Dilçilik ( Cavablar). Dilçiliyin başqa elmlərlə əlaqəsi


Fonotaktika. Heca və əsas heca modelləri



Yüklə 79,27 Kb.
səhifə8/28
tarix25.01.2023
ölçüsü79,27 Kb.
#99282
1   ...   4   5   6   7   8   9   10   11   ...   28
Dilçiliyə giriş cavablar

10. Fonotaktika. Heca və əsas heca modelləri.
Heca ən mürəkkəb fonetik vahidlərdəndir. Dilçilikdə heca haqqında müxtəlif baxışlar mövcuddur. Bunların içərisində ən obyektiv mülahizə budur ki, heca danışıq nitqində ən kiçik fasilələrə ayrılan fonetik vahiddir. Hər bir hecanın tərkibindəki səslərdən biri yüksək tonla tələffüz olunur. Həmin səs heca əmələ gətirən səs hesab edilir. Dillərin əksəriyyətində heca saitlərin iştirakı ilə əmələ gəlir. Belə ki, sözdə neçə sait varsa, o qədər də heca olur. Lakin dünyanın bir çox bəzi samitlərlə də (l, m, p, y) heca əmələ gələ bilir.
Tərkibində sait və samitlərin işlənmə yerinə görə dünya dillərində hecaların ən müxtəlif tiplərinə rast gəlinir. Bunlardan daha geniş yayılanı açıq və qapalı heca tipləridir. Saitlə bitən heca açıq, samitlə bitənlər isə qapalı heca adlanır. Dünya dillərinin əksəriyyətində (söz tərkibində) açıq heca üstünlük təşkil edir.
Dildə hecanın daha bir neçə tipinə rast gəlinir: a) örtülü heca; b) örtüsüz heca. Saitlə başlanan heca örtüsüz (aş, at, it, od və s.), samitlə başlanan heca örtülü (kim, nə, gəl və s.) heca adlanır. Beləliklə, hecanın əvvəl və son səslərinə görə dörd tipi məlumdur:
1. Saitlə başlayıb saitlə qurtaran hecalar örtüsüz açıq heca adlanır. Bu cür hecalar ancaq bir sait səsdən ibarət olur. Məsələn: a-na, ə-mi, a-ta və s.
2. Saitlə başlayıb samitlə bitən hecalar örtüsüz qapalı heca adlanır. Məsələn: aş-paz, əs-kik, Əh-məd və s. sözlərdəki birinci hecalar bu tiplidir.
3. Samitlə başlayıb saitlə bitən hecalar örtülü açıq heca adlanır. Məsələn: Me-şə, də-rə, tə-pə, su, ha-va və s.
4. Samitlə başlayıb samitlə bitən hecalar örtülü qapalı heca adlanır. Məsələn: dam, nar, top, sap, qab və s.
Heca bölgüsündə də dünya dillərində fərqli cəhətlər özünü göstərir. Məsələn, Azərbaycan dilində qoşasamitli sözlərdə heca bölgüsü qoşa samitlərin arasına düşür. Məsələn: qüs-sə, bən-na, tə-sər-rü-fat, saq-qal, baq-qal, mü-əl-lim və s. Ancaq rus, fransız dillərində qoşa samitlər heca bölgüsündə bir hecanın tərkibində qalır. Məsələn: rus dilində a-kter, o-kno, pa-tron və s.

Yüklə 79,27 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə