Ə. H.Əliyev, F.Ə.Əliyeva, V. M. Mədətova



Yüklə 66,66 Kb.
Pdf görüntüsü
səhifə98/102
tarix17.11.2017
ölçüsü66,66 Kb.
#10957
növüDərs
1   ...   94   95   96   97   98   99   100   101   102

 
385 
maye kütləsində  sıx birləşir, qalın otolit membranı  əmələ 
gətirirlər. Yarımdairə daraqcıqlar həlməşik maye kütləsinə daxil 
olur, ampulun o biri tərəfinə qədər uzanırlar. 
Vestibulyar aparatın reseptorları müxtəlif yönümlüdür. Bəziləri 
öz tükcükləri ilə radial konfiqurasiya əmələ  gətirir.  İnsan və ya 
heyvan başını  tərpədəndə otolidəki və yarımdairə kanalalrındakı 
bu tip reseptorlar təxminən bir cür oyanırlar. Adətən kinosillər 
sterosillərin bir tərəfində lokallaşır, bütün bu qrup tükcüklər 
kinosillərə  tərəf  əyiləndə vestibulyar sensorlar oyanır,  əks tərəfə 
əyiləndə isə tormozlanırlar. 
Onurğasızlarda müvazinət sensorları oyanmanı öz aksonları 
vasitəsilə birbaşa mərkəzi sinir qanqlilərə ötürürlər, onurğalılarda 
isə vestibulyar sensorlar aksonlardan məhrumdur, onlar oyanmanı 
kimyəvi sinapslar (neyromediator mexanizm) vasitəsilə hissi sinir 
uclarına ötürürlər. 
Əksər məməlilərdə o cümlədən insanda, vestibulyar siqnallar 
nisbətən az sayda (təxminən 40 minə yaxın) hissi sinir lifi 
vasitəsilə  nəql olunur, əvvəlcə arxa beyindəki vestibulyar 
nüvələrə çatır. Buradan vestibulyar siqnallar 3 istiqamətdə yayılır-
lar. 
Vestibulo-spinal yol.
 Onurğa beyninə proyeksiya olunan vesti-
bulyar siqnallar vestibulo-spinal sinir traktı ilə  hərəkət edir. Bu 
trakt medial və lateral şaxələrə ayrılır, medial şaxənin lifləri onurğa 
beynin ön seqmentlərində, boyun və gövdə  əzələləri idarə edən 
hərəki neyronlar ilə sinaptik əlaqələrə girir, lateral şaxənin lifləri 
isə  aşağı  ətrafların  əzələləri idarə edən onurğa beyin motoney-
ronları ilə sinaptik əlaqələri yaradırlar. Medial trakt həm də tor-
mozlayıcı hissi liflərdən, lateral trakt isə, ancaq oyadıcı hissi 
liflərdən ibarətdir. Beləliklə, dəhliz-onurğa beyni yolu bədənin 
məkanda vəziyyəti müəyyənləşdirən skelet əzələlərin fəaliyyətini 
geniş  səpkidə  tənzimləyə bilir. Vestibulyar siqnallar ilk növbədə 
başın məkandakı vəziyyəti tarazlayan (sabitləşdirən) reflektor sis-
tem formalaşdırır. Baş boyunla, boyon gövdə ilə gövdə isə aşağı 
ətraflar (ayaqlar) ilə  əlaqəlidir və müəyyən məkan vəziyyətləri 
alır. Başın məkandakı vəziyyəti boyun refleksləri ilə tənzimlənir. 
 
386 
Başın və gövdə ilə ayaqların hərəkətləri arasında boyun 
hərəkətləri  əlaqələndirici rol oynayır. Boyun əzələləri başa bağlı 
olduğuna görə vestibulyar siqnallar onların reflektor reaksiyaları 
müxtəlif məkan vəziyyətlərindən normal vəziyyətə qaytarır, bu 
halda vestibulyar stimulyatorların, təsirləri azalır. Bu tip reflekslər 
mütləqdir, bir çox hallarda qeyri-iradi xarakter daşıyır. Gövdə və 
ayaq əzələləri başın məkan vəziyyəti ilə boyun əlaqələri sayəsində 
müəyyən dəyişkən münasibətdə olur. Bu münasibətlər vestibulyar 
oyadıcı  və tormozlayıcı siqnallar və onurğa beyin hərəki 
refleksləri vasitəsilə tənzimlənilir. 
Vestibulo-okulyar yol.
 Vestibulyar aparat gözlərin hərəkətləri 
tənzim etməkdə  əsas rol oynayır. Göz müxtəlif tərəflərə  hərəkət 
etməsinə baxmayaraq tor qişada təsvirlər stabil qalır, bu çox vacib 
şərtdir. Gözün hərəkətləri 6 xarici göz əzələsi vasitəsilə  tən-
zimlənir. Hər iki gözün hərəkətlərinin incə koordinasiyasında baş-
beynin görmə qabığının frontal sahələrindən vestibulyar sistemin 
müdaxiləsi olmadan ekstraokulyar motoneyronların efferent 
təsirləri müəyyən rol oynayır. Lakin gözlərin eyni bir müstəvi, 
deyək ki, üfiqi xətt üzrə  hərəkətləri,  ələlxusus da kompensator 
hərəkətləri, vestibulo-okulyar relekeslər vasitəsilə tənzimlənir. 
Vestibulo-beyincik yolu.
 Vestibulyar sensor liflər beyinciyin 
qədim payı olan arxiserebelluma daxil olur. Beyincik lateral ves-
tibulyar nüvələri ilə  əlaqələri sayəsində  bədənin müvazinəti sax-
lamaqda daha mühüm rol oynayır. 
Vestibulyar qabıq.
 Vestibulyar nüvələrindən çıxan az sayda 
hissiliflər talamusun arxa ventral nüvəsinə  məxsus sahəyə daxil 
olur və burada sinaptik əlaqələrə girirlər. Buradan vestibulyar 
siqnallar somatosensor qabığın üz tərəfi sahəsində yerləşən kiçik 
bir zonaya proeksiya olunur. Bəzi tədqiqatlara görə vestibulyar 
talamik girişlər qabığın digər sahələri (gövdə  və ayaqların fəza 
vəziyyətləri idarə edən qabıq zonaları, alın və gicgah payları  və 
s.) üçün də xarakterikdir. Vestibulyar qabıq vestibulyar sensor 
sistemə sıx bağlıdır, bədənin hərəkət və müvazinəti qavramaq və 
iradi, şüurlu olaraq idarə etmək funksiyası daşıyır. 
 
downloaded from KitabYurdu.org


 
387 
8.10. Eşitmə sensor sistemi. Eşitmə hissi 
 
Bir çox heyvanlarda və insanda eşidilən səslərə  həssaslıq, 
səsləri hiss etmək, qavrayıb tanımaq, özlərinin bəzi hərəkət və 
davranışlarını  eşitmə reaksiyalarına müvafiq olaraq qurmaq və 
reallaşdırmaq qabiliyyəti  əmələ  gəlmişdir.  Ən geniş  mənada 
eşitmə hissi bu səs hissidir. 
Heyvanlar aləmində  səs hissi başlıca olaraq həşəratlarda (bö-
cəklər, kəpənəklər, ikiqanadlılar, çəyirtkələr və s.) və onurğa-
lılarda inkişaf etmişdir. Eşitmə qabiliyyətinə malik olan heyvan 
orqanizmləri ondan ən müxtəlif məqsədlər üçün istifadə edir. Səs 
siqnalları heyvana məkanda yerdəyişmə, başqaları ilə ünsiyyət, 
fərdlər arasında özününkünü və özgəni tanıma, cüt axtarma, yırtı-
cıdan qurtulma və başqa məqsədlər üçün gərəkdir. Səs siqnalları 
həyat üçün çox vacib informasiya mənbəyidir. İnsanlar səs siqnal-
ları və eşitmə hissi sayəsində heyvanlardan fərqli olaraq çox geniş 
fəaliyyət göstərə bilirlər, insanların nitq qabiliyyəti və 
mədəniyyətlərinin bir sıra formaları  eşitmə hissi ilə  sıx  əlaqədə 
inkişaf etmişdir. 
Səsin fiziki təbiəti
. Təbiətdə çoxlu cism və hadisələr, 
canlıların özləri, onların bəzi hərəkətləri, insanların yaratdıqları və 
istifadə etdikləri müxtəlif alət və mexanizmlər, maşınlar və qurğu-
lar cürbəcür səslərin mənbəyi ola bilər. 
Fiziki mənada və ümumi halda səs suyun və ya sıxılmış ha-
vanın yayılma dalğalarından ibarət olan enerjili mexaniki 
quvvədir. Səslər ən çox hava dalğaları zəminində yaranırlar. 
Səslər dalğa uzunluğu və ya tezliyi, ucalığı, tonalılğı, intensiv-
lik və oktava (musiqi səslərdə) kimi parametrlərə malikdir. Səs 
dalğaları tezliyinə görə çox geniş diapazonda dəyişirlər. Səsin 
dalğa uzunluğu adətən metr (m) və onun hissələri (sm, mm, dm) 
ilə, tezliyi Hers (Hs) və ya kiloHers (kHs), enerjisi (intensivliyi) 
bel (b) və desibel (db), ucalığı oktava ilə ifadə edilir. 
İnsan və heyvanlar tərəfindən qəbul edilən səslərin diapozonu 
çox genişdir. Bu, adətən uzunluğu 400 sm-dən 0,34 sm-ə  qədər, 
tezliyi 20 Hs-dən 100 min Hs-ə və ya 0,002 kHs-dən 100 kHs-ə 
 
388 
qədər olan səs dalğalarıdır. 
Əksər həşəratlar  ətrafda yaranan aşağı tezlikli səs vibrasiya-
larına həssasdırlar. Onların bəzi növləri çox yüksək tezlikli səsləri 
qəbul etməyə uyğunlaşmışdır. Məsələn, cırcırama tezliyi 200 Hs 
ilə 50 min Hs, kəpənək 500 Hs ilə 100 min Hs arasında olan 
səsləri eşidə bilir. Balıqlar 20-2000 Hs, qurbağalar 500-2000 Hs, 
quşlar 500-5000 Hs, yarasalar 1000-100.000 Hs, gəmiricilər 100-
100.000 Hs, suitləri 200-50.000 Hs, delfinlər və balinalar 20-
100.000 Hs, insan 20-20.000 Hs tezliyi olan səsləri eşitmək iqti-
darındadır. 
Eşitmə reseptorları
. Həşəratlarda alçaq tezlikli səs dalğaları 
qəbul edən xüsusi reseptorlar inkişaf etmişdir. Onların bir tipi 
şırımlı tükcüklərdir. Bu, serkalar adlanan artımlarda yerləşən tük-
cük sensillərə oxşayır. Digər tip reseptorlar conston orqanları ad-
lanır. Onlar həşəratın antenalarının dibində yerləşir, boşluğa malik-
dir, buradan bir və ya bir neçə sensor hüceyrə-xordosensillər uza-
nır. Sırımlı tükcüklər və conston orqanları tezliyi təxminən 2000 
Hs (və ya 2 kHs) qədər olan səslərə həssasdır. Yüksək tonlu səsləri 
qəbul edən reseptorlar, ancaq bəzi həşəratlara (çəyirtkələr, cırcıra-
malar və b.) xasdır. Bu tip reseptorlar timponal orqanlar adlanır. 
Timponal orqan səsləri onurğalı heyvanların qulaqları kimi qəbul 
edir, amma quruluşu və funksional xassələrinə görə onlardan 
fərqlidir. Həşəratın timponal orqanları (qulaqları) bədənin müxtəlif 
yerlərində: antenalarda (milçəklərdə), döşdə (kəpənəklərdə), 
qarında (böcəklərdə) və ayaqlarda (çəyirtkələrdə) yerləşir. 
Timponal orqan üzəri nazik kutikula zarı (timponal membran) 
ilə örtülmüş  təbilə  bənzər havalı kisəcikdir, onda xordotonal 
sensillər yerləşir. Səs dalğaları zarı titrətdikdə sensillər bu vibra-
siyaları qəbul edir. Hər bir sensil kiprikcikləri olan bipolyar ney-
rona malikdir, kiprikciklərin timponal membran ilə necə 
əlaqələnməsindən və membranın necə  əlaqələnməsindən və 
membranın rezonans xassələrindən asılı olaraq həşəratlarda re-
septorlar müxtəlif səs tezliklərinə uyğun olaraq sazlanırlar. 
Müxtəlif tezlikli səsləri qəbul edən reseptorların aksonları bir-
başa mərkəzi sinir düyünlərinə daxil olar və burada eşitmə ney-
downloaded from KitabYurdu.org


Yüklə 66,66 Kb.

Dostları ilə paylaş:
1   ...   94   95   96   97   98   99   100   101   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə