Ə. H.Əliyev, F.Ə.Əliyeva, V. M. Mədətova



Yüklə 66,66 Kb.
Pdf görüntüsü
səhifə97/102
tarix17.11.2017
ölçüsü66,66 Kb.
#10957
növüDərs
1   ...   94   95   96   97   98   99   100   101   102

 
381 
sahələrin ultrastrukturu və funksional xüsusiyyətləri xeyli geniş 
öyrənilmişdir. Son təsəvvürlərə görə qabıqda bədənin ayrı-ayrı 
nahiyyələrindən sensor informasiyaları  qəbul edən və ardıcıl 
olaraq yenidən analiz və sintez proseslərinə məruz qoyan bir neçə 
somatosensor sahə mövcuddur. Bu sahələrdən hər birisi somato-
sensor submodallıqlara seçici həssaslıq göstərir.  Əldə edilmiş 
neyrofizioloji faktlara görə qabıqda somatosensor qabıq 
sahələrində neyronların və sinir liflərinin sütüncuqları  şəklində 
strukturlaşması ilə sıx əlaqədardır. Neyronların bu tip birləşmələri 
(modulları) ən yayılmış funksional vahidlər kimi tanınırlar. Belə 
modullar qabığın digər sahələri (görmə qabığı, motor qabığı, assi-
ativ qabıq və s.) üçün də xarakterikdir. Qabığın sensor modulları 
onun səthinə perpendikulyar olaraq düzülür, onların hər biri 0,3-
0,5 mm diametrə malikdir, 10 minə qədər neyron saxlayır. Hər bir 
tip modul ayrıca spesifik sensor modallığa və ya submodallığa 
xidmət edir. Onlardan bəziləri oynaqların ətrafında əzələ tarımlığı 
qeyd edən reseptorların, digərləri dərinin mexanoreseptorlarının, 
başqaları isə termoseptorların siqnallarına cavab verir. 
Somatosensor qabıq sahələri çıxarıldıqda bədənin müxtəlif 
nahiyələrində toxunma hissi əmələ  gələn yeri dəqiq təyin etmək 
dəri toxumasına edilən təzyiqin dərəcəsini düzgün 
qiymətləndirmək, cisim və ya predmetləri barmaqla ləms 
vasitəsilə tanımaq, onların formasını bilmək kimi qabiliyyətlər 
çox zəifləyir və ya tamam itir. Somatosensor qabığın arxa 
hissəsində yerləşən 5 və 7 saylı (Brodmana görə) qabıq 
sahələrində somatosensor impulsasiyaları dekodlaşdıran və şüurlu 
olaraq qavranılan sensor hissləri formalaşdıran somatosensor 
assosiativ mərkəzlər kimi fəaliyyət göstərir. Dəri duyğuları 
(lamisə, temperatur duyğusu və s.) bu mərkəzlərdə meydana gəlir. 
 
8.9. Müvazinət (vestibulyar) sensor sistemi 
 
Bütün heyvan orqanizmləri, o cümlədən insan, məkan və 
zaman asıllıqları olan, yerdəyişmə və fəal hərəkət tələb edən fiziki 
mühitdə yaşamağa alışmışdır. Fəal hərəkət edən heyvan 
 
382 
orqanizmləri yaşadıqları fiziki mühitlə öz münasibətlərini 
tənzimləyəbilən sensor mexanizmlərə malik olmalıdırlar. Heyvan 
orqanizmi nə qədər fəaldırsa və zəhmətkeşdirsə ona öz bədəninin 
məkanda müxtəlif hərəkətlərinə görə vəziyyətləri haqqında, başqa 
sözlə, müxtəlif hərəkətlər zamanı  bədənin müvazinəti, xarici və 
daxili təsirlər zamanı müvazinətin (tarazlığın) dəyişiklikləri 
haqqında sensor informasiyalar ona bir o qədər zəruridir. 
Müvazinəti qoruyub saxlmaqdan ötrü insan və ya heyvan 
orqanizmi müxtəlif informasiyalara əsaslanır. Bunda görmə, 
eşitmə, dəri,  əzələ  və  vətər reseptorlarının siqnalları az-çox 
əhəmiyyət kəsb edir. Bir çox heyvan növləri, eləcə  də insan 
bədənin və onun hissələrinin məkanda (fəzada) vəziyyətləri 
tənzimləyən xüsusi sensor orqanlara malikdir. Onlar əksər hey-
vanlarda bədənin baş hissəsində, gözlərin yanında və ya eşitmə 
orqanı ilə birlikdə lokallaşmışdır. 
Heyvanlar aləmində bu orqanların bir neçə tipi inkişaf etmiş-
dir. Onurğasızların yüksək inkişaf etmiş nümayəndələrində mü-
vazinət aparatı kimi statosit və ya makula orqanı fəaliyyət göstərir 
(şəkil 8.9). Statosit içərisi həlməşik maye ilə dolu kisəcikdir, onun 
divarlarında tükcüklü sensor hüceyrələrindən ibarət olan sahələr 
(makulalar) vardır. Sensor hüceyrələrin tükcüklərinin uclarında 
bərk kristal hissəciklər (statolitlər) saxlayır. Bədən  əyildikdə 
kristallar tükcükləri  əyir, bu vəziyyət sensor hüceyrələrdə  və 
onlara bağlı olan sinir liflərində yüksək tezlikli impuls yükləri 
yaradır. Statosit aparat surət, xətti təcili, ağırlıq və ya cazibə 
qüvvəsi (qravitasiya) ilə əlaqədar olan təsirləri qəbul edir. Statosit 
əsl qravireseptor orqanıdır. Cazibə qüvvəsi canlıların hamısına 
təsir edir, fəal hərəkət edən heyvanların böyük əksəriyyəti 
qravireseptorlara malikdir. Statosit qravitasiya təsirləri duyan 
effektiv müvazinət orqanlarına aiddir. 
 
downloaded from KitabYurdu.org


 
383 
 
Şəkil 8.9. 1.Statosit və ya makula. 2.Daraqcıqlı kanal. 
 
Heyvanlarda bədənin, onun ayrı-ayrı hissələrinin (baş, qollar, 
ayaqlar və i.) fəza (məkan) vəziyyətləri haqqında sensor informa-
siyaları yaradan başqa tip müvazinət orqanı da formalaşmışdır. 
Bu, içərisi həlməşik maye ilə dolu kanaldır. Sensor hüceyrələr 
kanalın divarında daraqcıq formasında düzülən tükcüklərə malik-
dir, tükcüklər kanaldakı maye ilə  təmasdadır, bədənin müxtəlif 
vəziyyətlərində mayedə  əmələ  gələn ehtizazlar kiprikcikləri  əyir 
və qıcıqlandırır. Kanalda mayenin hərəkət surəti bədənin hərəkət 
surətinə müvafiqdir; bədən hərəkətləri surətli və ya yavaş olanda 
daraqcıq tükcüklərinin sinxron əyilmə  dərəcələri də bundan asılı 
olaraq dəyişilir, bədən eyni surətlə  hərəkət edəndə daraqcıq hü-
ceyrələri  əyri vəziyyətdən  şaquli vəziyyətə keçirlər. Beləliklə
kanal tipli müvazinət orqanı daha çox hərəkətlərin bucaq təcilləri 
deteksiya etmək üçün uyğunlaşmışdır. Bu tip müvazinət orqanı 
onurğasızların, ancaq bəzi nümayəndələrində rast gəlinir. 
Statosit aparatı ilk dəfə XIX əsrdə Avstriya morfoloqu və 
fizioloqu Kreydall xərçəngkimilərdə  kəşf etmişdir. O dövrdən 
etibarən statosit tipli qravireseptor mexanizmlər cücülər istisna 
olmaqla onurğasızların bütün siniflərində aşkar edilmişdir. Cücü-
lərdə statosit yoxdur, onlarda müvazinət hissi propriorespsiya sis-
 
384 
temi ilə bağlıdır, cücülərdə dayaq-hərəkət aparatlarının bəzi hissi 
hüceyrələri həmən o statosit və ya kanal tipli müvazinət 
orqanlarının tükcükləri kimi qurulmuşdur. Burada ixtisaslaşmış 
sensor tükcüklər (sensillər) öz uclarında səthlər  əmələ  gətirir, 
bəzən də bir-birləri ilə qovuşaraq hissi sahənin sıxlığı və genişliyi 
artırır. Cücünün bütün ekzoskleti xərçəngkimilərdə  və ya mo-
lyusklarda olan statosit kimi müvazinət sensor sistemi funksiyası 
daşıyır. Həşəratda öz bədəninin  ən azacıq yerdəyişmələri, 
hərəkətlərinin sürət və təcili, havada və yerdə müvazinəti qravita-
siya qüvvəsi hiss edən sensorlarla yanaşı olaraq fırlanma 
hərəkətləri deteksiya edən sensorlar da mövcuddur. İkiqanad-
lılarda bu funksiya arxa qanadların  şəkildəyişməsi kimi əmələ 
gələn qantel formalı tükcüklü sensorlar daşıyır. Həşərat öz uçuşu 
zamanı tez-tez eniş  və yoxuş  hərəkətləri icra edir, uçuş 
istiqamətini dəyişdirdikdə o öz bədən oxu ətrafında fırlanma 
gərginliyi yaradır, sensorun qıcıqlanması baş verir. 
Onurğalılarda  əsas müvazinət orqanı yarımdairəvi kanallar və 
otolitdən (statositin analoqu) ibarətdir, onlar birlikdə vestibulyar 
aparat adlanır. Təkamül prosesində otolit orqanı ilbiz törəməsinə-
eşitmə orqanına mənşə vermişdir. Bütün bu mürəkkəb strukturlar 
labirint adı almışdır. Labirintin boşluqları membran zarları ilə ör-
tüldüyünə görə ona membran labirinti də deyilir. 
Otolit 2 kisəciyə (sakkulus və utrikulus) ayrılır, onlar da tük-
cüklü reseptor hüceyrələr makullarda qruplaşırlar. Kisəciklərə 
açılan yarımdairəvi kanalların genişlənmiş hissələri (ampulları) 
tükcüklü reseptor hüceyrələrdən ibarət daraqcıqlara malikdir. 
Vestibulyar reseptorları
. Vestibulyar aparatın sensor 
hüceyrələri kinosillər və streosillər adlanan mikrokipciklərə 
malikdir. Kinosil halqavarı düzülmüş 9 cüt mikroborucuqdan 
ibarətdir, streosil sitoplazması və 3 qat plazmatik membranı olan 
incə çıxıntılardır, onlar əslində mikraxovlara daha çox oxşayırlar. 
Bu quruluş  əlamətləri həm otolitin, həm də yarımdairəvi kanal-
larının tükcüklü sensor hüceyrələrinə xasdır. Makuladakı 
tükcüklər otolitlərin səthi ilə  təmaslanır. Otolitlər kalsi karbonat 
(Ca
2
CO
3
) duzu kristallarıdır, onlar otolit kisəciyindəki həlməşik 
downloaded from KitabYurdu.org


Yüklə 66,66 Kb.

Dostları ilə paylaş:
1   ...   94   95   96   97   98   99   100   101   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə