E. M. Hacızadə Z. S. Abdullayev



Yüklə 5,11 Kb.
Pdf görüntüsü
səhifə10/121
tarix29.09.2017
ölçüsü5,11 Kb.
#2401
1   ...   6   7   8   9   10   11   12   13   ...   121

 
23
azot vurulur. Müəyyən vaxtdan sonra layda olan neft və su öz axma qabiliyyətini itirərək 
bərkiyir və  həmin zonadakı  məsamələri tutur. Bu isə quyu dibində yüksək təzyiqin 
alınmasına imkan verir. Quyudibi zonası dondurulduqdan sonra hidralik yarılma, yaxud 
təzyiq altında turşu ilə işləmə aparılır. Sonra layda olan təzyiq və temperaturadan asılı 
olaraq quyudibi zonasına istiliklə təsir edilir və beləliklə də quyu işə salınır. 
12
 
Onikincisi - quyudibinin gil turşusu ilə işlənməsi üsulu. Gil turşusu xlorid turşusu ilə 
flüorid turşusunun qarışığıdır. Bu turşudan qumdaşları, yaxud qum-gil süxurlarından 
təşkil edilmiş laylara qazılan quyularda keçiriciliyi artırmaq üçün istifadə edilir. 
Qumdaşları  işləmək üçün, adətən 3-6%-li flüorid turşusu və 10-12%-li xlorid turşusu 
götürülür. Bu üsulla quyudibi zonası üç mərhələ üzrə işlənir: 
 
birinci mərhələdə  işlənəcək intervalın qarşısında quyunun gövdəsində xlorid 
turşusu vannası düzəldilir. Quyunun gövdəsində sement qabığı olarsa, xlorid 
turşusuna 1-1,5% flüorid turşusu əlavə edirlər; 
 
ikinci mərhələdə quyudibi zonasında karbonatları  həll etmək üçün laya 10-
15%-li xlorid turşusu vurulur. Reaksiya nəticəsində alınan məhsullar quyudibi 
zonasından çıxarılır; 
 
üçüncü mərhələdə gil fraksiyası və kvars qumlarını həll etmək üçün gil turşusu 
vururlar. 
Gil turşusunun təsiri altında gillər plastiklik və şişmə qabiliyyətini itirir. Bu üsul inceksiya 
quyularının mənimsənilməsində geniş yer tutur; 
13
 
Onüçüncüsü - quyudibi zonasının kimyəvi üsulla bərkidilməsi
Neft quyularının istismarı zamanı maye ilə  bərabər laydan gələn bütün qumun Yer 
səthinə qaldırılması layın quyudibi zonasının dağılmasına, həmin zona skeletinin 
pozulmasına səbəb olur. Odur ki, qumun gəlməsinin qarşısını almaq lazım gəlir. Bunun 
üçün sement məhlulundan, sement-qum qarışığı  məhlulundan və kimyəvi üsullardan 
istifadə edilir. Sement məhlulu ilə quyudibi zonasının möhkəmlənməsi ilk dəfə 1949-cu 
ildə Ə.Əmirov adına NQÇİ-də tətbiq edilmişdir. Bu üsulun mahiyyəti ondan ibarətdir ki, 
laya istismar kəmərinin süzgəcindən sement məhlulu vurulur. Bu məhlul quyudibi 
zonasında bərkiyərək onu möhkəmləndirir və yuyulmaya qarşı davamlı edir. Quyudibi 
zonasına sement-qum qarışığının vurulması üsulunda betondan istifadə edilir. Bu beton 
sement və çınqıl daşlarından ibarət olaraq böyük keçiriciyə malik olmaqla yanaşı, həm 
də yuyulmaya qarşı çox davamlı olur. Kimyəvi üsulda quyudibi zonasına fenol-
formaldehid qətranı vurulur. Bu, quyudibi zonasında bərkiyərək qum hissəciklərini 
birləşdirir və onları yuyulmaya qarşı davamlı edir. Azərbaycanın neft mədənlərində 
tətbiq edilmiş bu üsul böyük səmərə vermişdir, yəni bu zaman qum tıxacının  əmələ 
gəlməsi halları azalmış və quyuların təmirarası müddəti çoxalmışdır. 
Quyudibi zonasına təsiretmə üsulları iqtisadi cəhətdən səmərəlidir. Bu səmərə 
özünü quyunun cari hasilatının artmasında,  əlavə neftin alınmasında və  xərclərin 
azalmasında büruzə verir. Quyudibi zonasında təsiretmə üsullarının səmərəliliyini 
müəyyən etmək üçün quyunun əvvəlki göstəriciləri, həmin təsir üsullarının tətbiqindən 
sonra əldə edilən göstəricilərlə müqayisə edilir. Belə göstəricilərə aşağıdakılar aid edilir: 
1.
 
quyunun cari hasilatının həcmi; 
2.
 
quyudan alınan əlavə hasilatın miqdarı;  
3.
 
quyunun məhsuldarlığı;  
4.
 
quyunun işlənməsinə çəkilən xərclərin həcmi;  
5.
 
quyunun təmirarası müddəti. 
Bununla belə, quyudibi zonasında təsiretmə üsullarının səmərəliliyini müəyyən edən digər 
xərc komponentlərindən,: istismar xərcləri, 1 ton xam neftin maya dəyəri, investisiya 
qoyuluşunun həcmi, metala, yanacağa, enerjiyə, iş qüvvəsinə  qənaət və sairdən də istifadə 
olunur. 


 
24
II FƏSİL 
ORBİTAL NEFT TƏSƏRRÜFATININ TEXNİKİ-İQTİSADİ STRUKTURU 
VƏ İNKİŞAF MEYLLƏRİ 
 
2.1. Ehtiyatların coğrafi yerləşməsi və dünya neft iqtisadiyyatının inkişaf senarisi 
 
Bütün dəyərlər qızıla ekvivalent meyarda əks olunur. Lakin son yüz ildə  qızıl meyarını 
alternativləşdirən «qara» epitetli yeni bir resurs - «qara qızıl» adlandırılan neft bəşər 
cəmiyyətinin iqtisadi həyatında  əvəzedilməz enerji mənbəyinə çevrilmişdir. Bənzətmə o qədər 
bəsitləşmişdir ki, insanlar əksərən bu fərq diapazonuna diqqət yetirmək  əhəmiyyətini belə 
nəzərdən qaçırmışlar. Planetimizdə digər analoji və qeyri-analoji enerjidaşıyıcılarının 
mövcudluğuna baxmayaraq neft təsərrüfat prosesində dərin kök salmış və bir əsrdən çoxdur ki, 
oxşarları arasında öz lider mövqeyini qoruyub saxlamışdır. 
Neft dünya energetikasının mühüm komponentidir. Lakin neftin ilk peşəsi energetika deyil
səhiyyə  və tikinti olmuşdur. Çağdaş zamanda isə dünya iqtisadiyyatını neft və qaz resursları 
olmadan təsəvvür etmək çətindir. Proqnozlar belədir ki, bu təsəvvür çətinliyi XXI əsrin son 
onilliklərinə qədər bizi müşayiət edəcək, dünyanın iqtisadi təkəri azı 50 il belə əsaslı olaraq neft 
və qaz resursları potensialına istinadən hərəkətə  gələcəkdir. Lakin bununla belə müasir neft 
sənayesinin fəaliyyəti qədər neft erasının bitməsi problemi də  əzm və düşüncələrə hakim 
kəsilmişdir. Tükənmə prosesi industrial dövlətlərin energetik siyasətində, milli təhlükəsizlik 
konsepsiyasında dərin əks olunmaqdadır. Belə məqam isə öz növbəsində neftin qiymət meylinə 
təsir edərək geoloji axtarışları stimullaşdırmaqdadır. 
Ötən  əsrin 70-ci illərində müdhiş planetar neft böhranında dünya neft ehtiyatları 600 
milyon barrel hesablanırdı. Dünya iqtisadi artımına qeyri-adekvat olan belə toplum yeni neftli 
yataqların kəşfini sürətləndirdi. Artıq 1980-ci illərdə, 15 il keçdikdən sonra ehtiyatlar on dəfədən 
də çox artaraq 700 milyard barrel təşkil etdi və əsrin sonunda isə dünya neft ehtiyatları bir trilyon 
barrellik həddi ötüb keçdi. Mütəxəssis hesablamalarına görə dünya neft ehtiyatlarının potensial 
maksimal həddi 310-315 milyard ton təşkil edə bilər. İndiki zamanda kəşf olunmuş ehtiyatlar isə 
136 milyard tona bərabərdir. Altı min illik yaş tarixinə baxmayaraq neft yalnız XIX əsrdə sənaye 
xarakteri almış  və XX yüzillikdə yetərli bir yüksəliş yolu keçmişdir. Bu əsrdə dünya səthində 
260 milyard ton neft kəşf olunmuş və yerin təkindən 121 milyard ton neft hasil edilmişdir. Tarix 
neft yataqlarının kəşfi və sənaye istismarını aşağıdakı düzümdə formalaşdırmışdır: 
1.
 
Bakı 
 
  /1848/; 
2.
 
ABŞ   /1859/; 
3.
 
İndoneziya  1893/; 
 
4.
 
ABŞ-Texas  /1901/; 
5.
 
İran   /1909/; 
6.
 
Küveyt 
  /1934/; 
7.
 
Səudiyyə Ərəbistanı /1938/; 
8.
 
Əlcəzair və Nigeriya 
/1956/; 
9.
 
Qərbi Sibir 
 
/1961/; 
10.
 
Alyaska 
  /1968/; 
11.
 
Şimal dənizi   /1969/. 
XX  əsrin ilk ilində dünya neft hesabatı 21,2 milyard ton təşkil edirdi. Məlumdur ki, bu 
neftin 50%-dən çoxu Azərbaycanın payına düşmüşdür. Tam bir əsr ötdükdən sonra XXI əsrin 
əvvəlində dünya neft hasilatı 3,34 milyard ton təşkil etdi. Bu göstərici yüz il öncədən 158 dəfə 
çox idi. 
Hazırda hasilat artımı templəri istehlakı templərini üstələsə  də mövcud dünya neft 
ehtiyatlarının istifadə müddəti 40 ildən bir qədər çox vaxta hesablanır. Planetimizdə hər gün 10,3 
milyon ton neft hasil olunur və çox yaxın vaxtlarda bu rəqəmin 11,2-11,5 milyon tona 


Yüklə 5,11 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə