Ə. H.Əliyev, F.Ə.Əliyeva, V. M. Mədətova



Yüklə 66,66 Kb.
Pdf görüntüsü
səhifə17/102
tarix17.11.2017
ölçüsü66,66 Kb.
#10957
növüDərs
1   ...   13   14   15   16   17   18   19   20   ...   102

 
67
nəqliyyatından 2 dəfə az sürətlə  hərəkət edir. Neyro 
anotomiyada çox vaxt istifadə olunan marker qatıqotu 
peroksidazasıdır – həmçinin o retroqrad nəqliyyat ilə yer 
dəyişir. Retroqrad nəqliyyat ehtimal ki, hüceyrə cismində zülal 
tsiklinin tənzimlənməsində vacib rol oynayır. Aksonun 
kəsilməsindən bir neçə gün sonra hüceyrə cismində promotoliz 
müşahidə olunur ki, bu 
 
Şəkil 3.15. Pişiyin oturaq sinirinin sensor liflərində  cəld akson 
 
68
nəqliyyatını nümayiş etdirən təcrübə. Tritium ilə nişanlanmış leysin 
qanqlinin dorsal kökünə yeridilir və qanqli və sensor liflərdə 2,4,6,8 
və 10 saatdan bir (yeridildikdən sonra) radioaktivlik ölçülür (şəkilin 
aşağı hissəsi). Absis oxu boyunca qanqlidən oturaq sinirin ölçülmə 
aparılan yerlərindən məsafəsi göstərilib. Ordinat oxu boyunca ancaq 
yuxarı  və  aşağı  əyri üçün loqarifmik miqyasda radioaktivlik 
(imp./dəq.) göstərilib. Gücləndirilmiş radioaktivlik «dalğası» (oxlar) 
410 mm•sut
-1 
sürətilə hərəkət edir. 
zülal tsiklinin pozulmasına sübutdur. Promotoliz üçün tələb 
olunan vaxt retroqrad nəqliyyatın aksonun kəsildiyi yerdən hü-
ceyrə cisminə  qədər davam etməsilə korrelyasiya olunur. 
Kəsilmə zamanı zülal sintezini tənzimləyən siqnal maddələrin 
periferiyadan ötürülməsini pozur. Aydındır ki, cəld akson 
nəqliyyatında  əsas «hərəkət vasitələri» qovucuqlar və ya 
mitoxondrilər kimi orqanoidlərdir. Daha iri qovucuq və ya 
mitoxondrilərin yer dəyişməsini mikroskop ilə  in vivo -da 
müşahidə etmək olar. Bu cür hissəciklər qısa, cəld akson 
nəqliyyatını bir istiqamətdə həyata keçirir; dayanırlar, çox vaxt 
bir qədər arxaya, yana hərəkət edirlər, yenə dayanırlar, sonra 
sıçrayırlar: 410 mm sutka
-1
 anteroqrad hərəkətin orta sürətinə 
təxminən 5 mkm•s
-1
 müvafiq gəlir. Hər bir ayrıca hərəkətin 
sürəti yüksək olmalıdır.  Əgər orqanoid mikroborucuq və 
filamentlərin ölçülərini nəzərə alsaq, onda həqiqətən də bu 
hərəkətlər çox sürətlidir. Cəld akson nəqliyyatı – ATP-in 
yüksək qatılığını  tələb edir. Kolxitsin kimi zəhərlər 
mikroborucuqları dağıdır, həmçinin cəld akson nəqliyyatını 
blokada edir. Buradan belə  çıxır ki, vezikul və orqanoidlər 
mikroborucuqlar və aktin filamentləri boyunca hərəkət edir. Bu 
hərəkətlər dinein və miozinin kiçik molekul aqreqatı ilə təmin 
olunur və bu vaxt ATP enerjisi istifadə olunur (şəkil 3.14). 
Cəld akson nəqliyyatı patoloji proseslərdə  də  iştirak edə 
bilər. Bəzi neyrotrop viruslar (məsələn, herpes və polimielit 
virusları) periferiyada aksona daxil olur və retroqrad 
nəqliyyatın köməyilə neyron cisminə  hərəkət edir və orada 
çoxaldılır və öz toksiki təsirlərini göstərirlər. Tetanus toksini – 
dəri zədələnməsi zamanı orqanizmə düşmüş bakteriyalar 
downloaded from KitabYurdu.org


 
69
tərəfindən hazırlanan zülaldır. Sinir ucları ilə tutularaq neyron 
cisminə nəql olunur və orada xarakterik əzələ spazmaları əmələ 
gətirir. 
Akson nəqliyyatının özünə toksiki təsir halları  məlumdur, 
məsələn, akrilamidlə  təsir. Bundan başqa, hesab edirlər ki, 
«beri-beri» avitaminozunun patogenezi və alkoqol 
polineyropatiyası cəld akson nəqliyyatının pozulmasına gətirir. 
Hüceyrədə  cəld akson nəqliyyatı ilə yanaşı, ləng akson 
nəqliyyatı da mövcuddur. Tubulin akson boyunca təxminən 1 
mm•sut.
-1
 sürəti ilə  hərəkət edir, aktin isə bir qədər yüksək 
sürətlə 5 mm•sut.
-1
-ə  qədər. Sitoskeletin bu komponentləri ilə 
digər zülallar da miqrasiya edirlər; məsələn, fermentlər yəqin 
ki, aktin və tubulinlə  əlaqəlidirlər. Ləng akson nəqliyyatının 
sürəti təxminən aksonun sürətinin artmasına uyğun gəlir. 
Bu bölməni qurtarmaqla qeyd etməliyik ki, hüceyrələr heç 
bir halda, məsələn, elektron mikroskopunda göründükləri kimi 
statik deyillər. Plazmatik membran, xüsusilə  də orqanoidlər 
həmişə  hərəkətdədirlər və  həmişə yenidən qurulurlar; yalnız 
ona görə onlar funksiyalarını yerinə yetirə bilirlər. Onlar kim-
yəvi reaksiyaların getdiyi sadə kameralar deyildir. Onlar 
membran və liflərin yüksək nizamlı konqlomeratlarıdırlar, 
hansılarda ki, reaksiyalar optimal mütəşəkkilliklə  təşkil 
olunmuş ardıcıllıqla gedir. 
Hüceyrədə funksiyaların tənzimlənməsi.
 
Fərdi 
hüceyrənin funksional vahid kimi saxlanması  əsasən nüvə 
hesabına tənzimlənir; bu cür tənzimlənmə mexanizmlərinin 
öyrənilməsi hüceyrə fiziologiyasının predmetidir. Bununla 
yanaşı hüceyrələr ətraf mühit şəraitinə müvafiq və orqanizmin 
digər hüceyrələrinin tələbatına uyğun öz funksiyalarını 
modifikasiya etməlidirlər yəni, hüceyrələr funksional 
tənzimlənmənin obyektidirlər. Aşağıda biz bu tənzimləyici 
amillərin plazmatik membrana necə  təsir etməsinə  və onların 
hüceyrədaxili orqanoidlərə necə çatmasına baxacağıq. 
 
 
70
3.4. Hüceyrə membranına tənzimləyici  
amillərin təsiri 
 
Membran potensialı.
 Bir çox hallarda hüceyrə funksiya-
larının tənzimlənməsi membran potensialının dəyişməsi yolu 
ilə həyata keçirilir. Potensialın lokal dəyişməsi mümkündür. Bu 
vaxt – hüceyrənin qonşu sahəsində və ya digər hüceyrə ilə gen-
erasiya edən cərəyan membrandan keçir; sonra isə    ionların 
hüceyrədaxili qatılığı  dəyişir. Bundan sonra membranın ion 
kanalları açılır. Membran potensialının dəyişməsi membran zü-
lallarının konformasiyasına təsir edərək kanalların açılması  və 
ya bağlanmasını  təmin edə bilər. Yuxarıda göstərildiyi kimi, 
bəzi membran nasoslarının funksiyası membran potensialından 
asılıdır. Sinir hüceyrələri membran potensialının dəyişməsini 
informasiya kimi qəbul etməyə ixtisaslaşıblar. Bunun 
nəticəsində bu informasiyanın təhlil edilərək ötürülməsi təmin 
olunmalıdır. 
Hüceyrədaxili tənzimləyici maddələr.
 Hüceyrəxarici 
maddələrin iştirakı ilə daha vacib tənzimləyici mexanizmlər, 
plazmatik membranda və ya hüceyrə daxilində spesifik resep-
torlarla qarşılıqlı  əlaqə hesab olunur. Bu cür maddələrə sinir 
hüceyrələri arasında informasiyanı ötürən sinaptik mediatorlar 
– lokal agentlər və qanla daşınılaraq orqanizmin bütün 
hüceyrələrinə çatdırılan maddələr, məsələn, hormonlar və 
antigenlər aiddir. Sinaptik mediatorlar çox da böyük olmayan 
molekullar olub, sinaps sahəsində sinir uclarından buraxılır; 
Onlar qonşu postsimpatik hüceyrənin plazmatik membranına 
çatdıqda elektrik siqnalları  və ya digər tənzimləyici 
mexanizmlər fəaliyyətə başlayır. 
Lokal kimyəvi agentlər çox vaxt ixtisaslaşmış hüceyrələr 
tərəfindən ifraz olunurlar. Onlar hüceyrəxarici boşluqda sərbəst 
diffuziya edirlər, ancaq onların təsiri kiçik hüceyrə qrupları 
tərəfindən bu maddələrin parçalanması ilə  məhdudlanır, bu ya 
spontan, ya da ferment təsirilə olur. Bu cür agentlərin ifrazına 
downloaded from KitabYurdu.org


Yüklə 66,66 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə