buna görə  də 
iqtisadiyyatın ətraf mühitə ciddi təsiri danılmaz fakta çevrilir. Ətraf mühitə planetar miqyasda ən 
çox karbohidrogen resurslarından istifadə  təsir edir. Belə gerçəklik iqtisadiyyatın  əsasını, onun 
xammal bazasını köklü təbəllüdatlara uğradır.  İlk perspektiv mərhələdə  bəşəriyyət təsərrüfat 
həyatında bərpaolunan enerji mənbələri, günəş  və küləkdən istifadəyə keçidi təmin etməlidir. 
Artıq bu istiqamətdə inkişaf meyli açıq aydın sezilir. Statistikaya görə 1990-2000-ci illərdə neftin 
1%, təbii qazın 2% istehlak artımı müqabilində külək enerjisindən istifadə 25%, günəş 
enerjisindən 20%, geotermal enerjidən isə 4% yüksəlmişdir. Klassik neft ölkəsi olmasına və 
zəngin karbohidrogen resurslar potesialının malikliyinə baxmayaraq respublikamızda da 
bərpaolunmayan enerji mənbələrindən istifadə geniş intişar tapmalıdır. 
Azərbaycanın neft sənayesində uzun illər davam edən ekstensiv və intensiv hasilat prosesi 
respublikamızı  kəskinləşən ekoloji proseslərlə üz-üzə qoymuşdur. Təkcə Abşeronda bu və ya 
digər səbəblərlə çirklənmiş torpaqların ümumi sahəsi 35 min hektardan çoxdur. Üzləşdiyimiz 
problemin həlli mürəkkəb, yüksək kapital tələb edən fazaya daxil olmuşdur. Aydın faktdır ki, 
bütün hasilatçı və industrial neft ölkələri kimi bizi də postneft epoxası gözləməkdədir. Ona görə 
də milli sənaye siyasətində iqtisadiyyatın ekologizasiyası  dərin kök salmalı, energetik 
strategiyada bol günəşli və küləkli təbiətimizdən real istifadə aspektləri dolğun əksini tapmalıdır. 
Ekoloji iqtisadiyyat həm də yoxsulluq problemlərini daha effektli həll etmək iqtidarındadır və o 
ilk növbədə yeni peşələrin yaranacağını, bununla da iş yerləri sırasının genişlənəcəyini labüd 
edəcəkdir. 
İstənilən ölkənin milli sərvətləri ümumi toplumda təbii, əmlak və insan kapitalı göstəriciləri 
ilə ölçülür. BMT-nin və Dünya Bankının Yer planeti üzrə bu resursların bölgüsündə  təbii 
sərvətlər 20%, əmlak 16%, insan kapitalı 64% təsnifatındadır. Rusiyada müvafiq göstəricilər 83-
88%, 7-10%, 5-7% təşkil edir. Milli sərvətlərin müvafiq optimal konfiqurasiyada bölgüsü xüsusi 
həyati  əhəmiyyət kəsb edir. Məlum reallıqdır ki, SSRİ dövlətinin dağılmasının iqtisadi 
aspektlərindən biri kimi də son vaxtlar milli sərvətlərin 1 rubl miqdarında artmasına rəğmən 2,2 
rubl xərclənməsi faktı da dayanmışdır. Azərbaycan da bu göstəricilər konfiqurasiyası baxımından 
yetərli və ümidli dövlətlər sırasındadır. Bununla belə qeyd olunmalıdır ki, beynəlxalq sferada 
milli sərvətləri təyin edən dəqiq metodika hələ ki, yoxdur. 
Yeni reallıqlar sosial inkişafın idarəetmə sistemini də  təbəllüdatlara uğradaraq onu 
dayanaqlı inkişaf müstəvisində  tərəqqisini stimullaşdırır. Bu sistemin əsasında BMT-də geniş 
tətbiqini tapan İnsan  İnkişafı  İndeksi /İİİ/ durur. Ukrayna MEA-nın Təbiətdənistifadə  və 
Ekologiya Problemləri İnstitutunda isə regionların dayanaqlı inkişaf müstəvisinə keçidini tədqiq 
edən  İİİ-nin təkmil variantı Sosial İnkişaf  İndeksi /Sİİ/ işlənib hazırlanmışdır. Sİİ 
normallaşdırılmış bərabəryüklü orta davamlı ömür müddətini, yaşlı əhalinin savad faizi və YDM-
in adambaşına düşən çəkisi kimi üç indikator üzərində qurulmuşdur.  İİİ-dən fərqli olaraq Sİİ 


 
34
aqreqat halında olan şaxələnmiş material inkişafı, intellektual resursların inkişafı, həyat 
fəaliyyətinin mühafizəsi və insan resurslarının inkişafı əsasında 50 sosiometrik göstəricini ehtiva 
edən dörd blokda formalaşır. Sİİ-nin geniş tətbiq sferasına çıxışı sosial-iqtisadi vəziyyətin təhlili 
prosesini, məqsədli təyinatlı  işləmələrin, idarəetmə  qərarlarının qəbulunu yeni keyfiyyətli 
səviyyəyə yüksəldəcəkdir. Bu sistem Sİİ-də inteqral təqdim olunmuş bütün sosial-iqtisadi 
inkişafı quruluş elementlərini vahid metodoloji şəbəkədən təhlil etməyə imkan verəcəkdir. 
Respublikamızda insan inkişafı və sosial inkişaf indekslərinin daha geniş sferada tətbiqi və 
hesabatlandırılması ehtiyacı gündəlikdə durur. Azərbaycanın zəngin təbii sərvətləri, insani 
resursları  və intellektual potensialı sosial-iqtisadi tərəqqinin daha yüksək və davamlı templərlə 
irəliləyişində  bənzərsiz güc toplumu təşkil edir. Bu potensialdan səmərəli istifadə etmək üçün 
bütün resursları daha aktiv dövriyyəyə  gətirməkdə dayanaqlı inkişaf konsepsiyası  zəminində, 
strateji planlar kontekstində əsaslandırılmış proqmatik səfərbərlik tələb olunur. Bunun üçün isə 
konkret olaraq aşağıdakı sistem tədbirlərin görülməsi şərtləndirilir: 
1.
 
Dayanaqlı  İnkişaf Konsepsiyasının  əsas prinsiplərinin milli iqtisadiyyatın bütün 
sferalarında geniş tətbiqinə nail olunması; 
2.
 
iqtisadi sistemin sosiallaşan bazar iqtisadiyyatı relslərinə keçidinin təminat 
strategiyasının işlənməsi; 
3.
 
iqtisadiyyatın ekologizasiyası tədbirlərinin gücləndirilməsi
4.
 
energetik balansda bərpaolunan enerji mənbələrindən istifadə diapazonunun 
genişləndirilməsi. 
Dayanaqlı  İnkişaf Konsepsiyası ekoloji məzmunlu olduğu qədər də sosial-iqtisadi 
prioritetlidir. Azərbaycan iqtisadiyyatının bu konseptual əsaslar üzərində  hərəkət planı 
demokratik təsisatların daha geniş çevrədə  bərqərar olunmasına, ölkə imicinin dünya birliyi 
orbitində ucalmasını və ən əsası isə xalqın sosial həyat və rifahının yüksəlişinə təkan verəcəkdir. 
 
 
2.4. Lberal iqtisadi missiya və milli istehsalin  mühafizəsi 
 
Ötən  əsrin ilk çağlarında beynəlxalq ticarətin sürətlənən inkişaf prosesi dövlətləri yerli 
istehsalçıların maraqlarına xələl gətirmədən bazarı idxal məhsulları ilə yükləmək dilemması 
qarşısında qoydu. Vəziyyətdən çıxış yolunda proteksionist siyasət hərəkətə  gəldi. 
Vurğulanmalıdır ki, proteksionist siyasətin kökləri merkantilizmdən öncəki çağlara gedir. XVI 
əsrdən başlayaraq isə o daha geniş çevrədə dövlətin iqtisadi siyasətində təşəkkül tapır. Məhz bu 
zamanlarda iqtisadi düşüncədə ixracın idxalı üstələməsi prosesində dövlətin sərvətlərinin artması 
fikri formalaşmışdır. XX əsrin ortalarında məlum olmuşdur ki, sərt proteksionizm dünya 
iqtisadiyyatının inkişafının məhdudlaşması ilə müşayiət olunur. Bu zaman ABŞ-da yeni iqtisadi 
texnologiya - xarici ticarətdə  məhdudiyyətlərin mütəmadi olaraq ləğvi, idxal və ixraca sürətlər 
verən liberalizasiya strategiyası hazırlanaraq dövriyyəyə  çıxarıldı. Beynəlxalq ticarətdə 
liberalizasiyanın ideya bələdçisinə yenicə təşəkkül tapan Beynəlxalq Ticarət Təşkilatı çevrildi. 
Latın mənşəli liberal isminin paronimləri liberalizasiya /liberalization/  və liberalizm 
/liberalism/ bir başa tərcümədə azad mənasını ifadə edir. Lakin bu istilahlar iqtisadi sferada ayrı-
ayrı anlayışlarda təcəssüm olunur. Liberalizasiya azad ticarətdə meyl artımını, liberalizm isə 
bazar iqtisadiyyatının bazisi olmaqla bu prosesləri öyrənən iqtisadi nəzəriyyəni tərənnüm edir. 
İqtisadi müstəvidə liberalizasiya bazar iqtisadiyyatının alternativ ifadə variantında da işlənilir. 
Liberalizm isə  sərt dövlət tənzimlənməsi siyasəti «komanda iqtisadiyyatı» terminin antonimi 
kimi də çıxış edir. İqtisadi liberalizm XVIII əsrdə Adam Smit təlimindən başlanğıc alır. XX əsrin 
30-cu illərində Böyük depressiyadan sonra isə onun yeni formatlı axını, neoliberalizm meydana 
gəlmişdir. Bu isə o deməkdir ki, biznes sferasında böhrandan çıxmağın oyun qaydalarını dövlət 
müəyyən edir. Müasir zamanda liberalizm anlayışı  əhəmiyyətli dərəcədə  təbəllüdatlara 
uğramışdır. Lakin onun şəxsi mülkiyyət, azad sahibkarlıq və azad rəqabət kimi əsas prinsipləri 
dəyişməz olaraq qalır. 


Yüklə 5,11 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə