Fizika -1 (Mexanika, molekulyar, elektrik) Mexaniki hərəkət. Maddi nöqtə. Yol



Yüklə 1,29 Mb.
səhifə1/25
tarix17.12.2023
ölçüsü1,29 Mb.
#149949
  1   2   3   4   5   6   7   8   9   ...   25
Fizika-1-CAVAB-KOLL (1)


Fizika -1 (Mexanika, molekulyar, elektrik)



  1. Mexaniki hərəkət. Maddi nöqtə. Yol. Yerdəyişmə.

Maddi cisimlərdə baş verən hər cür dəyişiklik hadisə adlanır. Buzun əriməsi, ildırım çaxması, naqildən cərəyan keçərkən istilik ayrılması və s. hadisələr cismi təşkil edən zərrəciklər arasındakı əlaqələrin, yaxud onların hərəkət sürətinin dəyişməsi ilə əlaqədardır. Hadisələr arasında mövcud olan zəruri əlaqə qanun adlanır.
Fizikanın mexaniki hadisələri öyrənən bölməsinə mexanika deyilir. Bir cismin başqa cismlərə nəzərən yerdəyişməsinə mexaniki hərəkət deyilir. Buradan aydın olur ki, mexaniki hərəkəti tək bir cismə aid etmək olmaz. Bu anlayışı geniş mənada başa düşmək üçün iki və daha çox cisimlərdən istifadə edilməlidir. Hər hansı bir cismin hərəkətdə olub–olmamasını müəy- yənləşdirmək üçün başqa bir cismin hərəkətsiz olduğunu qəbul etməliyik. Lakin, bizi əhatə edən aləmdə mütləq hərəkətsiz olan cisim yoxdur. Təbiətdə olan bütün cisimlər bu və ya digər hərəkətdə iştirak edirlər. Məsələn, sinifdə olan oturacaqlar sinfin divarlarına nəzərən sükunətdədir. Lakin, bununla yanaşı onların hamısı Yerlə birlikdə Günəşə nəzərən hərəkətdədirlər. Deməli, cismin hərəkətini öyrənmək üçün, əvvəlcə, həmin cismin hansı cisim və ya cisimlər sisteminə nəzərən hərəkət edəcəyini ayırd etmək lazımdır. Mexaniki hərəkət hansı cismə nəzərən müəyyən edilərsə, o cisim hesablama cismi adlanır. Hesablama cismindən keçmək şərtilə bir–birinə qarşılıqlı perpendikulyar olan üç düz xətt sisteminə koordinat sistemi deyilir. Koordinat sistemi və zamanı ölçən cihaz birlikdə hesablama sistemi adlanır.
Mexanika üç bölmədən ibarətdir: kinematika, dinamika və statika.
Kinematika–cismin və ya cisimlər sisteminin hərəkətini, bu hərəkəti doğuran səbəbləri nəzərə almadan öyrənir. Dinamika–cisimlərin hərəkətini, bu hərəkəti doğuran bu və ya digər səbəblərlə birlikdə öyrənir. Nəhayət, statika–cisimlərin tarazlıqda olma hallarını öyrənir.
Tarazlıq halı hərəkətin xüsusi halı kimi dinamika qanunlarından çıxan bir nəticə kimi müəyyən edilə bilər. Ona görə də fizika kursunda statika bəhsi ayrıca bir bölmə kimi deyil,

dinamika qanunları ilə birlikdə öyrənilir. y
Çox vaxt cismin hərəkətini öyrənmək üçün bu cismin ölçülərini
verilmiş məsələdə nəzərə almamaq daha sərfəli olur.
Verilmiş məsələ üçün cismin ölçülərini nəzərə almamaq mümkün olarsa, belə cismə maddi nöqtə kimi baxmaq olar və fərz edilir ki, cismin bütün kütləsi bu nöqtədə toplanmışdır. Maddi nöqtənin fəzada hərəkəti zamanı keçdiyi nöqtələrin həndəsi yeri onun trayektoriyası adlanır.
Trayektoriyanın formasına görə hərəkətlər düzxətli və əyrixətli olmaqla iki yerə bölünür. Maddi nöqtənin hərəkətləri içərsində ən sadəsi düzxətli bərabərsürətli hərəkətdir. Bu hərəkətdə maddi nöqtə istənilən bərabər zaman fasilələrində bərabər yerdəyişmələr icra edir. Fərz edək
Şəkil 1.1

ki, hərəkət edən maddi nöqtə ixtiyari trayektoriya üzrə A nöqtəsindən B nöqtəsinə gəlmişdir
(şəkil 1.1). A başlanğıc B son nöqtələri birləşdirən düz xəttə yerdəyişmə (r) , bu nöqtələr

2

1
boyunca hesablanan trayektoriyaya (s) isə- yolun uzunluğu deyilir. Burada, rrrradius
vektorlarının fərqinə bərabər (yerdəyişmə) götürülə bilər. s–gedilən yol skalyar kəmiyyətdir. Gedilən yolun uzunluğu yalnız düzxətli hərəkət bir istiqamətdə baş verdikdə yerdəyişmə vektorunun moduluna bərabərdir.
Fəzada maddi nöqtənin hərəkətinin yeyin və yavaş dəyişməsini xarakterizə etmək üçün vektorial kəmiyyət olan sürət anlayışından istifadə edilir.

  1. Yüklə 1,29 Mb.

    Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə