Ə. H.Əliyev, F.Ə.Əliyeva, V. M. Mədətova



Yüklə 66,66 Kb.
Pdf görüntüsü
səhifə96/102
tarix17.11.2017
ölçüsü66,66 Kb.
#10957
növüDərs
1   ...   92   93   94   95   96   97   98   99   ...   102

 
377 
diskləri adlanan başqa tip reseptor hüceyrələrə də rast gəlinir. Onlar 
dəridəki tüklərin follikullarında lokallaşırlar, toxunma 
reseptorlarıdır, dəri səthində  hərəkət edən obyektlərin təsirlərinə 
həssasdırlar. Funksional xassələrinə görə Meysner reseptorlarına 
bənzəyir. 
Dərinin dərin qatlarında və dərialtı hüceyrəli toxumada Fater-
Paçini cisimləri adlanan iri inkapsulyar reseptorlar yerləşir. Bu tip 
reseptorlar  əsasən barmaqlarda, xarici cinsi orqanlarında və süd 
vəzilərində lokallaşırlar. Onlar dəridə və dərialtı toxumalarda tez 
baş verən vibrasiyaları  və digər mexaniki dəyişiklikləri tutur və 
tez adaptasiya olunurlar. Dəridə Ruffini cisimcikləri və Krauze 
kolbacıqları adlanan hissi törəmələr də mövcuddur. Onlar 
inkapsulyar mexanoreseptorlara aiddir, bədən səthinin torlu 
təbəqəsində oynaq kapsulalarında lokallaşırlar. Ruffini 
cisimcikləri dəri bərk basıldıqda, ona güclü və uzunmüddətli 
təzyiq olduqda oyanır, qıcıqlara yavaş adaptasiya olunur. Krauze 
kolbacıqları Paçini cisimcikləri kimi dəri deformasiyaları, dəriyə 
təkrar mexiniki təsirlər zamanı  fəallaşır, qıcıq təsiri kəsiləndən 
sonra da bir müddət sinir impulslar göndərməkdə davam edir 
(şəkil 8.8). 
 
 
 
Şəkil 8.8. Dəri reseptorlarının növləri.  
1-plastik (Fater-Pacini) hüceyrələr;  
2-təmas (Meysner) hüceyrələri; 3-tük hissəciyində sinir kələfi; 
4-soğanaqcıq (Krauze kolbacıq); 
 
378 
5-buynuz qişada sinir kələfi: N-sinir lifi. 
 
8.8. Dərinin termoreseptorları 
 
Ətraf mühitin, havanın temperaturu, iqlim dəyişiklikləri, istilik 
və soyuqluq dərəcəsi, cismlərin başqa orqanizmlərin istiliyi və ya 
soyuqluğu dəridə yerləşən termoreseptorlar vasitəsilə qəbul edilir. 
Dəridə termoresepsiya funksiyası yerinə yetirən reseptorlar hissi 
sinir liflərinin sərbəst ucları və ya onların inkapsulyar formaları - 
Ruffini cisimcikləri və Krauze kolbacıqları kimi təmsil 
olunmuşdur. Son illərin tədqiqatları göstərmişdir ki, Ruffini 
cisimcikləri və Krauze kolbacıqları  dəridə lamisə reseptorları 
funksiyası daşımaqla yanaşı, həmçinin temperatur təsirlərinə  də 
həssaslıq göstərirlər. Ruffini cisimcikləri istiyə, Krauze 
kolbacıqları soyuğa həssasdırlar. 
Primatlarda termoresepsiya müxtəlif hissi liflər arasında 
paylanılmışdır. Soyuma əsasən nazik mielinlə örtülmüş A-delta 
liflər (ad liflər), qızma isə qalın mielinlə örtülmüş C-liflər 
vasitəsilə hiss edirlər. Reseptorların istilik və ya soyuqluq 
reseptorlarına aid olub-olmaması  həqiqətdə onların həssaslıq 
zirvələri bədənin hərarətinə görə  nə  dərəcədə  aşağı  və ya nə 
dərəcədə yuxarı  həddə müvafiq olmasıyla müəyyən edilir. Eyni 
bir termoreseptor tempraturun aşağı düşməsinə  və ya yuxarı 
qalxmasına tez və ya yavaş reaksiya ilə cavab verə bilər. 
Dəridə ixtisaslaşmış istilik və soyuqluq reseptorlarınn varlığı 
fikri bir çox tədqiqatçılar qəbul edir. İstilik və soyuqluq 
reseptorları istinin və soyuğun qradasiyaları  təyin edən 
detektorlardır.  İnsanın dəri səthinin çox hissəsində istilik və 
soyuqluq nöqtələri adlanan kiçicik reseptiv sahələr aşkar 
edilmişdir. Bəzi müəlliflərə görə, insanda soyuqluq nöqtələri 
istilik nöqtələrindən sayca 5-10 dəfə çoxdur. 
Dərinin termohəssaslığı statik və dinamik ola bilər. Uzunmüddətli 
nisbi sabit hava temperaturu dəridə statik temperatur hissi yaradır. 
Bizdə  dəri tempraturu 36-37
°-C-dən yuxarı qalxanda, 43-45°-C-ə 
çatanda, sabit istilik hissi, 30
°-C-ə qədər aşağı düşəndə sabit soyu-
downloaded from KitabYurdu.org


 
379 
qluq hissi formalaşır. Dərinin istiliyi 43-44
°-C-dən yuxarı qalxanda, 
biz bunu artıq ağrı, yanğı hissi kimi qəbul etməyə başlayırıq. Dərinin 
temperaturu 20-17
°-C-ə qədər aşağı düşəndə, bu da ağrı impulsları 
yaradır. Termoreseptorların dinamik həssaslığı nisbətən zəif 
öyrənilmişdir. Göstərilir ki, müxtəlif növ termoreseptorlar qarşılıqlı 
olaraq biri digərinin həssaslığını dəyişdirə bilər. Belə ki, bir növ ter-
moreseptorda oyanıcılığın artması digər termoreseptorda oyancılığın 
azalması ilə müşayiət oluna bilər.  İsti günlərdə  səhər və axşam 
soyuğu deteksiya edən reseptorlar daha fəallaşırlar. 
Lamisə  və temperatur hisslərinin mərkəzi mexanizmləri.
 
Dərinin mexano və termoreseptor cihazları öz sensor informasi-
yalarını impuls kodları halında onurğa beyninə nəql edir. Bu im-
pulslar somatosensor siqnalaların tərkib hissəsi olaraq müxtəlif 
hissi kanallarla nəql olunur. Somatosensor siqnallar onurğa 
beynində iki mühüm vəzifə daşıyır. Bir halda onlar onurğa beyni 
səviyyəsində həyata keçən məhəlli reflektor reaksiyaları işə salır. 
Ayağın diz nahiyəsinə endirilən ağrı stimula qarşı əmələ gələn diz 
bükücü refleks buna əyani sübutdur. Digər halda somatosensor 
informasiyalar onurğa beyni üzrə qalxan sinir yolları vasitəsilə 
baş-beynin müvafiq mərkəzlərinə ötürülür. 
Dəridən gələn hissi liflərin  əksəriyyəti onurğa beyninin arxa 
buynuzlarının sensor neyronlarında qurtarır. Arxa buynuzlar çox-
qatlı hissi neyron şəbəkələri  şəklində  təşkil olunmuşdur.Burada 
sensor neyronların müxtəlif tipləri rast gəlinir. Bəzi neyronlarda 
müxtəlif tip hissi liflər konversensiya olunur. Belə hesab edilir ki, 
bu kimi konvergensiyalar spinal səviyyədə ayrı-ayrı sensor mo-
dallıqlar arasında baş verən qarşılıqlı təsirlərin əsasında durur. Bu 
qarşılıqlı  təsirlərdən insana daha çox şamil edilən bir forması 
lamisə siqnalları ilə  ağrı siqnalları arasında baş verir. Çoxlarına 
məlumdur ki, bədəndə xəstə yerin ətrafında dəriyə yüngül toxun-
maq, onu sığallamaq, masaj etmək və ya qıdıqlamaqla ağrını 
azaltmaq olar. Arxa buynuzlarda sensor informasiyaların qarşılıqlı 
təsirləri və analiz-sintezi spinal interneyronların fəaliyyəti, 
onlarda oyanma və  ləngimənin dinamik münasibətləri ilə  sıx 
əlaqədardır. İnterneyronları sensor siqnalı gücləndirən və ya tor-
 
380 
mozlayan «astanalar», «qovuşdurucular» rolu oynayırlar. Hələ 
keçən əsrin 60-cı illərində Melzak və Uoll ağrıya astana nəzarəti 
haqqında nəzəriyyə ilə çıxış etmişdir. 
Dəridən ötürülən sensor siqnallar mərkəzi sinir sisteminin 
qalan hissələrinə iki əsas yolla nəql olunur. Onurğa beyninin arxa 
buynuzlarından dəri reseptorlarının informasiyaları onurğa beyin-
talamik qalxan sinir traktı vasitəsilə baş beyinə  qədər çatdırılır. 
Bu traktın bir çox sensor sinir lifləri başlıca olaraq temperatur və 
ağrı siqnalları nəql edir, onların arasında lamisə siqnalları və oy-
naqların proprioseptiv informasiyaları daşıyan liflər də vardır. 
Onlar öz yolunda baş beyin sütunu səviyyəsində retikulyar forma-
siya neyronlarına çoxlu sayda kolleterallar verir. Retikulyar for-
masiya neyronları da öz növbəsində polisinaptik qalxan liflər sis-
temi əmələ gətirir ki, bu son nəhayətdə talamusla əlaqələnir. Reti-
kulyar neyronların impulsasiyaları bir çox hallarda somatosensor 
hisslərin «oyanması» və qavranılması proseslərinə  rəvac verir. 
Onurğa beyninin arxa (dorsal) sütunları ilə beyinə qalxan hissi 
yolların bəziləri medial leminsk (həlqə) tərkibinə daxil olur və 
daha sonra bu yolla talamusa çatır. Medial leminsk dəriyə 
toxunma və  təzyiq haqqında  ən dəqiq informasiyaları ötürür. 
Leminsk liflər də retikulyar neyronları ilə sinaptik əlaqələr yaradır 
və bu yolla dəri hisslərinin güclənməsinə yardım edir. 
Somatosensor qalxan yollar, onurğa beyin-talamik liflər və 
leminsk lifləri hamılıqla talamusda qurtarır, talamik rele ney-
ronları ilə çox saylı sinaptik əlaqələrə girirlər. Somatosensor yol-
lar talamusun ventral arxa nüvəsində, leminsk və onurğa beyin-
talamik liflər isə talamusun lateral hissəsində qurtarır. Üzün 
dərisindən sensor siqnalları daşıyan üçlü sinirin nüvəsindən gələn 
liflər isə talamusun medial hissəsində qurtarır. Primatlardan 
aşağıda duran məməlilərdə (məsələn, pişikdə) bu qrup talamik 
neyronlar ventrobazal kompleks adlanır. Beləliklə, talamus 
dəridən taktil və digər siqnalları  qəbul edən və baş beyin yarım 
kürələri qabığının somatosensor sahələrinə göndərən son beyin 
instansiyası vəzifəsi yerinə yetirir. 
Məməli heyvanların baş-beyin qabığında somatosensor 
downloaded from KitabYurdu.org


Yüklə 66,66 Kb.

Dostları ilə paylaş:
1   ...   92   93   94   95   96   97   98   99   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə