Dilçilik ( Cavablar). Dilçiliyin başqa elmlərlə əlaqəsi


Dilin mahiyyəti və funksiyaları



Yüklə 79,27 Kb.
səhifə4/28
tarix25.01.2023
ölçüsü79,27 Kb.
#99282
1   2   3   4   5   6   7   8   9   ...   28
Dilçiliyə giriş cavablar

Dilin mahiyyəti və funksiyaları

Dil müəyyən funksiyalar çoxluğuna malikdir. Dilin funksional cəhətdən öyrənilməsi tədqiqatçların əsas vəzifələrindən biri olmuşdur. Dilçilikdə “funksiya” dedikdə, yerinə yetirilən iş, təyinat, rol, dil vahidlərinin yerinə yetirdiyi yük başa düşülməkdədir. Dilçilik elmində dilin çoxsaylı funksiyalarını iki yerə - əsas və əlavə funksiyalara bölürlər. Dilin əsas funksiyaları arasında kommunikativ, fikiryaratma, dərketmə, nominativ (adlandırma), tənzim­ləyici (requlyativ) funksiyaları göstərmək olar.
Dilin əsas funksiyası kommunikativ funksiyadır. Bu funksiyaya görə, dil insanlar arasında ünsiyyətə xidmət üçün yaranmış və fəaliyyət göstərir. Burada dilə verilən iki tərifi yada salmaq lazımdır: “dil işarələr sistemidir və dil ünsiyyət vasitəsidir”. Bu fikirləri qarşılaşdırmaq yox, onları bir-birini tamamlayan mahiyyət kimi qəbul edilməlidir. Dil öz funksiyasını işarələr sistemi olmasına rəğmən həyata keçirə bilir, əks –təqdirdə ünsiyyət gerçəkləşə bilməz. İşarələr isə insandan insana informasiya ötürmək təyinatına malikdirlər.
Dilin fikiryaratma funksiyası öz kökünü L.S.Vıqotskinin yaradıcılığından götürür. Dilin kommunikativ funksiyası ilə sıx bağlı olan fikir yaratma,əmələ gətirmə funksiyasının mahiyyətinə görə dil təkcə hazır fikirlərin ifadə vasitəsi deyil, həm də fikri formalaşdıran vasitədir. Sözdə təkcə fikir ifadə edilmir, həm də sözdə fikir tamamlanır. Beynimizdə fikirlər sözlər vasitəsilə formalaşır.
Dilin dərketmə funksiyası (akkumiyativ, toplama) o deməkdir ki, müəyyən yaşa dolmuş insanın dünya haqqında qazandığı biliklər dil və ya dil vasitəsilə gəlib çatmışdır. Afrikada olmayan bir nəfər onun barədə, oranın təbiəti və s. barədə dil vasitəsilə müəyyən məlumat və bilgilər toplaya bilər. İnsanın əsas fikir instrumenti anlayışdır. Anlayış insanın praktik fəaliyyəti nəticəsində onun dərrakəsinin mücərrədləşdirmə, ümumiləşdirmə qabiliyyətinə rəğmən yaranır. İnsan praktik fəaliyyətdə xeylisayda obyektiv gerçəklik hadisələrini müşahidə edir, onları müqayisə edərəkən müxtəlif əlamətləri aşkara çıxarır. İkincidərəcəli əlamətləri insan istisara salır, əsas əlamətlər toplayır, ümumilədirir və anlayış yaranır. Məsələn, “ağac” anlayışının formalaşması.
Dilin nominativ funksiyası və ya adlandırma funksiyası. Adlandırma funksiyası idrakın sas tərkib hissəsidir. İnsan küllü miqdarda hadisələri ümumiləşdirərək təsadüfi əlamətləri çıxdaş edir, əsas əlamətləri saxlayır və beləliklə əldə edilmiş bilikləri sözdə saxlamağa ehtiyac duyur. Ad belə yaranır. J.Vandries yazırdı, əşyaların adlarını bilmək, onlarüzərində hakimiyyətə malik olmaq deməkdir. Xəstəliyin adını bilmək müalicənin yarısıdır. Lain dildə öz adını almamış hadisələr vardır ki, bunlara lakunlar (boşluqlar) deyilir və s.

Yüklə 79,27 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə