E. M. Hacızadə Z. S. Abdullayev



Yüklə 5,11 Kb.
Pdf görüntüsü
səhifə20/121
tarix29.09.2017
ölçüsü5,11 Kb.
#2401
1   ...   16   17   18   19   20   21   22   23   ...   121

 
43
Cədvəl 12 
 
1995-2001-ci illərdə xam neftin maya dəyəri 
 
Xərc maddələri 
1995 
2000 
2001 
Enerji xərcləri 
11,8 8,9  8,9 
Əmək haqqı 
0,1 1,0 1,1 
Sosial ayırmalar 
0,3 0,4 0,4 
Amortizasiya 
1,5 6,4 5,1 
Layvermənin  artırılması 
2,1 1,9 1,8 
Neftin texniki hazırlanması 
1,6 1,0 1,0 
Neftin nəqli və saxlanılması 
4,1 5,3 6,2 
Ümumisex xərcləri 
2,3 5,7 4,7 
Ümummədən xərcləri 
4,6 7,9 8,8 
Geoloji kəşfiyyat 
2,2 1,8  x 
Avadanlıqların saxlanılması 
34,9 43,7 45,3 
Mədən vergisi 
0,1 1 
10,4 
10,0 
Sair xərclər 
34,4 5,6  6,6 
 
Cədvəldə verilmiş  məlumatlardan görünür ki, neftqazçıxarma sənayesində istehsal 
xərclərinin və maya dəyərinin azaldılması sahəsində böyük imkanlar mövcuddur. Bu imkanları 
aşkara çıxarıb səfərbərliyə almaq üçün sahədə istehsal xərclərinin hər bir ünsür üzrə azaldılması 
imkanları müəyyən edilməli, hər bir neftqazçıxarma idarəsinin fasiləsiz işləməsini, yüksək əmək 
məhsuldarlığını  təmin edən elmi cəhətdən  əsaslandırılmış  təşkilati-texniki tədbirlər həyata 
keçirilməlidir. Bu zaman nəzərə almaq lazımdır ki, hər bir neftqazçıxarma idarəsinin özünə 
məxsus xüsusiyyətləri vardır. Belə ki, neftqazçıxarma sənayesində, sənayenin digər sahələrindən 
fərqli olaraq amortizasiya ayırmaları üzrə xərclər bütün istehsal xərclərinin təqribən 45-50%-ni 
təşkil edir. Müqayisə üçün göstərək ki, bu rəqəm emal sənayesində 2,7-4,5%, kimya və neft 
kimyasında 6-9%, maşınqayırma və metal emalında 3-4,5%, tikinti materialları sənayesində isə 
7-11% təşkil edir. Neftqazçıxarma sənayesində amortizasiya ilə bağlı  xərclərin çox olması 
burada  əsas fondların aktiv hissəsini özündə  əks etdirən qurğuların, o cümlədən neft-qaz 
quyularının baha başa gəlməsi ilə  əlaqədardır. Ona görə  də quyu fondunun hər bir yataq üzrə 
optimal sayının müəyyən edilməsi  əsaslı  vəsait qoyuluşundan səmərəli istifadə edilməsinin 
mühüm amillərindəndir. 
İstehsal xərclərinin azalmasına təsir edən  ən başlıca amillərdən biri fəaliyyətsiz, yəni 
mövcud quyu fondundan səmərəli istifadə edilməməsi təşkil edir. Əgər Azərbaycanda qurudakı 
neftqazçıxarma idarələrinin inkişaf tarixinə nəzər salsaq, bu problemin daima böyük əhəmiyyət 
kəsb etdiyinin şahidi olarıq. Son illərə kimi Azərbaycanın neftqazçıxarma sənayesi üzrə  hər il 
orta hesabla 1000-1100 neft quyusu istismara verilirdi ki, onlardan da təqribən 65-70%-i 
fəaliyyətsiz quyular təşkil edirdi. 
Aşağıda 1995-2002-ci illərdə quruda neftqazçıxarma idarələri üzrə  fəaliyyətdə olan quyu 
fondundan istifadə dinamikası verilmişdir. 
 
 
 
 
 
 
 
 
 
 


 
44
Cədvəl 13 
 
1995-2002-ci illərdə quruda neft-qazçixarma idarələri üzrə 
quyu fundundan istifadə dinamikasi 
 
İllər 
Fəaliyyət göstərən 
Fəaliyyətsiz 
Cəmi 
1995 
6144 3547 9691 
1996 
5424 419 9615 
1997 
5418 4197 9615 
1998 
5830 3717 9547 
1999 
5725 3552 9277 
2000 
5492 3387 8879 
2001 
5574 3308 8882 
2002 
5554 3390 8944 
 
Yuxarıda təqdim edilən cədvəl məlumatlarından görünür ki, 2002-ci ildə quruda 
neftqazçıxarma idarələri üzrə quyu fondu 8944 ədəd olmuşdur ki, ondan da 5554-ü, yəni 62%-i 
fəaliyyətdə olan quyular təşkil etmiş, digər quyular isə neft hasilatında iştirak etməmişlər. 
Müqayisə üçün qeyd edək ki, 1988-ci ildə ümumi quyu fondunun 97,7%-i fəaliyyətdə olan 
quyular təşkil etmişdir. Bu o deməkdir ki, quruda nefqazçıxarma idarələrində neft hasilatını 
artırmaq üçün böyük imkanlar vardır. Əsas məsələ fəaliyyətsiz quyuları istismara qaytarmaqdan 
ibarətdir. 
ARDNŞ-də mövcud quyu fondundan necə istifadə edildiyini müəyyənləşdirmək üçün 
istismar üsullarına görə  fəaliyyət göstərən quyuların bölgüsünü nəzərdən keçirmək 
məqsədəuyğun olardı. Çünki faktiki materialların araşdırılması göstərir ki, fontanla işləyən 
quyularının sayı, digər üsullara nisbətən ildən-ilə azalmağa doğru meyl edir. 
Aşığıdakı  cədvəldə quruda neftqazçıxarma kompleksində  fəaliyyət göstərən quyuların 
istismar üsullarına görə bölgüsü əksini tapmışdır. 
Cədvəl 14 
Fəaliyyət göstərən quyularin istismar üsullarina görə bölgüsü 
/ədəd/
 
Fəaliyyət göstərən quyular 
İllər 
Fontan Kompressor  Nasos 
Cəmi 
1997 
215 80 5535 5830 
1998 
214 72 5439 5725 
1999 
203 53 5236 5492 
2000 
152 46 5376 5574 
2001 
146 42 5352 5554 
 
Quruda neftqazçıxarma idarələrində istehsal xərclərinin xeyli hissəsini enerji xərcləri təşkil 
edir. Bu onunla izah edilir ki, hazırda quruda fəaliyyət göstərən neftqazçıxarma idarələrində neft 
hasilatı  dərinlik nasosları  və kompressor üsulları ilə  əldə edilir və bunlar da çoxlu enerji sərfi 
tələb edir. 
Aşağıdakı cədvəldə 1995-2001-ci illərdə elektrik enerjisi ilə neft-qaz hasilatının dinamikası 
arasındakı əlaqə verilmişdir. 
 
 
 
 
 
 
 
 
 


Yüklə 5,11 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə