Mayenin laminar axından turbulent axına keçdiyi sürət kritik sürət adlanır



Yüklə 4,1 Kb.
tarix30.12.2023
ölçüsü4,1 Kb.
#165582
laminar axin,strukturu rast gelinme hallari


Bir halda mayenin hərəkəti fasiləsiz və hissəciklərin hərəkəti sabit olduğundan sürət olduqca az dəyişir. Mayenin belə hərəkətinə laminar axın deyilir.
Laminar hərəkətdə axın sürəti laydan-laya keçdikcə molekulyar qatılıq (kəsafətlik) ilə əlaqədar tədricən və fasiləsiz dəyişir. Laminar hərəkət axın sürəti kiçik olduqda müşahidə edilir. Məs: düzənlik çaylarda, kanallarda.
Mayenin laminar və turbulent hərəkəti bir-birindən sürətlərin müxtəlif paylanması,basqı itkisinin müxtəlifliyi,mayenin özlülüyünün və kanalın kələ-kötürlüyünün basqı itkisinə olan təsirlərinin müxtəlifliyi ilə ayrılır.
Mayenin laminar axını zamanı təbəqələr müxtəlif sürətlə hərəkət etdiyindənonlar qonşu təbəqələrin özlülüyü nəticəsində meydana çıxan müqavimətləri dəf etməlidir. Bu zaman divara yaxın olan təbəqələrdə maksimal toxunan gərginliklər meydana çıxır ki, bunları Nyuton düsturundan tapmaq olar. Bu düsturdan aydın olur ki, özlülüyü sabit olan mayelər üçün toxunan gərginliyin qiyməti sürətlər qradiyentiilə düz mütənasib olaraq dəyişir. Sürətlər qradiyenti borunun divarına yaxın yerlərdə maksimal qiymət olacaqdır.
Müəyyən bir böhran sürətdə toxunan gərginlik elə bir qiymət alır ki, mayenin əvvəlki laminar hərəkəti pozulur. Bu zaman bir-birindən fərqlənən iki zona yaranır:axının nüvəsi mayenin təxminən bütün qalınlığını təşkiledir;sərhəd təbəqəsi öz qalınlığı etibarı ilə kiçik olub, maye nüvə ilə bərk divar arasında yerləşir.
Laminar hərəkətdən turbulent hərəkətə keçid ancaq böyük sürətlərdə mümkün olur və burada mayenin və ya qazın keyfiyyət xarakteristikaları – sıxlığı və özlülüyü mühüm rol oynayır. Bu xarakteristikaları ingilis fiziki Osborn Reynolds (1842-1912) 1883-cü ildə “Reynolds ədədi” adlanan ölçüsüz ədəddə birləşdirdi.
Reynolds ədədinin kiçik qiymətlərində hərəkət laminar olur. Bu ədəd kritik həddi keçdikdə isə, axın turbulentə çevrilir. Turbulentlik 2 qüvvənin – ətalət və özlülük qüvvələrinin qarşılıqlı mübarizəsinin nəticəsidir.
Mayenin laminar axından turbulent axına keçdiyi sürət kritik sürət adlanır.
Mayelərin axını və ya onlarda kənar cisimlərin hərəkəti həmin mayelərin fiziki xassələri, daha doğrusu mayelərin sıxlığı və özlülüyü ilə xarakterizə olunur.
DİQQƏTİNİZƏ GÖRƏ TƏŞƏKKÜRLƏR
Yüklə 4,1 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə