Ə. H.Əliyev, F.Ə.Əliyeva, V. M. Mədətova



Yüklə 66,66 Kb.
Pdf görüntüsü
səhifə18/102
tarix17.11.2017
ölçüsü66,66 Kb.
#10957
növüDərs
1   ...   14   15   16   17   18   19   20   21   ...   102

 
71
kök, tosqun hüceyrələr tərəfindən zədələnmə  və ya immun 
reaksiya zamanı histaminin xaric olunmasını misal göstərmək 
olar. Histamin damarların saya əzələ hüceyrələrində  zəiflətmə 
yaradır, damar endotelinin keçiriciliyini artırır və sensor sinir 
uclarını  qıcıqlandıraraq qaşınma hissinin yaranmasına səbəb 
olur. Digər lokal kimyəvi agentlər başqa hüceyrələr tərəfindən 
ifraz olunurlar. Tipik lokal agentlər prostaqlandinlərdir. Onlar 
təqribən 20 yağ turşuları törəmələrindən ibarət birləşmələrdir. 
Lokal təsir edən prostaqlandinlər hüceyrələr tərəfindən fasiləsiz 
ifraz olunur. Onlar membranın fosfolipazaları  tərəfindən cəld 
parçalanır. Müxtəlif prostoqlandinlər geniş  təsir spektrinə 
malikdir. Onlar saya əzələ hüceyrələrinin yığılmasına, qan 
lövhəciklərinin aqreqasiyasına təsir edir, yumurtalıqda isə sarı 
cismin inkişafını  zəiflədə bilər. Digər lokal agentlər kimi boy 
amilləri
 çıxış edir. Simpatik neyronlar üçün sinirlərin boy amili 
(SBA) daha məşhurdur. Bunlar neyronların  in vivo-da və ya 
hüceyrə kulturasında inkişafı  və yaşaması üçün vacibdir. Belə 
demək olar ki, bu sinif neyronlar üçün hədəf hüceyrələri SBA 
xaric edir və bununla da düzgün innervasiyanı  təmin edirlər. 
Uyğun olaraq SBA-ə  bənzər çoxlu ixtisaslaşmış boy amilləri 
mövcud olmalıdır. 
Hormon və antigenlər.
 Qanla orqanizmin bütün 
hüceyrələrinə daşınırlar. Antigenlər spesifik antitellər daşıyan 
hüceyrənin immun cavabını yaradır. Ancaq bir qayda olaraq, 
antigenlər reaksiya verən orqanizmlərdə  əmələ  gəlməyən yad 
cinsli maddələr olurlar. Bəzi hormonlar, məsələn, insulin, tirok-
sin çox müxtəlif tiplərə aid olan hüceyrələrə təsir edir. Digərləri 
isə  məsələn, cinsi hormonlar ancaq müəyyən tip hüceyrələrə 
təsir edir. Hormonlar – ya hüceyrə membranında reseptorla 
birləşməklə  təsirləri işə salınan peptitdirlər, ya da lipid mem-
branından diffuziya edərək hüceyrədaxili reseptorlarla birləşən 
steroidlər və tiroksindir. Steroid hormonlar nüvələrin xromotini 
ilə birləşdikdən sonra, nəticədə müəyyən genlərin transkripsi-
yası  işə salınır. Sintez olunan zülallar hüceyrə funksiyalarının 
 
72
dəyişməsinə  səbəb olur. Hormonların spesifik təsiri məhz 
bununla izah olunur. 
İkinci vasitəçilərin iştirakı ilə hüceyrədaxili əlaqə (kom-
munikasiya).
 Yuxarıda göstərilən tənzimləyici funksiyalar 
hüceyrə membranına təsir edir. Hüceyrə membranı  tərəfindən 
alınan məlumat çox vaxt orqanoidlərin reaksiyasına səbəb ol-
malıdır və bu onlara 2-ci vasitəçilər kimi (xarici mənbələrdən 
hüceyrəyə daxil olan 1-ci vasitələrdən fərqli olaraq) tanınan 
müxtəlif maddələrlə daşınır. Burada biz 3 yaxşı öyrənilmiş 
vasitəçilərə toxunacağıq: Ca
2+
, tsAMP və inozitoltrifosfat. 
Kalsium.
 Sadə, hüceyrədaxili vasitəçi Ca
2+
 ionudur. Onun 
hüceyrədə sərbəst qatılığı çox aşağıdır (10
-8
-10
-7
 mol
⋅l
-1
-dir). O 
hüceyrəyə spesifik membran kanalları ilə keçə bilər (kanallar 
açıq vəziyyətdə olan zaman), məsələn, membran potensialı də-
yişən zaman. Ca
2+
-un qatılığının artması nəticəsində hüceyrədə 
vacib reaksiyalar əzələ  yığılmasının  əsasını  təşkil edən miofi-
bril yığılması və ya sinir uclarında mediator saxlayan vezikul-
ların ifrazı kimi reaksiyalar işə salınır. Hər iki reaksiya Ca
2+
-un 
10
-5
 mol•l
-1
-ə  bərabər olan qatılığını  tələb edir. Tənzimləyici 
təsir edən Ca
2+
-un həmçinin hüceyrədaxili depolardan da 
(endoplazmatik retikulumdan) azad ola bilər. Ca
2+
-un depolar-
dan azad olması digər vasitəçilərin iştirakını  tələb edir (şəkil 
3.17-yə bax). 
Tsiklik adenazinmonofosfat (tsAMP).
 Axır vaxtlarda sü-
but olunmuşdur ki, orqanizmdə əsas enerji mənbəyinin – ATP-
in törəməsi olan tsAMP mühüm 2-ci törəmədir.  Şəkil 3.16-də 
göstərilən mühüm reaksiyalar zənciri plazmatik membranın 
xarici səthində yerləşən R

reseptorundan başlayır və müxtəlif 
hormon və mediatorlar üçün spesifik birləşmə yeri ola bilər. 
Spesifik «stimuləedici» molekul ilə birləşdikdən sonra R
s
 öz 
konformasiyasını
  dəyişir; bu dəyişiklik membranın daxili 
səthindəki G
s
 zülalına elə təsir edir ki, axırıncının hüceyrədaxili 
quanizintrifosfat (QTP) ilə aktivləşməsi mümkün olsun. 
Aktivləşmiş  G
s
 zülalı öz növbəsində membranın daxili 
downloaded from KitabYurdu.org


 
73
səthindəki fermenti – adenilattsiklazanı (AT) aktivləşdirir, 
hansı ki, ATP-dən tsAMP-in əmələ  gəlməsini kataliz edir. 
Məhz suda həll olan tsAMP hüceyrəxarici reseptorun R
s
 stimu-
lyasiya effektini hüceyrədaxili strukturlara ötürən vasitəçidir 
 
Şəkil 3.16. tsAMP hüceyrədaxili vasitəçinin iştirakı ilə olan 
reaksiyalar zənciri. Oyandırıcı  və tormozlayıcı xarici faktorlar R
s
 
və  R
i
 membran reseptorlarını aktivləşdirir. Bu reseptorlar G-
zülalın hüceyrədaxili QTP ilə birləşməsi prosesini tənzimləməklə 
hüceyrədaxili adenilattsiklazanı (AT) stimulə  və ya ingibirə edir. 
Gücləndirici ferment AT ATP-ni tsAMP-ə çevirir, hansı ki, sonra 
fosfodiesterazanın iştirakı ilə AMP-ə  qədər parçalanır. Sərbəst 
tsAMP hüceyrəyə diffuziya edir və A-kinazanı aktivləşdirir (onun 
katalitik subvahidini azad etməklə), hansı ki, hüceyrədaxili 
fosforlaşmanı kataliz edir, yəni hüceyrəxarici stimulun son 
effektini formalaşdırır. Sxemdə  həmçinin bəzi reaksiyaları  işə 
salan (+) və ya ingibirə edən (-) formokoloji preparatlar və 
toksinlər göstərilmişdir. 
 
74
R
s
-in iştirakı ilə stimulyator reaksiya zəncirinə paralel tor-
mozlayıcı mediator və hormonların müvafiq R
i
 reseptoru ilə 
birləşməsi mümkündür, hansı ki, yenə  də QTP-aktivləşdirici 
zülal G
i
-nin iştirakı ilə AT-ni ingibirə edir və bu yolla tsAMP -
in əmələ gəlməsini də. Hüceyrəyə diffuziya edən tsAMP adeni-
latkinaza (A-kinaza) ilə reaksiyaya girir; bu vaxt C subvahidi 
azad olur, hansı ki, P zülalının fosforlaşmasını kataliz edir. Bu 
fosforlaşmalar zülalları aktiv formaya gətirir və indi onlar 
özlərinin spesifik tənzimləyici təsirlərini göstərə bilərlər 
(məsələn, qlikogenin deqradasiyasını). Bu mürəkkəb 
tənzimləyici sistem çox effektivdir, belə ki, son nəticə çoxlu 
zülalların fosforlaşmasıdır, yəni tənzimləyici siqnal zənciri 
böyük gücləndirmə  əmsalı ilə keçir. R
s
  və  R
i
 reseptorları ilə 
birləşən və  hər biri üçün spesifik olan xarici mediatorlar çox 
mürəkkəbdirlər. Adrenalin R
s
  və ya R
i
 ilə birləşərək lipidlə 
qlikogenin metabolizminin tənzimlənməsində, həmçinin ürək 
əzələsinin yığılmasının gücləndirilməsində  və digər reaksiya-
larda iştirak edir. Tireotrop hormon R
s
-i aktivləşdirərək qalx-
anvarı  vəzi tərəfindən tiroksinin ifraz olunmasını stimulyasiya 
edir, prostaqlandin I isə qan lövhəciklərinin aqreqasiyasını tor-
mozlayır.  İngibitor effektləri (o cümlədən adrenalinin) R
i
 
vasitəsilə lipolizin yavaşımasında çıxış edirlər. Beləliklə, 
tsAMP sistemi – çoxfunksiyalı hüceyrədaxili tənzimləyici sis-
temdir, hansı ki, hüceyrəxarici və ingibitor siqnal maddələri ilə 
dəqiq tənzimlənə bilər. 
İnositolfosfat «İP
3
» 
2-ci  əlaqələndirici - ionsitolfosfın 
hüceyrədaxili sistemi bu yaxınlarda tam öyrənilmişdir (şəkil 
3.17). Bu halda ingibirləşdirici vasitə yoxdur, lakin tsAMP sis-
temi ilə uyğunluq var, hansı ki, R reseptorunun stimulyasiya 
effekti membranın daxili səthindəki QTP aktivləşdirici G-zü-
lalına ötürülür. Növbəti mərhələdə adi membran lipid fosfati-
dilinozitol (Pİ) 2 əlavə fosfat qruplarını birləşdirərək Pİ-
difosfata (PİP
2
) çevrilir, hansı ki, aktivləşmiş fosfodiesteraza ilə 
inositoltrifosfata
  (İP
3
) və  diasilqliserol lipidinə (DAQ) 
downloaded from KitabYurdu.org


Yüklə 66,66 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə